Məhkəmə qərarları › İş №2(107)-720/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-720/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-720/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2763/2019 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən 147.36 ABŞ dolları faiz, 561.71 ABŞ dolları cərimə, müqavilə bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 52.10 ABŞ dolları borc, ümumilikdə 761.17 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2019-cu il tarixli 2(039)-2763/2019 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2763/2019 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 2(039)-2763/2019 №-li xx xxxxxx 2019-cu il tarixli qərardadda isə məhkəmə arqument kimi imzanın fotosurət olduğunu irəli sürmüşdür. İddia ərizəsində olan imza Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Fərid Əliyevə məxsusdur. Bir halı da xüsusi olaraq vurğulamaq istərdilər ki, imzanın fotosurət olması və ya faks mille edilmiş imza olması etibarlı imza hesab edilməməsi və ümumiyyətlə bu tip imzalarla imzalanan sənədlərin etibarlılığının olmaması hər hansısa bir qanunvericilik aktında öz əksini tapmamışdır. Bundan başqa, məhkəmə geri qaytarma haqqında qərardadla birlikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri də geri qaytarmışdır. Qeyd etmək istəyirlər ki, Mülki Prosesual Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göründüyü kimi məhkəmənin bu qərardadından şikayət edilə bilməsi qanunvericiliklə istisna olunmamışdır. Bu səbəblə hesab edirlər ki, Məhkəmə iddiaçının qərardaddan şikayət etməsi üçün müəyyən edilən müddətə diqqət etmədən sənədləri geri qaytara bilməzdi. Məhkəmə bu kimi nüansları nəzərə almayaraq işi geri qaytarmaqla səhv nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-2763/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPMin 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2763/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsindən görünür ki, ərizədə olan iddiaçının nümayəndəsinin imzası fotosurətdir. Başqa sözlə bu ərizə imzalanmamışdır. Belə olan halda iddia ərizəsi geri qaytarmalıdır, çünki MPM-nin 152.1-ci maddəsinin mənasına görə, iddia ərizəsi imzalanmamışdırsa, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və iddiaçı və ya iddiaçının buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi iddiaçı şikayət ərizəsinə digər sənədlərin əsllərini və təsdiq olunmuş surətlərini əlavə etsədə iddia ərizəsinin səlahiyyəti olan nümayəndə tərəfindən imzalanmış əslini təqdim etməmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2763/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar