Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-729/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)-347/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cu il tarixli 2(107)-439/2023 nömrəli qətnaməsinə əsasən, təyin edilmiş hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin növü dəyişdirilərək, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və mediasiya prosesində ödənilmiş 60 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cu il tarixli 2(107)-439/2023 saylı qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməli olan aliment hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilmişdir. Hal-hazırda təyin olunmuş aliment məbləği uşağın daim artan tələbatlarını ödəməyə kifayət etmir. Onun maddi imkanı yaxşı olmadığına görə övladının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Uşağın baxıb böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Ona görə də təyin edilmiş alimentin artırılmasını tələb edir.
3. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilən 300 manat alimenti ödəmək üçün onun maddi imkanı yoxdur, o heç bir yerdə işləmir, qazancı yoxdur, hərbi təqaüdçüdür. Bundan başqa, onun əvvəlki nikahından da 1 övladı vardır və ona da aliment ödəyir. O, aliment ödəməkdən boyun qaçırmır. Lakin onun maddi imkanı yoxdur ki, hər ay 300 manat aliment ödəsin. O, həmin məbləğdə aliment ödəməyə çətinlik çəkir. Bundan başqa özü xəstədir, hər iki diz oynağında problem vardır və mütəmadi olaraq müalicə alır. O, 832,20 manat pensiya alır və pensiyasından hər iki uşağa aliment tutulduqdan sonra qalan məbləğlə o ancaq yaşayır və həmin qalan pul onun ancaq dolanmağına və müalicəsinə çətinliklə bəs olur. İddiaçı iddia ərizəsində Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad edərək, eyni zamanda həmin Məcəllənin 112.1-ci maddəsinə istinad edərək alimentin artırılmasını tələb edir. Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrində qeyd olunur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa və ya qazancın (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda aliment miqdarı sabit pul məbləğində müəyyən olunur. İddiaçı maddədə qeyd olunan halların onda olduğunu MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etməlidir. O keçmiş hərbiçi olaraq təqaüd alır, xəstəliyinin diaqnozlarına dair sənədləri məhkəməyə təqdim edərək, eyni zamanda təqaüdündən başqa hər hansı bir gəlirinin olmadığını, heç bir yerdə işləmədiyinə dair, hətta mülkiyyətində pay torpağının olmadığına dair sənədləri məhkəməyə təqdim edərək bildirir ki, o xəstəliyi ilə əlaqədar olaraq hər hansı bir fiziki və ya zehni iş görə bilmir. Onun gəliri təqaüddən ibarət olmaqla sabit olaraq dövlət tərəfindən ödənilən 832 manatdan ibarətdir, hansı ki, həmin məbləğin 33 %-i, yəni 832 manatın 275 manatı hər ay uşaqlarının saxlanılması üçün ondan tutularaq uşaqları saxlayan valideynlərə göndərilir. Bundan başqa həmin Məcəllənin 112.1-ci maddəsində deyilir ki, aliment miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Sonuncu dəfə aliment müəyyən olunduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən sonra onun hər hansı bir ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. Belə bir dəyişikliyin olduğunu iddiaçı öz iddia ərizəsində iddia edir. Buna görə də MPM-nin 77.1ci maddəsinə əsasən iddiaçı onun maddi vəziyyətində dəyişikliyin olmasına dair sübutları məhkəməyə təqdim etməlidir. Ona görə də, əlavə bir övladının olmasını, həmin uşağa da aliment ödədiyini, heç bir yerdə işləmədiyini, xəstə olduğunu, maddi vəziyyətinin çətin olduğunu və təqaüdçü olduğunu nəzərə alaraq İddiaçı aliment tələbinə dair iddiasını təmin edilməməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat;
4. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh son iki aydır ki, 154 manat aliment ödəyir. Bir il cavabdeh 138 manat aliment ödəmişdir. Cavabdehin ödədiyi aliment məbləği uşağının tələbatlarını ödəmir. Belə ki, hazırda uşağı pnevmoniyadan əziyyət çəkir və onun müalicə xərclərinə aldığı aliment kifayət etmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cu il tarixli 2(107)- 439/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəyir. Belə ki, o xəstədir və yalnız aldığı pensiya ilə dolanır. Pensiyasından hər ay 154 manat aliment tutulur. Bundan başqa onun başqa nikahdan olan bir övladı da vardır. Həmin uşağın saxlanması üçün də aliment ödəyir. İddiaçının tələb etdiyi alimenti ödəyərsə dolanacağı çətin vəziyyətə düşəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)-347/2024 nömrəli qətnaməsi ilə, (hakim V.Məmmədov) iddianın qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-439/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, Cavabdeh məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlaması üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında və 30 (otuz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatının özünə aid edilməsi, 30 (otuz) manatının isə Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikarlarını qеyd еtdirməklə еvlənmişlər. Оnların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ər-arvad arasındakı nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-439/2023 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödənilməli olan alimentin hər ay üçün miqdarı aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdеhdən digər övladı xx.xx.2015-ci il təvəllüdlü X2 da yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/6 hissəsi məbləğində aliment tutulur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə, saxlanılması üçün alimеnt müəyyən оlunduqdan sоnra kеçən dövr ərzində böyüməsi və artıq məktəbli оlaraq yеni хərclərinin yaranması ilə əlaqədar təlabatı artmış xx.xx.2017-ci il təvəllüdlü Yunisin saхlanılmasına хərclərinin çохalması, bununla da maddi vəziyyətində pisləşməyə dоğru dəyişiklik оlduğuna dair iddiaçının dəlillərini inandırıcı sayır.
10. Cavabdеh iddiaya еtirazını 832,20 manat pensiya alması, xəstə оlması, yalnız aldığı pensiya ilə dolanması, pensiyasından hər ay 154 manat alimentin tutulması, digər nikahdan da bir övladının оlması, həmin uşağın saxlanması üçün də aliment ödəməsi ilə əsaslandırmışdır.
11. Məhkəmə cavabdеhin qеyd еdilən dəlillərinə tənqidi yanaşır və həmin halların mövcudluğunu iddianın bütövlükdə rədd edilməsinə əsas saymır.
12. İlk öncə, nikah münasibətinə daхil оlduğu vaхt, dоğulacaq övladlarını saхlamaq öhdəliyinin də əmələ gələcəyi cavabdеhə bəlli оlmuşdur.
13. Bundan başqa, iş üzrə sübutlarla cavabdеhin əziyyət çəkdiyi хəstəliyin müalicəsi üçün dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər digər mənbələr hesabına maliyyələşən tibbi xidmətdən yararlanmaq hüququnun olmadığı müəyyənləşdirilməmişdir.
14. Еyni zamanda 832,20 manat pensiya alan cavabdеhin minimum 222 manat, xx.xx.2017-ci il təvəllüdlü Yunisin isə minimum 235 manat maddi təminat hüququ оlsa da, cavabdеhdən оnun saхlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimеnt tutulur ki, bu da Yunisin minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququnu pоzur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci, 13-cü maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 34-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci, 119.2-ci, 112.1.6-cı, 217.4-cü, 233.4-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci, 8.13cü, 8.14-cü bəndlərində, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, 9.4-cü, 8.1-ci, 8.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır. Hesab edir ki, qətnamə qanunsuzdur. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməməklə qətnamə qəbul edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun deyildir.
18. Belə ki, qətnamədə iddianı qismən təmin etmək üçün göstərilən əsaslara uyğun olaraq məhkəmə müvafiq araşdırma aparmamış, MPM-nin 14-cü maddəsinin tələblərinə riayət etməmişdir.
19. Hazırki işdə isə məhkəmə alimentin miqdarını artırmış, lakin aliment ödəyənin maddi vəziyyətində hər hansı bir dəyişiklik olub-olmasına dair araşdırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, uşağın saxlanması üçün uşağa qazancının 1/6 hissəsindən əlavə 30 manat ödəməli olan cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik varmı.
20. Əksinə məhkəmə yalnız iddiaçı tərəfin mövqeyini əsas tutaraq qərəzsiz olmadığını nümayiş etdirmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, keçən dövr ərzində uşağın böyüməsi, artıq məktəbli olaraq yeni xərclərin yaranması, xərclərin çoxalması bununla da uşağın maddi vəziyyətində pisləşməyə doğru dəyişiklik olduğuna dair iddiaçının dəlillərini inandırıcı sayır.
21. Məhkəmə bu fikri ilə açıq-aşkar və nümayişkarcasına bildirmişdir ki, qəbul etdiyi qətnaməni işin hallarına, təqdim olunan sübutlara görə deyil, fərziyyələrə əsaslanaraq qətnamə qəbul etmişdir. İddiaçı saxladığı uşağın xərclərinin çoxalması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsində etiraf etmişdir ki, o pensiya alaraq yaşayır və hamıya bəlli olan haldır ki, pensiya məbləği artdıqca ondan tutulan aliment məbləği də artır.
22. Qeyd etmək istəyir ki, o əvvəllər də alimenti maddi vəziyyəti yaxşı olmadığı üçün çox çətinliklə ödəyirdi və bunu da məhkəmə iclasında bildirmişdir.
23. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, onun birinci dəfə qurduğu ailə həyatından, birinci nikahdan da 1 övladı vardır. O həmin uşağa da baxmalıdır, onun da ehtiyaclarını qarşılamalıdır.
24. Qeyd olunan faktlar məhkəmədə müəyyən olunsa da məhkəmə qətnamədə bu faktlara hüquqi qiymət verməmişdir.
25. Məhkəmə alimentin miqdarını artırmaqla AR Ailə Məcəlləsinin 112.1-ci maddəsini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, o xəstədir, heç bir yerdə işləmir, onun başqa qazancı yoxdur və onu gəlirində, qazancında heç bir dəyişiklik olmamışdır. Belə olan halda, onun qazancında heç bir dəyişiklik olmadığına heç bir sübut və dəlil olmadığı halda məhkəmə hansı əsasla alimentin miqdarını artırmışdır?
26. Ona görə hesab edir ki, alimentin miqdarının müəyyən olunmasında məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, o hər ay uşaq üçün qazancının 1/6 hissəsi miqdarında aliment ödəmək iqtidarındadır, lakin bundan artıq olan məbləğ hər ay ona borc olaraq yazılacaq və sonda məhkəmənin qərarının icra olunmaması kimi qiymətləndiriləcəkdir. Bilərəkdən məhkəmənin onu əlverişsiz vəziyyətə salmasına dair qəbul etdiyi qətnamə ilə razı deyil.
27. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)- 347/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)-347/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)-347/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
32. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
33. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
34. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
35. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyator Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)- 347/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
42. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikarlarını rəsmi qaydada qеyd еtdirməklə еvlənmişlər. Оnların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladları dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-375/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X5 anasının yanında saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-439/2023 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödənilməli olan alimentin hər ay üçün miqdarı aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.
45. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-439/2023 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödənilməsi müəyyən edilmiş aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində alimentdən əlavə olaraq hər ay 30 (otuz) manat da sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin aliment ödəyənin maddi vəziyyətində hər hansı bir dəyişiklik olub-olmasına dair araşdırma aparmaması, onun birinci dəfə qurduğu ailə həyatından, birinci nikahdan da 1 övladının olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar onu uşaqlarını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsi diqqətə alınaraq, qət edilmiş aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq hər ay iddiaçının himayəsində olan uşaq üçün aylıq qazancının 1/6 hissəsi şəklində aldığı 154 manatdan əlavə olaraq sabit pul məbləğində də cəmi 30 manat alimentin tutulmalı olmasını qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.
47. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla tələbatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onun saxlanması üçün qət edilmiş cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsindən əlavə hər ay üçün sabit pul məbləğində 30 manat məbləğində alimentin də cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)- 347/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, e-2(033)-347/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.