Məhkəmə qərarları › İş №2(107)-709/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-709/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-709/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bank of Baku" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “Bank of Baku" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsindən iddiaçı “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan 22 noyabr 2013-cü il tarixli, BAL1382513/13 saylı müqaviləyə əsasən 612.41 manat əsas, 1004.86 manat faiz, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən 95.06 manat əsas, 2.26 manat faiz olmaqla, 1714.59 manat borcun və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X9 ilə "Bank of Baku” ASC arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, BAL1382513/13 saylı müqaviləyə əsasən bank ona 1000 manat, 22 noyabr 2013cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən 150 manat məbləğində kredit vermişdir. X1 banka ümumi olaraq 1714.59 manat borcu olmuşdur. X9 26 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu X5 qanuni vərəsələri olmuşdurlar. X2 vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 noyabr 2010-cu il tarixdə X8 verilmiş **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,0403 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 161.3 kv.metr evin mərhuma məxsus olan ½ hissəsindən ibarətdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan 612.41 manat məbləğində kredit borcunun və 13.57 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 24.43 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X9 ilə "Bank of Baku” ASC arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, BAL1382513/13 saylı müqaviləyə və həmin müqaviləyə edilmiş 12 mart 2014-cü il tarixli, BAL1382513/13 saylı dəyişikliyə əsasən əsasən X8 bank tərəfindən 1000 manat, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən isə 150 manat məbləğində kredit verilmişdir. X9 26 iyul 2015-ci il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 1714.59 manat borcu qalmışdır. 19 dekabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu X5 qanuni vərəsələri olmuşdurlar. İddiaçı qeyd edilən borc məbləğinin X5 vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər isə iddia tələbinə etiraz edərək iddia müddətinin ötürüldüyünü bildirmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; X9 ilə "Bank of Baku” ASC arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, BAL1382513/13 saylı müqaviləyə və həmin müqaviləyə edilmiş 12 mart 2014-cü il tarixli, BAL1382513/13 saylı dəyişikliyə əsasən əsasən X8 bank tərəfindən 1000 manat, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən isə 150 manat məbləğində kredit verilmişdir. X9 26 iyul 2015-ci il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 1714.59 manat borcu qalmışdır. 19 dekabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu X5 qanuni vərəsələri olmuşdurlar. İddiaçı qeyd edilən borc məbləğinin X5 vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər isə iddia tələbinə etiraz edərək iddia müddətinin ötürüldüyünü bildirmişlər. Məhkəmə, ilk növbədə iddia tələbinin BAL1382513/13 saylı müqavilə üzrə tələb edilən 612.41 manat əsas, 1004.86 manat faiz məbləğinə və cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, sözügedən müqavilənin məzmunundan görünmüşdür ki, bank tərəfindən X8 verilmiş 1000 manat məbləğində kreditin müddəti 10 il olmaqla, həmin müddət 14 mart 2024-cü il tarixdə bitəcək. Ona görə də, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə iddiaçı tərəfindən iddia müddəti örürülməmişdir. Cavabdehlər Cavabdeh1 Məhərrəm oğlu və Cavabdeh2 mərhum X5 vərəsələri olduğundan onlar, iddiaçı bank qarşısında məsuliyyət daşıyırlar. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab etmişdir ki, İddiaçı ASC BAL1382513/13 saylı müqavilə üzrə 1004.86 manat faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünmüşdür ki, X5 İddiaçı ASC-yə olan 612.41 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin müqavilə üzrə borclu X9 26 iyul 2015-ci il tarixdə vəfat etdiyindən onunla bağlanmış müqavilə üzrə qalan borc məbləğinin restrukturizasiya edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, BAL1382513/13 saylı müqavilə üzrə 612.41 manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 Məhərrəm oğlundan və Cavabdeh2 tutulmalıdır. Bundan başqa, məhkəmə DK0689913/13 saylı müqavilə üzrə tələb edilən 95.06 manat əsas, 2.26 manat faiz məbləğinə və cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. DK0689913/13 saylı müqavilənin məzmunundan görünmüşdür ki, həmin müqavilə üzrə kreditdən istifadə müddəti müqavilə imzalandığı 22 noyabr 2013-cü ildən etibarən 1804 gün, yəni 31 oktyabr 2018-ci il tarixədək nəzərdə tutulmuşdur. Bu qayda ilə hesabladıqda iddiçı tərəfindən hazırkı iddia ərizəsi ilə 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi DK0689913/13 saylı müqavilə üzrə 95.06 manat əsas, 2.26 manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan 22 noyabr 2013ci il tarixli, BAL1382513/13 saylı müqaviləyə əsasən 612.41 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun 13.57 manat hissəsi cavabdehlərə, 24.43 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 739, 445.1, 384.0.4, 373.2, 377.2 və 375-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, borclu X9 xx.xx.2015-cı il tarixdə vəfat etmişdir və Şəki Rayon 2 saylı Dövlət Notariat Ofisinin İddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən onlara məlum olmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 vərəsəlik şəhədətnaməsinə əsasən vəfat etmiş şəxsin qanuni vərəsələri olmuşdurlar. Beləliklə də, İddiaçı ASC hüquqlarının pozulduğunu xx.xx.2022-ci il tarixdən bilmiş, məhz həmin tarixdən vərəsələrin öhdəliyi yerinə yetirmədikləri məlum olmuş və məhkəməyə müraciət olunmuşdur. Hazırkı vəziyyətdə iddia müddətinin başlanğıcı xx.xx.2017-ci il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəlik münasibətləri kredit müqaviləsinə əsaslanmışdır. Müqaviləyə istinadən iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, İddiaçı ASC ilə X9 arasında xx.xx.2013-cü il tarixdə BAL1382513/13 nömrəli və xx.xx.2023-cü il tarixli DK0689913/13 nömrəli kredit sazişi bağlanmışdır. BAL1382513/13 müqaviləsi üzrə ona 1000 manat məbləğində kredit verilmişdir. X3 vəfat etdiyindən borcun tutulması onun qanun üzrə vərəsələrinə yönəldilmişdir. İddiaçı ərizəsində müqavilə üzrə ödənilməmiş qalıq borc olaraq 612.41 manat əsas, 1004.86 faiz borcunu cavabdeh kimi vərəsələrdən tələb etmişdir. Məhkəmə isə kreditin restrukturizasiya edilməməsini əsas gətirərək iddia ərizəsində göstərilən tələbə düzgün hüquqi qiymət verməyərək iddianı qismən təmin etmişdir. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyyə edilmişdir. Qeyd etmişdirlər ki, yuxarıda qeyd olunan Fərmana əsasən restrukturizasiya ediləcək problemli kreditlər üzrə faiz və cərimə borcu həmin kredit müqaviləsi restrukturizasiya edilən zaman müvafiq hissədə silinir. Həmin tədbirlərə restrukturizasiya olunacaq kreditlərin siyahısını, hər kredit üzrə və ümumilikdə faiz və cərimənin məbləğini müəyyən edib Maliyyə Bazarlarına Nəzarət orqanına təqdim etmək daxildir. Bilavasitə faiz və cərimənin silinməsi isə yalnız kredit restrukturizasiya olunduqdan və Banka dövlət tərəfindən müvafiq vəsait köçürüldükdən sonra mümkündür. Lakin müqavilə üzrə əsas borclu olan X5 qanuni vərəsələri bununla bağlı banka heç bir müraciət etməmişdirlər. Məhkəmə əsaslı sübuta istinad etmədən iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi borc məbləğindən faiz hissəsini təmin etməmişdir. Qeyd olunanlara əsasən, onlar, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-172/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən, müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X9 ilə "Bank of Baku” ASC arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, BAL1382513/13 saylı müqaviləyə və həmin müqaviləyə edilmiş 12 mart 2014-cü il tarixli, BAL1382513/13 saylı dəyişikliyə əsasən X8 bank tərəfindən 1000 manat, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən isə 150 manat məbləğində kredit verilmişdir. X9 26 iyul 2015-ci il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 1714.59 manat borcu qalmışdır. 19 dekabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu X5 qanuni vərəsələridirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, borclu X9 xx.xx.2015-cı il tarixdə vəfat etmişdir və Şəki Rayon 2 saylı Dövlət Notariat Ofisinin İddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən onlara məlum olmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 vərəsəlik şəhədətnaməsinə əsasən vəfat etmiş şəxsin qanuni vərəsələridir. Beləliklə də, İddiaçı ASC hüquqlarının pozulduğunu xx.xx.2022-ci il tarixdən bilmiş, məhz həmin tarixdən vərəsələrin öhdəliyi yerinə yetirmədikləri məlum olmuş və məhkəməyə müraciət olunmuşdur. Hazırkı vəziyyətdə iddia müddətinin başlanğıcı xx.xx.2017-ci il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, 22 noyabr 2013-cü il tarixli, BAL1382513/13 saylı müqaviləyə və həmin müqaviləyə edilmiş 12 mart 2014-cü il tarixli, BAL1382513/13 saylı müqavilənin məzmunundan görünür ki, bank tərəfindən X8 verilmiş 1000 manat məbləğində kreditin müddəti 10 il olmaqla, həmin müddət 12 mart 2024-cü il tarixdə bitəcək. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, DK0689913/13 saylı müqavilə üzrə tələb edilən 95.06 manat əsas, 2.26 manat faiz məbləğinə və cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək həmin hissədə iddia tələbi təmin edilməməlidir. DK0689913/13 saylı müqavilənin məzmunundan göründüyü kimi, həmin müqavilə üzrə kreditdən istifadə müddəti müqavilə imzalandığı 22 noyabr 2013-cü ildən etibarən 1804 gün, yəni 31 oktyabr 2018-ci il tarixədək nəzərdə tutulmuşdur. Bu qayda ilə hesabladıqda iddiçı tərəfindən hazırkı iddia ərizəsi ilə 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi DK0689913/13 saylı müqavilə üzrə 95.06 manat əsas, 2.26 manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin e-2(075)- 172/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Şikayətin üçücü dəlili onda ibarətdir ki, X3 vəfat etdiyindən borcun tutulması onun qanun üzrə vərəsələrinə yönəldilmişdir. İddiaçı ərizəsində müqavilə üzrə ödənilməmiş qalıq borc olaraq 612.41 manat əsas, 1004.86 faiz borcunu cavabdeh kimi vərəsələrdən tələb etmişdir. Məhkəmə isə kreditin restrukturizasiya edilməməsini əsas gətirərək iddia ərizəsində göstərilən tələbə düzgün hüquqi qiymət verməyərək iddianı qismən təmin etmişdir. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyyə edilmişdir. Qeyd etmişdirlər ki, yuxarıda qeyd olunan Fərmana əsasən restrukturizasiya ediləcək problemli kreditlər üzrə faiz və cərimə borcu həmin kredit müqaviləsi restrukturizasiya edilən zaman müvafiq hissədə silinir. Həmin tədbirlərə restrukturizasiya olunacaq kreditlərin siyahısını, hər kredit üzrə və ümumilikdə faiz və cərimənin məbləğini müəyyən edib Maliyyə Bazarlarına Nəzarət orqanına təqdim etmək daxildir. Bilavasitə faiz və cərimənin silinməsi isə yalnız kredit restrukturizasiya olunduqdan və Banka dövlət tərəfindən müvafiq vəsait köçürüldükdən sonra mümkündür. Lakin müqavilə üzrə əsas borclu olan X5 qanuni vərəsələri bununla bağlı banka heç bir müraciət etməmişdirlər. Məhkəmə əsaslı sübuta istinad etmədən iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi borc məbləğindən faiz hissəsini təmin etməmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ASC BAL1382513/13 saylı müqavilə üzrə 1004.86 manat faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlı deyil. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X5 İddiaçı ASC-yə olan 612.41 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin müqavilə üzrə borclu X9 26 iyul 2015-ci il tarixdə vəfat etdiyindən onunla bağlanmış müqavilə üzrə qalan borc məbləğinin restrukturizasiya edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(075)-172/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar