Məhkəmə qərarları › İş №2(107)-731/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-731/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-731/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı Qeyri-Bank Kredit X3 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Əsabəli oğluna qarşı borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-1717/2017 nömrəli qətnaməsindən Cavabdeh1 Əsabəli oğlu tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-1717/2017 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləğindən 5068.66 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış 2759.85 ABŞ dolları məbləğində faiz borcu, 550 ABŞ dolları məbləğində hesablanmış cərimə borcu, cəmi 8378.51 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan manatına məzənnə ilə və ödənilmiş dövlət rüsumunun 6,20 manatının alınaraq iddiaçı «Kred Aqro» Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumunun ödnilməmiş qalan 10 manatının alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Qeyri-Bank Kredit X3 Cəmiyyəti iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək “İddiaçı BOKT” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli KABal 123755/14 saylı kredit müqaviləsinin ləğv olunması, kreditin əsas məbləğindən 5068.66 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 2759.85 ABŞ dolları, gecikdirilmiş günlərə görə cərimə məbləğindən 7551.90 ABŞ dolları olmaqla, cəmi 15380.41 ABŞ dolları kredit borcunun və iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq “İddiaçı Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qeyri-Bank Kredit X3 Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında göstərdi ki, xx xxxxxx 2014-cü il tarixdə “İddiaçı BOKT” QSC ilə Cavabdeh2 arasında KABal 123755/14 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 təşkilat tərəfindən 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində pul ayrılmış və o, kreditdən istifadə haqqı illik 31 % olmaqla 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin təminatı kimi xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə KABal 123755/14 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə borclunun təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirilənədək zamin borclu ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. Qeyd edilənləri nəzərə alıb “İddiaçı BOKT” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı kredit müqaviləsinin ləğv olunması, kreditin əsas məbləğindən 5068.66 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 2759.85 ABŞ dolları, gecikdirilmiş günlərə görə cərimə məbləğindən 7551.90 ABŞ dolları olmaqla, cəmi 15380.41 ABŞ dolları kredit borcunun və iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq “İddiaçı Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 31 faiz olmaqla 24 ay müddətinə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit almış, onunla bank arasında zaminlik müqaviləsi bağlanmış və özü müqaviləyə imza etmişdir. Cərimə silinməklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi . Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 Əsabəli oğlu apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 Əsabəli oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, dəfələrlə "İddiaçı" Bank Olmayan Kredit X5 Cəmiyyətinə müraciət edərək bildirmişdir ki, maddi vəziyyətiylə bağlı ona olan borcu ödəyə bilmir və xahiş etmişdir ki, məhkəmə qaydasında baxılması üçün sənədləri aidiyyəti üzrə yerli məhkəməyə göndərilsin. Lakin buna baxmayaraq "İddiaçı" Bank Olmayan Kredit X5 Cəmiyyəti məhkəməyə vaxtında iddia verməmiş və nəticədə küllü miqdarda cərimə borcu yaranmışdır. 500 ABŞ dolları cərimə borcunun və yuxarıda qeyd olunan 2759.85 ABŞ dolları faiz borcunun düzgün və ədalətli hesablanılmamasını hesab edir. Qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan çıxarılan bu qətnaməni əsassız hesab edir. Həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları hüquq normaları düzgün təsbiq edilməmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)- 1717/2017 nömrəli qətnaməsini ləğv edərək, cərimə borcunun silinməsini, 2759.85 ABŞ dolları faiz borcunun ədalətli qaydada müəyyən edilməsini və barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Qeyri-Bank Kredit X3 Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-1717/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Əsabəli oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 Əsabəli oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-1717/2017 nömrəli qətnaməsi iddianın təmin olunmuş cərimə borcu və cəmi borc hissəsində dəyişdirilməli cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «Kred Aqro» Bank Olmayan Kredit X3 Cəmiyyətinə verilməli olan cərimə borcunun məbləği 100 (bir yüz) ABŞ dolları, cəmi borcun məbləği isə 7928,51 (yeddi min doqquz yüz iyirmi səkkiz dollar əlli bir sent) ABŞ dolları müəyyən edilməli və qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 31 faiz olmaqla 24 ay müddətinə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında Zaminlik müqaviləsi bağlanmış, Zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 445, 448.1, 465.2, 467, 470.1, 472.2 və 739-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixdə “İddiaçı BOKT” QSC ilə Cavabdeh2 arasında KABal 123755/14 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 təşkilat tərəfindən 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində pul ayrılmış və o, illik 31 % olmaqla 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin təminatı kimi xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə KABal 123755/14 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə borclunun təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirilənədək zaminlər borclu ilə birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin borclular yenə də kredit borcunu ödəməmişlər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 5068.66 ABŞ dolları, faiz borcu 2759.85 ABŞ dolları olduğu halda, 7551.90 ABŞ dolları məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Birinci instansiya məhkəməsi kreditorun həm əmlak mənafeyini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab etmişdir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 550 ABŞ dolları həcmində müəyyən edilməlidir. Eyni zamanda kredit müqaviləsinin müddəti başa çatdığından onun ləğvinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli KABal 123755/14 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləğindən 5068.66 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış 2759.85 ABŞ dolları məbləğində faiz borcu, 550 ABŞ dolları məbləğində hesablanmış cərimə borcu, cəmi 8378.51 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun 6,20 manatı alınaraq iddiaçı «Kred Aqro» Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumunun ödnilməmiş qalan 10 manatı alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, borc üzrə hesablanmış cərimə borcunun məbləğini 550 ABŞ dolları həcmində təmin etməkdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi həmin maddəyə istinad edərək tələb olunan cərimə borcunu azaltsa da, cərimə məbləğinin daha da azaldılması imkanlarını nəzərə almamışdır. Məhkəmə kollegiyası əsas borcun məbləğini, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunun məbləğini tənasübsüz surətdə yüksək hesab edərək cərimənin məbləğinin azaldılaraq 100 ABŞ dolları müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, borc üzrə hesablanmış cərimə borcunu 550 ABŞ dolları məbləğində təmin etməkdə haqlı olmadığından və işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğundan Cavabdeh1 Əsabəli oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-1717/2017 nömrəli qətnaməsi iddianın təmin olunmuş cərimə borcu və cəmi borc hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «Kred Aqro» Bank Olmayan Kredit X3 Cəmiyyətinə verilməli olan cərimə borcunun məbləği 100 (bir yüz) ABŞ dolları, cəmi borcun məbləği isə 7928,51 (yeddi min doqquz yüz iyirmi səkkiz dollar əlli bir sent) ABŞ dolları müəyyən edilməli və qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cаvаbdeh Cavabdeh1 Əsabəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-1717/2017 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «Kred Aqro» Bank Olmayan Kredit X3 Cəmiyyətinə verilməli olan cərimə borcunun məbləği 100 (bir yüz) ABŞ dolları, cəmi borcun məbləği isə 7928,51 (yeddi min doqquz yüz iyirmi səkkiz dollar əlli bir sent) ABŞ dolları müəyyən edilsin. Qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar