Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-708/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X7 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh X4 qarşı “pul tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(063)-297/2025 saylı “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərаrdаdındаn cavabdeh X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 13000 manat borcun və ödənilmiş 151 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X1 borca görə 13000 (on üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 151 (bir yüz əlli bir) manat, cəmi 13151 (on üç min yüz əlli bir) manat məbləğində pulun tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti daxil vermişdir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 20 may 2025-ci il tarixli, 2(063)- 297/2025 saylı qərardadı ilə iddiaçı X3 cavabdeh X4 qarşı “pul tələbi barəd”ə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(063)- 297/2025 saylı qətnaməsindən iş üzrə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti ona qaytarılması, cavabdeh X6 tərəfindən 19 may 2025-ci ildə ödənilmiş (Şəki Apellyasiya Məhkəməsinə, qəbzin nömrəsi **********) 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılması və qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə 20 may 2025-ci il tarixli, 2(063)- 297/2025 saylı qərardadından cavabdeh X6 şikayət verib Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiаçı X3 cavabdeh X4 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə iddia təmin edilmiş, ondan borca görə 13000 (on üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 151 (bir yüz əlli bir) manat, cəmi 13151 (on üç min yüz əlli bir) manat məbləğində pulun tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti versə də, Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərardadı ilə şikyəti geri qaytarılmışdır. O, qətnaməni 19 aprel 2025-ci il tarixdə alsa da, qərardadda 09 aprel 2025-ci il tarixdə alındığı qeyd edilmişdir. O, bununla qətiyyən razılaşmır. Qətnaməni gec almağı onun günahı deyildir, ya məhkəmə gec göndərmiş, ya da poçtalyon ona gec təqdim etmişdir. Xahiş edir ki, qərardad ləğv edilsin və apellyasiya şikayətinə baxaraq Şəki Apellyasiya Məhkəməsi ədalətli qərar versin. Apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmışdır, belə ki, müddətin keçirilməsi onun səhvi deyildir. Ucar Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh C.Lələyev şikayətində şikayət olunan qətnaməni 19 aprel 2025-ci ildə aldığını göstərsə də iş materiallarından görünür ki, qətnamənin surəti 09 aprel 2025-ci il tarixdə cavabdeh C.Lələyevə şəxsən təqdim edilmişdir (iş vərəqi 51) Bununla da müəyyən olunur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Qeyd edilməlidir ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh X2 qətnamədən verdiyi apellyasiya şikayəti, şikayət verilmə müddəti buraxıldığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Ucar Rayon Məhkəməsi 20 may 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qərardadı ilə cavabdeh X6 tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və cavabdehin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də cavabdeh X2 Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(063)-297/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-708/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-708/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver