Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-713/2023 05.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 1.59 ha torpaq sahəsi üçün ödədiyi o vaxtkı məzənnə ilə ******* (yeddi milyon) manat, indiki pulla 1400 manat pulun 2004-cü ilin aprel ayından 2022-ci ilin fevral ayınadək inflyasiyası nəzərə alınmaqla Cavabdeh alınıb ona verilməsi, eyni zamanda cavabdehə ödədiyi 200 manat pulun və torpağın yaxşılaşdırmasına çəkdiyi 14850 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh torpaq sahəsinə görə ödənmiş 1400 manat və 200 manat, cəmi 1600 manat, torpaq sahəsinin yaxşılaşdırılmasına görə 206.25 manat, ümumilikdə 1806,25 manatın alınıb İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, 140 manat dövlət rüsumu xərcinin 14 manatının Cavabdeh alınıb İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı özünə aid edilməsi, 150 manat ekspertiza xərcinin 135 manatının İddiaçı, 15 manatının Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************; X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli 2(107)- 490/2023 saylı qərardadı ilə Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qətnaməsindən İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya (apellyasiya şikayəti verilməsi müddətinin 6 gün ötürülməsi əsası ilə) qeyri-mümkün hesab edilmişdir. 07 aprel 2023-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli e-2(019)-71)-2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməklə buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(019)-71/2023 saylı qərardadı ilə İddiaçı Balakən Rayon Məhkəməsininin e-2(019)-71/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətininin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmənin mübahisələndirdiyi qətnaməsini xx.xx.2023-cü il tarixdə almışdır. Onun elektron kabineti yoxdur. Vəkil Nümayəndə işi tam yerinə yetirə bilmədiyinə görə başqa vəkillə müqavilə bağlamaq fikri olmuşdur. Lakin həmin müddətlərdə xəstə olduğundan başqa vəkilə müraciət edə bilməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilməsi üçün yenidən onunla müqavilə bağlamışdır. Hesab etmişdir ki, qətnamə ona rəsmi təqdim edildiyi vaxt xx.xx.2023-cü il tarix olduğundan və xx.xx.2023-cü il tarixədək apellyasiya şikayəti verə bilər. Buna görə də qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Hesab etmişdir ki, hazırki vəziyyətdə İddiaçı ondan asılı olmayan səbəblərdən qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsi üçün müddət ötürülmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsi də əvvəl hesab etmişdir ki, elektron kabineti olmadığından qətnamə ona poçt vasitəsi ilə təqdim edildiyi vaxtdan bir ay ərzində apellyasiya şikayəti vermək hüququ olmuşdur. Bu əsasla da işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Əgər birinci instansiya məhkəməsi apellyasiya şikayətini vaxtında qaytarsaydı, şikayətin qaytarıldığı gün apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərdi. 07 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim etsə də, həmin ərizəsinə xx.xx.2023-cü il tarixdə baxılaraq hüquqi qiymət verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qərardadında onu da qeyd etmişdir ki, İddiaçı ərizəsinə apellyaisya şikayətini və digər zəruri sənədləri də əlavə etməmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(107)- 490/2023 saylı qərardadında iş materiallarına apellyasiya şikayətinin əlavə edilməməsi əsası ilə yox, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qətnaməsindən İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya (apellyasiya şikayəti verilməsi müddətinin 6 gün ötürülməsi əsası ilə) qeyri-mümkün hesab edilmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qərardadın ləğv edilməsini və Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli e-2(019)-71)-2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməklə buraxılmış müddətin bərpa edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qərardadı ilə, İddiaçı Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)- 71/2023 saylı qəradadından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)- 71/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qətnaməsi 02 fevral 2023cü il tarixdə İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə rəsmi qaydada verilmiş, əlavə olaraq 08 fevral 2023-cü il tarixdə onun özünə rəsmi qaydada təqdim edilmişdir. İddiaçı vəkili, həmçinin nümayəndəsi Nümayəndə qətnamənin surətini rəsmi qaydada aldığı gündən bir ay altı gün sonra sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, İddiaçı isə qətnamənin surətini aldığı gündən iki aya yaxın vaxt keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-ci maddəsinə əsasən müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə,şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(019)-71/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-713/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-713/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver