Məhkəmə qərarları › İş №2(107)-718/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-718/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-718/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X7 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tаrixli, 2(033)-104/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tаrixli, 2(033)-104/2017 saylı qətnaməsi ilə İddiaçı Aşıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən 17 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-104/2017 saylı mülki iş üzrə 25 yanvar 2017-ci il tаrixə təyin edilmiş son məhkəmə iclasında Cavabdeh1 iştirak etmiş və həmin iclasla da onun iştirakı ilə iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin “nəticə hissəsi” elan edilmiş, qətnamədən şikayət vermə müddəti və qaydası izah edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsinin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanına məktubla göndərilmiş və poçt zərfi “köçüb” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin sözugedən qətnaməsi iş üzrə digər Cavabdeh2 qeydiyyatda olduğu Zaqatala rayonu, Yengiyan kəndinə göndərilmiş və Cavabdeh2 13 fevral 2017-ci il tarixdə poçt sənədinə şəxsən imza etməklə qətnamənin surətini almışdır. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiya mümkünlüyünün yoxlanılmasına dair təyin edilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, hazırda apellyasiya qaydasında mübahisələndirdiyi qətnamə qəbul edildiyi vaxt və ondan sonra o, ünvan 1 ünvan üzrə qeydiyyatda olsa da, faktiki olaraq arvadı, 2(033)-104/2017 saylı iş üzrə digər Cavabdeh2 qeydiyyatda olduğu Zaqatala rayonu, Yengiyan kəndinə yaşamışdır. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsini arvadı Cavabdeh2 qeyd olunan ünvan üzrə almış, lakin bu barədə ona gec məlumat vermişdir. Qətnamə ona rəsmi olaraq, onun müraciətindən sonra, 06 aprel 2024-cü il tarixdə təqdim edilmiş və onun qətnamədən apellyasiya şikayəti vermək hüququ bu tarixdən etibarən yaranmışdır. Apellyasiya mümkünlüyünün yoxlanılmasına dair məhkəmə iclasında iştirak edən Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 isə izahatında göstərmişdir ki, Cavabdeh1 məhkəmə qətnaməsindən əvvəllər məlumatlı olmuşdur. Belə ki, o dəfələrlə banka müraciət edərək borcun ödənilməsində ona münasibətdə güzəşt tətbiq edilməsini xahiş etmişdir. Bunlardan başqa, Məhkəmənin sorğusu əsasında Zaqatala rayon icra şöbəsindən əldə olunmuş icra işində olan sənədlərə əsasən müəyyən edilir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-104/2017 saylı, 25 yanvar 2017-ci il tаrixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 28 fevral 2017-ci ildə icraya yönəldilmiş, icra hərəkətlərinin aparılması Zaqatala rayon icra şöbəsinə tapşırılmışdır. Zaqatala rayon icra şöbəsinin icra məmuru X4 28 fevral 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş və borclulara icra sənədinin könüllü icra edilməsi barədə bildiriş göndərmişdir. 09 mart 2018-ci il tarixdə “X5” MMC-nin təşkil etdiyi hərracda iştirak etmək üçün icra sənədi üzrə tərəflərə, o cümlədən borclular Cavabdeh1 və Cavabdeh2 08 fevral 2018-ci il tarixdə məlumat verilmişdir. Göstərilənlərə əsasən, Məhkəmə Cavabdeh1 25 yanvar 2017-ci il tаrixli qətnaməsindən məlumatsız olmasını inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından, Banka olan borcunun arvadı Cavabdeh2 məxsus evə yönəldilməsi barədə məhkəmə qətnaməsindən, həmin evin 2018ci ildə hərraca çıxarılmasından artıq məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh1 isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 7 ildən artıq müddət keçdikdən sonra 06 aprel 2024-cü il tarixdə qətnamənin surətini almış və 17 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh1 hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Ona görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 366, 402, 405-ci maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Zaqatala Rayon Məhkəməsinin 2(033)-104/2017 saylı, 25 yanvar 2017-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar