Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-733/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh1 cavabdeh X2 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı, Cavabdeh1 və cavabdeh X1 iştirakları ilə, İddiaçı və Cavabdeh1 cavabdeh X2 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(024)-16/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 7 sentyabr 2022-ci il tarixdə iddiaçılar İddiaçı və Cavabdeh1 məxsus olan Qax rayonu Qaşqaçay kəndində yerləşən 2.34 ha torpaq sahəsinə iribuynuzlu heyvanlar girərək ziyan vurmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı və Cavabdeh1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 850 manat maddi ziyanın və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında iddiaçılar İddiaçı və Cavabdeh1 iddianı müdafiə etmiş, Cavabdeh2 iddianı qəbul etməmişdir.
4. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı qardaşı Cavabdeh1 ilə birlikdə Qax rayonu Qaşqaçay kəndində yerləşən hər ikisinə məxsus olan ümumilikdə 2.34 ha sahəyə yonca əkmişlər. Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilən 2.34 ha torpaq sahəsinin bir hissəsi başqa ərazidə yerləşir. Cavabdeh1la bilikdə yonca əkdikləri 2.34 ha torpaq sahəsinin bir hissəsi özünə, qalanı isə İsgəndərə məxsusdur. Ona və İsgəndərə məxsus torpaq sahələri bitişik olduğu üçün hər iki sahəyə birlikdə yonca əkmişlər. 7 sentyabr 2022-ci il tarixdə Qaşqaçay kəndində məskunlaşan Cavabdeh2 məxsus olan iribuynuzlu mallar yonca sahəsinə girərək ziyan vurmuşdur. Həmin faktla bağlı Qax rayon Polis şöbəsinə müraciət edərək dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Qax rayon Polis şöbəsinin materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onlara dəymiş ziyanın cavabdeh tərəfindən vurulduğu müəyyən edilmişdir. Cavabdeh qəsdən mal-qaranı sahibsiz buraxaraq ona ziyan vurmuşdur. Lakin cavabdeh onlara vurduğu ziyanı könüllü olaraq ödəmək istəməmişdir. Cavabdehə məxsus mallar dəfələrlə onlara məxsus yonca sahəsinə girmiş, bu barədə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən onlara dəymiş 850 (səkkiz yüz əlli) manat maddi ziyanın və məhkəməyə ödədikləri 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. İddiaçı Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı qardaşı İddiaçıla Qax rayonu Qaşqaçay kəndində yerləşən torpaq sahələri bitişik olduğu üçün ümumilikdə 2.34 ha sahəyə Babəklə birlikdə yonca əkmişlər. 07 sentyabr 2022-ci il tarixdə Qaşqaçay kəndində məskunlaşan Cavabdeh2 məxsus olan iribuynuzlu mallar əkdikləri yonca sahəsinə girərək ziyan vurmuşdur. Bu barədə Qax rayon Polis şöbəsində araşdırma da aparılmışdır. Cavabdehdən vurduqları ziyanı tələb etsələr də, o ziyanı könüllü olaraq ödəmək istəməmişdir. Cavabdehə məxsus mallar dəfələrlə onlara məxsus torpaq sahəsinə girmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən onlara dəymiş 850 (səkkiz yüz əlli) manat maddi ziyanın və məhkəməyə ödədikləri 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh2 izahat verərək göstərdi ki, iddiaçının göstərdiklərini əsassız hesab edir. Belə ki ona məxsus təsərrüfatda 5 baş mal-qara vardır. Həmin mal-qara iddiaçıya məxsus yonca sahəsinə girməmişdir. Belə ki, iddiaçıların yonca əkdikləri torpaq sahəsinin bir qismi 1999-cu ildə Qax rayon İcra Hakimiyyətinin başçısı ona istifadə üçün verdiyi torpaq sahəsi ilə eynidir. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Reyestr nömrəsi **********89 qeydiyyat nömrəsi **********1009935, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.0582 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə, JN-0053, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 2.34 ha torpaq sahəsi X6, X3, X7, X4, X8 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. Cavabdeh2 məxsus iribuynuzlu heyvanlar iddiaçılar tərəfindən yonca əkilmiş həmin torpaq sahəsinə girərək məhsulu tələf etməklə iddiaçıya maddi ziyan vurmuşlar. İddiaçının şikayəti əsasında Qax RPŞ-də araşdırma aparılmış və İddiaçı dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Eyni zamanda müraciət əsasında X18 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən sözü gedən yonca sahəsinə yerində baxış keçirilmiş və rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, Qax rayonu Qaşqaçay kəndində yaşayan İddiaçı məxsus olduğu sahəyə baxış keçirilmiş, ərizəçinin onlara göstərdiyi yerə baxış keçirən zaman müəyyən olunmuşdur ki, sahə 2.34 ha olmaqla, yonca sahəsidir. Sahədə iribuynunzlu mal-qaranın ayaq izləri və vurduğu ziyan açıq aşkar görünmüşdür. Sahəyə daxil olmuş heyvanların vurduğu ziyanın nəticəsində vətəndaş həmin sahənin son biçimini həyata keçirə bilməmişdir. Mövsümlə əlaqədar olaraq sahədə olan yoncanın hər hektarından 50 ədəd pres olmaqla, təqribən 100-200 ədəd yonca presi əldə etmək olardı. Məhkəmə sorğusu əsasında Dövlət Statistika Komitəsi Qax rayon Statistika idarəsinin Qax rayon məhkəməsinə ünvanladığı 04 aprel 2023-cü il tarixli № 3-34-59/2-47/2023 saylı məktubla müəyyən edilmişdir ki, 2022-ci il ərzində 1 ədəd 25 kiloqramlıq yonca presinin orta bazar qiyməti 5 manat təşkil edir. 1 ədəd 25 kq-lıq yonca presinin qiyməti 5 manat təşkil etdiyi və 2.34 ha torpaq sahəsindən orta hesabla 112 yonca presi əldə olunacağı nəzərə alınarsa iddiaçılara dəyən maddi ziyan 112 pres X 5 manat=560 manat təşkil edir. Beləliklə iddia tələbi işin faktiki halları, cinayət işinin başlnanmasının rədd edilməsi barədə qərarı, DAİMnin müvafiq rəyi və statistika idarəsinin məktubu ilə qismən sübuta yetirilmişdir.
8. Qax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(024)-16/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh2 dəymiş maddi ziyana görə 560 (beş yüz altmış) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı və Cavabdeh1 verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********89 qeydiyyat nömrəsi **********1009935, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.0582 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.
11. İş materiallarına əlavə edilmiş JN-0053, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 2.34 ha torpaq sahəsi X6, X3, X7, X4, X8 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir.
12. İş materiallarına əlavə edilmiş Dövlət Statistika Komitəsi Qax rayon Statistika idarəsinin 04 aprel 2023-cü il tarixli № 3-34-59/2-47/2023 saylı məktubundan görünür ki, 2022-ci il ərzində 1 ədəd 25 kiloqramlıq ot presinin orta bazar qiyməti 4.50 manat, 1 ədəd 25 kiloqramlıq yonca presinin orta bazar qiyməti isə 5 manat təşkil edir.
13. İş materiallarında olan Qax DAİM-nin rəyindən görünür ki, müvafiq məktubun icrası ilə əlaqədar olaraq Qax rayonu Qaşqaçay kəndində yaşayan İddiaçı məxsus olduğu sahəyə baxış keçirilmiş, ərizəçinin onlara göstərdiyi yerə baxış keçirən zaman müəyyən olunmuşdur ki, sahə 2.34 ha olmaqla, yonca sahəsidir. Sahədə iribuynunzlu mal-qaranın ayaq izləri və vurduğu ziyan açıq aşkar görünmüşdür. Sahəyə daxil olmuş heyvanların vurduğu ziyanın nəticəsində vətəndaş həmin sahənin son biçimini həyata keçirə bilməmişdir. Mövsümlə əlaqədar olaraq sahədə olan yoncanın hər hektarından 50 ədəd pres olmaqla, təqribən 100-200 ədəd yonca presi əldə etmək olardı.
14. İşə əlavə edilmiş Qax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli № 172-2107O- 3222 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh2 məxsus mal-qaranın ona məxsus yonca sahəsinə daxil olaraq ziyan vurulması barədə müraciətinə baxılmış, araşdırmalar zamanı əməldə cinayət tərkibi və yaxud inzibati hüquqpozma müəyyən edilməmiş və iddiaçıya maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
15. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Qaşqaçay kəndində yaşayır.
16. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Qax rayonunun Qaşqaçay kəndində yaşayır.
17. İşə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və məcburti Köçknülərin İşləri üzrə Dövlət Komitəsi Qax, Zaqatala və Balakən rayonları üzrə Nümayəndəliyin verdiyi 13 yanvar 2023-cü il tarixli, 42 saylı Arayışdan görünür ki, Cavabdeh2 Qax rayonunun Qanlıqobu ərazisindıə müvəqqəti məskunlaşmışdır.
18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir.
19. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X5 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarından iddiaçıya məhz onun hərəkətləri nəticəsində ziyan vurmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, iddiaçılar ona məxsus olan mal-qaranın onların yonca sahəsinə girərək ziyan vurduğunu bildirsə də, məhkəməyə bu barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçıların yalan mülahizələrinə əsasən qətnamə çıxarmışdır. Məhkəmə sübut etməli idi ki ona məxsus mal-qara iddiaçının yonca sahəsinə girərək ziyan vurmuşdur.
21. İddiaçı ddia edir ki, ona məxsus mal-qara iddiaçının yonca sahəsinə girmiş və ziyan vurmuşdur. Belə bir halın mövcud olduğu halda, iddiaçı ona məxsus mal-qaranı özünə məxsus olan ziyanlıq tövləsinə aparmalı, polis əməkdaşlarına xəbər verməli, bu fakt barədə qanuna müvafiq şəkildə akt tərtib edilməli və mallar ona təhvil verilərkən təhviltəslim aktı tərtib olunmalı idi. Polis əməkdaşı isə onun barəsində qanuna müvafiq qaydada İnzibati xəta haqqında protokol tərtib edərək cərimə cəzası təyin etməli idi. Lakin belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşür.
22. Ona görə də, Qax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(024)- 16/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, Qax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(024)-16/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh Qax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(024)-16/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin olunmamış hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə məhz iddiaçı tərəfin iddianın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da, cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmiş, qəbul etdiyi qətnaməsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Lakin hazırki işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmayıb, iddiaçının izahatlarını işin müəyyən olunmuş halı kimi qiymətləndirmişdir.
31. Belə ki, sözügedən sahədə iribuynunzlu heyvanların ayaq izləri açıq aşkar görünməklə iddiaçıya maddi ziyan vurulduğu təsdiq olunsa da, həmin ziyanın hazırki iş üzrə cavabdeh tərəfindən vurulması işin halları ilə təsdiq olunmur. Torpaq sahəsinə iribuynunzlu heyvanlar tərəfindən zərər vurulması həmin zərərin hazırki cavabdehin təqsiri ilə vurulduğunu təsdiq etmir. Həmin iribuynunzlu heyvanların hazırki cavabdehə məxsus olmasını təsdiq edən heç bir sübut və ya dəlil də işin materiallarında mövcud deyildir. Eyni zamanda, Qax rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli № 172-2107O-3222 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh2 məxsus mal-qaranın ona məxsus yonca sahəsinə daxil olaraq ziyan vurulması barədə müraciətinə baxılmış, araşdırmalar zamanı əməldə cinayət tərkibi və yaxud inzibati hüquqpozma müəyyən edilməmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(024)-16/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də rədd edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(024)-16/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş 560 manata aid hissədə ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin 560 manata aid hissədə də rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.