Məhkəmə qərarları › İş №2(107)-728/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-728/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-728/2023 20.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri (açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi, maddi və mənəvi zərərin ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi və vurduğu maddi ziyanın ona ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan məlumatları yaydığı üçün mənəvi zərərə görə mənəvi zərər ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirdiyindən maddi zərər tələbinə dair” qarşılıqlı iddia tələbi ilə əlaqədar mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)- 8/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən DM-RTN-nin prezidenti Cavabdeh ilə aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi və ona vurduğu 2500 (iki min beş yüz) manat maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan məlumatları yaydığı üçün mənəvi zərərə görə 5000 manat və ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirdiyindən maddi zərərə görə 10000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 10 il olar ki, Cavabdeh ilə tanış olmuş, aralarında yaxın münasibətlər yaranmışdır. O, Balakən şəhərində kafe restoran açmaq istədiyini bildirmişdir. Cavabdeh isə bildirmişdir ki, onun Balakən şəhəri X1 şirkətinə məxsus binanın bir hissəsinə 90 m2 sahəsini kafe restoran kimi işlətmək üçün icarəyə verə bilər. Cavabdeh ilə aralarındada olan razılığa əsasən gəlib binaya baxdı. Binanın otaqları çox bərbad vəziyyətdə idi. Onlar cavabdehlə razılşadı ki, o, binanın otaqlarını bayırdan və içəridən təmir etməli idi. Hər ay o 100 manat icarə haqqı verməli idi. Binanın və otaqların təmirinə çəkdiyi xərci tam ödənilənəcən icarə haqqından çıxacaqdır. İcarə müqaviləsini 5 il müddətinə bağlamalı idi. O, binanın çöldən va içəridəki otaqlarının təmiri üçün 2500 manat pul xərclədi. Mal materiallarını götürdüyü tikinti materialları mağazasının qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Aralarında olan şifahi razılaşma zamanı şahidlər Balakən rayonu Qazma kənd sakini Şahid Şəhruddin oğlu, Fərman Həsrət oğlu (soyadını bilmir) şəhər sakini Bodurov Mehman onun Cavabdeh ilə aralrında olan razılığa şahiddirlər. Binanın təmiri üçün aldığı mal materialları ustalar: X5, X6 da təsdiq edə bilərlər. Cavabdeh razılaşmanın şərtlərini pozaraq ona xx.xx.2020-ci il də icarə müqaviləsi N 31 göndərmişdir. Həmin icarə müqaviləsinə əsasən, müqavilə 1 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmış, həmçinin müqavilədə öz vəsaiti hesabına təmir işləri üçün xərclədiyi 2500 manat pulun əvəzinə 1700 manat göstərmişdir. İcarə haqqını isə 100 manat məbləğində yox, 180 manat məbləğində qeyd etmişdir. Odur ki, müqavilənin şərtləri ilə və müqavilənin müddəti ilə razılaşmadığına göra o Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi, cavabdeh tərəfindən ona vurulmuş 3500 manat maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə ondan Cavabdeh 400 ( dörd yüz) manat borc pul almışdır. Həmin pulu da bu güna qədər qaytarmamışdır. Həmin pulu o şahidlər Şahid və Mehman Bodurovun yanında vermişdir. Həmin pulu da cavabdehdən tələb edir. Buna görə də yuxarıda qeyd edilən tələb ilə bağlı məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiada göstərilənlər tamamilə yalan və böhtandır. Müqavilənin şərtlərini özü yox, Cavabdeh pozmuşdur. Cavabdeh barəsində hər hansı böhtan, şərəf və ləyaqətini alçaldan xarakterli məlumatlar yaymamışdır. Əksinə Cavabdeh onun barəsində hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə bir neçə ildir ki, tanışdır, tanışlıqları hətta dostluq münasibətlərinə çevrilmişdi. O, Azərbaycandan deportasiya olunduqdan bir neçə il sonra geri qayıdarkən onu bir dost kimi qarşılamışlar. O, hələ Türkiyədə olarkən Balakənə qayıtdıqda böyük bir iş qurmaq istədiyini, lakin alacaq pullarını hələ ala bilməməsini, eyni zamanda tikinti işləri ilə məşğul olan Ələddin adında dostunun olmasını, rayona onunla birgə gələcəyini və onun mülkiyyətində olan obyektdə ikici mərtəbənin tikintisini inşa etdirmək istədiyini bildirəndə, ona obyektini satışa çıxardığını və özünə pul lazım olduğu barədə ona bildirmişdir. Hətta onun vatsapına obyekti barədə fikirləri hələ də qalmışdır. Alinin obyektin hər zaman alıcısı olarsa, həmən satılacağından xəbəri var idi və özü də onu bu barədə xəbərdar etmişdi. Lakin ilkin iddiaçı onu bu yolla aldadaraq obyektin satılmasına qismən mane oldu. O, rayona qayıtdıqda nədənsə tək gəldi. Ələddinin bir sıra problemləri çıxdığına görə Azərbaycana gələ bilməmişdir deməklə bu söhbətə son qoydu. Üstündən bir az bir müddət keçməmiş ona bildirdi ki, kafe açmaq istəyir, sənin obyektindəki boşalan otaqları ver işlətsin. Ona bildirdi ki, hələ Türkiyədə olarkən özü bütün obyekti satışa çıxarmışdır, oranı verə bilməz, onun əvvəlki təklifi ilə indiki fikri tam fərqli idi. O, obyektə baxmaq üçün gələndə satış üçün elanların doğrudan da giriş qapılarının üzəridə olduğunu görsə də, kafe açmaq fikrindən dönmədi. Özü isə ona bildirdi ki, müştəri olduğu halda obyekt satılacaq. Hətta dostlar da ona bildirdilər ki, kafe üçün başqa bir yer tapsa daha yaxşı olar. Nədənsə Ali öz istəyindən əl çəkməyəndə xətrinə dəymək istəmədi və ona bildirdi ki, götür işlət, ancaq müştəri olduğu zaman satacaq. Beləliklə işə başlamazdan əvvəl onlara bildirdi ki, usta pulunu çıxmaqla kafenin təmiri üçün nə kimi materiallar işlətsələr, icarə pulundan çıxar. Bundan əvvəl onlar otaqlara baxarkən onlara ancaq əvvəlki icarədarın istifadə etdiyi otaqları verə biləcəyini bildirmişdir, hətta onlar onu bir dost kimi qəbul etdiklərindən ona qiymət də deməmişdir, çünki ola bilərdi ki, obyekt satılsın, satılarkən də çəkdikləri məbləğ ona mütləq qaytarılacaq. Heç özü ona qiymət demədən bildirdi ki, 50 kv.m olan iki otağı 100 manata verərmi, özü də ona heç nə demədən dedi ki, olar. Halbuki şəhərin mərkəzində 50kv.m sahəni heç kim 100 manata icarəyə vermir. Onlar otaqlarda təmirə başlayandan sonra Ali bildirdi ki, kafedə əlavə qonaqlar olarsa, əlavə otaqlara ehtiyacı olacaq, ona kabinet də lazımdı, daxildə olan hissədən bir otaq yeri daha verdi, ondan əlavə pul istəmədi. Hələ təmir gedə-gedə, bu otaqların da az olacağını bildirərək dedi ki, küçə ilə paralel sahəsi 20 kv.m olan tam təmirli otağı da ver, həmin otağa 80 manat əlavə verəcək. O, həmin otağı bir başqa şəxsə 100 manata söz verməyinə baxmayaraq nağd olan müştərini gerilətdi. Beləliklə, Ali 50 kv.m istədiyi halda həmin sahə 90 kv.m çevrildi. Söhbət bitdikdən sonra onların bütün təmir işlərində onlara öz avtomobili ilə yaxından yardım etmişdir. İş yekunlaşandan sonra Ali təmir üçün xərclənən pulun miqdarını müqavilədə göstərməsini istədi. Özü ona çəkilən xərcin miqdarını hesablayaraq deməsini bildirəndə, dedi ki, otaqların təmiri üçün 4000 min manat pul xərclənilib, həmin pulu icarədən çıxmaq lazımdır. Ona heç nə demədən səhəri gün kağız-qələm götürərək kafedə görülən işləri hesablamağa başlayanda gördü ki, onun xoşuna gəlmədi, gəlməsə də ən vacib olanları araşdırdıqda məlum oldu ki, Ali ona şişirdilmiş rəqəmi müqavilədə yazdırmaqla fikri daha çox aylar əldə etməkdir. Ertəsi gün Ali heç nə olmamış kimi birgə iş üzrə şəriyi olan Şahidla kabinetinə gələrək müqavilədə 1700 manatı göstərməyini bildirəndə ona heç nə demədən həmin rəqəmi müqaviləyə qeyd etdi. Hansı ki, bunun 1550 manatını kafenin təmirinə Şahid almışdı. 1700 manatı 180 manata böldükdə 9 ay etdi və həmin bölgünü Ali müqavilədə göstərməyi istədi. Ödənişləri də razılaşarıq deyə ona bildirdi. Bunun da əsasında müqaviləni hazırlayaraq xx.xx.2020-ci il tarixində özü tərəfindən düşən hissəni təsdiqləyərək Aliyə təqdim etdi. Lakin Ali müqaviləni müxtəlif bəhanələrlə ona təqdim etməkdən boyun qaçırmağa başladı. Buna baxmayaraq kafe səmərəli fəaliyyət göstəməyində idi. Ondan dəfələrlə müqaviləni təsdiqləyib təhvil verməsini tələb etsə də, o bildirdi ki, müqaviləni cırıb atmışdır. Kafe xx.xx.2020-ci il tarixindən fəaliyyətə başlamasına və Aliyə müqaviləni həmin tarixdən təqdim etməyinə baxmayaraq müqaviləni imzalayaraq bir nüsxəsini ona, digərini isə vergiyə təqdim etmədiyinə görə o hər iki şəriyə xx.xx.2020-ci il tarixində poçt vasitəsilə müqaviləni təsdiqləyərək təqdim etməsini, etmədiyi halda qanunsuz fəaliyyət göstərmələri barədə aidiyyatı orqanları xəbərdarlıq edəcəyini bildirməsinə baxmayaraq heç bir faydası olmadı və buna baxmayaraq o yenə də bir müddət gözlədi ki, müqaviləni təsdiqləyərək təqdim etsinlər, lakin ona müqavilə təqdim edilmədi. Bundan sonra, müqavilə bir tərəfli bağlandığından onun heç bir qanuni qüvvəsi olmadığından, iddiaçının kafedə şəriki olan Şahid oglu ilə müqavilə bağlamaq məcburiyyətində qaldı və bundan sonra 13 saylı ərazi vergilər idarəsinə onlayn müraciət edərək Alinin bundan sonra müqaviləni vergilər idarəsinə təqdim edəcəyi təqdirdə müqavilənin etibarsız hesab edilməsi xahiş edildi. İş üzə kafedə Ali ilə şərik olan Şahid müqavilənin şərtləri ilə əvvəlcədən xəbərdar olduğu üçün heç bir etiraz etmədən müqaviləni təsdiqləyərək bir nüsxəsini ona, digərini isə vergi idarəsinə təqdim etdi. İlkin iddia üzrə iddiaçı xx.xx.2020-ci il tarixindən etibarən kafedə bir ay vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata düşmədən qanunsuz sahibkarlıqla məşğul oldu. Bundan sonra çıxılmaz vəziyyətdə qaldığından İddiaçı şəriki olan Şahid ilə həmin tarixdən müqavilə bağladıqdan sonra ilkin iddia üzrə iddiaçı gecə ikən kafenin giriş qapılarının açarlarını dəyişdirərək Şindiyevin kafeyə daxil olmasına maneələr törətməklə daha dörd ay 2020-ci ilin dekabrın 01-dən 2021-ci ilin martın 23-nə kimi onun sahibkarlıq fəaliyyətinə mane olmaqla yanaşı, həm də onun zaminliyində olan kafedə işlətmək üçün nəzərdə tutulan ümumi dəyəri 1229 manat olan məişət avadanlıqlarını oğurlayaraq ona küllü miqdarda ziyan vurmuşdur. Şindiyevin Balakən RPŞ-yə şikayət ərizəsindən sonra kafe polislərin iştirakı ilə açılaraq xx.xx.2021ci il tarixində AKT tərtib edilərək ona təhvil verilmişdir. Həmin müddət ərzində ilk iddia üzrə iddiaçı onun haqqında işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli şayələr yaymaqla dost-tanışlar və digər vətəndaşların yanında onun şərəf və ləyaqətini alçaldan söhbətlər yaydığına görə xx.xx.2021-ci il tarixli AKT tərtib edilib və onun bundan əvvəl Zaqatala 13 saylı Vergilər idarəsinə, Balakən RPŞ-yə polis əməkdaşlarna və s. kimi təşkilatlara rəsmən öz xətti ilə yazdığı şər və böhtan olan məktublar göndərmişdir. Bu da ki, əhali və ziyalılar arasında qanuni sahibkarlıq fəaliyyətinə və işgüzar nüfuzuna ciddi təsir göstərmişdir. Buna görə də işindən olaraq əsassız ifadələr, izahatlar və.s verməyə vadar olunmuşdur. Halbuki, özü öz işi ilə, hörməti ilə təkcə rayonda yox, rayonun hüdudlarından kənarda da tanınmış şəxslərdən biridir. ünvan 1 ünvanında yerləşən ******* saylı çıxarışa əsasən mülkiyyətində olan qeyri yaşayış binası Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi şəxsin mövcud əmlakını və yaxud əmlak hüquqlarını tətbiq edilir. Həmin qeyri-yaşayış binası faktiki və hüquqi olaraq ona məxsusdur və sənədlərlə də sübut olunur. Bu sənədlər həmin mülkiyyət üzərində onun mülkiyyət hüququnu qoruyur. Onun ilk iddia üzrə iddiaçıya vurduğu 3500 manat maddi ziyanın ödənilməsi arqumenti ilə bağlı, bildirmək istəyir ki, iddiaçı bu tələbində də haqlı deyildir, belə ki, onun məhkəməyə təqdim etmiş natamam icarə müqaviləsində hər iki şəriyin istəyi ilə təmirə çəkdikləri 1700 manat məbləğ göstərilmişdir. Həmin məbləğin nə qədərini özünün xəclənməsini sübut edə bilmir. İddiaçı kafenin təmirinə pul xərcləmədiyi halda, ondan hansı əsasla yüksək məbləğdə pul tələb edə bilər. Daha sonra onun qanunsuz fəaliyyət göstərməsini özü özlüyündə sübut etmişdir. Müqaviləni imzalayaraq ona təqdim edilməsi xəbərdarlığını poçt vasitəsilə etməsinə baxmayaraq və bundan qəsdən yayınaraq bir ay qanunsuz sahibkarlıqla məşğul olduğuna görə, bu haqda vergilər idarəsinə məlumat verməyəcəyi təqdirdə cərimə oluna bilərdi. İddiaçı ümumiyyətlə hələ Türkiyədə olarkən onun obyektində güya nəsə bir iş qurmaq istəməsi barədə telefonuna şirnikləndirici yazılar göndərirdi. Heç ticarət işindən baş çıxarmayan Şahid etibarından sui-istifadə etməklə onu aldadaraq kafe işinə cəlb etdikdən sonra, əlində pulun olmamasını, pulun ona Türkiyədən gələcəyini Şindiyevə vəd etsə də, kafenin təmirinə Şindiyevə 1550 manat pul xəclətmişdir. İddiaçı bu faktı boynuna almaq istəməsə də, 2(019)-261/2021 saylı xx.xx.2021-ci il tarixli işdə Şahid İddiaçı qarşı iddiasında məhkəmə prosesində Şindiyevin kafenin təmirinə 1500 manat xərclədiyini etiraf etmişdir. İcarə müqaviləsində kafeyə çəkilən 1700 manat məbləğdən, Şindiyevin kafenin təmirinə 1550 manatın xərcləməsindən də görünür ki, İddiaçı kafenin təmirinə ümumiyyətlə pul xərcləməyib. İddiaçı doğrudan da əlində yetərincə pulu olsaydı balaca bir kafeyə onun şərik nəyinə gərək idi?. Kafeyə bütün xərci özü çəkmiş olsaydı, o zaman ancaq işləməyi üstün tutardı və əsassız mübahisələrə üstünlük verməzdi. Onun, Bayraq Meydanı ərazisində buna oxşar əsassız mübahisələr yaratmaqla, obyekt sahibini hədələyərək şikayətlər etməklə sahibkarı incitmiş, ondan küllü miqdarda pul tələb etməsi nəticəsində işə polis və məhkəmə qarışdıqdan sonra İddiaçı həmin ərazidən məcburi kənarlaşdırıldıqdan sonra ölkə ərazisindən çıxarılmışdır. İddiaçı öz ifadələrində tez-tez bildirir ki, guya onu Türkiyədən o çağırıb gətirmiş və bununla da onun başqa iş görməsinə maneçilik törətmiş, buna görə də ondan əlavə pul tələb etmək fikrini məhkəmə prosesində səsləndirib. Yuxanda onun müxtəlif üsullarla vətəndaşları aldadaraq onların etibarından istifadə edərək əmlaklarını ələ keçirməklə məşğul olması öz təsdiqini tapmışdır. Onun Türkiyə kimi böyük dövlətdən rayona tez-tez gəlməyə can atmasının arxasımda hansı məqamların olmasını əlaqəli orqanlar araşdırsa yəqin öz təsdiqini tapar. Bu barədə rayon hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Yuxarıda göstərdiyini nəzərə alsa onun doğrudan da vətəndaşlardan müxtəlif üsullarla pul qoparmaq istəməsi qənaətinə gələr. Etibarlı mənbədən aldığı məlumata görə o, Azərbaycanda törətdiyi cinayətə görə miqrasiya xidməti tərəfindən 5 il müddətinə ölkədən xaric edilmişdir. Qanunla müəyyən olunmuş müddət başa çatmadan o, ölkə ərazisinə daxil olub. Beləliklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16.1.1- 16.1.4-16.1.5-16.1.6-16.1.7 və 16.2 maddələrini pozmuşdur. Daha sonra İddiaçı polis şöbəsinin inzibati binasında növbətçi otağının qarşısında, kameraların müşayiti olan yerdə onun heç polisdən belə qorxmadığını bildirərək, onu öldürməklə hədələyərək əgər öldürsələr bilsinlər ki, bunu özü etmişdir və ona qarşı sui-qəsd edəcəyini, bir neçə nəfərin yanında dəfələrlə təkrarlamışdır. Bununla bağlı o, Balakən RPŞ-yə və Balakən rayon Prokurorluğuna şikayət ərizələri nəticəsində hörmətli prokurorun təqdimatı əsasında işin araşdırılması Balakən RPŞ-nin Təhqiqat Bölməsinə həvalə edilərək qeyd olunan material xx.xx.2021-ci il tarixində Balakən RPŞ-nin 1 nömrəli hadisələr kitabında 282 nömrəsi ilə qeydə alınaraq TB-nin icraatına daxil olunmuşdur. Araşdırma nəticəsində məlum oldu ki, onun kafeni müxtəlif üsullarla, bu da baş tutmayanda zorakılıqla özünü obyektə yerləşdirməklə ondan uzun müddətə icarəyə götürmək tələbi, gözdən pərdə asmaq olub, yuxarıda göstərdiyi kimi onun planı ancaq ona qarşı sui-qəsd şifarişi almasıdır. Çünki bir il ərzində onun bunu icra etmək üçün imkanı olmayacağını düşünən Ali Osman uzun müddət ərzində etibarını daha da qazanmaqla ona qarşı qətl hadisəsini asanlıqla həyata keçirməyə vaxtı olacaqdı. Onun görüşdüyü məlum olan şəxs (lərin) qabağında götürdüyü öhdəliyi yerinə yetirə bilməyəciyini görən İddiaçı, Balakən RPŞ-nin inzibati binasında kameraların qarşısında, bir neçə nəfərin yanında əlini ona tərəf uzadaraq, onun heç polisdən qorxmadığını, onu öldürəcəyini, əgər öldürsələr bilsinlər ki, bunu o, edib sözlərini təkrartəkrar bir neçə dəfə yüksək səslə təkrarlaması, ona qarşı sui qəsd etməsi ilə hədələməsi və xx.xx.2021-ci il tarixində məhkəmə zalında ona düşmən olmağı səsləndirməsi bunu deməyə əsas verir. Balakən rayon polis şöbəsinə etdiyi şikayətə baxlmadığından, təhlükəsizliyi təmin edilmədiyindən, polisin hərəkətsizliyindən Rayon prokurorluğuna etdiyi şikayəti əsasında onun barəsində toplanmış digər şikayətləri ilə birlikdə baxılması üçün Balakən RPŞ-nin Təhqiqat Bölməsinə həvalə edilsə də, həmin bölmənin xx.xx.2021-ci il tarixli qərarı ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Hər iki şərik xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək kafedə birlikdə çalışmalarına baxmayaraq İddiaçı öz şərikinə zərər vumaq məqsədilə həmin tarixdən etibarən xx.xx.2021-ci il tarixinə qədər kafenin giriş qapısının açarlarını dəyişdirməklə, kafedə işlətmək üçün Şahid zaminliyi ilə gətirilmiş ümumi dəyəri 1229 manat olan məişət avadanlıqlarını da aparmaqla Şahid sahibkarlıq fəaliyyətinə daha 4 ay mane olmaqla ona küllü miqdarda ziyan vurmuşdur. Bununla bağlı Şahid oglu Balakən rayon polis şöbəsinə şikayət ərizəsi versə də, onun şikayətinə hələ də baxılmamışdır. İlk iddia üzrə iddiaçının öz ucbatından kafeni bağlı saxlaması nəticəsində çəkdiyi zərərə görə o, məsuliyyət daşımamalı və yuxarıda göstərdiyi və təqdim etdiyi sənədlərlə də sübut olunur. Eyni zamanda onun qarşısında heç bir öhdəliyi olmayıb və özü tərəfdən o heç bir zərər görməyib, ona rəsmi xəbərdarlıq etməyinə məhəl qoymamış və yekunda obyekti özü tərk edərkən Şindiyevə məxsus məişət əşyaları gizlincə oğurlamaqla ona zərər vurmuşdur. Obyektdəki icarəyə götürdükləri otaqların bərbad vəziyyətdə olması arqumenti ilə bağlı bildirmək istəyir ki, onlar həmin iki otağı təmir etməklə heç bir əlavə tikililər etməmiş, qapıpəncərə, tavan, döşəmə, və s. digər qiymətli işlər görməmişlər, sadəcə içəri otaqlara yeni boyaq çəkməklə əvvəlki rəngi dəyişmiş və özlərinə uyğun digər işləri görmüşlər. Daha doğrusu o, bir tərəfdən iş üzrə şəriki olan Şahid təmir üçün xəclədiyi pulunu da öz hesabına çıxmaqla ondan 2500 manat tələbi qoymaqla pul qoparmaq məqsədi olmuşdur. O, belə hiyləlikləri ondan əvvəl də icarəyə götürüb işlətdiyi obyekt sahiblərinə də tətbiq etməklə vətəndaşlardan vüksək məbləğdə pul tələb edirmiş. Onun, məhkəməyə təqdim etdiyi kassa order qəbzlərdə Ali Osmanın adı qeyd edilməmişdir. Belə qəbzlərdən məhkəməyə istənilən qədər gətirmək olar. Əgər o, mağazadan tikinti materiallarını özü almışdırsa o, zaman məhkəməyə təqdim etdiyi qəbzlərdə alıcı kimi öz adı qeyd edilməliydi. Hansı ki, ustalar həmin otaqlarda bir neçə gün işləməklə təmir işlərini yekunlaşdırmalı olduğu halda, ustaların başqa-başqa da yerlərdə iş görmələri Alinin onlara pul verə bilməməsi səbəb olmuşdur ki, bunun da nəticəsində işin təhvil verilməsi bir ay gecikmişdir və Şahid köməyi olmasaydı bəlkə də bir neçə ay da davam edərdi. İlk iddia üzrə iddiaçı tikinti materiallarının qəbzlərini ortaya qoyaraq bütün materialları kafenin təmirinə işlətməsini bildirir. Araşdırma nəticəsində məlum oldu ki, bir çox materialları da özü yaşadığı mənzilin təmirinə sərf edib. Aşağıda göstərəcəyi cüzi bir araşdırma məhkəmənin nəzərinə çatdırılsa məlum olar ki, Ali Osman kafedə işlətmək üçün 300 metr reyka aldığını bildirib, reykanın bir metrinin qiyməti 0,90 qəpik təşkil edib (300 x 0,90=270 manat) edib. Həmin reykadan onlar kafenin təmirinə təqribən 160 metr reyka işlədilib. 160 x 0,90=144 manat təşkil edib, geridə qalan 140 metr reyka,126 manat təşkil edir ki, həmin reyka kafenin təmirinə sərf edilməyib. Eyni zamanda kafedə işlətmək üçün 32 ədəd alçipan alındığını bildirir, bir ədədinin qiyməti 7,50 manat olmaqla (240 manat) təşkil edib. Kafeyə ancaq 16 ədəd alçipan sərf edilmişdir ki, bu da 120 manat təşkil edib. Geridə qalan 16 ədəd alçipan 120 manat təşkil etməklə kafenin təmirinə sərf edilməyib. Kafeyə sərf edilən 160 metr reyka x0,90 q=144 manat, 16 ədəd alçipan x 7,50 q=120 manat, ümumilikdə 144+120=264 manat təşkil etmişdir, bu da ki, kafedə ara kəsmələr üçün istfadə olunan ən qiymətli işdir. Rəhbəri olduğu "xxxx" X3 Şirkətinin işi Avropa Məhkəməsinin icraatında olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək şirkətin sahibkarlıq fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. İddaçı İddiaçı ona qarşı ziyan tələbi ilə bağlı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehlə uzun müddətdir ki, tanışdır. İddiaçı 2020-ci ildə ona dostu Cavabdeh obyektində boş otaqlar olduğunu, oranı icarəyə götürüb kafe işlətmələrini bildirmişdir. O, iddiaçıya inanıb buna razılaşmışdır. Həmin vaxt onlar obyekti şərik işlədəcəkdilər. O bildirmişdi ki, əlində pulu azdır, Türkiyədən bu yaxınlarda pulu gələcək, kafe üçün götürəcəkləri otaqlarda bir neçə arakəsmələr etmək lazımdır ki, kabinetləri də olsun. İddiaçı ona bildirdi ki, obyekti normal işlətmək üçün oranı təmir etdirmək lazımdır. Buna görə də obyektin təmir edilməsi üçün X12 1550 manat pul vermiş, o da əvəzində Cavabdeh götürdüyü obyekti təmir etdirmişdir. Cavabdeh da öz növbəsində obyektin təmiri üçün onlara maddi dəstək olmuşdur ki, işləri gecikməsin və işə tez bir vaxtda başlasınlar. İşləri bir həftə içində yetişməli olduğu halda, bir ay davam etmişdir. Obyekt sahibi Cavabdeh onlara bildirmişdir ki, obyektə hər nə qoyacaqslarsa, həmin əşyaların qiymətini hesablayıb icarə haqqından çıxacaqdır. Onlar da buna razılaşmışlar. Beləliklə iddiaçı təmir üçün aldıqları alçipan və reykanın bir hissəsini obyektin təmir edilməsinə, digər hissəsini isə özü yaşamaq üçün icarəyə götürdüyü evdə istifadə etmişdir. Kafedə etdikləri təmir qurtarandan sonra obyektin sahibinə pulun miqdarını deməliydi ki, həmin məbləği müqavilədə qeyd etsin və icarə haqqından çıxsın. Cavabdeh obyektə çəkiləsi xərcin miqdarını artıq demiş, bu zaman obyekt sahibi Cavabdeh təmirə çəkilən xərcinin həddindən artıq olmasından şübhələnmiş, Ali Osmanın ona şişirdilmiş rəqəm deməsini başa düşmüş, buna görə də müqavilədə təmir xərci 1700 manat yazılmışdır. xx.xx.2020-ci il tarixindən başlayaraq bir ay işləmişlər. Ayın sonunda Ali ona bildirmişdir ki, onlar zərərlə işləmişlər. Ali onu aldıtdığını hesab etmişdir. Bundan sonra ertəsi gün o, işə gəlib kafeyə daxil olmaq istəyəndə, Ali tərəfindən qıfılın açarlarının dəyişdirilməsinin şahidi olmuşdur. Eyni zamanda onu da bildirmək istəyir ki, onlar kafedə işlətmək üçün iki müxtəlif dükandan 693 manatlıq, və 536 manatlıq məişət avadanlığı nisyə götürmüşlər. Həmin əşyaların da pulunu özü götürmüşdür. Heç bir manat pul qoymadan Ali yekunda onu aldadaraq, xeyli miqdarda zərərə salmışdır. Ali Osman onun etibarından sui-istifadə edərək, pulundan səmərəli istifadə etmiş, həmin pulla özü yaşadığı evi də təmir etdirmiş, kafedə işlətmək üçün məişət avadanlıqlarını onun adından götürməklə və bir ay müddətində qazancları tək mənimsəmişdir. Həmin qazancın tən yarısı isə ona çatmalıydı. Onu da bildirir ki, İddiaçıla onun şərikli işləmək istədikləri obyekt Cavabdeh xüsusi mülkiyyətində olmaqla onun istifadəsindədir. Cavabdeh həmin obyektini təmir etdirmişdir.

6. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 06 fevral 2023-cü il tarixli, 2(019)-8/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Balakən DM-TRV X1 Şirkətinin prezidenti Cavabdeh qarşı cavabdeh Balakən DM-RTN-nin prezidenti Cavabdeh ilə aralarında bağlanmış 1 illik icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi və ona vurduğu 2500 manat maddi ziyanın ona ödənilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilk iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan məlumatları yaydığı üçün mənəvi zərərə görə 5000 manat və ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirdiyindən maddi zərərə görə 10000 manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və 50 (əlli) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

7. İlk iddia üzrə iddiaçının mübahisələndirdiyi müqavilənin beş il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Heç kəs onun iradəsinin ziddinə hər hansı müqavilənin bağlanmasına məcbur edilə bilməz. Bu səbəbdən də hesab etmişdir ki, ilk iddia tələbinin bu hissəsinə münasibətdə iddiaçının müvafiq subyektiv hüquqa malik deyildir.

8. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə müqavilə şərtlərini pozması ilə bağlı onun həmin müqavilənin beş il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi barədə ilk iddia tələbinin əsaslandırdığı hal kimi göstərdiyi xüsusata hüquqi qiymət verərək, hesab etmişdir ki, belə bir hal iş materialları ilə təsdiq olunmur və ona istinad edilməsi də əsassızdır.

9. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki İş materialları ilə də qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatları yayması, onu ölümlə təhdid etməsi və bunun əsasında onun psixoloji sarsıntılar keçirməsi müəyyən olunmamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 23.1, 23.4, 157.7, 337.1, 337.2, 385.1, 386.1, 389.1, 390.1, 390.2, 390.4, 399.1, 404.1, 404.2, 404.3, 404.4, 405.1, 405.2, 406.1, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 439.4, 700.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1096.1, 1096.2 və 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 78.1, 80, 81, 88, 89.1, 89.3 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin 5 il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi və vurduğu maddi ziyanın ona ödənilməsi tələbinə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilk iddia ərizəsinin dəlilləri ilə oxşar olmuşdur. Əlavə olaraq göstərmişdir ki, məhkəmə işə əlavə etdiyi sənədlərə və ekspert rəyinə düzgün qiymət verməmiş, əksinə qeyd etmişdir ki, işdəki sübutlardan görünür ki, həmin obyektin təmiri və bu zaman kimin nə qədər xərc çəkməli olması ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmamış, müqavilə bağlanmamışdır. Eyni zamanda qeyd edildiyi kimi, X13 həmin obyektin təmirində hansı işlərin görülməsinə və hansı məbləğdə görülməsinə, hansı materialların və hansı qiymətə alınmasına və sair təmir işləri ilə bağlı nə qədər vəsait sərf etməsini göstərməmiş, bu xərclərin həqiqətən çəkilməsini sübut edən hər hansı qaiməfaktura, çek və ya digər ödəniş sənədləri təqdim etməmişdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərarı). Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)-8/2023 saylı qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsi xahiş etmişdir.

13. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri də qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eyni mazmunda olmuş, əlavə olaraq göstərmişdir ki, qarşlıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətlərindən cavabdehi ictimaiyyət arasında ölümlə təhdid etməsi, barəsində böhtan və yalan ifadələri yayması barədə yetərincə sənədlə sübut etsə də, iş materiallarında bu faktlar qeyd edilməmişdir. Belə ki, İddiaçı barəsində Balakən RPŞ-yə və Balakən Prokurorluğuna müxtəlif tarixlərdə etdiyim şikayətlər barədə rəsmi ərizələri toplansa da, İddiaçı cavabdehi Balakən RPŞ-nin inzibati binasında müşahidə kameralarının qarşısında bir neçə nəfərin yanında cavabdehi dəfələrlə öldürəcəyi, öldürtdürəcəyi, “öldürsələr bilsinlər bunu o edib heç polisdən qorxmadığını qışqıraraq” səsləndirməsi buna sübut kimi qiymət verməli olduğu halda məhkəmə yenə də qanun pozuntusuna heç bir hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)-8/2023 saylı qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, özü tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)- 8/2023 saylı qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini, eyni zamanda İddiaçı qanunsuz hərəkətləri barədə xüsusi qərardad çıxardıb prokurorluq orqanlarına göndərilməsini xahiş etdi.

b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətlərinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. İş üzrə iddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

22. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

23. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

32. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

33. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 34 Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

35. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

36. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

37. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

39. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

40. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

41. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

42. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

43. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

44. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

45. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

46. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 47.Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

48. Maddə 1091. Əsassız varlanma anlayışı

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

49. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“İcarə haqqında” Azərbaycan Respublikası Qanunu

50.Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlaya bilər.

56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)-8/2023 saylı qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

60. İş materiallarında olan MH seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsində mülkiyyətində olan 0.0286 ha torpaq sahəsində yerləşən 10 nömrəli 2 girişli, 144.7 kv.m ümumi, 144.7 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (inzibati bina) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır.

61. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 031 №-li icarə müqaviləsindən görünür ki, "xxxx" X1 şirkəti ünvan 2 ünvanda yerləşən inzibati binadan 95 kv.metr sahəni ALİOG MMC-yə ictimai iaşə (kafe) xitməti göstərilməsi üçün icarəyə vermişdir. Həmin müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Müqavilənin şərtlərinə əməl edilmədiyi halda müqavilə birtərəfli qaydada ləğv edilə bilər. İcarədar öz vəsaiti hesabına 1700 manat xərclədiyi qeyd edilmişdir.

62. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 10/4409 nömrəli ekspertiza rəyindən görünür ki, Balakən şəhəri Ə.Ansuxski küçəsində yerləşən mübahisə predmeti olan 10 nömrəli qeyri-yaşayış binasında aparılan təmir-bərpa işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 1675 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

63. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 031 №-li icarə müqaviləsindən görünür ki, "xxxx" X1 şirkəti ünvan 2 ünvanda yerləşən inzibati binadan 95 kv.metr sahəni ALİOG MMC-yə ictimai iaşə (kafe) xitməti göstərilməsi üçün icarəyə vermişdir. Həmin müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Müqavilənin şərtlərinə əməl edilmədiyi halda müqavilə birtərəfli qaydada ləğv edilə bilər.

64. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlandığından və hazırda müqavilənin qüvvədə olma müddəti başa çatdığından və müqavilə qüvvədə olmadığından sözügedən müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

65. “İcarə haqqında” Qanunun13.1-ci maddəsinə əsasən İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

66. İlk iddia üzrə iddiaçının mübahisələndirdiyi müqavilənin beş il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Heç kəs onun iradəsinin ziddinə hər hansı müqavilənin bağlanmasına məcbur edilə bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi ilk iddia tələbinin bu hissəsinə münasibətdə haqlı olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişdir..

67. belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

68. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

69. Məhkəmə kollegiyası iddiaçının cavabdehə müqavilə şərtlərini pozması ilə bağlı onun həmin müqavilənin beş il müddətinə bağlanmasına cavabdehin məcbur edilməsi barədə ilk iddia tələbinin əsaslandırdığı hal kimi göstərdiyi xüsusata hüquqi qiymət verərək, hesab edir ki, belə bir hal iş materialları ilə təsdiq olunmur və ona istinad edilməsi də əsassızdır.

70. Birinci instansiya məhkəməsi iddiaçının 2500 manat dəymiş ziyan olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, qanun normasının tələbinə görə iddiaçı X13 Cavabdeh məxsus obyektdə təmir işləri apardığını və təmir işlərinə 2500 manat pul xərclədiyini, Cavabdeh tərəfindən ona 2500 manat maddi ziyan vurulduğunu, bu ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulduğunu, cavabdehin həmin ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Lakin iddiaçı X13 Cavabdeh məxsus obyektdə təmir işləri apardığını və təmir işlərinə 2500 manat pul xərclədiyini, ona ümumilikdə 2500 manat maddi ziyan vurulduğunu, hazırda obyektin cavabdehin sahiblik və istifadəsində qaldığından cavabdehin onun hesabına 2500 manat həcmində əsassız varlandığını, həmin 2500 manat məbləğində cavabdehin ona ziyan vurmasını, bu ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulduğunu, cavabdehin həmin ziyanın vurulmasında təqsirli olmasını sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, ilk iddia tələbinin əsaslılığını sübut etməmişdir.

71. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işdə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, obyektin təmir edilməsi üçün X12 1550 manat pul vermiş, o da əvəzində Cavabdeh götürdüyü obyekti təmir etdirmişdir. Cavabdeh da öz növbəsində obyektin təmiri üçün onlara maddi dəstək olmuşdur ki, işləri gecikməsin və işə tez bir vaxtda başlasınlar. Bundan əlavə Şahid X8rşı məhkəməyə iddia qaldıraraq cavabdeh İddiaçı icarə müqaviləsi ilə icarəsində olan şəhərin Ə.Ansuxskiy küçəsi 10 ünvanında yerləşən obyektdən çıxarılmaqla, əldən çıxmış fayda odan 1250 manat, zaminliklə öhdəsində olan 1229,05 manatlıq məişət əşyalarının qaytarılması və yaxud da dəyərinin ödənilməsi,vəsaiti hesabına təmirə çəkdiyi 1550 manatdan artıq olan hissəsinin iddiaçı Şahid verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(019)-261/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

72. İşin halları ilə o da məlum olur ki, Şahid cavabdehə məxsus obyektin təmir edilməsi üçün X12 1550 manat pul vermiş, o da əvəzində Cavabdeh götürdüyü obyekti təmir etdirmiş, Cavabdeh da öz növbəsində obyektin təmiri üçün onlara maddi dəstək olmuş, obyektdə aparılan təmir-bərpa işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 1675 manat məbləğində müəyyən olunmuşdur.

73. İlk iddia üzrə iddiaçı obyektə 2500 manat xərclədiyini iddia etsə də, ekspert rəyi ilə təmir məbləğinin 1675 manat olması, bu məbləğin 1550 manatını Şahid tərəfindən X12 obyekti təmir etmək üçün verilməsi, yerdə qalan 125 manatın isə Cavabdeh onlara maddi dəstək olması işdə olan sübutlarla təsdiq olunur.

74. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin ona təmirlə bağlı 2500 manat zərər vurması və iddiaçının bu məbləğdə iddiaçıya zərər vurmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı cavabdehin ona həmin 2500 manat məbləğində təmirlə bağlı zərər vurmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməməklə 2500 manat tələblə bağlı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu vəzifə iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə hesab etmişdir ki, təmirə xərcləndiyi iddia edilən 2500 manat pul tələbi hissəsində ilk iddia əsasızdır və təmin olunmamalıdır. İddiaçı təmirə verilməsi iddia edilən 2500 manat pulun Cavabdeh tələb etməsi üçün subyektiv hüququnun olmadığı və heç bir faktoloji və hüquqi əsasa söykənmədiyi üçün bu tələb hissəsində də iddia əsassızdır.

75. Belə ki, işdəki sübutlardan görünür ki, həmin obyektin təmiri və bu zaman kimin nə qədər xərc çəkməli olması ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmamış, müqavilə bağlanmamışdır. Eyni zamanda qeyd edildiyi kimi, X13 həmin obyektin təmirində hansı işlərin görülməsinə və hansı məbləğdə görülməsinə, hansı materialların və hansı qiymətə alınmasına və sair təmir işləri ilə bağlı nə qədər vəsait sərf etməsini göstərməmiş, bu xərclərin həqiqətən çəkilməsini sübut edən hər hansı qaimə-faktura, çek və ya digər ödəniş sənədləri təqdim etməmişdir.

76. Qarşılıqlı iddia tələbi ilə bağlı da birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan məlumatları yaydığı üçün mənəvi zərərə görə 5000 manat və ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirdiyindən maddi zərərə görə 10000 manat pulun alınaraq ona verilməsindən ibarət qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

77. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz.

78. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

79. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər.

80. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmaıl və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

81. Yuxarıda istinad olunan qanun normalarının tələbindən və şərhindən görünür ki, şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı işlərdə üç hal; məlumatların vətəndaşların şərəf və ləyaqətinin ləkələyib-ləkələməməsi, həmin məlumatların həqiqətə uyğun olub-olmaması və bu məlumatların yayılıb-yayılması aydınlaşdırılmalıdır.

82. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 14 may 1999-cu il tarixli, 7 saylı qərarına görə məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə o, yayılmış hesab edilir. Bu konteksdə məhkəmə qeyd edir ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı işlərdə məlumatın ləkələyici olması, onun həqiqətə uyğun olmaması və yayılması məcmu halında mövcud olmalıdır. Həmçinin bu zaman ləkələyici məlumatların qəsdən yayılması diffamasiyanın mövcud olması qənaətinə gəlinməsi üçün həlledici şərtlərdən biridir. Xüsusi olaraq vurğulanmalıdır ki, öz rəyində qalmaq, məlumat və ideyaları almaq və yaymaq azadlığı fikri ifadə etmək azadlığına daxildir və qanunda nəzərdə tutulmuş əsaslar və şərtlər olmadan bu azadlığı məhdudlaşdırmaq yolverilməzdir. Şübhəsizdir ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir.

83. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X11 Balakən RPŞ-nin inzibati binasında bir neçə nəfərin yanında əlini ona tərəf uzadaraq, onun heç polisdən qorxmadığını, onu öldürəcəyini, əgər öldürsələr bilsinlər o öldürmüşdür deməklə onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını və bunu qəsdən etməsini, mənəvi sarsıntı və iztirab keçirməsini iddia tələbinin əsaslandırıldığı hallar kimi göstərsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, qarşılıqlı iddia tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir.

84. Hazırki iddianın predmetindən həmçinin görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən onun ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirdiyindən maddi zərərin əvəzi kimi 10000 manat pulun tutulmasını tələb edir.

85. Qeyd edildiyi kimi, qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin onun ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

86. İş materialları ilə də qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatları yayması, onu ölümlə təhdid etməsi və bunun əsasında onun psixoloji sarsıntılar keçirməsi müəyyən olunmamışdır.

87. Eynilə qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin onun işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan məlumatları yayması və ictimaiyyət arasında ölümlə təhdid etdiyi üçün psixoloji sarsıntılar keçirməsi, bunun cavabdehin sözügedən qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin qanunsuz hərəkətlə iddiaçının tələb etdiyi 5000 manat mənəvi zərər və 10000 manat maddi zərər arasında səbəbli əlaqənin olması və həmin məbləğdə mənəvi və maddi zərərin vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və 5000 manat mənəvi və 10000 manat maddi zərər tələbi hissəsində də qarşılıqlı iddia tələbininin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür.

88. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur.

89. Beləliklə birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmışdır.

90. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

91. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

92. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

93. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)-8/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(019)-8/2023 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar