Məhkəmə qərarları › İş №2(107)-713/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-713/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-713/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-264/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli NH0007313U/13U saylı müqavilənin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 12777,49 ABŞ dolları məbləğində əsas borcun, 2319,57 ABŞ dolları məbləğində faiz borcunun, 396,64 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 15493,7 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh məxsus dövlət nömrə nişanı **-BF-*** “HYUNDAİ Elantra” markalı avtomobilə yönəldilməsi və avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-264/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, NH0007313U/13U saylı avtomobil krediti və girov/ipoteka müqaviləsinin ləğv edilməsi, Cavabdeh 12777.49 (on iki min yeddi yüz yetmiş yetmiş yeddi dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 2319.57 (iki min üç yüz on doqquz dollar əlli yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15127.06 (on beş min yüz iyirmi yeddi dollar altı sent) ABŞ dolları məbləğində borc, 200 (iki yüz) manat əlavə cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, "İddiaçı" X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit və girov/ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş "HYUNDAİ ELANTRA” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə tutmanın yönəldilməsi, həmin avtonəqliyyat vasitəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaiti hesabına 15127.06 (on beş min yüz iyirmi yeddi dollar altı sent) ABŞ dolları məbləğində borc, 200 (iki yüz) manat əlavə cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin iddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 16000 (on altı min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin "İddiaçı" Səhmdar Cəmiyyətindən alınaraq "Əmlakın Qiymətləndirilməsi və Consalting” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Qəbələ Rayon Məhkəməsinə ərizə təqdim edərək sözügedən qətnamənin onun ünvanına çatdırılmadığını, qətnamənin onun tərəfindən qəbul edilməsi barədə iş materiallarında olan xəbərnamənin onun tərəfindən imzalanmadığını və həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-264/2017 saylı qərardadı ilə (hakim Abbas Əliyev) Cavabdeh tərəfindən verilmiş ərizənin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-264/2017 saylı qərardadından şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-264/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasın gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)- 264/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-264/2017 saylı qətnaməsi xx xxxx 2017-ci il tarixdə tərəflərə poçt vasitəsi ilə göndərilmiş, Cavabdeh ünvanlanmış göndəriş xx xxxx 2017-ci il tarixdə ünvançı tərəfindən xəbərnaməyə “Alməmmədov” qeydi ilə imza edilərək qəbul edilmişdir. Sözügedən qətnamədən apelyasiya şikayəti verilməmiş və xx xxxxxx 2017-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasi şöbəsindən verilmiş məktubdan görünür ki, qeyd edilən qətnamə üzrə xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə və birinci instansiya məhkəməsinə göndərilmişdir. İcra tədbirləri nəticəsində girov/ipoteka predmeti olan “Hyundai Elantra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə saxlanılaraq tam işlək vəziyyətdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh məxsus sözügedən avtomobilin ixtisaslaşdırılmış hərrac vasitəsilə satışının keçirilməsi “X2” sifariş edilmiş və avtomobil xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracda X3 tərəfindən 17600 manata satın alınmışdır. Göstərilən bu hallar, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-264/2017 nömrəli qətnaməsindən xəbərdar olması, qətnaməni alması və onunla bağlı icra hərəkətlərində iştirak etməsinə kifayət qədər əsas verir. Digər tərəfdən, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və vermiş olduğu şikayətin dəlillərini müdafiə etməmişdir. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (Mülki Prosessual Məcəlləsinin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» xx xxxx 2003cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-264/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehə izah olunmalıdır ki, o, buraxılmış prosessual müddətin bərpası barədə sübutlar təqdim etməklə, həmçinin apelyasiya şikayətini ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-264/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar