Məhkəmə qərarları › İş №2(107)-715/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-715/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-715/2025 31.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X22 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh2 və onun vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2, Cavabdeh1 iştirakı ilə, iddiaçı X11 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı X25 27 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi ziyanın əvəzində 38000 manat pul, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul və ödənilmiş 205 manat dövlət rüsumu olmaqla, cəmi 38505 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,10 ha torpaq sahəsi alaraq, orada ikimərtəbəli yaşayış evi və həyətində yardımçı tikililər tikmişdir. Bundan başqa o, həmin kəndin yaxınlığında 3 ha torpaq sahəsi icarəyə götürərək, orada heyvandarlıqla məşğul olmağa başlamışdır. Təxminən 2018-ci ilin sentyabr ayında isə bir tanışına heyvanlarına baxmaq üçün çoban lazım olduğunu bildirmiş və həmin tanışı onu Cavabdeh2 ilə tanış etmişdir. Daha sonra o, Cavabdeh2 və sonuncunun oğlu Röyalı fermasında heyvanlarına baxmağı üçün işə götürmüşdür. Özü isə uşaqları Bakıda təhsil aldığı üçün tez-tez Bakı şəhərinə getmiş və bu səbəbdən də heyvandarlıq üçün lazım olan bütün ot preslərini və arpa yemlərini lazımı qədər alıb, həm fermaya, həm də evinin həyətindəki tövləyə qoyurdu ki, o, kənddə olmadığı zaman Altay yemləri oradan götürüb heyvanlara versin. Fermadakı işləri yerinə yetirmək üçün o, Altaya hər cür şərait yaratmışdır. Altay isə özünə kömək üçün oğlu Röyalı da fermaya gətirmişdi. O, Röyalın atası Altaya kömək üçün işə cəlb olunmasına razı olmuşdur. Cavabdehlərin hər ikisi fermada işləyərək, fermanı idarə etmişlər. Bir müddət cavabdehlər ilə işlədikdən sonra onlar onun etibarını qazandıqları üçün o, Bakı şəhərinə köçməyə qərar vermiş və buna görə də, fermada bütün işlərlə məşğul olmağı cavabdehlərə tapşırmışdır. Bu minvalla cavabdehlər 2018-ci ilin sonlarınadək fermada işləmişlər. Amma o, həmin müddətdə mal-qaranın sayının günügündən azaldığını, heyvanlar üçün aldığı yemin tez-tez qutardığının şahidi olmuşdur. Ən sonda isə o, Altay və Röyalın ona məxsus mal-qaranı ondan xəbərsiz və razılığı olmadan satıb pulunu taladıqlarını müəyyən etmişdir. Bu barədə Altay ona yazılı qəbz də vermişdir. Altay özü verdiyi qəbzdə etiraf etmişdir ki, Altay ona məxsus xırdabuynuzlu heyvanları ehtiyacı üzündən sataraq ümumi dəyəri 38000 manat olan pulu xərcləmişdir. Altay həmçinin qəbzdə qeyd etmişdir ki, həmin puldan 10000 manatını 2020-ci ilin may ayının sonunadək, qalan 28000 manatı isə 2020-ci ilin sonunadək ona ödəyəcəkdir. Lakin, həmin vaxtdan bəri xeyli müddət keçməsinə və pulu dəfələrlə tələb etməsinə baxmayaraq Altay və Röyal ona vurduqları ziyanı ödəməmişlər. Bu barədə etdiyi şikayəti əsasında Qəbələ rayon X18 Bölməsində və Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində Qəbələ rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş qərarlarla cinayət işinin başlanması rədd edilmişdir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad olunmuşdur). Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq olunması” barədə ərizə təqdim edilərək, “cavabdehlər kimi onlara qarşı maddi ziyanın əvəzində 38000 manat pul, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul və ödənilmiş 205 manat dövlət rüsumu olmaqla, cəmi 38505 manat pulun alınaraq İddiaçı verilməsi” barədə iddia tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş və həmin “iddia müddətinin tətbiq olunması” barədə ərizədə cavabdehlər öz mövqelərini onunla əsaslandırmışlar ki, onlar iddia ərizəsində qeyd olunanlarla razı deyillər. Belə ki, Cavabdeh2 İddiaçı məxsus fermada iddiaçının heyvanlarına baxmış və sonra kömək üçün oğlu Röyal ilə birlikdə fermadakı heyvanlara baxmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi guya “38000 manat borcunun olması, həmin borcun 10000 manatını 2020-ci ilin may ayının sonunadək, 28000 manatını isə 2020-ci ilin sonunadək ödəyəcəyi” barədə qəbzi Cavabdeh2 imzalamışdır. Lakin o, imzaladığı həmin qəbzdə nə yazıldığını bilməmiş və vəkili həmin qəbzə qol çəkmək lazım olduğunu dediyinə görə o, qəbzə imza çəkmişdir. Qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə heyvanlarının satılması və ya qəsdən baxılmamazlıqdan tələf olması, eyni zamanda heyvanlara verilən yemin satılması mümkün deyildir. Ümimiyyətlə, onun həqiqətən də qeyd etdiyi məbləğdə iddiaçıya dəymiş maddi ziyan olaraq borcu olsaydı, 6 ilə yaxın bir müddət keçdikdən sonra deyil, vaxtinda tədbir görərdi və aidiyyatı üzrə məhkəməyə müraciət edərdi. Cavabdeh1 da İddiaçı iddia tələbi olaraq göstərdiyi 38.000 manat məbləğində vurulmuş maddi ziyanın əvəzi olaraq pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsini əsassız sayır və hesab edir ki, həqiqətən onun və atası Altayın iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə vurulmuş maddi ziyan borcu olsaydı, iddiaçı ilk illərdə pulu tələb edərdi və 6 ildən sonra məhkəməyə müraciət etməzdi. Ona görə də, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən iddia müddəti tətbiq edilərək, iddia təmin olunmamalı və rədd edilməlidir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsi ilə iddiaçı X11 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh2 38000 (otuz səkkiz min) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 205 (iki yüz beş) manat dövlət rüsumu alınaraq iddiaçı X17 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.” Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı X25 ilə Cavabdeh2 arasında olan şifahi razılaşmaya görə iddiaçı özünə məxsus fermada qoyun və keçilərdən ibarət xırdabuynuzlu heyvanları baxmağı sonuncuya həvalə etmişdir. İşin bu halını işin məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etiraf etmişlər. Lakin, iddiaçı X27 Zəkəryəyevin və Cavabdeh1 ona məxsus xırdabuynuzlu heyvanları mənimsənilməsi, o cümlədən ona qarşı dələduzluq edilməsi barədə polis və prokurorluq orqanlarına dəfələrlə müraciət etmişdir. X11 şikayəti əsasında başlanılmış araşdırma Qəbələ rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı X19 tərəfindən qəbul edilmiş 23 sentyabr 2019cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla təmin edilməmişdir. Bundan sonra isə iddiaçı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan Qəbələ rayon Prokurorluğuna, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Qəbələ Rayon Məhkəməsinə və Şəki Apellyasiya Məhkəməsinə dəfələrlə müraciətlər etmişdir. Bəhman Əliyevin müraciətləri əsasında bir neçə il ərzində davam edən araşdırma Qəbələ rayon Prokurorluğunun müstəntiqi X4 tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən rədd edilmişdir. Bundan sonra iddiaçı mülki qaydada məhkəməyə müraciət etmişdir. Hal-hazırda isə cavabdehlər iddia tələbini qəbul etmirlər və Cavabdeh2 onun tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli qəbzin onun iradəsi daxilində yazılmadığını, orada yazılanlardan xəbərdar olmadığını və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan X5 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli Qəbzdə sonuncu X17 məxsus ümumi dəyəri 38000 (otuz səkkiz min) manat dəyərində olan xırda buynuzlu heyvanları sataraq öz ehtiyacı üçün xərclədiyini təsdiq edərək, həmin pulun 10000 manatını 2020-ci ilin may ayının sonuna qədər, qalan 28000 manatını isə 2020-ci ilin sonuna qədər qaytarması barədə öhdəlik götürmüşdür. Altay Zəkəriyəyev həmin qəbzin onun tərəfindən yazıldığını və imzalandığını məhkəmə iclaslarında etiraf etmişdir. Lakin, Altay Zəkəriyəyevin qəbzi aldadılaraq yazıldığı barədə dediklərinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, ilk növbədə Altay Zəkəriyəyev həmin qəbzin prokurorluqda vəkili Səfəralı Süleymanov tərəfindən, onun sözləri ilə yazıldığını bildirmişdir. Lakin məhkəmə iclasında X2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizənin ümumi məzmunu barədə Altay Zəkəriyəyevə köməklik göstərsə də, orada yazılan məbləği Altay könüllü olaraq yazmışdır. Həmçinin, şikayət olunan şəxs Altay Zəkəriyəyev olmuş və onun barəsində cinayət işinin başlanması dəfələrlə rədd edilmişdir. Belə olduğu təqdirdə ona prokurorluq orqanlarında məcburi olaraq qəbz yazılması barədə dedikləri həqiqətə uyğun deyildir. Bundan əlavə o halı da nəzərə alır ki, iş materiallarında olan Qəbələ rayon X18 bölməsinin müstəntiqi X20 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda X5 izahatında göstərmişdir ki, “İddiaçı 78 min manat deyil, 38 min manat borcludur. Həmin 38 min manat borclu olduğunu xx.xx.2020-ci il tarixdə Bəhman Əliyevə verdiyi qəbzlə də təsdiq etmişdir. Bəhmanın həmin fermada 78 min manatlıq nə xırdabuynuzlu heyvanları, nə ot presləri, nə də arpa və ya buğda bitkisi olmamışdır.” Göründüyü kimi sözügedən rədd qərarında da sonuncu Bəhman Əliyevə 38000 manat borclu olmasını etiraf etmişdir. X1 həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verməmiş və nəticədə orada yazılmış izahat ilə razılaşmışdır. Eyni zamanda o, bunu Qəbələ rayon X18 bölməsinin müstəntiqi X12 verdiyi izahatında da etiraf etmişdir. Məhkəmə, sübutetmə yükünün tərəflərin üzərinə düşdüyünə dair qanun normalarına istinad edərək qeyd edir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli Qəbzin onun iradəsi xaricində yazıldığını əsas gətirməklə iddia tələbinə etiraz etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir. Mülki proses özü-özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulduğundan məhkəmə Altay Zəkəriyəyevin iddia tələbinə etirazını özünə haqq qazandırmaqla, üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra olunmamasına görə mülki məsuliyyətdən yayınmaq məqsədi daşıdığı kimi qiymətləndirərək cavabdehin bu cürə etirazına və izahatında göstərdiyi fikirlərə tənqidi yanaşır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə də zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, hazırkı işdə də Cavabdeh2 iddiaçı X17 məxsus ümumi dəyəri 38000 (otuz səkiz min) manat xırda buynuzlu heyvanları ehtiyacı üzündən sataraq maddi ziyan vurmasını özü tərəfindən yazılmış qəbzlə, eyni zamanda Qəbələ rayon Polis Şöbəsinə verdiyi izahatla da təsdiq etməkdədir. İddiaçının Cavabdeh1 da pul tələb etməsinə məhkəmə onu qeyd edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda olan Cavabdeh1 izahatlarından, eyni zamanda məhkəmə iclasında onun və digər cavabdeh Altay Zəkəryeyevin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı X17 hər hansı maddi ziyan yetirməsi sübut olunmamış və iddiaçı da bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi maddi ziyanın Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə onu da bildirir ki, cavabdehlər məhkəməyə iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Lakin cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizədə hansı əsaslarla iddia müddətinin keçməsini əsaslandıra bilməmişlər. Sözügedən ərizədə gah 6 ilə yaxın, gah da 6 ildən çox müddət deyə qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Məcəllənin sözügedən maddələrindən göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı işdə iddiaçı X25 ilə Cavabdeh2 və Cavabdeh1 arasında hər hansı müqavilə, o cümlədən daşınmaz əmlakla bağlı müqavilə yoxdur. Eyni zamanda Mülki Məcəllədə maddi ziyanla bağlı xüsusi iddia müddəti nəzərdə tutulmamışdır. Bu səbəbdən tərəflər arasındakı mübahisəyə ümumi iddia müddəti olan 10 il tətbiq edilməlidir ki, iddiaçı da həmin müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə cavabdehlərin “iddia müddətinin tətbiqi barədə” ərizələrini əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 205 manat dövlət rüsumu Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 38000 manat məbləğində borc, 300 manat vəkil xidmət haqqı və 205 manat dövlət rüsumu alınaraq iddiaçı X17 ödənil ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, şahidin ifadəsinə, iş materiallarında olan sənədlərin məzmununa və eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.2, 373, 1096 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 78.1, 80, 81, 82, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Eləcə də, birinci instansiya məhkəməsi qətnaməsində iş üzrə aparılan araşdırma zamanı aşağıda qeyd olunan sənədlərin tədqiq olunduğunu göstərmişdir: - İş materiallarında olan X6 tərəfindən yazılmış 04 fevral 2020-ci il tarixli Qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh2 Firudun, Verirəm qəbzi X17 ona görə ki, mən onun xırda buynuzlu heyvanlarına baxarkən ehtiyacım üzündən ümumi dəyəri 38 min manat (otuz səkiz min manat) dəyərində heyvanı satib xərcləmişəm. Soz verirəm ki, həmin pulun 10 min manatını 2020-ci ilin may ayın sonuna qədər, qalan 28 min manatı isə 2020-ci ilin sonuna qədər ödəyəcəm” (qəbzin sonunda “İmza:” sözü yazılıb, qarşısında imza çəkilib və “Cavabdeh2” yazılıb və “xx.xx.2020” tarixi qeyd edilib). - İş materiallarında olan Qəbələ rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı X19 tərəfindən qəbul edilmiş 23 sentyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X11 DİN-in “102” xidmətinə zəng vuraraq verdiyi məlumat əsasında toplanmış HK1/1043 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - İş materiallarında olan Qəbələ rayon Prokurorunun böyük köməkçisi Süleyman Süleymanov tərəfindən qəbul edilmiş 17 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X11 əmlakının A.F.Zəkəriyəyev və digərləri tərəfindən mənimsənilməsinə dair göstərilən xüsusatlar təsdiq olunmadığından toplanmış 04c-20 saylı material üzrə hissəvi olaraq cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə X6 və digərləri tərəfindən İddiaçı əmlakını dələduzluq və ya oğurluq yolu ilə talamalarına dair göstərilən xüsusatlr üzrə araşdırmasını davam etdirilməsi üçün material aidiyyəti üzrə RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. - İş materiallarında olan Qəbələ rayon X18 bölməsinin müstəntiqi X20 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış HK-1/1043 saylı materialda oğlurluq, dələduzluq və digər cinayət hadisəsi aşkar edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və mövcud mübahisə ilə bağlı şikayətçi İddiaçı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - İş materiallarında olan Qəbələ rayon Prokuroru vəzifəsini icra edən X3 tərəfindən 04c-20 saylı material üzrə qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması barədə” qərardan görünür ki, Qəbələ rayon Prokurorluğunda araşdırılmış 04c-20 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığı üçün ləğv edilmişdir. - İş materiallarında olan Qəbələ rayon Prokurorluğunun müstəntiqi X4 tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X11 müraciəti əsasında toplanmış 04C/20 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və Bəhman Əliyevə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - İş materiallarında olan Qəbələ rayon X18 bölməsinin müstəntiqi X20 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X6 izahatında göstərmişdir ki, İddiaçı 78 min manat deyil, 38 min manat borcludur. Həmin 38 min manat borclu olduğunu xx.xx.2020-ci il tarixli Bəhman Əliyevə verdiyi qəbzlə də təsdiq etmişdir. Bəhmanın həmin fermada 78 min manatlıq nə xırdabuynuzlu heyvanları, nə ot presləri, nə də arpa və ya buğda bitkisi olmamışdır. - İş materiallarında olan Cavabdeh2 tərəfindən Qəbələ rayon Polis şöbəsinə yazılmış 2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh2 müstəntiqin sualına cavab olaraq göstərmişdir ki, “ Mən ona 78 min manat deyil, 38 min manat borcluyam. Həmin 38 min manat borclu olduğuma dair xx.xx.2020-ci il tarixli İddiaçı verdiyim qəbzlə də təsdiq etmişəm. Bəhmanın həmin fermada 78 min manatlıq nə xırdabuynuzlu heyvanları, nə ot presləri, nə də arpa və ya buğda bitkisi olmamışdır.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(025)-176/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı X11 “maddi ziyanın ödənilməsi” barədə iddia tələbini qəbul etmir və həmçinin, qəbul edilmiş qətnamə ilə də razı deyildir. Bildirir ki, 2018-ci ildə o, İddiaçı məxsus fermada heyvanlarına baxmış, sonra kömək üçün oğlu Röyalı da yanına çağırmışam və birlikdə fermadakı heyvanlara baxmışlar. Həmin ildən sonra iddiaçıdan aldığı heyvanları və digər şeylərin hamısını 2020-ci il tarixinədək iddiaçının özünə qaytarmışdır. Bundan əlavə həmin vaxt 6 baş qoyunu canavar tutmuşdu və o, həmin qoyunların pulunu da hesablayaraq qaytarmışdır. Çünki iddiaçı ona demişdir ki, ölən və itən heyvanlar onluq deyil. Bir də iddiaçının özünə deyib 8 torba arpa götürmüşdür. Onların da əvəzində iddiaçıya təxminən 2020-ci ilin əvvəllərində 1500-1600 manat pul qaytarmışdır. Ödənişi iddaçıya Bank vasitəsilə göndərmişdir. Ödədiyi pul da itkiyə getmiş heyvan və arpanın pulu olmuşdur. İddiaçı ona ümumilikdə 134 baş heyvan verib, ondan 96 baş heyvanı ümumi şəkildə vermişdir. 14-15 baş heyvanı iddiaçının özü aparıb, 10 baş heyvanı isə iddiaçının özü ona satdırıb. 21 baş heyvanı isə özü fermanın içərisində tərəzi ilə ölçüb satmışdır. Polisə və prokurorluq orqanlarına etdiyi şikayətin əsassız olduğu müəyyənləşdirilmişdir. Çünki, onun iddiaçıya borcu yoxdur, olsaydı həmin vaxt borcunu müxtəlif məhkəməyə verməklə və ya başqa vasitələr ilə ödətdirərdi. İddiaçının iddia ərizəsində qeyd etdiyi qəbz isə xx.xx.2020ci il tarixində vəkil Səfəralı müəllimin diktəsi ilə yazılmışdır. Qəbz yazıldıqdan sonra Vəkil demişdir ki, “qol çək, burda heç nə yoxdur.” O, isə vəkilə qəbzdə qeyd olunan pulun tələb oluna biləcəyini bildirsə də, Səfəralı müəllim həmin pulun tələb olunmayacağını bildirmişdir. O, özü tərəfindən yazılan və onun iddiaçıya “38.000 manat borcunun olması, 10.000 manatını 2020-ci ilin may ayının sonunadək, 28.000 manatını isə 2020-ci ilin sonunadək ödəyəcəyi” barədə qəbzi imzalamışdır. Lakin həmin qəbzdə nə yazılanların gələcəkdə ziyanına ola biləcək nəticəsini dərk edə bilməmişdir. Qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə iddiaçının heyvanlarının satılması və ya qəsdən baxılmamazlıqdan tələf olması, eyni zamanda heyvanlara verilən yemin satılması mümkün deyildir. Ümimiyyətlə, onun həqiqətən qeyd etdiyi məbləğdə iddiaçıya dəymiş maddi ziyan olaraq borcu olsaydı, iddiaçı 5 il müddət keçdikdən sonra deyil, vaxtinda tədbir görərdi və aidiyyatı üzrə məhkəməyə müraciət edərdi. Ona görə də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddiaçının iddia tələbinin qanunvericilikdə qeyd olunan tələblər üzrə iddia müddəti tətbiq olunmaqla təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli qəbzdə qeyd olunan 38000 manat pulun verilməsi üzrə öhdəlikdən 5 il müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət məhkəmə müstəvisində mübahisələndirilmədiyindən, yəni pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Çünki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli “Qəbz” üzrə ödənilməli olan 38.000 manat pul məbləğindən 5 il müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, qeyd olunan məbləğdə pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçmiş və bununla bağlı məhkəməyə iddia tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməsi səbəbi kimi “iddia müddətinin tətbiq edilməsi barədə ərizənin cavabdehlər tərəfindən əsaslandırılmadığı, eyni zamanda iddiaçı X25 ilə Cavabdeh2 və Cavabdeh1 arasında hər hansı müqavilə, o cümlədən daşınmaz əmlakla bağlı müqavilə yoxdur” movqeyi ilə əsaslandırmışdır. Ərizənin əsaslandırılması kimi “Qəbzə” baxdıqda da tarixin xx.xx.2020-ci il olduğu açıq-aydın görünür və həmçinin tərəflər arasında da pulun hissə-hissə olmaqla 2020-ci il ərzində ödənilməsi barədə qeyd olduğundan, müəyyən öhdəliklər də yaranmış olmuşdur ki, bu da özlüyündə müqavilə öhdəliyidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının pul tələbi əsaslı olmadığından və qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən və məhkəməyə iddia müddətinin ötürülmə səbəbi ilə bağlı mötəbər sübut təqdim edilmədyindən Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(025)-176/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia müddəti tətbiq edilməklə, iddia tələbi təmin edilməməlidir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar apellyasiya icraatında mülki iş üzrə 16 iyul 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı X25 və apellyasiya şikayəti vermiş Cavabdeh2 gəlib, həmin məhkəmə iclasında izahatlar verərək, mübahisənin məhkəmə araşdırmasında iştirak etmiş olsalar da, həmin iclasda işin baxılması tamamlanmamış və apellyasiya şikayəti vermiş Cavabdeh2 vəsatəti əsasında iş üzrə məhkəmə iclasının davamı 31 iyul 2025-ci il tarixə saat 1130-a təxirə salınmışdır. Lakin, apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 31 iyul 2025-ci il tarixə saat 1130-a təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş Cavabdeh2 və onun vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 və iş üzrə digər Cavabdeh1 gəlmiş olsalar da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X25 həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı X11 iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclaslarında apellyasya şikayətini vermiş Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı X11 iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında apellyasya şikayətini vermiş cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e- 2(025)-176/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı X11 iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında iş üzrə digər Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsindən cavabdeh qismində atası Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya şikayəti üzrə 31 iyul 2025-ci ildə keçirilən məhkəmə iclasında apellyasya şikayətini vermiş Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, qohumu və həmkəndlisi olan Cavabdeh2 məlumatı əsasında onun heyvanlarına baxdığı şəxsin təsərrüfatında olan heyvanları satdığını bilib, təxminən 5-6 il bundan əvvəl Altayın işlədiyi həmin təsərrüfata gedib, əvvəlcədən tanışlığı olmayan təsərrüfat sahibinin özündən hər biri 120 manatdan olmaqla, 3 baş qoyun almış və pulunu da təsərrüfat sahibinin özünə vermişdir. Apellyasiya şikayəti üzrə 16 iyul 2025-ci ildə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçı X25 isə həmin iclasda verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(025)-176/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə və iddia tələbinə etirazının dəlillərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı iş materialları və işin konkret halları ilə, o cümlədən də iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşmaya əsasən 2018-ci ildə Cavabdeh2 Bakı şəhərində yerləşən iddiaçı X11 Qəbələ rayonu ərazisində yerləşən fermasında sonuncuya məxsus qoyun və keçilərdən ibarət xırdabuynuzlu heyvanların saxlanmasını öhdəsinə götürmüş və bu işi o, oğlu Cavabdeh1lə birlikdə yerinə yetirməyə başlamışdır. Lakin, bir müddət sonra iddiaçı X25 təsərrüfatında ciddi heyvan və yem çatışmamazlığı aşkar etmiş və bununla bağlı yaranmış mübahisə üzrə Cavabdeh2 özü tərəfindən 04 fevral 2020-ci ildə əlyazma yazı ilə yazılaraq imzalanmış Qəbzdə o, iddiaçı X11 xırdabuynuzlu heyvanlarına baxarkən “ehtiyacı olduğuna görə ümumi dəyəri 38000 manat olan heyvanları satıb pulunu xərclədiyini” etiraf etmiş və həmin pulun “10000 manatını 2020-ci ilin may ayın sonuna kimi, qalan 28000 manatını isə 2020-ci ilin sonuna qədər ödəyəcəyi” barədə öhdəlik götürmüşdür. Lakin, Cavabdeh2 iddiaçıya vurulmuş zərərin ödənilməsi müddəti və qaydası ilə əlaqədar məlum Qəbzdə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və buna görə də, iddiaçı cinayət işinin başlanması üçün aidiyyəti üzrə müvafiq hüquqmühafizə orqanlarına müraciətlər etmişdir. Aparılan araşdırmalar nəticəsində aidiyyəti hüquqmühafizə orqanlarının qəbul etdiyi qərarlarla iddiaçının şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi və şikayətçi X17 hazırkı mübahisə üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır (Qəbələ rayon X18 bölməsinin 17 avqust 2023-cü il tarixli HK-1/1043 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və Qəbələ rayon Prokurorluğunun 12 sentyabr 2023-cü il tarixli 04C/20 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı). Bundan sonra isə iddiaçı X25 27 dekabr 2024-cü ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi ziyanın əvəzində 38000 manat pul, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul və ödənilmiş 205 manat dövlət rüsumu olmaqla, cəmi 38505 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsi ilə iddiaçı X11 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən, yəni yalnız Cavabdeh2 aid hissədə təmin edilərək, Cavabdeh2 38000 manat məbləğində borcun, 300 manat vəkil xidmət haqqının və 205 manat dövlət rüsumunun alınaraq iddiaçı X17 ödənilməsi qət edilmişdir. Lakin, hazırkı iş üzrə həm birinci instansiya məhkəməsində aparılan icraatda, həm də apellyasiya instansiya məhkəməsində aparılan icraatda Cavabdeh2 “ehtiyacı olduğuna görə ümumi dəyəri 38000 manat olan heyvanları satıb pulunu xərclədiyini” etiraf etməsi və həmin pulun “10000 manatını 2020-ci ilin may ayın sonuna kimi, qalan 28000 manatını isə 2020-ci ilin sonuna qədər ödəyəcəyi” barədə qəbzin 04 fevral 2020-ci ildə özünün yazaraq imzaladığını təsdiq etsə də, həmin qəbzi vəkili olmuş Səfəralı Süleymanovun (birinci instansiya məhkəməsində şahid qismində dindirilmişdir) diqtəsi ilə yazdığına görə və eləcə də, məlum pulla bağlı mübahisədən 6 ildən sonra məhkəməyə müraciət olunduğuna görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, iş materialları ilə müəyyən olunur ki, iddia tələbi üzrə cavabdeh tərəfin də mövqeyi və iddiaya etirazının dəlilləri ilə əlaqədar uyğun ətraflı məhkəmə araşdırmaları aparılmış və araşdırma nəticəsində Cavabdeh2 iddiaya etirazının dəlilləri öz təsdiqini tapmamış və sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2(025)-176/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar