Məhkəmə qərarları › İş №2(107)-731/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-731/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-731/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1, Cavabdeh12, Cavabdeh7 və Cavabdeh8 qarşı “vurulmuş maddi və mənəvi ziyana görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyan, pul tələbi, ekspertiza məcələləri) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh9 və qeyrilərinin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh9 və qeyrilərinə qarşı “vurulmuş maddi və mənəvi ziyana görə pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona dəymiş maddi ziyana görə 50530 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 55530 manat pulun müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Çallı Bələdiyyəsi ilə hazırda mərhum atası X5 aralarında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 10.0 ha torpaq sahəsi 30 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə onlara icarəyə verilmişdir. Buna dair Zərdab rayonu Çallı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mərhum atası X3 adına xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışda verilmişdir. Həmin torpaq sahəsində həmişə növbəli olaraq yonca və taxıl əkibbecərmişlər. Atasının xx.xx.2014-cü ildə vəfatından sonra icarə hüquqlarını, o özü həyata keçirmişdir. Hazırda həmin 10.0 ha torpaq sahəsinin hamısında yonca əkmişdir. Hər il həmin sahədən birinci çalım yonca sahəsindən 2700 ədəd (2700x1.90 manat=5130 manat), ikinci və üçüncü çalım yonca sahəsini toxumluq saxlayıb 6 ton (6000x5 manat= 30000 manat) yonca toxumu, dördüncü və beşinci çalım yonca sahəsindən 4500 ədəd (4500 x3.20 manat=14400 manat) ot kipi götürmüşdür. Lakin cari ilin fevral ayının 28-dən başlayaraq hazırkı cavabdehlər həm özlərinə məxsus malqaranı, həm də kəndin naxırını nümayışkarcasına ona məxsus yonca sahəsinə salaraq otarmış və nəticədə ona maddi ziyan vurmuşlar. Bu barədə kənd icra nümayəndəsinə, kənd bələdiyyəsinin sədrinə və Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsə də, cavabdehlərin etdiyi qanunsuz hərəkətin qarşısını alan olmamışdır. Odur ki, o, cаvаbdehlər tərəfindən icаrəsində оlаn tоrpаq sаhəsində оlаn məhsulа heyvаnlаrını оtаrmаlаrı nəticəsində vurduqlаrı ziyаnın müəyyən оlunmаsı və qiymətləndirilməsi məqsədi ilə 27 yаnvаr 2022-ci il tаrixdə rəsmi olraq ərizə ilə Beyləqаn şəhərində yerləşən "xxxx" MMC-yə (Аzərbаycаn Qiymətləndirici Cəmiyyətinə) mürаciət etmiş və həmin tаrixdə Cəmiyyətlə аrаlarındа «Əldən çıxmış fаydаnın qiymətləndirilməsinə dаir» Müqаvilə bаğlаnmış, və Qiymətləndirmə xidmətinin dəyəri qаrşılıqlı rаzılаşmаyа əsаsən 650 (altı yüz əlli) mаnаt təşkil etmiş, və həmin məbləğ onun tərəfindən nəğd qаydаdа "xxxx" MMC-nin kаssаsınа ödənilmiş, və bu bаrədə xx.xx.2022-ci il tarixli qəbz verilmişdir. Bundаn bаşqа, xx.xx.2022-ci il tаrixdə «Qiymətləndirmə fəаliyyəti hаqqındа» Qаnunun 9-cu mаddəsinə uyğun оlаrаq kənd təsərrüfаtı sаhəsində dəymiş ziyаnın müəyyən edilməsi üçün sаhə mütəxəssisinin cəlb оlunmаsınа dаir» Müqаvilə bаğlаnılmış və işin icrаsının dəyəri qаrşılıqlı rаzılаşmаyа əsаsən 50 (əlli) mаnаt təşkil etmiş və onun tərəfindən həmin məbləğ nəğd qаydаdа "xxxx" MMC-nin kаssаsınа ödənilmiş və bununlа bаğlı xx.xx.2022-ci il tarixli, 01 №-li Məxаric Xəzinə Оrderi verilmişdir. "xxxx" MMC tərəfindən Zərdаb rаyоnu Çallı kənd ərаzisində оlаn, Çallı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Çallı Bələdiyyəsi ilə onun arasında bağlanmış icarə müqaviləsinə əsаsən 30 il müddətinə icаrəsində оlаn 10 hа tоrpаq sаhəsində əkdiyi yоncа bitkisini cavabdehlərin şəxsi təsərrüfаtlаrındа оlаn heyvаnlаrınа оtаrdılаrаq sаhədə оlаn yоncа bitkisinin məhv edilməsi nəticəsində vurduqlаrı ziyаnа 32400 manat mаnаt ziyаn hesablanmışdır. "xxxx" MMC tərəfindən аpаrılmış аrаşdırmаyа dаir tərtib оlunmuş xx.xx.2022-ci il tаrixli, 9/4698 saylı Qiymətləndirmə Rəyini ərizəyə əlаvə etmişdir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə də ona dəymiş maddi ziyanın məbləği 27750 manat təşkil edir. Hesab edir ki, iddiası tamamilə əsaslıdır. Lakin, cavabdehlərin ona qarşı etdikləri hərəkətləri sifarişlə yerinə yetirdiklərini və onların sosial vəziyyətlərini nəzərə alaraq ona vurulan ziyana görə 15000 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada maddi ziyana görə 15000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zərdab rayon Çallı Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 il müddətinə X4 icarəyə verilmiş və həmin icarə hüququ 0312.2013-cü il tarixdə dövlət qeydiyatına alınmışdır. X5 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra icarə hüququ oğlu İddiaçı keçmiş və o həmin vaxtdan torpaq sahəsini istifadə edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Zərdab Rayon Çallı Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 il müddətinə X4 icarəyə verilmiş və həmin icarə hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyatına alınmışdır. X5 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra icarə hüququ oğlu İddiaçı keçmiş və o həmin vaxtdan torpaq sahəsini istifadə etmişdir. İddiaçı istər atasının sağlığında, istərsə də atasının vəfatından sonra hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək istifadə etmiş və sonuncu dəfə 10.0 ha sahənin hamısına yonca əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin fevral ayından başlayaraq cavabdehlər sözügedən yonca sahəsini iddiaçının iradəsinə zidd olaraq özbaşına iri və xırdabuynuzlu heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyini bildirərək iddiaçının iddia tələbinin əsassız olduğunu bildirmişlər. Məhkəmə araşdırması zamanı, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/4698-7/743 saylı rəyinə əsasən iddiaçıya dəyən maddi zərərin mövsüm üzrə 27750 manat olduğu müəyənləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehlərin ona qarşı etdikləri hərəkətləri sifarişlə yerinə yetirdiklərini və onların sosial vəziyyətlərini nəzərə alaraq ona vurulan ziyana görə 15000 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus yonca sahəsinin otarılmasına aidiyyətləri məhkəmə iclasında sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımalıdırlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirsə də, öz etirazlarını əsaslandıra bilməmiş, iddianın rədd olunması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıra bilmişdir. Məhkəmə hesab etmişdir ki, sözügedən torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsus olduğu üçün həmin torpaq sahəsində əkilmiş yonca əkini onun mülkiyyəti olmuşdur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək, istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçının icarə və mülkiyyət hüququna təminat verilməli və dəymiş maddi ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara qarşılıqlı şəkildə qiymət verərək, istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçının nümayəndəsi mənəvi ziyanla bağlı hissədə məhkəmə iclasında sübüta yetirə bilməmiş və mənəvi ziyanla bağlı iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər, şübhədən kənar sübut təqdim edə bilməmişdir. Ona görə də iddia mənəvi ziyanla bağlı hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin olunsa da, köçürmüş olduğu dövlət rüsumu onun özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünmüşdür ki, iş üzrə keçrilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4.0.2, 5.1, 11.12-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinin 2-ci hissəsi, 60-cı maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1096.1, 1097-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi, 84-cü maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 218.1, 218.3, 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Çallı kəndində bir-neçə kənd sakini, o, cümlədən hazırkı İddiaçı Çallı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərək əkib-becərirlər. Bu isə istər onun, istərsə digər kənd sakinlərinin maraqlarına uyğun deyildir. Belə ki, onlar kənd sakinlərinə məxsus mal-qaralarını kimlərinsə səhfi nəticəsində örüşsüz qalmışdır. Bu səbəbdən bəzən heyvanlar kiminsə sahəsinə girir və sahəyə ziyan vurur. Lakin onların mal-qaralarının sayı 11 baş olmuşdur. 11 baş heyvanların iddiaçının təsərrrüfatına bu qədər böyük həcimdə, yəni 27750 manat civarında zərər vurması da ağlabatan deyildir. Sual olunur əgər Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4698-7/743 saylı rəyinə əsasən maddi zərər mövsüm üzrə 27750 manat qiymtələndirmişdirsə, o zaman nədən iddiaçı məhkəmə iclasında həmin məbləği deyil 15000 manat maddi zərər vurulmasını qeyd etməklə məhz həmin məbləğin ödənilməsini istəmişdir. Çünki iddiaçıya əslində o məbləğdə də ziyan dəyməmişdir. Onun niyyəti sadəcə olaraq onlardan pul almaqdır və onun bunu nədən etdiyi isə onlara məlum deyildir. İddiaçının həqiqətən də məhz göstərilən qədər məhsul əldə etməsini yalnız vergi orqanına verdiyi bəyannamə ilə müəyyən etmək mümkündür. Bunuda iddiaçı özü xx.xx.2021-c il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında özü etiraf etmişdir o, heç vaxt gəlirləri barədə vergi orqanına bəyannamə verməmişdir. Göründüyü kimi, iddiaçı bilərəkdən vergi bəyanaməsindən yayınmış, ya da ki, onun göstərilən sahədən qeyd olunan miqdarda məhsul əldə etməmişdir. İddiaçı iddia etmişdir ki, onlara məxsus 300-400 baş iri buynuzlu, 500 baş xırda buynuzlu heyvanlar onun sahəsinə ziyan vurmuşdur. İddiaçının qeyd etdiyi bu hal da tamamilə yalan və böhtandır. Çünki iş onların hər birinin 1 baş iri buynuzlu heyvanları vardır, daha bu 300-400 baş heyvanı hardan alıb, məlum olmamışdır. Digər tərəfdən isə onların şəxsi təsərrüfatında ümumiyyətlə xırdabuynuzlu heyvan olmamışdır və iddiaçı həmin 500 baş xırda buynuzlu heyvanları da hansı əsasla onlara aid olduğunu qeyd etmişdir ki, bu da yenə də onlara bəlli olmamışdır. Digər bir hal isə ondan ibarət olmuşdur ki, onlara məxsus 11 baş heyvan ümumiyyətlə iddiaçıya aid torpaq sahəsində olmamış və ona heç bir maddi ziyan vurulmamışdır. Ümumiyyətlə belə bir hal olmadığından da iddiaçıda heç bir səs yazısı, videoçəkiliş və sair olmamışdır. Ona görə də İddiaçı tərəfindən öncə qaldırılmış iddia və həmin iddiaya əsasən məhkəmə tərəfindən qəbul olunmuş qətnamədə tamamilə qanunsuz və əsassızdır. Odur ki, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinin ləğv edilməsini və pozulmuş hüquqların bərpa olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)- 01/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə etiraz ərizə göndərərək qeyd etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh11, Cavabdeh3, Cavabdeh1 İlyas oğlu, Cavabdeh12h oğlu, Cavabdeh7, Cavabdeh8 müştərək qaydada maddi ziyana görə 15000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun cavabdehlərdən tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Lakin cavabdehlər qətnamədən narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Zərdab Rayonu Çallı Bələdiyyəsi ilə hazırda mərhum atası X5 aralarında bağlanmış 19 noyabr 2013-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 10,0 hektar torpaq sahəsi 30 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə onlara icarəyə verilmişdir. Buna dair Zərdab rayonu Çallı kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mərhum atası X3 adına xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış da verilmişdir. Həmin torpaq sahəsində həmişə növbəli olaraq yonca və taxıl əkibbecərmişlər. Atasının 17 may 2014-cü ildə vəfatından sonra icarə hüquqlarını o özü həyata keçirmişdir. Hazırda həmin 10,0 ha torpaq sahəsinin hamısında yonca əkilmişdir. Hər il həmin sahədən birinci çalım yonca sahəsindən 2700 ədəd (2700 x 1,90 manat = 5130 manat), ikinci və üçüncü çalım yonca sahəsini toxumluq saxlayıb 6 ton (6000 x 5 manat = 30000 manat) yonca toxumu, dördüncü və beşinci çalım yonca sahəsindən 4500 ədəd (4500 x 3,20 man = 14400 manat) ədəd ot kipi götürmüşdür. Lakin cari ilin fevral ayının 28-dən başlayaraq hazırkı cavabdehlər həm özlərinə məxsus mal-qaranı, həm də kəndin naxırını ona məxsus yonca sahəsinə salaraq otarmış və nəticədə ona maddi ziyan vurmuşdur. Bu barədə kənd icra nümayəndəsinə, kənd bələdiyyəsinin sədrinə və Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsə də, cavabdehlərin etdiyi qanunsuz hərəkətin qarşısını alan olmamışdır. Odur ki, o, cаvаbdehlər tərəfindən icаrəsində оlаn tоrpаq sаhəsində оlаn məhsulа heyvаnlаrını оtаrmаlаrı nəticəsində vurduqlаrı ziyаnın müəyyən оlunmаsı və qiymətləndirilməsi məqsədi ilə 27 yаnvаr 2022-ci il tаrixdə rəsmi olraq ərizə ilə Beyləqаn şəhərində yerləşən "xxxx" MMC-yə (Аzərbаycаn Qiymətləndirici Cəmiyyətinə) mürаciət etmiş və həmin tаrixdə Cəmiyyətlə аrаlarındа «Əldən çıxmış fаydаnın qiymətləndirilməsinə dаir» Müqаvilə bаğlаnmış, və Qiymətləndirmə xidmətinin dəyəri qаrşılıqlı rаzılаşmаyа əsаsən 650 mаnаt təşkil etmiş, və həmin məbləğ onun tərəfindən nəğd qаydаdа "xxxx" MMC-nin kаssаsınа ödənilmiş, və bu bаrədə xx.xx.2022-ci il tarixli qəbz verilmişdir. Bundаn bаşqа, xx.xx.2022-ci il tаrixdə «Qiymətləndirmə fəаliyyəti hаqqındа» Qаnunun 9-cu mаddəsinə uyğun оlаrаq kənd təsərrüfаtı sаhəsində dəymiş ziyаnın müəyyən edilməsi üçün sаhə mütəxəssisinin cəlb оlunmаsınа dаir» Müqаvilə bаğlаnılmış və işin icrаsının dəyəri qаrşılıqlı rаzılаşmаyа əsаsən 50 (əlli) mаnаt təşkil etmiş və onun tərəfindən həmin məbləğ nəğd qаydаdа "xxxx" MMC-nin kаssаsınа ödənilmiş və bununlа bаğlı xx.xx.2022-ci il tarixli, 01 №-li Məxаric Xəzinə Оrderi verilmişdir. "xxxx" MMC tərəfindən Zərdаb rаyоnu Çallı kənd ərаzisində оlаn, Çallı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Çallı Bələdiyyəsi ilə onun arasında bağlanmış icarə müqaviləsinə əsаsən 30 il müddətinə icаrəsində оlаn 10 hа tоrpаq sаhəsində əkdiyi yоncа bitkisini cavabdehlərin şəxsi təsərrüfаtlаrındа оlаn heyvаnlаrınа оtаrdılаrаq sаhədə оlаn yоncа bitkisinin məhv edilməsi nəticəsində vurduqlаrı ziyаnа 32400 manat mаnаt ziyаn hesablanmışdır. "xxxx" MMC tərəfindən аpаrılmış аrаşdırmаyа dаir tərtib оlunmuş xx.xx.2022-ci il tаrixli, 9/4698 saylı Qiymətləndirmə Rəyini ərizəyə əlаvə etmişdir. Hazırki iş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizasının rəyi ilə də ona dəymiş maddi ziyanın məbləği 27750 manat təşkil etmişdir. Odur ki, hesab etmişdir ki, iddia tamamilə əsaslıdır. Lakin cavabdehlərin iddiaçıya qarşı etdikləri hərəkətləri sifarişlə yerinə yetirdiklərini və onların sosial vəziyyətlərini nəzərə alaraq iddiaçıya vurulan ziyana görə 15000 manat pulun alınaraq ona verilməsini tələb etmişdir. Sözügedən torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsus olduğu üçün həmin torpaq sahəsində əkilmiş yonca əkini onun mülkiyyəti olmuşdur. Odur ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh4 Şahin oğlu, Cavabdeh3, Cavabdeh12, Cavabdeh7 və Cavabdeh8 apellyasiya şikayətini müdafiə edərək, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh11 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh11 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmada baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-cı mаddəsinə görə mülki hüquq pоzuntusu (delikt) hüquqlа və yа qаnunlа müdаfiə edilən bаşqа şəxsə (zərərçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıxаrаn təqsirli hüquqаzidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti dаşıyır. Həmin Məcəllənin 1097.1-ci mаddəsinə görə mülki hüquq pоzuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlаkınа vurulmuş zərərin, hаbelə hüquqi şəxsin əmlаkınа və işgüzаr nüfuzunа vurulmuş zərərin əvəzi zərərvurаn tərəfindən tаm ödənilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsini apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsi mübahislələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zərdab rayon Çallı Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 il müddətinə X4 icarəyə verilmiş və həmin icarə hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyatına alınmışdır. X5 xx.xx.2014cü il tarixdə vəfat etdikdən sonra icarə hüququ oğlu İddiaçı keçmiş və o, həmin vaxtdan torpaq sahəsini istifadə edir. Cavabdehlər sözügedən yonca sahəsini iddiaçının iradəsinə zidd olaraq özbaşına iri və xırdabuynuzlu heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Çallı kəndində bir neçə kənd sakini, o cümlədən hazırkı İddiaçı Çallı kənd ərazisində hektarlarla torpaq sahəsini icarəyə götürərərk əkib-becərmişlər. Bu isə istər onun, istərsə digər kənd sakinlərinin maraqlarına uyğun deyildir. Belə ki, onlar kənd sakinlərinə məxsus mal-qaralarını kimlərinsə səhfi nəticəsində örüşsüz qalmışdır. Kollegiya şikayətin həmin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətin həmin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № ******* olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab Rayon Çallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bələdiyyə tərəfindən 30 il müddətinə X4 icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi və icarə hüququ xx.xx.2013-cü il tarixdə, 3 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində dövlət qeydiyatına alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab Rayon Çallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bələdiyyə tərəfindən 30 il müddətinə İddiaçı icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi və icarə hüququ xx.xx.2021-ci il tarixdə, 3 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində dövlət qeydiyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. Göründüyü kimi, iddiaçı tərəf istifadəsində (icarəsində) olan torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Kollegiya hesab edir ki, nə qədər ki, Zərdab Rayon Çallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin İddiaçı icarəyə verilməsi barədə icarə müqaviləsi ləğv edilməmişdir, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin kənd sakinlərinin maraqlarına uyğun olmaması barədə dəlilləri əsassızdır. Şikayətin digər dəlili onddan ibarətdir ki, cavabdehlərin mal-qaralarının sayı 11 baş olmuşdur. 11 baş heyvanların iddiaçının təsərrrüfatına bu qədər böyük həcmdə, yəni 27750 manat civarında zərər vurması da ağlabatan deyildir. O, zaman nədən iddiaçı məhkəmə iclasında həmin məbləği deyil 15000 manat maddi zərər vurulmasını qeyd etməklə məhz həmin məbləğin ödənilməsini istəmişdir. Çünki iddiaçıya əslində o məbləğdə də ziyan dəyməmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4698-7/743 saylı rəyindən görünür ki, Zərdab rayon Çallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə tərəfindən 30 il müddətinə İddiaçı icarəyə verilmiş. Cavabdehlər tərəfindən vurduqları ziyan nəticəsində yararsız vəziyyətə düşmüş və respublikada yerləşən ticarət məntəqələrində (o cümlədən Zərdab rayonunda), yem satış bazarlarında, yerli internet saytlarında və eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış materiallardan istifadə etməklə, rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə və iş materialında olan məlumatlara əsasən sözügedən 10 ha sahədə mövsüm ərzində gözlənilən 9250.00 (8500- 10000) bağlama yoncanın 2020-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 27750.00 (9250x3m) manat, birinci biçin 2450 (2300-2600) bağlama yonca - 5390.00 (2450x2.20) manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Daha sonra kollegiya iddiaçının nədən ona vurulan ziyana görə 15000 manat pulun alınaraq ona verilməsini xahiş etməsi barədə şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, iddiaçı ilk olaraq cavabdehlərdən ona dəymiş maddi ziyana görə 50530 manat pul tələb etmişdir. Ekspert rəyi ilə iddiaçıya dəymiş zərərin məbləği təxminən 27750.00 manat həcmində müəyyən edilmiş olsa da, iddiaçı sonradan cavabdehlərin sosial vəziyyətlərini nəzərə alaraq ona vurulan ziyana görə 15000 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göründüyü kimi, bu iddiaçının subyektiv hüququ ilə bağlı olan məsələ olmuş və iddiaçı da bu hüquqdan istifadə edərək tələbin həcmini azaltmışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də də təmin edilə bilməz. İddiaçının bilərəkdən vergi bəyanaməsindən yayınması barədə şikayətin dəlillərini də kollegiya əsassız hesab edir. Belə ki, iddiaçının vergi bəyanaməsi verib-verməməsi iddiaçı ilə vergi orqanı arasında olan məsələ olmaqla, hazırkı mübahisənin predmeti deyildir. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, onlara məxsus 11 baş heyvan ümumiyyətlə iddiaçıya aid torpaq sahəsində olmamış və ona heç bir maddi ziyan vurulmamışdır. Ümumiyyətlə belə bir hal olmadığından da iddiaçıda heç bir səs yazısı, videoçəkiliş və sair olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyas qeyd edir ki, birinci instansiya məhkəməsinin 15 fevral 2023-cü il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, cavabdehləri təmsil edən şəxs izahatında bildirmişdir ki, cavabdehlər cari ilin fevral ayından başlayaraq heyvanlarını iddiaçının icarəsinə götürdüyü 10.0 ha sahəyə apararaq otarmışlar. Eyni zamanda apellyasiya şikayətindən görünür ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini otarmışlar. Göründüyü kimi, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin otarılmaması barədə şikayətin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları mübahisələndirilən hissə üzrə tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(035)-01/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar