Məhkəmə qərarları › İş №2(107)-72/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-72/2022

18.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-72/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilk İddiaçı, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs Qazqumlaq kənd bələdiyyəsinin sədri X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su bərəsinin açılaraq bərpa edilməsi” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “yolu tam açması və s.” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 16 aprel 2021ci il tarixli, 2(063)-39/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su bərəsinin açılaraq bərpa edilməsi və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonu, Məlikballı kəndində ona ümumi mülkiyyət hüququ əsasında mənsub olan həyətyanı sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdehlərə qadağan edilməsi və Cavabdeh1 və Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə onlara verilmiş torpaq sahəsinə gedən yolu tam açması, həmin yolda inşa etdiyi çəpəri sökməsi, çirkab suların axdığı kanalı bərpa etməsi və həmin kanalın kənarlarında olan mühafizə zolağını tam açması, həmçinin onlara vurduğu maddi ziyana görə 9000 manat məbləğində pulun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ucar Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(063)-39/2021 nömrəli (hаkim H. Xəlilov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su bərəsinin açılaraq bərpa edilməsi və s. tələbi barədə iddia ərizəsi və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı yolun tam açması və s. tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 380 (üç yüz səksən) manat Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN(bank) **********, müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT:AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. İşin faktiki halları: İlk İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ucar rayonu, Məlikballı kəndində yaşayır. Həyətinə gələn su bərəsi qonşuları-cavabdehlər tərəfindən torpaqla doldurularq bağlanmışdır. Ona məxsus həmin həyətyanı sahə Ucar rayonu, Məlikballı kəndi ərazisində yerləşir və torpaq sahəsinin suvarılması üçün su arxının çəkilməsinə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən yer ayrılmışdır. Həmin torpaq sahəsi cavabdehlərə və onların ailə üzvlərinə məxsus deyildir. Uzun müddətdir ki, həyətyanı torpaq sahəsini eyni su bərəsi vasitəsi ilə suvarmışdır. Cavabdehlər su bərəsini torpaqla dolduraraq mülkiyyətində olan həyətyanı torpaq sahəsini suvarılmasının qarşısını almışlar. Bunun nəticəsində əkinləri qurumuş, əkin işi apara bilmir, içməyə su tapa bilmir. Su bərəsinin açılması üçün cavabdehlərə etmiş olduğu müraciətlər nəticəsiz qalmışdır. Mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən su bərəsinin keçdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmayan torpaq sahəsi olmasına baxmayaraq onlar suvarma bərəsini torpaqla dolduraraq bağlamışlar, bununla da əkininin, ağaclarının suvarılmadan və istifadə etməkdən məhrum etmişlər. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, Ucar rayonu Qazqumlaq bələdiyyəsinə cavabdehlər tərəfindən mülkiyyətində olan həyətyanı sahəsinə gedən su bərəsini torpaqla dolduraraq həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısını aldıqlarını əsas gətirərək su bərəsinin açılaraq bərpa edilməsi barədə müraciətinə əsasən həmin əraziyə baxış keçirilmiş, həqiqətən cavabdehlər yaşadıqları Ucar rayonu, Məlikballı kəndində mülkiyyətində olan torpaq sahəsinə gedən su bərəsini torpaqla dolduraraq həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısını almaqları müəyyən edilmişdir. Cavabdehlərə su bərəsinin açılaraq bərpa edilməsi təklif olunsa da cavabdehlər təklifdən qərəzli olaraq boyun qaçırmışlar və həmin təklifi icra etməyəcəklərini bildirərək imtina etmişlər. Bu barədə, həmçinin Qazıqumlaq bələdiyyəsinin məktubu da vardır. Qazıqumlaq bələdiyyəsi su bərəsinin açılaraq bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi ona izah etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqətən də göstərilən su bərəsi tərəflərindən doldurulmuşdur. Bunun səbəbi isə həmin yerdən su bərəsinin keçməsinin xəritədə nəzərdə tutulmaması və göstərilən su bərəsinin onların tövləsinin yanından keçərək, tövləyə ziyan vurması və hal-hazırda tövlənin qəzalı vəziyyətdə olmasıdır. İddia ərizəsində göstərilmişdir ki, su bərəsinin keçdiyi torpaq onlara məxsus deyildir. Su bərəsinin keçdiyi torpaq sahəsinin təxminən yarısı onlara məxsusdur. Belə ki, onlar hasarı torpaqlarının sərhədləri boyu çəkməmişlər. Çünki, həmin yol dar olduğundan onlar hasarı torpaqlarının içərisinə doğru çəkmişlər ki, yolda maşınlar rahat hərəkət etsin. İddiaçı göstərmişdir ki, su bərəsinin doldurulması nəticəsində əkinləri qurumuş və sudan istifadə etməkdən məhrum qalmışdır. Halbuki, iddiaçının torpağının bir hissəsinə başqa bir bərə vasitəsi ilə su gəlir və iddiaçı istəsə həmin bərəni uzadaraq torpağının digər sahələrinə də su gətirə bilər. İddiaçı isə onlarla qərəzli olduğundan həmin bərəni sulamaq istədiyi torpaq sahəsinə çəkmək əvəzinə onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, qanunsuz hərəkətlərə o və digər cavabdeh deyil, iddiaçı yol vermiş və iddiaçının bu hərəkətləri nəticəsində onlara maddi ziyan da dəymişdir. Belə ki, iddiada göstərilən su bərəsi yuxarıda da göstərdiyi kimi xəritədə nəzərdə tutulmamışdır və cavabdehin torpaq sahəsini suvarmaq üçün başqa imkanları da vardır. Həmin su bərəsi isə onun tövləsinin və daş hasarının yanından keçməklə tövləsinə 6000 manat, daş hasarına isə 1000 manat maddi ziyan vurmuşdur. Çünki, su bərəsinin mütəmadi olaraq daşması nəticəsində su onun tövləsini və daş hasarını yumuşdur. Bunda başqa, iddiaçı həmin su bərəsinin keçdiyi yolun bir hissəsini də zəbt etmişdir. Belə ki, o, həmin yolun bir hissəsini hasarlayaraq, öz torpağına qatmış, nəticədə isə həmin yoldan istifadə etmə imkanı məhdudlaşdırılmışdır. Eyni zamanda, iddiaçı torpaq sahələrinin digər hissəsindən, evlərinin arxasından keçən çirkab suların axdığı kanalın içərisini doldurmuş, kanalın ətrafını zəbt etmişdir. Bunun nəticəsində isə onlardan əvvəlki 10 qonşunun çirkab suları axıb getmir, onların torpaq sahələrində yığılıb qalmış və onların evinə 2000 manat maddi ziyan vurmuşdur. Çünki, suyun axmaması nəticəsində evlərinin taxtası və döşəməsi çürümüşdür. Beləliklə, iddiaçı yuxarda göstərilən qanunsuz hərəkətlərdən başqa onlara 9000 manat da maddi ziyan vurmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İlk iddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, həyətinə gələn ilk iddia üzrə cavabdehləri su yolunu kəsmələrini və bərənin onlar tərəfindən doldurulmasım eliaf etmələrini nəzərə almamış, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyini əsas göstərməklə ilk iddianın rədd edilməsinə dair qətnamə qəbul edərkən maddi hüquq normalarına istinad etməmiş, bunla da düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə qərardadı ilə təyin olunmuş, ekspertiza üzrə mütəxəssis tərəfindən verilmiş rəyin eyini olan ekspert rəyində göstərilir ki, şəhadətnamə ilə ona verilmiş torpaq sahəsi ilə naturada faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluq olduğuna görə su bərəsinin məhz cavabdehlər tərəfindən həmin hissədə qarşısının kəsilməsini müəyyən etmək mümkün olmamışdır. Lakin ekspert rəyində uyğunsuzluğun konkret olaraq nədən ibarət olmasını, mülkiyyətinə verilmiş torpaq sahəsinin elektron məlumat bazasında faktiki olaraq istifadəsində olan torpaq sahəsinə münasibətdə harada yerləşməsinin koordinatlarını müəyyən etməmişdir. Uyğunsuzluq olasa belə, ekspert rəyində dövlət orqanları tərəfindən ona verilmiş və faktiki istifadəsində olan torpaq sahəsinə su yolunun haradan və hansı formada mövcud olmasını naturada müəyyən etməklə rəyini bildirməli idi. Göründüyü kimi işə baxan məhkəmə cavabdehlərin ilk iddia tələbini etiraf etmələrinə baxmayaraq onların etiraflarının qəbul edilməsinə və ya edilməməsinə münasibət bildirməmiş, etirafın qəbul edilməməsi barədə qərardad qəbul etməmiş və etirafın qəbul edilməməsini qətnaməsində əsaslandırmamışdır. Bundan başqa iş üzrə məhkəmənin 06 oktyabr 2020-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizanı keçirmiş ekspertin rəyi kifayət qədər aydın və ya tam olmamışdır. Belə olduğu halda, bütün göstərdiklərinə aydınlıq gətirilməsi üçün işə baxan məhkəmə iş üzrə əlavə ekspertiza təyin edə bilərdi. Lakin işə baxan məhkəmə ekspertin rəyi kifayət qədər aydın və tam olmadığına görə iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən əlavə məhkəmə tikinti-texniki ekspertizası təy edilməsini, Ucar Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsinin ilk iddiaya münasibətdə əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən onların iddia ərizəsinə münasibətdə qismən ləğv edilməli və onların iddia ərizəsi təmin edilməlidir. Məhkəmə ekspert rəyini əsas götürərək, mübahisəni faktiki olaraq həll edilmədən saxlamışdır. Halbuki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və onlar iddia ərizələrinə mütəxəssis rəyi də əlavə etmişlər. Qeyd edilənlərə əsasən Ucar Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli 2(063)-39/2021 saylı qətnaməsini onların iddia ərizələrinin təmin edilməməsi hissəsində qismən ləğv edərək, onların iddia ərizələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəflə qonşuluq münasibətlərində olmalarına baxmayaraq, qarşı tərəf onun torpaq sahəsinə gedən su arxını bağlamışdır. Uzun müddət həmin arxdan istifadə etməsinə baxmayaraq cavabdehlər su bərəsini torpaqla dolduraraq mülkiyyətində olan həyətyanı torpaq sahəsini suvarılmasının qarşısını almışlar. Bunun nəticəsində əkinləri qurumuş, əkin işi apara bilmir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz, özləri tərəfindən verilmiş apellyasiya şikayətini isə müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən su arxı onlara məxsus olan hasarın dibindən keçdiyinə görə hasar tamamilə nəm olmuş, artıq uçmaq üzrədir. Bundan əlavə onun həyətyanı torpaq sahəsi arx yerindən çökəkdə yerləşdiyindən, arxda olan su nəticəsində həyətində olan bütün tikililərə ziyan dəymişdir. Əksinə iddiaçı ümumistifadədə olan yol yerini bağlamaqla özünə məxsus torpaq sahəsini genişləndirmişdir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Qazqumlaq kənd bələdiyyəsinin sədri X9 izahat verərək bildirmişdir ki, hər iki tərəf kənd sakini olmaqla yanaşı, qapıbir qonşudurlar. Tərəflər aralarındakı mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiklərindən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Ona görə də mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(063)-39/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-253A, kod 90404028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Ucar rayonu, Məlikballı kəndində İddiaçı mülkiyyətinə fərdi yaşayış evi və s. məqsədi ilə 0,21 hektar torpaq sahəsi verilmişdir. JN-244A, kod 90404028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Ucar rayonu, Məlikballı kəndində X4, Cavabdeh2, X2, X7 və Cavabdeh1 mülkiyyətinə fərdi yaşayış evi və s. məqsədi ilə 0,25 hektar torpaq sahəsi verilmişdir. Ucar Rayon Polis Şöbəsinin təhqiqatçısı İ.Lətifovun 08 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda hər hansı cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, həmçinin toplanmış materialda hər hansı inzibati xəta tərkibi olmadığında material üzrə inzibati xəta haqqında icraat başlanmasından imtina edilməsi, tərəflərə vurulmuş maddi ziyan və söyüş təhqir məsələləri ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/418 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən İddiaçı Ucar rayon Aqrar İslahat Komissiyasının 1 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-253A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə naturadakı faktiki istfadəçilik arasında uyğunsuzluq mövcud olduğundan qərardadın birinci sualının cavablandırılması mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, elektron baza məlumatları ilə faktiki istfadəçilik arasında uyğunsuzluq olduğundan qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən X5 və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-244A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də göstərilən 0.25 ha ölçüdə torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə cavabdehlər X3, Cavabdeh2 və ailə üzvlərinə fərdi yaşayış evi və s. üçün verilmiş JN-244A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.25 ha ölçüdə torpaq sahəsinin elektron baza məlumatlarında gediş-gəliş yolu cənub hissədə nəzərdə tutulmuşdur, elektron məlumat bazası ilə naturada faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan həmin yolun İddiaçı tərəfindən naturada istifadə edilməsini və bağlanmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazası ilə naturada faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan qərardadın 5-ci sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, naturada mövcud olan yolda hasar çəkilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, elektron baza məlumatları ilə naturada faktiki istifadəçilik vəziyyəti arasında uyğunsuzluq olduğundan çirkab suların axıdılması üçün nəzərdə tutulmuş kanalın düzlənməsi və mühafizə zonasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazası ilə naturada faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan qərardadın 8-ci sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fuad İsgəndərovun mütəxəssis rəyində qeyd olunur ki, 9-cu və 10-cu sualların cavablandırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Qərardadın 9-cu və 10-cu sualları üzrə bildirilir ki, mülki iş materiallarında süzügedən tikililərə dair texniki göstəriciləri əks etdirən məlumatlar (eni, uzunluğu, hündürlüyü, istfadə olunan materialların siyahısı) olmadığından və qarşılıqlı iddia ərizəsində konkret olaraq hansı ziyanın dəyməsi göstərilmədiyinə görə Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından müəyyən edilir ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən İddiaçı Ucar rayon Aqrar İslahat Komissiyasının 1 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-253A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə naturadakı faktiki istfadəçilik arasında, elektron baza məlumatları ilə faktiki istfadəçilik arasında uyğunsuzluq olmuşdur. Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İş materiallarında təqdim edilən X5 və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-244A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də göstərilən 0.25 ha ölçüdə torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə cavabdehlər X3, Cavabdeh2 və ailə üzvlərinə fərdi yaşayış ev və s. üçün verilmiş JN-244A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.25 ha ölçüdə torpaq sahəsinin elektron baza məlumatlarında gediş-gəliş yolu cənub hissədə nəzərdə tutulmuşdur, elektron məlumat bazası ilə naturada faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan həmin yolun İddiaçı tərəfindən naturada istifadə edilməsini və bağlanmasını müəyyən etmək mümkün olmamış, elektron məlumat bazası ilə naturada istifadəçilik arasında uyğunsuzluq olmuş, naturada mövcud olan yolda hasar çəkilməmişdir. Elektron baza məlumatları ilə naturada faktiki istifadəçilik vəziyyəti arasında uyğunsuzluq olduğundan çirkab suların axıdılması üçün nəzərdə tutulmuş kanalın düzlənməsi və mühafizə zonasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, mülki iş materiallarında süzügedən tikililərə dair texniki göstəriciləri əks etdirən məlumatlar (eni, uzunluğu, hündürlüyü, istifadə olunan materialların siyahısı) olmadığından və qarşılıqlı iddia ərizəsində konkret olaraq hansı ziyanın dəyməsi göstərilmədiyinə görə Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və arzu olunan formda yeni qətnamənin qəbul edilməsi üçün əsas deyil. Belə ki, işin obyektiv həlli məqəsədilə həm birinci, həm də apellyasiya icraatı zamanı müvafiq ekspertiza təyin edilmiş, lakin yuxarıda qeyd olunan səbəblərdən ekspert tərəfindən rəyin verilməsi mümkünü olmamışdır. Apellyasiya icraatı zamanı kollegiya obyektiv həqiqətə nail olmaq üçün mübahisəli əraziyə yerli baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ilk İddiaçı mübahisələndirdiyi su arxı ümumişlək yolun kənarından, cavabdehlərin darvazasının və mişar daşı ilə hörülmüş hasarının dibindən keçməklə özünə məxsus torpaq sahəsinə keçməlidir. Cavabdehlər isə buna etiraz edərək bildirirlər ki, su arxı onlara məxsus mişar daşı ilə hörülmüş hasarın dibindən keçməklə onların hasarına, o cümlədən digər əmlakına, həmçinin həyətin içərisində olan mal tövləsinə ciddi ziyan vurur. Belə ki, həyətyanı sahə səviyyəsinə görə yoldan çökəkdə yerləşdiyindən hasara yaxın olan bütün tikililər nəm çəkir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehlərə məxsus olan həyətyanı sahə ümumi yoldan, həmçinin mübahisələndirilən su arxından çökəkdə yerləşir, həyətdə olan mal tövləsinin divarlarında nəmişlik müşahidə olunur. Baxış zamanı həmçinin müəyyən olundu ki, iddiaçıya məxsus olan torpaq sahəsinin şərq hissəsindən, hər hansı mülkiyyətçiyə ziyan dəyməməklə daha az məsrəflər hesabına alternativ su arxının çəkilməsi, həmin arx vasitəsilə torpaq sahəsinin suvarılması mümkündür. Kollegiya yerli baxış zamanı cavabdehlərin (qarşılıqlı iddiaçıların) tələbi üzrə də araşdırma aparmışdır. Bu zaman müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçıların mübahisələndirdiyi yol ilk iddiaçının torpaq sahəsindən keçməklə, qarşı tərəfdə (şərqə doğru) dalana dirənir. Həmin yolun mövcud olub-olmamasının cavabdehlərin hər hansı hüququna toxunması müəyyən edilməmiş, həmçinin cavabdehlər mübahisələndirilən yolun iddiaçının torpaq sahəsinə aid olmamasını da sübut edə bilməmişlər. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya şikayətlərinə nəzər saldıqda görünür ki, tərəflərin hər biri öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətlərinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Ona görə də kollegiya qeyd edir ki, hər iki tərəfin apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(063)-39/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(063)-39/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar