Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-736/2022 27.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsindən iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Zərdab rayonu Çallı kəndi ərazisində Çallı kənd bələdiyyəsinin mülkiyyətində 1665 ha torpaq sahəsi vardır. Bələdiyyənin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarına əsasən həmin torpaq sahəsindən 50.0 hektarının 50 il müddətinə hazırkı Cavabdeh istifadəsinə ayrılması qərara alınmış və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Çallı kənd sakini Cavabdeh ilə Zərdab rayon Çallı kənd bələdiyyəsi arasında bağlanmış 04 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 50.0 ha torpaq sahəsi üzrə icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsindən cavabdehin istifadə hüququna məhdudiyyət qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin sədri X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Çallı kəndi ərazisində Çallı kənd bələdiyyəsinin mülkiyyətində 1665 ha torpaq sahəsi vardır. Bələdiyyənin xx.xx.2000ci il tarixli, 08 saylı qərarına əsasən həmin torpaq sahəsindən 50.0 hektarının 50 il müddətinə hazırkı Cavabdeh istifadəsinə ayrılması qərara alınmış və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. 20 ilə yaxın müddətdir ki, cavabdeh öz adına nə şəhadətnamə, nə də çıxarış almadan istifadə edir. Bununla əlaqədar cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək şəhadətnamə və ya çıxarış alması tələb edilmişdir. Lakin, cavabdeh bu günə kimi şəhadətnamə və ya çıxarışı almamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianıı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixli qərarına əsasən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 50.0 ha torpaq sahəsinin 50 il müddətinə əkinçiliyin inkişafı məqsədi ilə onun istifadəsinə ayrılması qərara alınmış və bələdiyyə ilə aralarında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanaraq 50.0 ha torpaq sahəsi 50 il müddətinə onun icarəsinə verilmişdir. 13 il müddətində torpaq sahəsindən heç bir etiraz olmadan təyinatı üzrə istifadə etmişdir. 2020-ci ilin əvvəllərindən başlayaraq bir qrup kənd sakini onun icarə torpaqlarına qanunsuz müdaxilələr edərək otarmış və ona maddi ziyan vurmuşlar. Bununla bağlı məhkəməyə iddia vermişdir. Bir qrup kənd sakinlərinin qanunsuz tələbləri qarşısında bələdiyyə sədri tərəfindən ona xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək 10 gün müddətində şəhadətnamə və ya çıxarış alması tələb edilmişdir. Halbu ki, ötən 13 il müddətində ondan həmin sənədlər tələb edilməmişdir. Buna baxmayaraq, bələdiyyənin həmin tələbini nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərizəsi **********96 nömrə ilə qeydə alınmış, lakin ərizəsi rədd edilmişdir. Məcbur olub icarə hüquqlarının qeydə alınması və bu barədə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda həmin işə baxılır. Onun bələdiyyəyə hər hansı bir borcu yoxdur. Məhkəmənin diqqətinə çatdırır ki, hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Əksinə özünün təsərrüfat fəaliyyəti ilə dövlətin və ölkə başçısının siyasətinə dəstək vermişdir. Belə ki, “xx.xx.2016-cı il tarixdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahədə aparılan islahatların dərinləşməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxal aslılğının azaldılması və digər mühüm vəzifələri qarşıya qoymuşdur. Bundan başqa xx.xx.2016-cı il tarixdə ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident öz yekun nitqində torpaqlardan səmərəli istifadə olunması ilə ərzaq təhlükəsizliyinin tam təmin olunması vəzifəsini qarşıya qoyaraq kənd təsərrüfatında islahatlar aparmaqla böyük ixrac potensiyalı yaradılmasını tövsiyə etmişdir. Cənab Prezident öz nitqində xüsusi ilə vurğulamışdır ki,“biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusi ilə heyvandarlıqla bağlı təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensiyalı da yaradılsın. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib becərsinlər. Ona görə Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına invenstisiya qoysunlar ki, ölkəyə də xeyr olsun, özləri də xeyr götürsünlər.” Hesab edir ki, hazırkı iddia və bu cür tələbə rəvac verənlərin hərəkətləri dövlətin maraqlarına uyğun deyildir. Həm də məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının gətirdiyi dəlillər, yəni şəhadətnamənin və ya çıxarışın alınmaması icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Ona görə ki, aralarında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən şərtləşmişlər ki, tərəflərdən hər hansı biri müqavilə öhdəliklərini pozarsa, bu barədə digər tərəfə rəsmi olaraq məlumat verir, pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəlməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir. Halbuki, yuxarıda qeyd etdiyi kimi şəhadətnamə və ya çıxarış alnması üçün müvafiq orqana, hətta inzibati məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia əsasız və qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Çallı kəndi ərazisində yerləşən bələdiyyənin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 50.0 ha torpaq sahəsi 50 il müddətinə əkinçiliyin inkişafı məqsədi ilə Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh ötən 13 il müddətində həmin torpaq sahəsindən heç bir etiraz olmadan təyinatı üzrə istifadə etmiş, 2020-ci ilin əvvəllərindən başlayaraq bir qrup kənd sakini onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının həyata keçirilməsinə müdaxilələr etsələr də, hazırda təxminən 15 ildir ki, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Sonradan hazırkı bələdiyyə sədri bir qrup kənd sakinlərinin örüş sahələrinin boşaldılması ilə əlaqədar bələdiyyə və yuxarı orqanlar qarşısında tələblər irəli sürmələrini və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və ya çıxarış almamasını əsas götürərək Cavabdeh xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərərək 10 gün müddətində torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və ya çıxarış almasını tələb etmiş, əks təqdirdə məhkəməyə iddia verəcəyini bildirmişdir. Cavabdeh bələdiyyənin həmin tələbini nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərizəsi **********96 nömrə ilə qeydə alınmış, lakin ərizəsi təmin edilməmişdir. Ona görə də, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı “**********96 qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilərək Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi Şəki İnzibati Məhkəməsi tərəfindən icraata götürülərək hazırda baxılmaqdadır. İddiaçı Çallı bələdiyyəsi cavabdehin torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və ya çıxarış almamasını əsas götürərək hazırkı iddianı vermişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına və tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsaslanaraq hesab edir ki, iddiaçının gətirdiyi dəlil, yəni torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və ya çıxarışın alınmaması sözügedən icarə müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdehin icarəçi olaraq torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə (və ya çıxarış) almalı olması müqavilənin əsas yox, əlavə şərtidir. Torpaq icarəsi müqavilələri mahiyyətcə iqtisadi məzmun daşıdığından icarə haqqı, icarə müddəti, torpaqdan təyinatı üzrə istifadə edilməsi, torpağın mühafizəsi və s. kimi şərtlər müqavilənin əsas şərti hesab edilir. Digər tərəfdən sözügedən icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən tərəflər şərtləşmişlər ki, tərəflərdən hər hansı biri müqavilə öhdəliklərini pozarsa, bu barədə digər tərəfə rəsmi olaraq məlumat verir, pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəlməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh bələdiyyənin tələbini nəzərə alaraq icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərizəsi **********96 nömrə ilə qeydə alınmış, lakin ərizəsi təmin edilməmişdir. Ona görə də, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı “**********96 qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilərək Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərin də icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iddia ərizəsi Şəki İnzibati Məhkəməsi tərəfindən icraata götürülərək hazırda baxılmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı verərəkən əsas götürdüyü sözügedən pozuntu tərəflər arasında yaranmış icarə öhdəliyinin əsas şərtlərinin deyil, icarə müqaviləsinin əlavə şərtinin, həm də düzəlməsi mümkün olan qayda pozuntusu olduğu üçün və cavabdeh həmin pozuntunun aradan qaldırılması üçün əvvəlcə aidiyyəti üzrə müvafiq inzibati orqana, ardınca aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etdiyindən iddia əsassız və qanunsuzdur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən milli və beynəlxalq qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında cavabdehin icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh mülkiyyət hüququnu təşkil edir. Həmin hüququn dövlət reyestrində qeydiyyata alınmaması cavabdehi bu hüquqdan məhrum etmir. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına və sadalanan maddi və prosesual qanunvericilik normalarına əsasən belə qənaətə gəlir ki, iddiaçının göstərdiyi dəlil iddianın təmin edilməsinə əsas vermir. İddiaçinin iddia etdiyi pozuntu onun qanunla qorunan hüquq və azadlıqlarına aid deyildir. Həmin pozuntu iddiaçının hər hansı bir iqtisadi marağına xələl gətirmir. Ona görə də həmin hüquqa məhkəmə qaydasında təminat verilməməlidir. Əksinə, məhkəmə hesab edir ki, iddianın təmin edilməməsi ilə cavabdehin qanuni icarə hüququ gözlənilməlidir. Ona görə də iddia təmin edilməməlidir. Zərdab Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilməli dövlət rüsumu dövlət hesabına aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6 və 11-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51 və 84-cü maddələrinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 22-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin bələdiyyənin möhürü ilə təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı əsasında tərəflər arasında icarə müqaviləsi bağlanmış və bələdiyyənin mülkiyyətində olan 50.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə50 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. İşdə olan Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 03 saylı məktubundan görünür ki, müqavilənin 6-cı bəndinə uyğun olaraq müqavilənin torpaqdan mvəqqəti istifadə hüququna dair şəhadətnamə alındıqdan sonra qüvvəyə minməsi, eləcə də son zamanlar kənd əhalisinin örüş sahələrinin boşaldılması ilə əlaqədar bələdiyyə və yuxarı orqanlar qarşısında tələblər irəli sürmələrini nəzərə alaraq Cavabdeh icarəyə götürülmüş torpaq sahəsinə şəhadətnamə və ya çıxarış alınması üçün10 gün vaxt verildiyi, əks təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəmə qarşısnda iddia qaldırılacağı bildirilmişdir. İşdə olan Zərdab rayon Çallı bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 08 saylı məktubundan görünür ki, Cavabdeh icarəyə götürdüyü torpaq sahəsini boşaldılması üçün 10 gün vaxt verildiyi, əks təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəmə qarşısnda iddia qaldırılacağı bildirilmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-488/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişinin və Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 2-1(116)-488/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, hazırkı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və üçüncü Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı“ **********96 qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilərək Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə hazırda Şəki İnzibati Məhkəməsinin icraatında inzibati iş vardır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız cavabdehin doğru olmayan məlumatlarını əks etdirən ifadələrə istinad etməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Aşağıdakı dəlillərə və hiiquqi aktlara görə məhkəmənin qərarı tamamilə qanunsuz və əsassızdır. Ona görə də, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Zərdab rayonunun Çallı kəndi ərazisində Çallı Bələdiyyəsinin mülkiyyətində 1665 ha torpaq sahəsi vardır. Bələdiyyənin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarına əsasən həmin torpaq sahəsindən 50,0 hektarının 50 il müddətinə hazırkı Cavabdeh istifadəsinə ayrılması qərara alınmış və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanaraq 50 ha torpaq sahəsi 50 il müddətinə cavabdehin icarəsinə verilmişdir. 20 ilə yaxın müddətdir ki, cavabdeh torpaq sahəsindən öz adına nə şəhadətnamə, nə də çıxarış almadan istifadə edir. Bununla əlaqədar cavabdehə 07 mart 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək şəhadətnamə və ya çıxarış alması tələb edilmişdir. Lakin cavabdeh bu günə kimi şəhadətnamə və ya çıxarışı almamışdır. Digər mühüm məqam ondan ibarətdir ki, cavabdehin ödənilməmiş icarə haqqı borcu vardır. Belə ki, 25 iyun 2020-ci il tarixli, 31 nömrəli cavabdehə göndərdiyimiz bildirişdə 2400 manat icarə haqqı borcu olduğu ona bildirilmişdir. Xəbərdarlıqda vurğulanmışdır ki, borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır. 09 mart 2022-ci il tarixə isə cavabdehin 1592 manat icarə haqqı borcu qalmışdır. Bu barədə Çallı Bələdiyyəsinin 09 mart 2022-ci il tarixli, 07 saylı məktubu ilə Zərdab Rayon Məhkəməsinə rəsmi müraciət edilmişdir. Cavabdehin 09 mart 2022-ci il tarixə isə 1592 manat icarə haqqı borcu vardır. Çallı Bələdiyyəsi öz səlahiyyətləri daxilində cavabdehə dəfələrlə icarə haqqını ödəmək və torpağa mülkiyyət hüququnu təsdiq edici sənədlərin alınmasını məlumat versə də cavabdeh buna əməl etməmişdir. 25 iyun 2020-ci il tarixli 31 saylı Bildiriş-xəbərdarlıqda cavabdehə 2400 manat icarə haqqı borcunu ödənilməsi tapşırılır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsinin sədri X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 22-ci maddəsinə əsasən icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. “X3rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiəsi təsirinə düşür. “Payn Velli developments LTD” şirkəti İrlandiyaya qarşı işdə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintinin həyata keçirilməsinə maneəni 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində 20 ilə yaxın müddətdir ki, cavabdehin torpaq sahəsindən öz adına nə şəhadətnamə, nə də çıxarış almadan istifadə etməsi, bununla əlaqədar cavabdehə 07 mart 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək şəhadətnamə və ya çıxarış almasının tələb edilməsinə baxmayaraq, cavabdehin bu günə kimi şəhadətnamə və ya çıxarışı almaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh bələdiyyənin tələbini nəzərə alaraq icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərizəsi **********96 nömrə ilə qeydə alınmış, lakin ərizəsi təmin edilməmişdir. Ona görə də, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı “**********96 qeydiyyat nömrəli ərizəsinin rədd edilməsinə dair cavabdehin qərarının ləğv edilərək Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı və Çallı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50 ha torpaq sahəsi üzərin də icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iddia ərizəsi Şəki İnzibati Məhkəməsi tərəfindən icraata götürülərək hazırda baxılmaqdadır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində cavabdehin 09 mart 2022-ci il tarixə 1592 manat icarə haqqı borcu olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsində müqavilənin ləğv olunmasını tələb etmə əsası olaraq cavabdeh tərəfindən şəhadətnamə vəya çxıarış alınmaması göstərilmişdir və birinci instansiya məhkəməsində həmin əsas üzrə işə baxılmış və qətnamə qəbul edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin müqavilə üzrə borcunun qaldığını göstərsə də, mülki işin materiallarında iddianın əsasının və ya predmetinin dəyişdirilməsi, həmçinin iddianın həcminin artırılması və ya azaldılması barədə ərizəyə rast gəlinmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda müqavilənin ləğv edilməsi əsası olaraq borcun qalmasının hesab edilməsi və işə həmin əsas üzrə baxılması apellyasiya baxışı hədlərindən kənara çıxmaq olardı. Apellyasiya baxışı zamanı o da müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə Zərdab rayonu Çallı kəndi ərazisində Çallı bələdiyyəsinin mülkiyyətində olan 1665 ha torpaq sahəsinin 50.0 hektarının 50 il müddətinə hazırkı Cavabdeh istifadəsinə ayrılması barədə Bələdiyyənin xx.xx.2000-ci il tarixli, 08 saylı qərarına və həmin qərar əsasında tərəflər arasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin bağlanmasına istinad etsə də, mülki işin materiallarında Çallı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 08 saylı qərar deyil, həmin tarixli 06 saylı qərar mövcuddur. Tərəflər arasında 06 saylı qərar əsasında hər hansı bir müqavilə bağlanmamışdır. Bələdiyyənin möhürü ilə təsdiq edilməklə surəti iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli icarə müqaviləsi isə xx.xx.2000-ci il tarixli, 08 saylı qərar əsasında bağlanmışdır ki, onun da əslini iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Zərdab rayon Çallı Bələdiyyəsi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(035)-212/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Məlikov Vəzirxan Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-736/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-736/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver