Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-735/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Rəşad oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh Rəşad oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh Rəşad oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanuna əsasən Hərbi qulluqçular (müddətli hərbi qulluqçulardan başqa) yaşayış yeri üzrə ümumi qaydada qeydiyyata alınırlar. Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunana qədər müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən hərbi hissə komandanlığının vəsatəti-məktubu əsasında hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 64 saylı məktubundan görünür ki, cavabdeh mayor Cavabdeh xx.xx.2023-cü il tarixdən N saylı hərbi hissədə xidmət edir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)- 1207/2024 saylı qərardadının ləğv edilməsi və onun tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarında əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Əliyev X3 rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı X1 hazırki iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etməsi yol verilməzdir. Kollegiya qeyd edir ki, cavabdeh mayor Cavabdeh xx.xx.2023-cü il tarixdən N saylı hərbi hissədə xidmət etməsi aidiyyət qaydalarının dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3-cü maddələrinin tələblərinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində qeyd olunan hallar mövcud deyildir. Cavabdehin rəsmi qeydiyyata alındığı yer Ağcabədi rayonundur. Bu səbəbdən də Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadın ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 2(039)-1207/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-735/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-735/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver