Məhkəmə qərarları › İş №2(107)-710/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-710/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-710/2021 17.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-847/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2020-ci il tarixli, 2(046)-847/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh 615.96 manat kredit borcunun və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı ASC-nin hesabına keçirilməsi, dövlət rüsumunun kəsiri olan 10 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə keçiriməsi və qətnamənin icrasının Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1046.02 manat əsas kredit borcu və 289.06 manat faiz borcu olmaqla cəmi 1335.08 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən etiraz vermiş, etiraz təmin edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 faiz olmaqla 24 ay müddətinədək 2000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri qəbul edildikdən sonra Cavabdeh ödənişlər etmişdir. Hazırda Cavabdeh xx.xx.2020-ci il tarixə banka 615.96 manat kredit borcu qalmışdır. Bundan başqa, bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın yeni tələb həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-847/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti belə əsаslаndırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, məhkəmə onun barəsində məhkəmə əmri çıxararaq icraya yönəltmişdir. Həmin əmrə əsasən icra bölməsi xx.xx.2020-ci il tarixdə onun işlədiyi müəssisəyə məktub göndərərək onun 1335,08 manat borcundan cəmi 719,12 manat ödədiyini bildirmiş və ondan qalıq 635,96 manat pulun tutulub banka ödənilməsini tələb etmişdir. Bundan sonra iyun ayında onun əmək haqqından 170 (bir yüz yetmiş) manat tutularaq İddiaçıın hesabına köçürülmüşdür. Daha sonra məhkəmə əmrinə etiraz etdiyi üçün əmr ləğv edilmiş, işə iddia icraatında baxılmışdır və hazırkı qətnaməyə əsasən də ondan 615,96 manat tutulmalıdır. Necə ola bilər ki, icra bölməsi 635,96 manat ondan tələb etdikdən və 170 manat ödəniş olduqdan sonra 615,96 manat borcu qalsın?... İşə baxılarkən məhkəmə buna əhəmiyyət verməmişdir. Həmçinin onun əvvəlki ödədiyi məbləğlər nəzərə alınsa, onun banka cəmi 165 manat borcu vardır. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-847/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 faiz olmaqla 24 ay müddətinədək 2000 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə 615.96 manat kredit borcu vardır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2014cü il tarixdə kredit verilməsi barədə müqavilə bağlanmış və Cavabdeh xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən illik 26 faiz olmaqla 24 ay müddətinədək 2000 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsаsən, dəbbə pulu (cərimə, peniyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi, və yа lаzımındа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrculunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi аndаn tutulmаlıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsаsən, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi işin hallarına və qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiа təmin оlunmаlı, Cavabdeh 615.96 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuzluğu və əsassızlığı, eləcə də kredit borcunun qalan məbləği barədə mücərrəd mülahizələr irəli sürməklə konkret faktlara və sübutlara istinad etməmişdir. Apellyasiya şikayətinə heç bir sübut əlavə olunmamışdır. Bu da apellyasiya şikayətinin formal xarakter daşımasına və əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, İddiaçı ASC cavabdehə qarşı iddia tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız və qəbuledilməz sayır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-847/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-847/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar