Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-712/2023 25.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tapşırıq müqaviləsi, zərərin ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X25 qızının katibliyi ilə, Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsinin vermək üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçının mərhum qardaşı X7 arvadı olmuşdur. Digər Cavabdeh2 isə onların qızıdır. X15 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X15 ilə şifahi razılaşmışlar ki, iddiaçı Rusiya Federasiyasında işləyərək mərhuma pul göndərsin, mərhum da öz adına Yevlax rayonunda torpaq sahələri alsın. Çünki iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan Azərbaycan Respublikasında öz adına torpaq sahəsi ala bilmir. Mərhumun isə bu işdə mənfəəti o olacaqdır ki, iddiaçı həmin torpaq sahələrini ondan özü istifadə etmək üçün istəyənədək o həmin torpaq sahələrindən istifadə edəcəkdi. Belə ki, iddiaçının fikri bu idi ki, qocalandan sonra öz doğulduğu kənddə qayıtsın və ömrünün sonlarını həmin kənddə kənd təsərrüfatı ilə məşğul olaraq keçirsin. Hətta, bunun üçün kənddə özünə bunun üçün ev də tikdirmişdir. Bütün bunları mərhum X15 da bilib qəbul etmişdir ki, torpaq sahələri rəsmi olaraq onun adında olsa da əslində iddiaçınındır. İddiaçı illər ərzində qardaşına göndərdiyi rus rubulunun məbləği bu günki günə olan məzənnə ilə təxminən 13000 manat edir. Hətta göndərdiyi pullardan başqa iddiaçı Yevlax rayonu, Ağqıraq kəndində yerləşən 4.5479 hektar torpaq sahəsini şəxsən özü pul verib alsa da, torpaq sahəsini mərhum qardaşının adına rəsmiləşdirmişdir. Qardaşı ölənədək onların arasında səmimi münasibətlər olmuş və iddiaçı heç vaxt fikirləşməmiş ki, və vaxtsa qardaşı və ya onun ailəsi həmin torpaqların onlara məxsus olmasını iddia edərlər. Ona görə də qardaşının yas mərasimində də iştirak edərkən, iddiaçı cavabdehlərə bununla bağlı heç nə deməmiş, qardaşının yas mərasimini yola verdikdən sonra isə Rusiya Federasiyasına qayıtmışdır. Sentyabr ayında isə iddiaçı öyrənmişdir ki, cavabdehlər iddiaçının qardaşı X9, bacısı X8 və qardaşı oğlu X10 qarşı iddia qaldıraraq, onların həmin torpaqlardan çıxarılmasını tələb edirlər. İddiaçı Azərbaycana gəlmiş və cavabdehlərə xəbər göndərərək, onlardan həmin torpaq sahəsinin onun olmasının təsdiq etmələrini, onları başqa yaxın qohumlarının birinin adına keçirmələrini istəmişdir. Lakin bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər həmin torpaqları da özlərinin hesab edirlər və onun həmin torpaq sahələrinə görə ödədiyi pulları da geri qaytarmaq istəmirlər.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında cavabdehlərin vəkili Vəkil2 çıxış edərək, həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün sərf olunduğunu və iddia müddəti belə keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, iddiaçı onun əmisidir, cavabdehlər isə anası və bacısıdır. Atası 2019-cu ildə vəfat etmişdir. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Hazırda anası və bacısı ilə münasibətləri yoxdur. Torpaqların alınması üçün pulu atasına əmisi İddiaçı göndərmişdir. Atası 2000-ci ilə kimi Rusiya Federasiyasında işləmişdir. Lakin ayağı və ürəyi narahat olduğu üçün 2000-ci ildə Azərbaycana qayıtmışdır. Azərbaycanda da ödündən əməliyyat olmuşdur. Atası ferma işlədib. Lakin həmin ferma da əmisinə məxsus olubdur. Əmisi qırxa kimi yasda iştirak etmişdir. Torpaqların anasının və bacısının adına keçməsində əmisinin xəbəri var idi. O əsgərliyə getdiyi üçün mirasdan ona çatası paydan imtina etmişdir. Əmisi anasına güvəndiyindən həmin vaxt torpaq söhbətini etməmişdir. Torpaq 10.5 ha olmuş və başqa kənddən alınmışdır. Torpaqların qiymətini əmisi sahibləri ilə razılaşmışdır. Torpaqlar atasının adına alınsa da, əmisi Azərbaycana qayıdanda ona qaytarılmalı idi. Həmin vaxta kimi də torpaqları atası istifadə edəcəkdir. Atası öləndən sonra mübahisə düşənə qədər əmisi torpaqları isməməmişdir.
7. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdehlər isə mərhum qardaşı Habilin həyat yoldaşı və qızıdır. Tərəflər arasında nə baş verdiyini və niyə iddiaçının pul istədiyini bilmir. Sakit mərhum Habilə torpaq almaq üçün pul göndərmişdir. Altı qardaşdılar. Sakitin imkanı yaxşı olduğundan hamısına Sakit maddi köməklik edir. Sakitin kənddə özünün evi var. Evin tikilməsi üçün ustaları Sakit özü tapmışdır. Pullarını da özü vermişdir. Danışıqlarda o da olmuşdur. Ustaların pulunu elə onların adına göndərirdi. Mərhum Habilə pulu tək torpaq almaq üçün göndərmişdir. Pulu Sakit göndərsə də, torpaqlar mərhum Habilin adına alnmışdır. Fermanı da Sakit tikdirib. Mərhum Habil xəstə olduğu üçün işləmirdi.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsi ilə (R.Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 12467.67 manat və 127.40 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə X15 qardaş olmuşlar. İddiaçı Rusiya Federasiyasında yaşayaraq orada işləyir. İddiaçı 2014-2019-cu illər ərzində Rusiya Federasiyasından X11 torpaq sahələrinin alınması üçün pul göndərmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən həmin torpaqlar X7 adına rəsmiləşdirilmişdir. İddiaçı Azərbaycan Respublikasına qayıdan vaxta kimi torpaq sahəsindən X15 istifadə edəcəkdir. Lakin İddiaçı Azərbaycan Respublikasına qayıtdıqdan sonra torpaqları ona təhvil verəcəkdir. X15 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Torpaq sahələrini miras kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Hazırda İddiaçı cavabdehlərdən torpaq sahələrinin geri qaytarılmasını tələb etsə də, cavabdehlər torpaq sahələrini qaytarmaqdan imtina etmişlər. Həminin torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən X11 göndərilmiş pulları qaytarmamışlar. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X10, X9 və X2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş hazırda Yevlax Rayon Məhkəməsinin icraatındadır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsinin vermək üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Həmçinin həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün göndərilməsini bildirmişlər.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün sərf oluduğunu bildirsələr də, buna dair məhkəməyə sübut təqdim etməmişlər.
13. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsini xahiş etsələr də, iddiaçı torpaq sahələrini cavabdehlər ona qaytarmayacaqlarını məhkəməyə müraciət etdiklərindən sonra, yəni 02 sentyabr 2022-ci il tarixdə bildiyindən iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçının hüququnun pozulmasını 2022-ci ildə bilmiş yəni onun cavabdehdən pul tələb etmək hüququ MM-nin 377.1-ci maddəsinin tələbinə uyğun olaraq 2022-ci ildə yaranmışdır.
14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 18000 manat pulun tutulmasını xahiş etsə də, məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı X11 cəmi 12467.67 manat pul göndərilmişdir.
15. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 12467.67 manat və 127.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.3, 374.1, 374.2, 375.1, 375.2, 377.1, 425.1, 427.2, 777.1, 777.2, 1113.3, 1133.1, 1134.1, 1243.2, 1306.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
18. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan pul məbləğinin verilməsini, iddiaçıdan başqa bir kimsə ortaya qoymur. Aşağıdakı əsaslarla hesab edir ki, iddia tam əsassızdır.
19. Birinci. İddiaçının təqdim etdiyi sənədlərdə həyat yoldaşına göndərilmiş pul məbləğinin kiçik xronikası var. Pul məbləğinin verilməsi xx.xx.2014-cü ildə başlayır. Bu ödəmələr 2015-2016-cı il və nəhayət xx.xx.2018-ci ili əhatə edir. Bu pul məbləğinin onlar cavabdehlərin atası digərinin isə həyat yoldaşı olan Habil Hüseynova göndərildiyi bildirir. Göndərilmə xronikası 2014-2018-ci ili əhatə edir. Şəxsin bu pulu göndərməsinin təyinatı iddiaçının sözündən başqa heç bir yanda əks olunmur. Həyat yoldaşına göndərilən pul məbləğinə diqqət yetirsəniz həmin məbləğ hissə-hissə göndərilib. Həyat yoldaşı həmin pulla şəxsin ******* manat dəyərində olan yaşayış villasını tikdirmişdir. İşə diqqət yetirilsə hansı sənəddə qeyd edilib ki, göndərilən pul torpaq üçün nəzərdə tutulub. Şəxsin göndərdiyi pul 12000 manatdırsa, 12000 manat müqabilində 10 ha torpaq sahəsini almaq olardımı. Bu qədər yalan, bu qədər iftira kimə yarayır. Qardaşlar birləşərək əvvəl onları evlərindən qovublar. Onları döyüblər. Maraqlı hal odur ki, məhkəmə 12467 manatı üstlərinə qeyd edərkən bütün bunların nə əsasla etdiyini anlaya bilmirlər.
20. İkinci. Qardaş-qardaşa 12467 manat pulu göndəribsə, bu pulun son ödəmə müddəti xx.xx.2018-ci ildir. Burada qardaş-qardaşa pul göndərib. Həyat yoldaşı X15 xx.xx.2019-cu ildə vəfat edib. İddiaçı sözləri ilə desək onun özü yas mərasımında iştirak edib. Ən azı pul verdiyi şəxsin öldüyünü bilmişdir. Belə olan halda əgər dedikləri doğrudursa nə üçün əgər torpaqlar ona aid idisə nə üçün vərəsəlik qaydasında onlara keçməsinə bu adam razılıq vermişdir? Əgər torpaq həqiqətən onun idisə hansı səbəbdən onları çağırıb torpağın ona aid olduğunu, bu səbəbdəndə onları adlarından bu torpağın çıxarılmasını nə üçün istəməmişdir. Çünki bütün bunlar yalan və fiasqodur. Şəxs bir ayın ayrı-ayrı günlərində xırda məbləğlərlə öz qardaşına pul göndərib. Həmin məbləğlərə diqqət yetirilsə görünər ki, həqiqətəndə göndərilən bu pul məbləği tikdirdiyi evin mal materiallarının və usta xərclərinin pullarıdır. Böyük torpaq alan şəxs bunların dili ilə deyilsə kasıb qardaşına bu kiçicik rəqəmlərlə pul göndərib torpaq alması nə dərəcədə həqiqətdir. O Yevlax rayon Məhkəməsinə vəkili vasitəsilə fikirlərini çatdırmışdır. Qətnamədə tərəflərin geniş ifadəsi əks olunsada onların mövqeləri vəkil vasitəsilə bir cümlə ilə ortaya qoymaq doğru deyil. İddiaçının göndərdiyi pulun torpağa niyyətlənməsi, göndərilmiş pulların məbləğinə baxanda ayı, çoxsaylı günləri qiymətləndirsələr, kasıb qardaşın bu həddə torpağı qəpik-qəpik alması hansı həqiqəti ortaya qoyur.
21. Üçüncü. Onlar ailə olaraq işləmişlər. Fermaları var idi. Əvvəl icarə torpaqları əllərində idi. Beş mal-qaradan 60 başa qədər mal-qaraları vardır. Həmin mal-qaranı balaları doğulduqca onlar böyükləri sataraq torpaqlar almışlar. Bu torpaqları ümumi əziyyətləri bahasına əldə etdikləri mal-qaranı satmaqla əldə etmişlər. Digər mal-qaraları orta hesabla 20 ana, 20 bala və bir neçə sayda ətlik dana, bu qardaşların onları ləkələyib evdən çıxardandan sonra tamamilə ələ keçirdib mənimsəmişlər.
22. Dördüncü. Tərəflərindən bildirilib ki, şəxs yodaşına xırda-xırda özünün evinin tikilməsi üçün tikinti materiallarına və ustalara xırda-xırda pullar göndərmişdir. Yəni həyat yoldaşına pul göndərib. Həyat yoldaşı da 2019-cu ilin iyun ayının 3-də vəfat edib. İddiaçı da onun ölümündə, dəfnində iştirak edib. Əgər bu insanların tələbi pul iddiasıdırsa, qanunla bu məbləği 3 il ərzində həyat yoldaşından tələb edə bilərdilər. xx.xx.2018-ci il tarixində sonuncu göndərdiyi məbləğ 667 manatdır. Həyat yoldaşı göndərilən puldan hələ bir il sonra vəfat edəcək. Şəxs həyat yoldaşını sağlığında bu pulu tələb etməyib. Çünki tələb edə bilməzdidə. Həmin pullar bunun evinə xərclənib. Deyək ki, həmin pulu yoldaşına verib. Yoldaşının ölümünü bildiyi halda 3 iyun 2019-cu il tarixindən 3 il ərzindədə bu pulu tələb etməyiblər. Yoldaşının vəfatından sonra onlar oktyabr 2022-ci il tarixində torpaqlarının boşaldılmasını Rahib adlı qardaşdan tələb edəndə bunlar bir ay sonra bu pul oyununu ortaya atdılar. Hər bir halda iddia müddəti ötürülmüşdür. Tələb birbaşa pul tələbidir. İddiaçı həyat yoldaşına xırda-xırda pul ödəyib. Yalandan torpaq almağa yönəldiyini bildirir. Ödədiyi pulların dəyərinə həddinə baxanda bütün bunlar heçdə torpaq alınmasını müəyyən edən rəqəmlər deyildir.
23. Beşinci. Yevlax rayon Məhkəməsi üzərinə 12467,67 manat pul öhdəliyi qoyur. Onların üzərinə bu pulu qoyan zaman müəyyən etmişdir ki, onlar mərhum Habil Hüseynovun vərəsələridir. Bəs üçüncü vərəsələri nə üçün gizlədilib. Üçüncü vərəsədə Habil Hüseynovun övladı deyilmi. Onu aldadaraq öz tərəflərinə çəkmək, mərhum Habil Hüseynovun ruhuna olan hörmətsizlik deyilmi? Bütün əmlakları həyat yoldaşına aid olan 3 avtomobil, traktor, mal-qara hamısı oğurlanaraq mənimsənilib. Üçüncü vərəsəni isə gizlətmək bu yalan rəqəmləri üzərlərinə atmaq hesab edir ki, məhkəmə ədaləti deyil.
24. Altıncı. İddiaçı bildirir ki, qardaşı vəfat edəndən sonra bu torpaqların ona məxsus olduğunu onlara deməyib. Yaxşı, deməməyin bir yana bəs nə üçün mərhum həyat yoldaşının vəfatından sonra torpaq sahəsinin o Cavabdeh1 adına keçməsinə nə üçün mane olmadın. Əgər torpaq onun idisə bütün torpağı onun adına yox Habil Hüseynovun övladlarının adına keçirərdi. Rahatlıqla həmin torpaqları ala bilərdi. Bütün bunları yalan formada teatırlaşdırmaq, aktyorlaşdırmaq olar. Ancaq ədalət məhkəməsi bütün bunlara heç bir halda yol verməz. Onların müddətin tətbiqi ilə bağlı ərizələrinə Yevlax rayon Məhkəməsi əsaslandırılmış şəkildə qiymət verməmişdir. Bu səbəbdən də çıxarılmış ədalətsiz qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
25. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtəfli araşdırılmamışdır. Nəticədə prosessual hüquq normaları onlara münasibətdə pozulmuşdur. Onlar öz mövqelərini ortaya qoymağa çalışsalarda hazırki ədalətsizliklə qarşılaşmalı olmuşlar.
26. Çıxarılan qətnamə AR MPM-nın 217-ci maddəsinə əsasən qanuni və əsaslı olmalıdır. Həmin normaya əsasən mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin istinad etdiyi normalar isə tamamilə fərqli hüquq normalarıdır. İşə baxan Yevlax rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək, nə iddia müddətinə münasibətdə, nədə qaldırılan tələbdəki göndərilən pul cədvəlinə ümumən baxmayaraq iddiaçının fikirlərinə istinad edib. Göndərilən pulun təyinatını torpağa yönəldir.
27. Məhkəmə sübutları tam araşdırmamış, istinad etdikləri hallara qiymət verməmiş, müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq qərarını əsaslandırmamış, mövcud sübutlarını qiymətləndirmədən qərəzli, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, iddiaçının və bu işdə marağı olan digər qardaşların fikri əsasında maraq dairəsini dəyərləndirmədən əsaslandırmamış bir qərar qəbul etməklə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Torpaqların alınma tarixləri belə araşdırılmamış, alqı-satqıya dair müqavilələr istənilməmiş, alınmış torpaqların dəyərinin ödənilmə mexanizmi müəyyən edilməmiş, göndərilən xırda rəqəmlərlə üç il ərzində verilən pul məbləğinin torpağın alınmasına yönəltməklə qərarı formalaşdırmaq üçün iddiaçı istinad etdiyi halları nə sübut etmiş, nədə məhkəmə bütün bunları özü müstəqil olaraq yoxlamamışdır.
28. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunması, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin olunması, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişlər.
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlərr. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 786.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir. 786.3-cü maddəsinə əsasən əgər tapşırıq müqaviləsinin qüvvəsinə bu Məcəllənin 786.2ci maddəsinə əsasən xitam verilməsi nəticəsində və ya vəkalət verənin təqsiri olmadan müqavilənin vəkalət alan tərəfindən ləğv edilməsi nəticəsində vəkalət verənin mənafelərinin müdafiəsi təhlükəyə məruz qalarsa, vəkalət alan, onun vərəsəsi və ya onun nümayəndəsi vəkalət verənin, onun vərəsəsinin və ya onun nümayəndəsinin tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirməyə qadir olmasınadək bu münasibətlərin davam etməsi qayğısına qalmalıdırlar. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
37. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
39. Cavabdehlər Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 124/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsələr də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadıqlarından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə 161.05 manat pulun alınaraq ödənilməsi hissəsində ləğv edilməlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X15 qardaş olmuşlar. İddiaçı Rusiya Federasiyasında yaşayaraq orada işləyir. İddiaçı Rusiya Federasiyasından X11 torpaq sahələrinin alınması üçün pul vəsaitləri göndərmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən həmin torpaqlar X7 adına rəsmiləşdirilmişdir. İddiaçı Azərbaycan Respublikasına qayıdan vaxta kimi torpaq sahəsindən X15 istifadə edəcəkdi. Lakin İddiaçı Azərbaycan Respublikasına qayıtdıqdan sonra torpaqları ona təhvil verəcəkdi. X15 03 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Torpaq sahələrini miras əmlak kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Hazırda İddiaçı cavabdehlərdən torpaq sahələrinin geri qaytarılmasını tələb etsə də, cavabdehlər torpaq sahələrini qaytarmaqdan imtina etmişlər. Həminin torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən X11 göndərilmiş pulları qaytarmamışlar. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X10, X9 və X2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş hazırda Yevlax Rayon Məhkəməsinin icraatındadır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18000 manat məbləğində pulun və iddia ərizəsinin vermək üçün dövlət büdcəsinə ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Həmçinin həmin pulların iddiaçıya məxsus evin tikilməsi üçün göndərilməsini bildirmişlər.
43. Məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.
44. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
45. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalar əvəzinə məhkəmənin tamamilə fərqli hüquq normalarına istinad etməsinə, işin faktiki hallarını aydınlaşdırmaması, istinad etdiyi hallara qiymət verməməsi, müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq qərarını əsaslandırmaması, müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsi və tapşırığın qəsdən kifayət qədər vicdanla icra edilməməsi nəticəsində vurulmuş zərərlə bağlı normalar əsas götürülməlidir. Hansı ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən irəli gələn münasibətlərlə bağlı normalarına istinad etmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
48. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutları tam araşdırmamasına dair dəlili ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələb edilən 12467.67 manat pul vəsaitindən 161,05 manatın da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasında səhv nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan pul məbləğinin verilməsini iddiaçıdan başqa bir kimsənin ortaya qoymaması, şəxsin bu pulu göndərməsinin təyinatının iddiaçının sözündən başqa heç bir yanda əks olunmaması, göndərilən pulun torpaq üçün nəzərdə tutulmasının hansı sənəddə qeyd edilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından olan "xxxx" ASC-dən təqdim edilmiş məlumatlardan görünür ki, İddiaçı, X22 və X14 tərəfindən 2014-2018-ci illər ərzində X11 Rusiya Federasiyasından pul vəsaitləri köçürülmüşdür. Həmçinin iş materiallarında olan notarial qaydada təsdiq edilmiş 47 БА ******* saylı ərizədən məlum olur ki, X18, X22 və X19 ərizə verərək təsdiq etmişlər ki, İddiaçı 2015-ci ildən 2019-cu il daxil olmaqla, bu müddətə kimi X7 adına Azərbaycan Respublikasına köçürülməsi/göndərilməsi üçün onlara pul vəsaitləri köçürmüşdür. İddiaçı məxsus bu pul vəsaitləri torpaq sahələrinin alınması, torpaq sahələrinin icarə haqqının ödənilməsi, fermanın tikilməsi və rəsmiləşdirilmə, vergilər və tikinti ilə bağlı digər xərclərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu obyektlərin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmadığına görə İddiaçı ilə X15 arasındakı razılığa əsasən yuxarıda göstərilən daşınmaz əmlak obyektləri sonuncunun adına rəsmiləşdirilmişdir.
50. Eyni zamanda birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, torpaqların alınması üçün pulu atasına əmisi İddiaçı göndərmişdir. Torpaq 10.5 ha olmuş və başqa kənddən alınmışdır. Torpaqların qiymətini əmisi sahibləri ilə razılaşmışdır. Torpaqlar atasının adına alınsa da, əmisi Azərbaycana qayıdanda ona qaytarılmalı idi. Həmin vaxta kimi də torpaqları atası istifadə edəcəkdi.
51. Göründüyü kimi İddiaçı ilə X15 arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanmış, mərhum X15 iddiaçının pul vəsaitləri hesabına torpaq sahələri almışdır. X4 vəfat etdiyindən tapşırığın icrası öhdəliyi ondan mirası qəbul etmiş vərəsələri olan iş üzrə cavabdehlərə keçmişdir.
52. Belə ki, mülki iş materiallarına əlavə edilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 vəfat etdikdən sonra onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 mirası qəbul etdiklərindən sonuncuların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 786.2-ci maddəsində tapşırıq müqaviləsi üzrə tərəflərdən hər hansı birinin vəfat etməsi ilə sözügedən müqaviləyə xitam verilməsi nəzərdə tutulsa belə, Həmin Məcəllənin 786.3-cü maddəsində mərhumun vərəsələrinin üzərinə bu münasibətlərin davam etdirilməsi qayğısına qalmaları vəzifəsi qoyulmuşdur.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhum həyat yoldaşının vəfatından sonra torpaq sahəsinin Cavabdeh1 adına keçməsinə mane olmamasına, üçüncü vərəsənin nə üçün gizlədilməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
55. Göründüyü kimi mərhum X7 vərəsələri Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə X15 arasında bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirmək vəzifəsini daşıyırlar. Lakin cavabdehlərin torpaq sahələrini vərəsəlik qaydasında adlarına sənədləşdirmələrindən sonra tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirmə qayğısına qalmamaları, tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməmələri iddiaçıya zərər vurulması ilə nəticələnmişdir.
56. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Hazırda baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin iddiaçıya tələb etdiyi həcmdə ziyanın vurulması ilə bağlıdır. İddiaçı tərəfindən buna sübut kimi Expressbank ASC-nin 28 oktyabr 2022-ci il tarixli 001/007/6590/2022 saylı məlumatları təqdim edilmişdir.
58. Expressbank ASC-nin 28 oktyabr 2022-ci il tarixli 001/007/6590/2022 saylı məlumatlarından müəyyən edilir ki, X11 xx.xx.2016-cı il tarixdə 158.43 manat, xx.xx.2016-cı il tarixdə 223 manat, xx.xx.2016-cı il tarixdə 228 manat, xx.xx.2016-cı il tarixdə 157.37 manat, xx.xx.2016-cı il tarixdə 156.62 manat, xx.xx.2016-cı il tarixdə 502 manat pul vəsaitləri X22 tərəfindən, xx.xx.2016-cı il tarixdə 161,05 manat pul vəsaiti X14 tərəfindən, ümumilikdə göndərilmiş 12467.67 manat pul vəsaitinin qalan hissəsi isə İddiaçı tərəfindən göndərilmişdir.
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X11 göndərilmiş ümumilikdə 12467.67 manat pul vəsaitindən 12306,62 manatının cavabdehlərdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olsa da, 161,05 manat pul vəsaitinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasında doğru nəticəyə gəlməmişdir.
60. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, X12 birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizəsindən İddiaçı tərəfindən X1/göndərilməsi üçün onlara pul vəsaitinin köçürülməsi təsdiqini tapdığı halda, İddiaçı tərəfindən X5 bu məqsədlə pul vəsaitinin köçürülməsi öz təsdiqini tapmamışdır.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamədə onların mövqelərinin vəkil vasitəsilə bir cümlə ilə ortaya qoyulmasının doğru olmamasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından cavabdeh tərəfin vəkilinin izahatının məhkəmə qətnaməsində olan izahatı ilə eynilik təşkil etməsi, iş materiallarından isə məhkəmə iclas protokoluna hər hansı bir qeydin verilməməsi müəyyən edilir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, iş materialından göründüyü kimi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X16, X17 və X3 qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlak tələbinə dair 15 avqust 2022-ci il tarixli iddia ərizələri üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən cavabdeh tərəfə məhkəmə bildirişi 2 sentyabr 2022-ci il tarixdə ünvanlanmışdır. İş materialından iddiaçının öz hüquqlarının 2 sentyabr 2022-ci il tarixdən əvvəl pozulmasını bilməsi və yaxud da bilməli olması, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı iddia müddətinin ötürülməsi halları müəyyən edilməmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həyat yoldaşı həmin pulla şəxsin ******* manat dəyərində olan yaşayış villasını tikdirməsi, həmin pulların bunun evinə xərclənməsi, torpaqların alınma tarixlərinin araşdırılmaması, alqı-satqıya dair müqavilələrin istənilməməsi, alınmış torpaqların dəyərinin ödənilmə mexanizminin müəyyən edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, X11 pul vəsaitinin köçürülməsi/göndərilməsi bank sənədləri ilə, torpaqların alınması üçün pulu atasına əmisi İddiaçı göndərməsi isə şahid Mirzə Hüseynovun ifadəsi ilə təsdiq edilmişdir. Cavabdeh tərəfin isə birinci instansiya məhkəməsinə həmin halı təkzib edəcək hər hansı bir dəlil təqdim etməsi halı iş materialı ilə müəyyən edilmir.
64. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
65. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş Cavabdeh1 və Cavabdeh2 161.05 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-124/2023 saylı qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş “Cavabdeh1 və Cavabdeh2 161,05 (bir yüz altmış bir manat 05 qəpik) manatın alınıb İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh1 və Cavabdeh2 161,05 (bir yüz altmış bir manat 05 qəpik) manatın alınıb İddiaçı ödənilməsi” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.