Məhkəmə qərarları › İş №2(107)-707/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-707/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-707/2022 24.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair (Açar sözlər: aliment miqdarının artırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(019)-250/2022 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İlkin Mediasiya prosesinə xitam verilməsi barədə 24.01.2022-ci il tarixli MŞİH-12624 nömrəli protokoldan görünür ki,tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 572294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 iyul 2015ci ildə anadan olmuş, atası Cavabdeh , anası isə İddiaçı göstərilmişdir. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 07 sentyabr 2016-cı il tarixdə verilmiş AZ- İ seriyalı 248644 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)- 1351/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edlilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində 142 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağıazyaşlı 01 iyul 2015-ci il tarixdə anadan olmuş X1 anası İddiaçı yanında qalması, 08 iyun 2016-cı il tarixdən başlayaraq azyaşlı 01 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdlir. 5 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən 18.02.2022-ci il tarixdə verilmiş 119 nömrəli arayışdan görünür ki, Cavabdeh 03 noyabr 2013-cü il tarixdən müddətsiz müqavilə əsasında gözətçi vəzifəsində işləyir, onun aylıq əmək haqqı 272,92 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)- 1351/2016 nömrəli 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, 01 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22 oktyabr 2014-cü il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 05 iyul 2015-ci il tarixdə Balakən rayon Qeydiyyat şöbəsində 142 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikah dövründə 01 iyul 2015-ci il tarixdə X2 adında bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri 2016-ci ilə qədər davam etmişdir. Daha sonralar aralarında ailə münaqişələri baş vermiş və o, nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1351/2016 nömrəli 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 onun yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 117 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Eyni zamanda o, uşağı ilə birlikdə kirayədə yaşayır. Balakən Rayon Məhkəməsinin 2(019)-1351/2016 nömrəli 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 117 manat alimentlə usağının pal-paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Cavabdeh Balakən şəhər 3 saylı körpələr evi uşaq baxçasında işləməklə aylıq 273 manat qazanc əldə edir. Eyni zamanda cavabdeh əlavə olaraq tikintidə rəngsaz işləri görməklə əlavə qazanc əldə edir. O hər ay uşaq üçün 180 manat aliment ödəmək iqtidarındadır. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 17 mart 2022-ci il tarixli, e-2(019)- 250/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)-1351/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 01 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh 41,60 manat dövlət rüsumu xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini,tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)-1351/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 01 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün,Cavabdeh 41,60 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1, “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “X5” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh və onun vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1, 78-ci, 112.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən onun maddi və ailə vəziyyətini və gəlirinin olmamasını nəzərə almamış, onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmadığı halda, onun maddi vəziyyətinin daha da pisləşdiyini, Balakən şəhər 3 saylı körpələr evi uşaq baxçasında gözətçi işləməklə ayda 272.92 manat məbləğində əmək haqqı almasını, başqa qazancının olmamasını, hazırda 26.02.2022-ci il tarixdə nikahını rəsmiləşdirməklə başqa qadınla evli olmağını nəzərə almamışdır. Qeyd olunmalıdır ki, minimum əmək haqqına malik olan cavabdehin barəsində bir uşağa görə alimentin miqdarının 117 manatdan 180 manata artırılması cavabdehi ağır maddi məhrumiyyətlər yükünə məruz qoyacaq, bu xüsusda tərəflər arasında ədalətli tarazlıq prinsipi pozulacaqdır. Qeyd olunanlara əsasən hesab edir ki, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, alimentin artırılması tələbi ilə bağlı iddia təmin olunmamalıdır. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə minimum əmək haqqına malik olan cavabdehin barəsində bir uşağa görə alimentin miqdarının 117 manatdan 180 manata artırmaqla maddi hüquq normasını pozmuşdur. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(019)-250/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Hərdən kosmetik əşyaların online satışı ilə məşğul olsa da, aylıq qazancı 50 manat təşkil edir. Çünki uşağı tək qoyub heç bir yerə gedə bilmir. Cavabdeh isə rəsmi işləməklə yanaşı, həm də rəngsaz və dizayn işi ilə məşğul olur. Uşaq böyüdükcə onun tələbatları günbəgün artır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. (İddiaçı da işin uzanması səbəbindən işin təxirə salınmasına etiraz etmişdir). Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(019)-250/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e- 2(019)-250/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur Birincisi ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi arqumentlər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini 180 manat təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin MPM-in 402.1-ci çmaddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(019)-250/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar