Məhkəmə qərarları › İş №2(107)-714/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-714/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-714/2023 20.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Elman qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Elman qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Elman qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsindən İddiaçı Elman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Elman qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Altay işləmək üçün 2018-ci ildə Rusiya Federasiyasına getdi. Birgə nikah müddətində 12000(on iki min) manat pul yığmışlar. Altay Rusiyaya gedən zaman pullar onda qalmışdır. Altay Rusiyadan onlara pul göndərməmişdir. Ehtiyacları olduğuna görə həmin puldan 2300 manat xərcləmişdir. Cavabdeh Rusiyadan evə qayıtdıqdan sonra evə qoyub getdiyi 12000 manat pulu ondan tələb etdi. O, puldan 2300 manatın yemək-içməklərinə, uşaqlara xərclədiyini bildirdi və qalan 9700 manat pulu cavabdehə verdi. Cavabdeh pulun hamısını ondan tələb etdi və aralarında mübahisə yarandı. Ona görə də o, evdən çıxıb getdi. Sonra Cavabdeh polis şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmışdır. Qeyd etdiyi kimi 12000 manat pulu birgə nikah müddətində əldə etmişlər. Həmin puldan da 9700 manat cavabdehdədir. Birgə nikah müddətində əldə etdikləri pul onların arasında bölünməlidir. Odur ki, iddianın təmin olunmasını, birgə nikah müddətində əldə edilmiş 9700 manat pulun ikidə bir hissəsi olan 4850( dörd min səkkiz yüz əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: M.Kərimova) 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 4850 manat pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı tələbində birgə nikah müddətində 12000 manat pul yığdıqlarını, cavabdeh 2018-ci ildə həmin pulları onun yanında qoyub işləmək üçün Rusiya Federasiyasına getdiyini, o, ailənin dolanmağı üçün həmin puldan 2300 manat xərclədiyini, cavabdeh Rusiyadan qayıtdıqdan sonra qalan 9700 manat pulu cavabdehə verdiyini, qalan 9700 manat pul birgə nikah müddətində əldə edildiyinə görə həmin pulun ikidə bir hissəsi olan 4850 manat pulun cavabdehdən alınıb ona verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı tələbində birgə nikah müddətində yığmış olduqları 12000 manat puldan qalmış 9700 manat pulu cavabdehə verdiyini bildirsə də öz tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Ona görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, o, bunun təsdiqi kimi Cavabdeh 11 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə olan müraciəti ilə əlaqədar toplanmış materialın olmasını bildirib materialın tələb edilməsini istəmişdir. Həmin material üzrə Mingəçevir şəhər PH-nin TB-nin X2 21 dekabr 2021-ci il tarixli qərar qəbul etmiş və həmin qərarda təhqiqat zamanı «2021-ci il dekabr ayının 5-də həyat yoldaşı Cavabdeh Rusiyadan qayıdıb gəldikdən sonra 12 min manat saxlanc pul barədə maraqlandıqda İddiaçı işdən çıxdığına görə pula ehtiyacı olduğu üçün pulun üstündən 2300 manat xərclədiyini və 9700 manatı Cavabdeh vermişdir.» müəyyən olunduğu göstərilmişdir. Bununla əlaqədar o, təhqiqatçı Anar Qədimovun şahid qismndə dindirilməsi ilə bağlı vəsatət də vermiş və göstərmişdir ki, Anar Qədimov polis nəfəri olduğu üçün onu şahid qismində məhkəməyə təqdim etmək imkanı yoxdur. Məhkəmə iclasının audioyazısı dinlənilərsə göstərdikləri öz təsdiqini tapacaqdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ancaq işə baxan məhkəmə Polis Şöbəsində aparılan araşdırma ilə bağlı tərəflərin izahatlarını və təhqiqat orqanının işlə bağlı qərarını nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, ailəsində pulla bağlı mübahisə yaradan Cavabdeh polisdə olan araşdırmadan sonra pulla bağlı mübahisə açmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı Elman qızı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(051)-238/2023 saylı qətnaməsi ilə iddia rədd edilmiş və İddiaçı Elman qızı həmin qətnamədən aprllyasiya şikayəti vermişdir. Məlumat üçün bildirir ki, o, Rusiya Federasiyasına gedərkən evdə 12000 manat pul qoyub getmişdir. Həmin pullar İddiaçı Elman qızında olmuşdur. İddia ərizəsində iddiaçı həmin pulun bir hissəsini xərclədiyini bildirmişdir. Qalan 9700 manatı guya ki, ona verdiyini bildirmişdir. Lakin iddiaçı ona pul qaytarmamışdır. İddiaçı həmin pulları da götürərək evdən getmişdir. Bu barədə Mingəçevir ŞPŞ-nə müraciət edərək məlumat vermişdir. İddiaçının axtarmaqda səbəbi isə məhz həmin pulların ondan almaq istəməyi olmuşdur. Lakin iddiaçı polis şöbəsində də həmin pulları ona qaytarmamışdır. İddiaçı tərəf hazırda müxtəlif bəhanələrlə əsasız olaraq varlanmaq istəyir. Odur ki, yuxarıda qeyd olunan işin həqiq hallarına əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(051)- 238/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Elman qızı apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(051)- 238/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı tələbində birgə nikah müddətində yığmış olduqları 12000 manat puldan qalmış 9700 manat pulu cavabdehə verdiyini bildirsə də öz tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələbində birgə nikah müddətində yığmış olduqları 12000 manat puldan qalmış 9700 manat pulu cavabdehə verdiyini bildirsə də öz tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü, dəfələrlə tələb edilsə də, iddiaçı tərəfindən tələbə aid sübutlar təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, Cavabdeh 11 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə olan müraciəti ilə əlaqədar toplanmış materialın olmasını bildirib materialın tələb edilməsini istəmişdir. Həmin material üzrə Mingəçevir şəhər PH-nin TB-nin X1 21 dekabr 2021-ci il tarixli qərar qəbul etmiş və həmin qərarda təhqiqat zamanı «2021ci il dekabr ayının 5-də həyat yoldaşı Cavabdeh rusiyadan qayıdıb gəldikdən sonra 12 min manat saxlanc pul barədə maraqlandıqda İddiaçı işdən çıxdığına görə pula ehtiyacı olduğu üçün pulun üstündən 2300 manat xərclədiyini və 9700 manatı Cavabdeh vermişdir.» müəyyən olunduğu göstərilmişdir. Bununla əlaqədar o, təhqiqatçı Anar Qədimovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət də vermiş və göstərirmişdir ki, Anar Qədimov polis nəfəri olduğu üçün onun şahid qismində məhkəməyə təqdim etmək imkanı yoxdur. Kollegiya şikayətin bu dəlilini əsassız sayır. İşdə olan Mingəçevir şəhər PŞ-nin TB-nin tədqiqatçısı Anar Qədimovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 dekabr 2021-ci l tarixli qərarından görünür ki, Cavabdeh arvadı İddiaçı yaşadıqlarını DİN-nin 102-ci xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli məlumatı əsasında araşdırma aparılmış toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. Həmin materialda tərəflərin vermiş olduğu izahatlarda cavabdeh tərəf iddiaçıdan qeyd edilən məbləğdə pulu almasına dair hər hansı bir müddəa olmamışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin iclasının audioyazısı dinlənilərsə göstərdikləri öz təsdiqini tapacaqdır. Kollegiya şikayətin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası tərəfindən 3 iyul 2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə sorğu edilərərək 2(051)-238/2023 saylı mülki işlə əlaqədar keçirilmiş bütün iclasların audio-video görüntülərinin təqdim edilməsi xahiş edilmişdir. Mingəçevir Şəhər Məhkəməsi 12 iyul 2023-cü il tarixdə 2(051)-238/2023 saylı mülki iş üzrə keçirilmiş məhkəmə iclasının videoçəkilişi məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası həmin videoçəkilişə baxış keçirmiş, videoçəkilişdə əvvəlcədən bildirilən tələblər və sübut olunmalı məsələlərə aydınlıq gətirilməmişdir. Qeyd edilən audio-video baxışlarda isə həqiqətən çıxışlar zamanı bu məsələlərə toxunulur. Lakin, həmin faktlar təsdiqlənmir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Elman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar