Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-726/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 verdiyi 7700 (yeddi min yeddi yüz) manat və Cavabdeh2 verdiyi 2300 (iki min üç yüz) manat məbləğində pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təxminən 10 il əvvəl Zarağan kəndində rus mərc oyunları təşkil etdiklərindən və həmin oyunlarda dəfələrlə oynadığından tanımışdır. Mərc oyunlarında uduzduğundan 2020-ci ilə qədər Cavabdeh1 3000 manat əsas, faizlərlə birlikdə isə 10.000 manat borcu olmuşdur. Həmin borcun müqabilində də o, xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində Cavabdeh1 10000 (on min) manat borc pul aldığına dair 3M-153 nömrəli kredit müqaviləsinə imza ataraq həmin borc pulu 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsində qeyd olunan borcu xx.xx.2021-ci il tarixdən başlayaraq hissə-hissə olmaqla Cavabdeh1 və qardaşı Cavabdeh2 qaytarmışdır. Lakin hal-hazırda cavabdeh şəxslər 2021-ci ildə işlədiyi mağazada aldıqları həmin borc pulu almadıqlarını və borcun ödənilmədiyini qeyd edirlər. Əslində isə həmin pulu hissə-hissə olmaqla (100 + 50 + 50 + 100 + 50 + 50 + 50 + 100 + 50 + 100 + 50 + 100 + 50 + 100 + 50 + 50 + 100 + 100 + 100 + 50 + 100 + 100 + 50 + 50 + 50 + 50 + 50 + 50 + 50 + 300) ümumilikdə 2300 manat və Cavabdeh1 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində 7600 manat və 100 manat olmaqla 7700 manat məbləğində pulu vermişdir. Onlara verdiyi pullar gündəlik pul verilməsi barədə dəftərdə də cavabdehlər tərəfindən pulun alınmasına imza edilməklə qeydiyyatını aparmışdır. Cavabdehlərə verdiyi 10.000 (7700 manat və 2300) manat məbləğində pulu xx.xx.2020ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində Cavabdeh1 10000 manata dair kredit müqaviləsindəki öhdəliyin ödənişi ilə əlaqədar verdiyi halda hazırda ondan həmin pulun tələb edilməsi səbəbindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiada göstərilənlər həqiqətə uyğun deyil. Onun iddiaçı ilə rus mərc oyunlarına görə münasibəti olmamışdır. İddiaçı ilə tanışlıqları Qəbələ rayonu Zarağan kəndində ucuzluq mağazasının işlədilməsinə dair təklifdən sonra yaranmışdır. Həmin vaxt işsiz olduğundan şərikli mağaza işlədilməsinə dair iddiaçının təklifini qəbul etmişdir. Şəriklik üçün zəruri pulu olmadığından iddiaçının təklifi ilə iddiaçının qardaşı X7 vasitəçiliyi ilə Cavabdeh2 məxsus ** MD *** dövlət nömrə nişanlı avtomobili Sumqayıt şəhərində X8 kreditlə satmışdır. Həmin alqı-satqı xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Maşının satılmasından əldə olunmuş pulun hammısını iddiaçıya vermiş və 10000 manat borca görə yuxarıda qeyd olunan kredit müqaviləsini notariat orqanında bağlamışdır. Lakin iddiaçı verdiyi vədlərini yerinə yetirməmiş və qardaşı Cavabdeh2 mağazaya şərik etməmişdir. İddiaçı borcu könüllü olaraq icra etmədiyi üçün Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2022-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən 8İ-38 saylı reyestrdə müvafiq icra qeydi aparılmaqla aidiyyəti üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə icra məqsədi ilə göndərilmişdir. Buna görə də icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında qərar” qəbul edilmişdir. Bundan sonra iddiaçı müxtəlif üsullarla icradan yayınmağa başlamışdır. Hazırkı iddia ərizəsi də iddiaçı tərəfindən icra qeydi ilə borcun ödənilməsini yubatmaq məqsədini daşıyır. İddiaçının iddiaya əlavə etdiyi dəftərdən məlumatsızdır, həmin dəftərdə olan imzalar ona məxsus deyildir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək və Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləyir. Qəbələ rayonu Zarağan kəndində paltar mağazasında cavabdehlər dəfələrlə həmin mağazaya gələrək dəftərə imza etməklə İddiaçı pul götürdüyünü bilir. Ancaq Ayazın onlara nə qədər və nəyə görə pul verdiyini bilmir.
7. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsinə əsasən Cavabdeh1 10000 manat məbləğində pulu borc olaraq İddiaçı vermişdir. Borcalan İddiaçı həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-38 saylı reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmiş icra qeydinə görə mərkəzdə notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-153 reyestr nömrəsi ilə qeydə alınan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 10000 manat məbləğində pul İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. Borc verən Cavabdeh1 müraciətinə əsasən onunla İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə 8İ-38 nömrəli reyestrdə icra qeydi kimi qeyd edilməklə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən 06 yanvar 2022-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə icraya yönəldilmişdir. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisinin 06 yanvar 2022-ci il tarixli icra qeydi icra sənədi olaraq qeydə alınaraq icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı əsasında icraata başlanılmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində rəsmiləşdirilmiş və 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsinə görə İddiaçı borcun ödənilməsinə dair üzərinə götürdüyü (borcun 1 il müddətinə, xx.xx.2021-ci il tarixədək ödənilməsinə dair) öhdəliyi müəyyən olunmuş vaxtda icra etmədiyi üçün kredit müqaviləsi icra qeydi kimi Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə icraya yönəldilmişdir. Qanunvericiliyin tələblərinə əsasən icra sənədi hesab olunan icra qeydi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri həyata keçirilmişdir. İddiaçı həmin icra qeydi üzrə icra hərəkətlərinə başlanıldıqdan sonra cavabdehlərə qarşı hazırkı iddia tələbi irəli sürmüşdür.
10. Məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində rəsmiləşdirilmiş və 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda üzərinə düşən öhdəliklərin icrasından yayınmaq məqsədi ilə cavabdehlərə qarşı hazırkı iş üzrə iddia qaldırmışdır. Cavabdehlərin iddiaya etirazının əsası olaraq verdikləri izahatlarındakı bu cürə xüsusatlar da buna dəlalət edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 4/1893 saylı təkrar xəttşünaslıq ekspertizasının rəyində 25 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqənin “Borc verən” qrafasındakı imzanın, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı imzaların, 16 may 2021-ci il tarixli **********108669 saylı ödəniş qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın, 04 iyun 2020- ci il tarixli **********108689 saylı ödəniş qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən icra olunduğu göstərilsə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisələndirilən və iddiaçının özündə tutduğu dəftərdə 7700 (7600+100 manat) manat məbləğinin qabağında “Rəşadət aldı” qeydini aparması, Cavabdeh1 həmin pulu aldığına dair hər hansı yazılı qəbz verməməsi, eləcə də iddiaçının pulun onun ünvanına və ya açdığı hər hansı bank hesabına göndərilməsinə dair hər hansı rəsmi poçt və ya bank sənədinin olmaması iddiaçı tərəfindən borc pulun Cavabdeh1 ödənildiyinə məhkəmədə əsaslı şübhələr yaradır. Bundan savayı məlum olduğu kimi, borcun iddiaçı tərəfindən ödənilməsi ilə bağlı İddiaçı iddiası cavabdehlər tərəfindən mübahisələndirilir və həmin borcun qaytarılması onlar tərəfindən etiraf edilmir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə də iddia tələbi üzrə sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
14. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab etmişdir ki, mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 224 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 107, 119.1, 124.1, 217, 218.3-cü maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsi qərar verərkən maddi hüquq normalarını pozmuş,prosessual normalara düzgün riayət etməmişdir.
18. Belə ki, iddia ərizəsində göstərdiyi kimi cavabdehlər əslində rus mərc oyunlarından qalan 3000 (üc min) manat borcunun üstünə qanunsuz faiz hesablayaraq 10000 (on min manat etdiyini) bu 10.000 (on min) manatı rəsmiləşdirmək ücün ona hədə qorxu gələrək Qəbələ rayon Asan xidmət mərkəzində müqavilə bağlatmışdır. Həmin müqaviləyə əsasən olan borcunu qaytararkən cavabdehlərə haqq-hesab dəftərində imza etdirmişdir. Cavabdehlər sonradan pulu almadıqlarını və müqaviləyə əsasən yazılmış 10.000 manatı tələb etdikə isə məhkəməyə iddia ərizəsi vermişdi.
19. Məhkəmə zamanı xətşunaslıq ekspertizasının kecirilməsini xahiş etmişdir. Ekspertizanın nəticəsi ilə imzalar cavabdehlərdən Cavabdeh1 tərəfindən icra olunduğu göstərilmişdir. Cavabdeh2 isə imzası uyğun gəlməmişdir. Bunun səbəbi odur ki, Cavabdeh2 imzasının yoxlanması ücün məhkəmə zalında imzaları götürülərkən imza etməmişdir. Buna da səbəb məhkəmə tərəfindən onlar imza edən zaman nəzarətin olmamasıdır. Bundan istifadə edən cavabdehlərdən biri imza etməkdən yayınmışdır. Bundan başqa cavabdehlə arasında olan whatsapp yazışmalarını məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən sübut kimi istinad olunmamışdır. Cavabdeh onunla whatsapp yazışmalarında onun ona cəmi 3000 (üc min manat ) borcunun qaldığını ona yazmışdır. Cavabdehlərə borcunu qaytardığını və hər dəfə bu iki qardaşın gəlib ondan pul götürüb dəftərə imza etdiklərinin şahidi olmuş kecmiş işcisi məhkəmədə şahidlik etsə də onunda sözləri Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə ekspertiza rəyinin verilməsinə baxmayaraq cavabdehlərin əsassız iddialarına əsasən ekspertizanı yenidən ekspertə göndərmişdir. Cavabdehlər məhkəmədə imzaları onun özünün cəkdiyini bildirmişdir. Təkrar ekspertiza rəyi də onun xeyrinə cıxmış təkrar rəydə də imzaların Cavabdeh1 cəkdiyi sübut olunmuşdur. Buna baxmayaraq məhkəmə 2 dəfə təkrar nəticə cıxarmış ekpertiza rəyini əsas tutmamış sübut kimi qəbul etməmişdir. Bundan başqa 2 dəfə kecirilən və eyni nəticə rəy verilən ekspertiza rəyini hansı qanuna əsasən düzgün hesab etdiyini göstərməmişdir. Məhkəmə cavabdehlərlə arasında olan whatsapp yazışmalarını dəlil kimi qəbul etməmişdir. Məhkəmə şahidlərinin ifadələrini qəbul etməmişdir.
20. Birinci isdansiya Məhkəməsinin Qətnaməsində onun və şahidinin dediyi sözlər qeyd edilməyib. Cavabdehlə arasında olan yazışmalar haqqında hecnə yazılmayıb. Cavabdehlərin dediyi sözlər göstərilməyib.
21. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(025)-14/2023 saylı Qərarının ləğv edilməsi, iddianın təmin ediməsi barədə yeni qətnamə cıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
28. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 14/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur .
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış, 3M-153 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsinə əsasən Cavabdeh1 10000 manat məbləğində pulu borc olaraq İddiaçı vermişdir. Borcalan İddiaçı həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-38 saylı reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmiş icra qeydinə görə notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-153 reyestr nömrəsi ilə qeydə alınan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 10000 manat məbləğində pul İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən həmin icra qeydi 06 yanvar 2022-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə icraya yönəldilmişdir. Qəbələ regional “Asan xidmət” mərkəzindəki Notariat ofisinin 06 yanvar 2022-ci il tarixli icra qeydi icra sənədi olaraq qeydə alınaraq icra məmurunun xx.xx.2022ci il tarixli qərarı əsasında icraata başlanılmışdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 imzasının yoxlanması ücün məhkəmə zalında imzaları götürülərkən imza etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili üzrə aydınlaşdırılma aparılması məqsədi ilə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 10-11- ci vərəqlərində “Tarix” göstəricilərinin qarşısındakı imzaların Cavabdeh2 məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsi nəticəsində verilmiş və mülki iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli 4/1370 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 10-11-ci vərəqlərində “Tarix” göstəriciləri olan rəqəmlərin qarşısındakı imzalar (cəmi - 34 imza) ilə mülki işin 137-ci vərəqində Cavabdeh2 adına olan AA4778907 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində əks olunmuş imza və 138- 143-cü vərəqlərində Cavabdeh2 eksperimental xətt və imza nümunələri öz aralarında - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur;
35. Ekspertizaya təqdim edilmiş, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 10- 11-ci vərəqlərində “Tarix” göstəriciləri olan rəqəmlərin qarşısındakı imzalar (cəmi - 34 imza) - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
36. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş cavabdehə məxsus eksperimental xətt və imza nümunələri əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Bundan başqa apellyator apellyasiya şikayətində cavabdehlərin gəlib ondan pul götürüb dəftərə imza etdiklərinin şahidi olmuş kecmiş işcisinin məhkəmədə şahidlik etməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını, məhkəmənin 2 dəfə təkrar nəticə cıxarmış ekpertiza rəyini əsas tutmamasını, sübut kimi qəbul etməməsini qeyd etmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsini mötəbər sübut kimi nəzərə almamaqla düzgün nəticəyə gəlmişdir.
39. Belə ki, X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadə verərkən göstərmişdir ki, o, iddiaçı ilə bir yerdə işləyir. Qəbələ rayonu Zarağan kəndində paltar mağazasında cavabdehlər dəfələrlə həmin mağazaya gələrək dəftərə imza etməklə İddiaçı pul götürdüyünü bilir. Ancaq Ayazın onlara nə qədər və nəyə görə pul verdiyini bilmir. Beləliklə X1 tərəflər arasındakı münasibətlə bağlı iddia tələbinin müsbət həllinə təsir göstərə biləcək həddə məlumata malik olmamışdır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı həmçinin qeyd edir ki, X10 ifadəsində cavabdehlərin dəfələrlə həmin mağazaya gələrək dəftərə imza etməklə İddiaçı pul götürdüyünü bildirsə də, şahidin bu ifadəsi mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli 4/1370 saylı ekspert rəyi ilə təkzib edilir.
41. Belə ki, həmin ekspert rəyində “MAAŞ” yazıları olan qeyd dəftərinin 10-11-ci vərəqlərində “Tarix” göstəriciləri olan rəqəmlərin qarşısındakı imzaların Cavabdeh2 tərəfindən icra edilmədiyi, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 4/1893 saylı təkrar xəttşünaslıq ekspertizasının rəyində isə ekspertizaya təqdim edilmiş, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərinin 11-ci vərəqinin aşağı hissəsində “tarix” göstəriciləri olan 07.04.21.22 və 13.04.21.23 rəqəmlərinin qarşısındakı cəmi 2 imzanın digər Cavabdeh1 tərəfindən icra edildiyi göstərilmişdir.
42. Bundan başqa İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək göstərmişdir ki, üzərində “MAAŞ” yazıları olan qeyd dəftərində olan imzalar cavabdehlərə məxsus olsa da, həmin imzalardan başqa, imzaların icra edildiyi səhifələrdəki digər sözlər və rəqəmlər onun tərəfindən dəftərə yazılmışdır.
43. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə yalnız iki imza qeydinin Cavabdeh1 tərəfindən aparıldığı göstərilsə də, həmin imzaların əvvəlində və sonunda aparılan bütün qeydlərin iddiaçının özü tərəfindən icra edilməsi, iddiaçının özünün məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır.
44. Cavabdehlərdən Cavabdeh1 iddiaçı tərəfindən təqdim edilmiş dəftərdəki imzaların onun tərəfindən icra edilməməsi barədə göstərdikləri təkrar məhkəmə xəttşünaslıq ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 4/1893 saylı rəyi ilə qismən təkzib edilsə də, yəni həmin dəftərdəki 02 imzanın Cavabdeh1 tərəfindən icra edilməsi təsdiqini tapsa da məhkəmə kollegiyasının qənaətinə görə imzanı icra edən şəxs tərəfindən digər yazılı bir qeydlər aparılmadığı halda yalnız bir imzanın icra edilməsi özüözlüyündə onun tərəfindən hər hansı bir öhdəliyin götürülməsi kimi şərh edilə bilməz.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlə arasında olan whatsapp yazışmalarını məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən sübut kimi istinad olunmaması, məhkəmənin şahidlərinin ifadələrini qəbul etməməsi, birinci istansiya məhkəməsinin qətnaməsində onun və şahidinin dediyi sözlərin qeyd edilməməsi, cavabdehlə arasında olan yazışmalar haqqında hecnə yazılmaması, cavabdehlərin dediyi sözlərin göstərilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materialından iddiaçının birinci instansiya məhkəməsinə hər hansı whatsapp yazışmalarını, X3 əlavə şahidi təqdim etməsi, onun, yaxud da cavabdehlərin birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında verdiyi izahatların təhrif edilməsi, natamam göstərilməsi ilə bağlı məhkəmə iclas protokollarına hər hansı bir qeyd verilməsi halı müəyyən edilməmişdir.
46. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyatorun apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı rədd etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
47. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 14/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Apellyasiya şikayəti təmin edilmədiyindən məhkəmə xəttşünaslıq ekspertizasının dəyəri olan 112 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-14/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə xəttşünaslıq ekspertizasının dəyəri olan 112 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.