Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-727/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(063)-12/2018 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı x6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 17 sentyabr 2018-ci il tarixli 2(063)- 12/2018 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı x6 (bundan sonra iddiaçı və ya Ləğv prosesində olan İddiaçı ASC) iddia ərizəsi ilə Ucar Rayon məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC əsas borc üzrə 1,585,000 manat, faiz borcu üzrə 679,570.52 manat, cərimə borcu üzrə 421,346.93 manat, cəmi 2,685,917.45 manat, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 469,500.00 manat, faiz borcu üzrə 222,665.03 manat, cərimə borcu üzrə 146,525.51 manat, cəmi 838,690.54 manat, 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 99,984.27 USD, faiz borcu üzrə 115,377.47 USD, cərimə borcu üzrə 12,042.79 USD, cəmi 227,404.53 USD və dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi x8 iddianın təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçının 1 saylı filalı ilə cavabdeh arasında bağlanmış 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən illik 15 faizlə 12 ay müddətinə 1,585,000 manat, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən illik 15 faizlə 12 ay müddətinə 470.000 manat, 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit müqaviləsinə əsasən illik 32 faizlə 12 ay müddətinə 100.000 USD məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu krediti və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının 1 saylı filialı ilə cavabdeh arasında bağlanmış 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 1,585,000 manat, faiz borcu üzrə 679,570.52 manat, cərimə borcu üzrə 421,346.93 manat olmaqla, cəmi 2,685,917.45 manat, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 469,500.00 manat, faiz borcu üzrə 222,665.03 manat, cərimə borcu üzrə 146,525.51 manat, cəmi 838,690.54 manat, 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 99,984.27 USD, faiz borcu üzrə 115,377.47 USD, cərimə borcu üzrə 12,042.79 USD, cəmi 227,404.53 USD borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81)-1404/2016 nömrəli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən x3 İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. İş üzrə Ucar Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(063)-12/2018 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2(107)- 2117/2019 nömrəli qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Ucar Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(063)-12/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli 2(107)- 2117/2019 nömrəliqətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli 2(102)-7594/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019cu il tarixli 2(107)-2117/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Göründüyü kimi üç kredit müqaviləsi mövcuddur, ilk öncə 194/13 və 253/13 nömrəli kredit müqavilələrinə münasibət bildirirlər. Yuxarıda adını çəkdikləri ekspert rəyindən də göründüyü kimi 194/13 və 253/13 nömrəli kredit müqavilələri Cavabdeh tərəfindən imzalanmışdır. Belə olan təqdirdə məhkəmə tərəfindən qeyd edilən müqavilələr üzrə iddianın rədd edilməsi mülki işə obyektiv baxılmasına xələl gətirir. 194/13 və 253/13 nömrəli kredit müqavilələri tərəflərindən banka təqdim edilmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən də kredit müqavilələri, ona əsaslanan maliyyə arayışlarının mövcudluğu təsdiq edilir. Ekspert rəyində də adı çəkilən kredit müqavilələrinin Cavabdeh tərəfindən imzalanması təsdiq edilmişdir. Ucar Rayon Məhkəməsinin qətnaməsində 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsi iddianın rədd edilməsinin əsası kimi göstərilmişdir, lakin bu iddianın rədd edilməsi üçün əsas deyildir. Kredit müqaviləsi, maliyyə arayışları mövcuddur, kredit vəsaitinin verilməməsi mümkün ola bilməz. Kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsinin səbəbi mövcuddur. Azərbaycan Respublikası Mərkəzi x9 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81 )-1404/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, x3 ləğvedici təyin edilmişdir. Qeyd edilən vəziyyətdə İddiaçı ASC-də həyata keçirilən yerdəyişmə nəticəsində kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsi təbii haldır. Aşkar şəkildə mövcud olan sənədlərə qiymət vermədən iddianın rədd edilməsi qanuni deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən hallar sübut edilir. 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqavilələri, maliyyə arayışları, 08 fevral 2017-ci il tarixli 1067 nömrəli ekspert rəyi iddianın əsasını sübut edir. Bundan başqa 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsi üzrə məhkəmə iddia tələbini borcalan qrafasındakı imzanın Cavabdeh aid olmadığına görə rədd etmişdir. Bu zaman məhkəmə yalnızca 08 fevral 2017-ci il tarixli 1067 nömrəli ekspert rəyinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi məhkəmə sübutlara hərtərəfli və tam şəkildə baxmalıdır. Yalnız ekspert rəyinə əsaslanaraq imzanın cavabdehə məxsus olmaması qənaətinə gəlinməsi məntiqsizdir. Qeyd edilən vəziyyətdə məhkəmə borcalan qrafasındakı imzanın Cavabdeh aid olub-olmamasından əmin olmaq üçün təkrar ekspertiza təyin edə bilərdi. Burada məhkəmənin yalnız ekspert rəyini əsas götürməsi o deməkdir ki, məhkəmə tərəfindən ekspert rəyinə üstünlük verilir, digər sübutlar isə qiymətləndirilmir. Yuxarıda qeyd etdikləri əsasında belə qənaətə gəlirlər ki, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqavilələri üzrə iddianın rədd edilməsi tamamilə əsassızdır, çünki müqavilələr, maliyyə arayışları mövcuddur. Heç bir əsas olmadan iddia rədd edilə bilməz. Eyni zamanda qeyd edilən müqavilələr üzrə borc məbləğinin mövcudluğunu 15 may 2018-ci il tarixli 23611 nömrəli ekspert rəyi də təsdiq edir, yəni adı çəkilən müqavilələr üzrə iddianın rədd edilməsini əsaslandıran sübut mövcud deyildir. 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit müqaviləsi üzrə iddianın rədd edilməsi ona görə əsassızdır ki, məhkəmə təkcə ekspert rəyinə əsaslanaraq borcalan qrafasındakı imzanın cavabdehə məxsus olmaması qənaətinə gələ bilməzdi. Hər bir halda iki sübut arasında ziddiyyət yarandıqda üçüncü bir sübut da mövcud olmalıdır. Burada tərəflərindən təqdim edilən sübutlar C278/12 nömrəli kredit müqaviləsi üzrə iddianın əsasını təsdiq, ekspert rəyi isə inkar edir. Bu zaman təkrar ekspertiza vasitəsilə ziddiyyət aradan qaldırıla bilərdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Ləğv prosesində olan İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının iddia tələbinin dəlilinə etiraz olaraq cavabdeh kredit müqavilələrindəki imzaların ümumiyyətlə ona məxsus olmamasını mübahisələndirmiş, bununla əlaqədar məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspert rəyinə əsasən isə müəyyən olunmuşdur ki, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqavilələrindəki “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin nəyə görə belə əsassız dəlil irəli sürərək məhkəməyə yalan məlumat verməsinin səbəbləri araşdırılmamış, iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq işin həmin halı araşdırılmamışdır. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Mərkəzi x9 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, x3 ləğvedici təyin edilmişdir. Buna görə məhkəmə kollegiyası qeyd olunan İddiaçı ASC-də həyata keçirilən həmin yerdəyişmə nəticəsində pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsinin müəyyən səbəblərdən mümkün olmasına (qəsdən götürülməsi və s.kimi digər səbəblərə) dair kassasiya şikayətinin dəlilini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tam olaraq təmin etməməkdə haqlı olmamışdur. Apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsindən görünür ki, bank ilə cavabdeh arasında borc verənin-bankın cavabdehəborc alana 12 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 100.000 USD məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsindən görünür ki, bank ilə cavabdeh arasında borc verənin-bankın cavabdehə, borc alana 12 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 470000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsindən görünür ki, bank ilə cavabdeh arasında borc verənin-bankın cavabdehəborc alana 12 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 1.585.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 18 oktyabr 2016-cı il tarixli 2552 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit müqaviləsi üzrə borcu-əsas borca görə 99984.27 USD, faiz borcuna görə 115.377.47 USD, cərimə borcu üzrə 12.042.79 USD, cəmi 227.404.53 USD təşkil edir. 18 oktyabr 2016-ci il tarixli 2553 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsi üzrə borcu-əsas borca görə 469500 manat, faiz borcuna görə 222.665.03 manat, cərimə borcu üzrə 146.525.51 manat, cəmi 838.690.54 manat təşkil edir. 18 oktyabr 2016-cı il tarixli 2551 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsi üzrə borcu-əsas borca görə 1.585.000 manat, faiz borcuna görə 679.570.52 manat, cərimə borcu üzrə 421.346.93 manat, cəmi 2.685.917.45 manat təşkil edir. 18 oktyabr 2016-cı il tarixli 2584 nömrəli borcun qaytarılması tələbinə dair xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və borc məbləğindən başqa, tərəflərindən çəkilmiş bütün məhkəmə xərclərinin hamısının ondan tutulacağı bildirilmişdir. MAPS şöbəsinin 16 sentyabr 2016-cı il tarirxli arayışından görünür ki, cavabdeh Ucar rayonu Boyat kəndində qeydiyyatdadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 21(81)-1404/2016 nömrəli qərarının surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ASC-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin edilməklə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, x3 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ucar Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli 2(063)-1586/2016 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası və 10 mart 2017-ci il tarixli 2(063)-259/2017 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2017-ci il tarixli 1067 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqavilələrində “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuş, ekspertizaya təqdim olunmuş 27 noyabr 2012ci il tarixli C278/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2018-ci il tarixli 23611 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 100.000 USD, faiz borcu üzrə 122.933,3 USD, cərimə borcu üzrə 12.042,79 USD, cəmi 234.976,09 USD, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 223.250,0 manat, cərimə borcu üzrə 146.525,03 manat, cəmi 819.775,03 manat və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.568,8 manat, cərimə borcu üzrə 421.346,93 manat, cəmi 2.685.915,73 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Ucar Rayon Məhkəməsinə ünvanlanmış 13 sentyabr 2018-ci il tarixli **********486 nömrəli məktubunda göstərilmişdir ki, 31 iyul 2013cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredi müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surəti aşkar edilməmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Ucar Rayon Məhkəməsinə ünvanlanmış 14 sentyabr 2018-ci il tarixli **********511 nömrəli məktubunda göstərilmişdir ki, 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit kart müqaviləsi üzrə nağd vəsait verilməmiş, müştərinin **********717205 nömrəli “Visa Platinum” kart üzrə əməliyyatlarını təsdiq edən hesabdan çıxarış təqdim edilir, eyni zamanda, müştəri tərəfindən imzalanmış kart təhviltəslim blankı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “mülki qanunvericiliyə görə öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, məhkəmə iclasında hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında iddia ərizəsində göstərilən öhdəlikləri müəyyən edilməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmə iclasında öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlə bağlanmış müqavilələri təqdim etsə də, pul vəsaitlərinin verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredi kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “borcalan” qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmiş, həmçinin, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından görünür ki, 194/13 nömrəli 31 iyul 2013-cü il tarixli və 253/13 nömrəli 21 noyabr 2013-cü il tarixli kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surəti aşkar edilməmiş, C278/12 nömrəli 27 noyabr 2012-ci il tarixli kredi kart müqaviləsi üzrə nağd vəsait verilməmiş, müştərinin **********717205 nömrəli “Visa Platinum” kart üzrə əməliyyatlarını təsdiq edən hesabdan çıxarış təqdim edilmiş, eyni zamanda, müştəri tərəfindən imzalanmış kart təhviltəslim blankı aşkar edilməmişdir, Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilələrdən yaranmış borcun ödənilməsinə dair iddiaçının iddiası rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının iddia tələbinin dəlilinə etiraz olaraq cavabdeh kredit müqavilələrindəki imzaların ümumiyyətlə ona məxsus olmamasını bildirmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin olunmuş, 15 may 2018-ci il tarixli 23611 nömrəli ekspert rəyinə əsasən isə müəyyən olunmuşdur ki, 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqavilələrindəki “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdeh hər üç kredit müqaviləsindəki imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin müqavilələrdən ikisində olan imzanın cavabdehin özü tərəfindən icra edilməsi təsdiq edilmişdir. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və qeyd olunanlara münasibət bildirməmişdir. Hər iki müqavilə üzrə 450.000 manat və 1.585.000 manat, cəmi 2.035.000 (iki milyon otuz beş min) manat məbləğində kredit vəsaitinin bankdan məxaric edilməsi və sözügedən müqavilələrdə olan imzanın Cavabdeh mənsub olması mübahisəsiz olduğu halda, yalnız kassa məxaric sənədinin iş materiallarında olmaması əsası ilə kifayət qədər böyük məbləğ sayılan 2.035.000 (iki milyon otuz beş min) manat məbləğində kredit vəsaitinə münasibətdə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunauyğunlüq və ədalətlilik meyarlarına uyğun olan nəticə hesab etmək mümkün deyildir. İddiaçının apelyasiya şikayətində vurğuladığı, habelə Ali Məhkəmənin 10 dekabr 2019-cu il tarixli qərarı ilə müəyyən edildiyi kimi, kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsinin səbəbi İddiaçı ASC-in lisenziyası ləğv edildikdən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə müflis elan edildikdən və x3 ləğvedici təyin edildikdən sonra, İddiaçı ASC-də həyata keçirilən yerdəyişmə nəticəsində müəyyən səbəblərdən, yəni sənədin itməsi və s. səbəbindən mümkün ola bilərdi. Kollegiyanın qənaətinə görə, yalnız 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsinə istinad edərək həmin kredit müqavilələrinə münasibətdə iddianın rədd edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə xətşünaslıq ekspertizası rəyi ilə, ekspertizaya təqdim olunmuş 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Belə olan halda, kollegiyanın qənaətinə görə, iddia 27 noyabr 2012-ci il tarixli C278/12 nömrəli kredit müqaviləsinə münasibətdə sübut olunmadığından həmin hissədə təmin edilməməlidir. Göründüyü kimi Cavabdeh 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredi müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçıdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. İddia tələbi ilə 15 may 2018-ci il tarixli 23611 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilən kredit borcunun məbləği arasında fərq mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2018-ci il tarixli 23611 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 223.250,0 manat, cərimə borcu üzrə 146.525,03 manat, cəmi 819.775.03 manat və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.568.8 manat, cərimə borcu üzrə 421.346.93 manat, cəmi 2.685.915.73 manat təşkil edir. İddiaçı iddia tələbində cavabdehdən 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 469.500 manat, faiz borcu üzrə 222.665.03 manat, cərimə borcu üzrə 146.525.51 manat, cəmi 838.690.54 manat, 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən 30 sentyabr 2016-cı il tarixə cavabdehdən əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.570.52 manat, cərimə borcu üzrə 421.346.93 manat, cəmi 2.685.917.45 manat məbləğində borcu tələb etmişdir. Göründüyü kimi, ekspert rəyi ilə 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə yaranmış borc məbləğinin 450.000 manat, faiz borcu üzrə 223.250,0 manat olmaqla, iddia ərizəsi ilə tələb edilən məbləğdən əsas borc üzrə 19,500 manat az, faiz borcu üzrə 584 manat 97 qəpik artıq və 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən faiz borcu üzrə iddia ərizəsi ilə tələb edilən məbləğdən 01 manat 72 qəpik az olduğu müəyyən edilmişdir. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 372.4-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiyaya görə ekspertiza rəyində 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən faiz borcunun məbləği iddia tələbində göstərilən faiz borcunun məbləğindən 584 manat 97 qəpik artıq olduğu müəyyən edilsə də, MPM-in istinad olunan normalarına əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından və apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmədiyindən və onlara baxılmadığından, habelə iddiaçı iddia tələbinin ekspet rəyinə uyğun olaraq artırılmasını tələb etmədiyindən göstərilən hissədə faiz borcunun məbləği artırıla bilməz. Lakin 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə yaranmış borc məbləği ekspert rəyinə uyğun olaraq 450.000 manat, 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən faiz borcu üzrə yaranmış borc məbləği ekspert rəyinə uyğun olaraq 679.568.8 manat məbləğində müəyyən edilməlidir. İddiaçı cavabdehdən 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredi müqaviləsi üzrə 146,525.51 manat, 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredi müqaviləsi üzrə 421,346.93 manat cərimə (dəbbə pulu) tələb edir. Аzərbаycаn Respublikаsı MM-in 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASCtərəfindən hesablanmış 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredi müqaviləsi üzrə 146,525.51 manat, 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredi müqaviləsi üzrə 421,346.93 manat cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredi müqaviləsi üzrə 20000 (iyirmi min) manat, 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredi müqaviləsi üzrə 50000 (əlli min) manat cərimənin (dəbbə pulu) tutulmasının qət edilməsidaha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. x7 Məhkəməsi “x2rşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və x7 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x7 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Kollegiyаiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаn Ali Məhkəmənin 10 dekabr 2019-cu il tarixli 2(102)-7594/2019 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər vəmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesаb edirki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(063)-12/2018 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia qismən təmin edilməli, Cavabdeh 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.568.80 manat, cərimə borcu üzrə 50000 manat olmaqla, cəmi 2.314.568.80 manat və 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 222.665.03 manat, cərimə borcu üzrə 20000 manat olmaqla, cəmi 692.665.03 manat alınaraq ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə 31 (otuz bir) manat dövlət rüsumu, 100 (bir yüz) manat məhkəmə xətşünaslıq ekspertizası xərci və 165 (bir yüz altmış beş) manat məhkəmə mühasibatlıq ekspertizası xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı x6 tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(063)-12/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı x5 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 21 noyabr 2013-cü il tarixli 253/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.568.80 manat, cərimə borcu üzrə 50000 manat, cəmi 2.314.568.80 (iki milyon üç yüz on dörd min beş yüz altmış səkkiz manat 80 qəpik) manat və 31 iyul 2013-cü il tarixli 194/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450000 manat, faiz borcu üzrə 222.665.03 manat, cərimə borcu üzrə 20000 manat, cəmi 692.665.03 (altı yüz doxsan iki min altı yüz altmış beş manat 03 qəpik) manat və dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu alınaraq Ləğv prosesində olan İddiaçı x5 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat məhkəmə xətşünaslıq ekspertiza xərci və 165 (bir yüz altmış beş) manat məhkəmə mühasibatlıq ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-727/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-727/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver