Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-722/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X11 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(024)-88/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh 17.000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinə görə dövlət rüsumu olaraq ödənilmiş 141 manatın alınıb ona verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 17.000 manat məbləğində pul vəsaitinin və iddi ərizəsinə görə dövlət rüsumu olaraq ödənilmiş 141 manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Nəsrulla oğlu mərhum oğlu X5 15 may 2022-ci il tarixdə 17.000 manat borc pul almışdır. Mərhum oğlu iddiaçı X12 Cavabdeh Nəsurullah oğluna qarşı 17.000 manat məbləğində borc pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bu barədə Cavabdeh Nəsurullah oğlu tərəfindən imzalanmış «Borc müqaviləsi» qəbzində deyilir ki, Mən Cavabdeh Nəsurullah oğlu xx xxx 1998-ci il tarixdə Qax rayonunda anadan olmuşam. X1 15 may 2022-ci il tarixdə borc olaraq 17.000 manat borc pul aldım. X5 aldığım 17.000 manat borc pulu 2022-ci ilin may ayının sonunda Bankdan kredit götürüb tam şəkildə özünə qaytaracağam. Yuxarıda yazılanları özüm yazdım doğruluğunu öz imzamla təsdiq edirəm. İmza: CavabdehN 15 may 2022. Cavabdeh borc olaraq oğlundan aldığı 17.000 manat məbləğində pulu vaxtında qaytarmamışdır. Buna görə də oğlu cavabdehə qarşı Qax Rayon Məhkəməsində həmin borc pulun qaytarımasına dair iddia qaldırmışdır. İddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə iclasının vaxti təyin edilmişdir. Lakin, Qax rayon məhkəməsinin 2(024)115/2024 №li, 06 fevral 2024-cü il tarixli qərardadına əsasən iddiaçı X6 Cavabdeh Nəsurulla oğluna qarşı pul tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinin tələblərinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri üçün baxılmamış saxlanılmış, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, iddiaçının iddia ərizəsinin verilməsinə görə ödədiyi 141 manat dövlət rüsumuynun dövlət büdcəsindən qaytarılması qərara alınmışdır. X4 məhkəmə iclasına gələ bilməməyinin səbəbi onun 30 dekabr 2023-cü il tarixində vəfat etməsidir. Qax rayon məhkəməsinin 2(024)115/2024 №li, 06 fevral 2024-cü il tarixli qərardadının tarixindən də görmək olar ki, oğlu məhkəmədə iddia qaldırdıqdan sonra vəfat etmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin 08 fevral 2024-cü il tarixdə vermiş olduğu Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 30 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Oktyabr rayon VVAQ tərəfindən 4 iyun 1983-cü ildə verilmiş Doğum haqqında şəhadətbnamədən görünür ki, X12 12 may 1983-ci ildə Bakı şəhərində doğulmuşdur. X3r. Ona görə də iddiaçı onun anası olaraq onun hüquq varisi kimi məhkəmədə pul tələbinə dair iddia qaldırır.
4. Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(024)-88/2025 nömrəli qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) iddia təmin olunmuş, Cavabdeh 17.000 manat pul və ödənilmiş 141 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 448.2, 448.3, 448.4, 739.1, 739.2 və 739.3-cü maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh yazaraq imzaladığı qəbzdən görünür ki, o iddiaçıdan 17.000 manat borc aldığını etiraf edərək 2022-ci ilin may ayının sonunda bankdan kredit götürüb tam şəkildə özünə qaytaracağını bildirmişdir. İX-JQ №345963 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 12 may 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. AZ-İİ № 406447 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 30 dekabr 2023-cü ildə ölmüşdür. 22 aprel 2024-cü il tarixli, №1195 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfində verilmiş məktuba əsasən, X8 xx.xx.2023-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. X7 miras qoyanın vərəsəsidir. 18 dekabr 2024-cü il tgarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən 30 dekabr 2023-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçıdır və miras əmlakdan tam hissədə pay almalıdır.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi (atası) Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh artıq 7 ay olar ki, Rusiya Federasiyasiyasına işləməyə getmişdir. Getdiyi gündən burada tikinti olan sahədən yıxıldığı üçün işə çıxa bilməmişdir. Ev şəraitində və həkim nəzarətində müalicə almişdır. Məhkəmdən sonradan xabəri olmuşdur. Bildirir ki, Cavabdeh ona borcu yoxdur. Məhkəməyə təqdim etdiyi həmin qəbzi o yazmamışdır. Məhkəmə həmin qəbzin kimin yazmağını dəqiqləşdirməmiş və iştirakını təmin etməmişdir. O, məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə olan halda məhkəmə sübut kimi qəbuletməsi barədə qənaətə gəlməsi doğru deyildir.
9. Ona görə də, Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(024)-88/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Hesab edilir ki, Cavabdeh riski ilə öhdəliklərə görə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
15. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh nümayəndəsi Nümayəndə Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(024)-88/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Belə ki, Cavabdeh iddiaçının mərhum oğlu X5 15 may 2022-ci il tarixdə 17.000 manat borc pul almışdır. Bu barədə Cavabdeh tərəfindən imzalanmış «Borc müqaviləsi» adlanan əlyazmada göstərilir ki, “Mən Cavabdeh xx xxx 1998-ci il tarixdə Qax rayonunda anadan olmuşam. X1 15 may 2022-ci il tarixdə borc olaraq 17.000 manat borc pul aldım. X5 aldığım 17.000 manat borc pulu 2022-ci ilin may ayının sonunda Bankdan kredit götürüb tam şəkildə özünə qaytaracağam. Yuxarıda yazılanları özüm yazdım doğruluğunu öz imzamla təsdiq edirəm. İmza: CavabdehN 15 may 2022.” Cavabdeh borc olaraq iddiaçının mərhum oğlundan aldığı 17.000 manat məbləğində pulu vaxtında qaytarmamışdır.
24. Cavabdehin nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini bu qətnamənin 8-ci bəndində göstərilən dəlillərlə əsaslandırmışdır.
25. Cavabdehin nümayəndəsi (atası) Nümayəndə 24 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında oğlu Cavabdeh Rusiyada olduğunu, əgər məhkəmə kollegiyası məhkəmə iclasını təxirə salarsa, növbəti məhkəmə iclasında oğlunun iştirak edəcəyini bildirmişdir.
26. Bu səbəbdən məhkəmə iclası 04 sentyabr 2025-ci il tarixə təxirə salınmışdır. Lakin buna baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
27. Şəki Apellyasiya Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, Cavabdeh imza və xətt nümunələrinin ekspertə təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.
28. Əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatəti 26 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, bu barədə cavabdehin nümayəndəsi ilə əlaqə saxlanılmış, cavabdehin nümayəndəsi cavabdehin ölkə xaricində olduğunu bildirmişdir.
29. Məhkəmə Ekspertizаsı Mərkəzindən 12 noyabr 2025-ci il tarixdə daxil olmuş məlumatdan görünür ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
30. Bu səbəbdən 12 noyabr 2025-ci il tarixdə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə iclası 27 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə cavabdehin nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə keçirilən məhkəmə iclasında yenidən məhkəmə-xəttşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. Qeyd olunan məhkəmə iclasında cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsasən əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilmədiyi təqdirdə müəyyən olunması üçün ekspertiza təyin edilən fakt məhkəmə tərəfindən, həmin qanun normasının tələbinə əsasən, sizin əleyhinizə təsdiq olunmuş hesab oluna biləcəyi izah edilmişdir.
31. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 22 dekabr 2025-ci il tarixli 4/2047 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 10-cu vərəqində olan 15 may 2022ci il tarixli borc müqaviləsində “Cavabdeh” sözünün qarşısındakı imza ilə 117-ci vərəqində olan xx.xx.2024-cü il tarixli etibarnamədə “Cavabdeh” sözlərinin qarşısındakı imzanın eyni şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olmamışdır.
32. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin nümayəndəsinin tələb etdiyi məhkəmə ekspertizasının keçirilməsi, cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri izah edilməsinə baxmayaraq, Cavabdeh öz hərəkətlərinin ekspertizanın keçirilməsini qeyri-mümkün hala gətirməsi nəticəsində mümkün olmamışdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
34. Ona görə də, cavabdehin nümayəndəsinin mübahisələndirdiyi hallar kollegiya tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsasən Cavabdeh əleyhinə təsdiq olunmuş hesab edilir. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsaslar aşkar edilməmişdir.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(024)-88/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(024)-88/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.