Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-720/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Qanuni nümayəndə qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) X2 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Qanuni nümayəndə qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı MMC-yə münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(051)-141/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(051)-141/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(051)-141/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı MMC-nin cavabdeh Qanuni nümayəndə qarşı iddiaçının xeyrinə ümumilikdə 9445 manat, 8004 manat əsas borcun, 1441 manat dəbbə pulunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(051)- 141/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(051)-141/2025 nömrəli nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Qanuni nümayəndə qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı MMC-yə münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(051)-141/2025 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. İddiaçı MMC həmin qərardadla razılaşmayaraq məhkəməyə yenidən şikayət təqdim etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(051)-141/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli, e- 2(051)-141/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(051)-141/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə məxsus və iddiaçının nümayəndəsi Nümayəndə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetində yerləşdirilmişdir. İddiaçı isə həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bununla da iddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini 2 ay 2 gün ötürmüşdür. Məhkəmə qətnaməsi iddiaçıya və iddiaçının nümayəndəsinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetlərdə yerləşdirildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən həmin qətnamənin digər qaydada verilməsi tələb oluna bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(051)-141/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(051)-141/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(051)-141/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-720/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-720/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver