Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-716/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - X3 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Cavabdeh 3848 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh Qənbərova (bəzi iş materiallarında Behbudova) Pərvanə Surxay qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 borc kimi verdiyi 4388 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh tanıyır, uşaqları bir sinifdə oxuduğundan aralarında yaxın münasibətlər olmuşdur. Bu baxımdanda o, Pərvanəyə etibar etmiş, bütün bunların çərçivəsindəçətinlikdə olması və borca düşməsi iləəlaqədar Pərvanə ondan bir rəfiqə olaraq ona kömək etməsini xahiş etmişdir. O, bu xahişin zəminində Pərvanəyə inanaraq xx.xx.2014-ci il tarixində ona 100 manat borc pul vermişdir. Həmin pulu verərkən o, Pərvanənin çətin vəziyyətini bir rəfiqəsi olaraq dərk edib qaytarmaq şərti ilə ona əl tutmuşdur. Bundan sonra ikinci dəfə xx.xx.2016-cı il tarixində ona borc olaraq 300 manat verən zaman Pərvanə bir ay ərzində həmin pulu qaytaracağını vəd etmiş, sonra isəçətin vəziyyətə düşdüyündən həmin müddət illərlə davam etmişdir. O, bu hallara ciddi əhəmiyyət verməmiş, çünki sonrakı müddətdə yoldaşı vəfat etmişdir. Bu baxımdanda o, bu hallarıçox da şişirtməmişdir. Pərvanə xx.xx.2017-ci ildə ondan 2100 manat, xx.xx.2017-ci il tarixdə ondan 2800 manat, xx.xx.2018-ci il tarixində isə ondan 800 manat borc pul almışdır. Cavabdeh həmin pulları ondan götürərkən onu inandırmışdır ki, evi satıb ona olan borcunu ödəyəcəkdir. Ancaq heç bir ödəmə olmadan şəxs aldığı pulları bu günə kimi ona ödəmək istəmir. O, cavabdehə dəfələrlə xahiş və müraciətlər etmiş, ancaq bunun müqabilində Pərvanə ona olan borcu qaytara bilmədiyindən ona pensiya kartını verərək 11 ay hər ayda 112 manat ödənilməklə, 1232 manat borcundan ödəmişdir. Ancaq 12 aydan sonra borcunu ödəməmək üçün kartın qabağını bağlatdırmışdır. Bundan sonra hər ay 40 manat olmaqla 12 ay ona borcundan 180 manat ödəmiş, ümumilikdə 1232 və 480 manat ödəməklə 1712 manat borcundan ödəmişdir. Ödənilməyən məbləğ 4388 manatdır. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı, onun nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək cavabdeh tərəfindən iddia ərizəsində olandan əlavə olaraq iddiaçıya 540 manat qaytarıldığını bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddia tələbini qəbul etməyərək, İddiaçı 3800 manat borc götürdüyünü və həmin məbləği ona qaytardığını bildirmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəmısinin qətnaməsini qeyri-qanuni və əsassız hesab edir. Belə ki, iddiaçı məhkəməyə qəbzlər (əlyazmalar ) təqdim edərək guya ki, onun iddiaçıdan müxtəlif vaxtlarda 100 manat, 2800 manat, 2100 manat, 800 manat, 300 manat borc pul aldığını iddia etmişdir. O, tam savadsızdır, oxumaq, yazmaq bilmir. Bundan başqa, düzdür ki, cavabdehdən 1800 manat borc pul almışdır. Həmin pulu almaqda məqsədi həyat yoldaşının məzarını təmir etdirmək olmuşdur. Həmin məbləği alarkən o, ailə başçısının itirilməsi ilə bağlı aldığı pensiya kartını və çörək pulu kartını iddiaçıya vermiş və iddiaçı da ailə başçısının itirilməsi ilə bağlı kartdan 130 manat, çörək pulu kartından isə 40 manat məbləğində pulları bankomatdan çəkmişdir. O, qeyd edilənləri Yevlax Rayon Məhkəməsində işə baxılarkən bildirmiş, habelə məhkəməyə şifahi vəsatətlər verərək xahiş etmişdir ki, aidiyyəti üzrə Kapital Banka sorğu göndərilərək idiaçının hansı müddətlər ərzində ona məxsus bank kartlarından pul çıxarması və çıxarılan pulların məbləği müəyyən edilsin. Lakin vəsatəti təmin edilməmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş cavabdeh Behbudova (Qənbərova) Pərvanə Surxay qızı tərəfindən verilmiş qəbzlərdən (əlyazma) görünür ki, o, İddiaçı xx.xx.2014-cü ildə 100 manat, xx.xx.2017-ci ildə 2100 manat, xx.xx.2018-ci ildə 800 manat və xx.xx.2016-cı ildə 300 manat borc pul aldığını göstərmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)-716/2020 saylı qərardadı ilə Cavabdeh məxsus ailə başçısını itirməyə görə aldığı pensiya kartından və çörək pulu kartından xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək yüklənmiş pulun miqdarı barədə arayış və həmin pulun bankomatdan kimin tərəfindən çıxarılması barədə çəkilmiş videogörüntülər və fotoçəkilişlər "xxxxxxxxxxx" ASC-nin Təhlükəsizlik Depаrtаmentindən alınması qərara alınmışdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunveiciliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа olmаqlа, öhdəliyin əmələ gəlməsi üçün onun iştirаkçılаrı аrаsındа müqаvilə olmаlıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqaviləsi sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrinin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında başqa hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həminn Məcələnin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qanunvericilik aktının qeyd olunan normalarından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. İddiaçı cavabdehin ondan xx.xx.2014-ci il tarixdə 100 manat, ikinci dəfə xx.xx.2016cı il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 2100 manat, xx.xx.2017-ci il tarixdə 2800 manat, xx.xx.2018-ci il tarixdə isə ondan 800 manat borc pul aldığını və cavabdehin bu barədə qəbzlər yazdığını göstərir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçı tərəfin təqdim etdiyi həmin qəbzlərə istinad etsə də, həmin qəbzlərin məzmununu tədqiq etməmiş, beləliklə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2014-ci il, xx.xx.2016-cı il,xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərdə cavabdehin iddiaçıdan müvafiq olaraq 100, 300, 2100 və 800 manat borc pul aldığı göstərilsə də, xx.xx.2017-ci il tarixdə yazılmış qəbzin məzmunu tamamilə başqadır. xx.xx.2017-ci il tarixli qəbzin məzmunu bəzi qrаmmаtik və orfoqrаfik səhvlər istisnа olmаqlа аşаğıdаkı kimidir: Cavabdehİddiaçı 2800 manat iki min səkkiz yüz) manat aldığım borc pula görə öz pensiya kartımı girov qoydum ki, borcum bitənə qədər kartım İddiaçı qalsın. kartın kodu: **********41420 Qəmbərova Pərvanə İmza “imza var” Cavabdeh. xx.xx.2017 Göründüyü kimi, xx.xx.2017-ci il tarixli qəbzin məzmunundan cavabdehin iddiaçıdan 2800 manat borc pul alması deyil, göstərilən vaxtadək (xx.xx.2017-ci ilədək) iddiaçıdan borc aldığı ümumi puldan məhz onа borclu qaldığı 2800 manat pulun qaytarılması üçün pensiya kartını iddiaçıya verməsi (girov qoyması) göstərilmişdir ki, borcun əvəzi, həmin karta yüklənən pul vasitəsi ilə ödənilsin. Birinci instаnsiyа məhkəməsi isə digər qəbzlər kimi xx.xx.2017-ci il tarixli qəbzi də borc sənədi kimi qiymətləndirərək, hesаb etmişdir ki, həmin sənəd də əlavə olaraq 2800 manat borcun mövcud olmаsını təsdiq edir. Lаkin məhkəmə kollegiyаsı bununlа rаzılаşmır və qeyd edir ki, birinci instаnsiyа məhkəməsi xx.xx.2017-ci il tarixli qəbzə istinаd etdiyi hаldа, onun məzmununа lаzımi diqqət yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsində göstərilmişdir ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sözügedən xx.xx.2017-ci il tarixli qəbzin məzmunu, mahiyyəti, mənası və verilmə məqsədi bu anlama gəlmək üçün heç bir əsas verməməsinə baxmayaraq, birinci instansiyası məhkəməsi işin hallarını nəzərə almadan, onlara müvafiq qiymət vermədən iddianın təmin edilməsi üçün həmin müqаviləni də əsas kimi qəbul etməklə, əslində, “qəbz”in həqiqi məzmununa uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsində “Pərvanə borcunu qaytara bilmədiyindən ona pensiya kartını verərək borcundan ödədiyini, kartdan ödənilən məbləğin ümumilikdə 1232 və 480 manat olmаqlа cəmi 1712 manat olduğunu” göstərmişdir. "xxxxxxxxxxx" ASC-dən alınmış arayışlardan, video görüntülərdən də Cavabdeh məxsus ailə başçısını itirməyə görə aldığı pensiya kartından və çörək pulu kartından pulun bаnkomаt vаsitəsi ilə İddiaçı tərəfindən alındığı məlum olur. İş materiallarından o, da məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya pensiya və çörəkpulu kartları verildikdən sonra xx xxxx 2018-ci il tarixdə Cavabdeh İddiaçı 800 manat borc almış və bu bu barədə qəbz imzalamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, sonuncu qəbz cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda aldığı cəmi 2800 manat borc puldan kartlar vasitəsi ilə ödənilməmiş qalan 800 manata dair yazılmış qəbzdir. Beləliklə də, hazırkı mübahisə üzrə borc məbləği 800 manat təşkil edir. Cavabdehin iddiaçıya borcunun heç qalmadığı barədə apelyasiya şikayətinin dəili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 800 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1754/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 800 manat borc pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-716/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-716/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver