Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-710/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Göyçay Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(046)-242/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən bir mərtəbəli 6 otaqlı, bir zal və digər tikililəri olan fərdi yaşayış evində ölçmə işlərinin aparılması cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayon Hacalıkənd kəndində yaşayır. Həmin kənddə iddiaçıya məxsus olan bir mərtəbəli 6 otaqlı, 1 zaldan ibarət olan yaşayış evi vardır. Cavabdeh də hazırda həmin evdə yaşayır. İddiaçı 1977-ci ildə X6 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə təsərrüfatda yaşadıqları müddətdə xx.xx.1981-ci il tarixdə qızı Allahyarova( Hüseynova) Gülayət Əvəz qızı, xx.xx.1983-cü il tarixdə X13, xx.xx.1985-ci il tarixdə qızı X8 və xx.xx.1987-ci il tarixdə Cavabdeh anadan olmuşdur. İddiaçının əri X6 xx.xx.2017-ci ildə tarixdə vəfat etmişdir. Ərindən miras əmlak olan torpaq sahəsini və yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Həmən vərəsələr arasında miras əmlakının bölgüsü aparılmamışdır. Hazırda miras əmlakdan vərəsələr özlərinə çatan qanuni payı tələb edirlər. Lakin birgə təsərrüfatda tikdirdikləri evin DƏDRXdən çıxarışı yoxdur. Bu səbəbdən daşınmaz əmlaka çıxarış olmadığı üçün miras əmlakı vərəsələr arasında bölə bilmirlər. İddiaçı daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması üçün DƏDRX-nın 16 saylı Ucar ərazi dairəsinə ərizə ilə müraciət etmiş, DƏDRXnın nümayəndəsi həmin evi ölçərək hüquqi sənədin verilməsi məqsədi ilə qeyd olunan ünvana gəldikdə cavabdeh və həyat yoldaşı heç bir əsas olmadan buna maneə yaratmışdır. Buna görə də tələbinin təmin edilməsin xahiş edir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tаrixli, 2(046)-242/2022 saylı qətnaməsi (hakim İ.Fəttahov) ilə iddianın təmin edilməsi, İddiaçı Göyçay rayonu Hacalıkənd kəndində yerləşən yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə tələbinin təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən X4, X3, X1, X2, X7 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Göyçay rayon Hacalıkənd kəndində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində zəruri inventarlaşdırma işlərinin aparılmasına maneə törədilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı, Cavabdeh və digər ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021 il tarixli məktuba əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Sadalananlara əsasən məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən X4, X3, X1, X2, X7 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Göyçay rayon Hacalıkənd kəndində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2 maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə ölçü işlərinin aparılmasında yaradılmış maneələrin aradan qaldırılması tələbi ilə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən ən əvvəl onun iştirakı təmin edilməmişdir. Qəbul olunmuş qətnaməni göründüyü kimi xx.xx.2022-ci il tarixində almışdır. Məsələ ondan ibarətdir ki, mübahisələndirilən fərdi yaşayış evi üzərində həmçinin torpaq sahəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsində ciddi mübahisələr gedir. Həmin mübahisə öz həllini tapmamışdır. Burada mirasın kim tərəfindən qəbul edilməsi və həmin mirasın mülkiyyətçilərin kimliyi müəyyən edilməmişdir. Bu səbəbdən də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən mübahisənin düzgün həlli üçün məhkəmədə obyektiv araşdırılma aparılmamışdır. Onunla anası, bacısı arasında onun qəbul etdiyi mirasla bağlı məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Çünki onun iştirakını təmin etməmişdir. Bu şəxslərin miras əmlakı ilə bağlı dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı subyektiv fikri yoxdur. Məhkəmə faktiki halları araşdırmamışdır. Yəni mübahisələndirilən məsələ ilə bağlı qərar qəbul etməzdən əvvəl müəyyən etməlidi ki, həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi ilə mübahisə vardır. Bu mübahisə öz həllini tapdığı halda hazırki tələbin baxılmasından söhbət gedə bilərdi. Məhkəmə müəyyən edilmiş faktlarla bağlı onun münasibətləri üzrə səhv nəticəyə gəlməklə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. O, bu qətnamə ilə razı deyil. Evin ilkin sənədləri vardır. Həmin sənədlərdə konkret olaraq evin göstəriciləri var. O, həmin göstəricilər üzrə sənədləşməni özü aparacaq. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(046)-242/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(046)-242/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(046)-242/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh X10 münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-242/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021 il tarixli məktuba əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi üzərində həmçinin torpaq sahəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsində ciddi mübahisələr gedir. Həmin mübahisə öz həllini tapmamışdır. Burada mirasın kim tərəfindən qəbul edilməsi və həmin mirasın mülkiyyətçilərin kimliyi müəyyən edilməmişdir. Bu səbəbdən də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən mübahisənin düzgün həlli üçün məhkəmədə obyektiv araşdırılma aparılmamışdır. Onunla anası, bacısı arasında onun qəbul etdiyi mirasla bağlı məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli evin əvvəlki mülkiyyətçisi X6 ilə İddiaçı nikahda olmuşlar. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və onun mülkiyyətində olan mübahisəli mənzillə bağlı vərəsəlik hüququ yaranmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı, Cavabdeh və digər ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Göyçay Rayon İcra Hakimiyyəti Başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 185 saylı arayışdan görünür ki, İddiaçı Göyçay rayon Hacalıkənd kəndində qeydiyyatdadır. Belə olduğu halda kollegiya hesab edir ki, onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ var. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmədə vərəsəliyə dair mübahisənin olması hazırkı işə mahiyyəti üzrə baxılmasına mane olmur. İndiki tələb mübahisə predmeti olan evin dövlət qeydiyyatdan alınması üçün ölçmə işlərinin aparılması ilə bağlıdır. Yəni indiki halda iddianın təmin edilməsi cavabdehin hüquqlarını hər hansı bir formada pozmur. Gələcəkdə iddiaçının mirası qəbul etmədiyi aşkar olacağı təqdirdə hazırki qətnamə iddiaçı üçün heç bir hüquqi nəticə yaratmayacaqdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(046)-242/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(046)-242/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-710/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-710/2022
23.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver