Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-718/2020 03.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1238/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1238/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən 16.254,74 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18310,58 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat müəyyən edilməsi, evin açıq hərracda satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 18600,80 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin onlar tərəfindən boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17.694,39 ABŞ dolları əsas, 1.825.60 ABŞ dolları faiz və 230.24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.750.23 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədəümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22 faiz ödəməklə 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx.xx.2015ci il tarixli 115.CL.170415.00001/a ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* saylı çıxarışla təsdiqlənmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini, vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2016-cı il tarixə Cavabdeh1 banka kredit müqaviləsi üzrə 17.694,39 ABŞ dollarıəsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə olmaqla, cəmi 19.750,23 ABŞ dolları borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamışdır. İddiadan da göründüyü kimi bank tərəfindən borc məbləği şışırdilmiş, həm də evin qiyməti düzgün müəyyənləşdirilməmişdir. İpoteka müqaviləsində evin və evin yerləşdiyi torpaq sahəsinin qiyməti 50000 manat göstərilsə də, qətnamədə həmin qiyməti 45000 manat müəyyən edilmişdir. Halbuki, 2 mərtəbəli, 5 otaqdan ibarət, 126,83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət olan evin ümumi dəyəri 100.000 manatdan artıqdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1238/2019 saylı qətnaməsinin ləğv edilərək müəyyən edilmiş yeni əsaslar çərçivəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi-ləğvedicisi X1 məhkəmə kollegiyasına məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını, apelyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-1238/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)- 1238/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş 115.LN.2106.170415.00001 №-li, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinin və 115.CL.170415.00001/a №-li, xx xxxxx 2015-ci tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmiş və Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 ha torpaq sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-ə ipoteka qoyulmuş, onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Aərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin RX serialı, ******* nömrəli, çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 ha torpaq sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi hüququ yüklü edilən şəxs Cavabdeh2, xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı ASC-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəborcalan Cavabdeh1 ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək faiz ödənişi cəmi 7.497,11 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 20.000 ABŞ dolları, cəmi məbləğ 27.497,11 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh1 banka 17.694,39 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz, 230,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.750,23 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 13149 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək banka 16.254,74 ABŞ dolları əsas və 2.115,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18.370,56 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 115.LN.2106.170415.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22 faiz ödəməklə 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115.CL.170415.00001/a ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi yüklü edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixə Cavabdeh1 banka kredit müqaviləsi üzrə 17.694,39 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə olmaqla, cəmi 19.750,23 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaçı banka 16.254,74 ABŞ dolları əsas, 1.825,60 ABŞ dolları faiz və 230,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18310,58 ABŞ dolları məbləğində borcu olduğu barədə qətnamə qəbul etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, faiz borcunun hesablanması müqavilə müddəti qurtardığı andan dayandırılır. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 47.2-ci mаddələrinə əsаsən, ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 4-cü mаddəsinə görə, ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən, ipotekaya qoyulmuş yaşayış evinə və mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, tərəflər Cavabdeh2 mülkiyyətində olan ipoteka predmet olan yaşayış evinin ilkin satış dəyərinin 40.000 manat və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ilkin satış dəyərinin 10.000 manat olmaqla ümumilikdə 50.000 manat olması barədə razılığa gəlmişlər. Razılaşma zamanı ipoteka predmeti olan daşınmaz əmlak üzrə heç bir qiymətləndirmə aparılmamışdır. Həmin razılaşma 2015-ci ildə olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən alınmış “xxxxxxxxxxxxx” MMC-nin 059/AGB/19 saylı xx.xx.2019-cu il tarixli qiymətləndirici rəyindən görünür ki, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0,044596 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 44 nömrəli fərdi yşayış evinin vizual orta bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edir. Apelyasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış dəyərinin düzgün müəyyən edilməməsi olduğundan iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2020-ci il tarixli, 2(107)-718/2020 saylı qərardadı ilə Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 12 nömrəli qiymətləndirici rəyindən görünür ki, Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 60.000 manat, likvid qiyməti 50.000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmeti olan Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin likvid qiymətinin 50.000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşır. Belə ki, həmin qiymətləndirmə rəyi daha çox reallığı əks etdirir. Digətr tərəfdən, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində də onlar ipoteka predmetinin ilkin satış qimətinin 50.000 manat olmasına razılaşmışlar. Məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmə barədə xx xxxxxxx 2020-ci il tarixli 12 nömrəli mütəxəssis rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qiymətləndirmə rəyini tədqiq edərək, araşdırması zamanı hazırkı qiymətləndirmə rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə qiymətləndirmə rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1238/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan ipoteka perdmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və müstəqil qiymətləndirici “xxxxxxx” MMC-nin (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ********************, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-1238/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Cavabdeh2 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan 0.04586 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.83 kv.m yaşayış sahəsi, 124.10 kv.m köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan ipoteka perdmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və müstəqil qiymətləndirici “xxxxxxx” MMC-nin (VÖİN **********, H/H: AZ61AİİB********************, “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı M/H: AZ37NABZ********************, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-718/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-718/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver