Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-738/2023 12.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 saylı qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ucar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(063)-939/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc pulun tələb edilməsi barədə iddiası təmin edilmiş, Cavabdeh borca görə 4800 (dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 4830 (dörd min səkkiz yüz otuz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəməyə mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(063)-939/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi daxil olmuş, ərizədə adı göstərilən qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4800 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-939/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 4800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 4830 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmədə onun iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə ona məlumat verilməmişdir, yəni barəsində belə bir məhkəmə prosesinin olmasından məlumatsız olmuşdur. Məhkəmə iclaslarından məlumatı olmadığı üçün özünü müdafiə etməsi üçün imkanı olmamışdır. Qətnamə ona rəsmi qaydada çatmamışdır, yalnız icra şöbəsi tərəfindən ona məlumat verildikdə belə bir qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Odur ki, müddət bərpa olunmalı və sözügedən qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 saylı qərardadı ilə Cavabdeh Ucar Rayon Məhkəməsinin hazırkı iş üzrə 27 oktyabr 2021-ci il tarixli, 2(063)-939/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(063)-939/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)-939/2021 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, məhkəmədə onun iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə ona məlumat verilməmişdir. Yəni, barəsində belə bir məhkəmə prosesinin olmasından məlumatsız olmuşdur. Məhkəmə iclaslarından məlumatı olmadığı üçün özünü müdafiə etmək üçün imkanı olmamışdır. Qətnamə ona rəsmi qaydada çatmamış, yalnız icra şöbəsi tərəfindən ona məlumat verildikdə belə bir qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Odur ki, hesab etmişdir ki, müddət bərpa olunmalı və sözügedən qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmənin qərardadında etdiyi əsaslandırmaya görə qətnamə 04 noyabr 2021-ci il tarixdə qohumuna-qaynatasına verilmişdir. Bu əsaslandırma ilə də onun prosessual müddəti ötürməsi qənaətinə gəlmişdir. Sözügedən mübahisədə qohumuqaynatası işdə hər hansı tərəf olmamışdır ki, qətnamə ona təqdim edilir. İş üzrə o, tərəf olduğu üçün qətnamə rəsmi qaydada ona çatdırılmalı idi. Qətnamənin qaynatasına təqdim edilməsi ona təqdim edilməsi demək deyildir. O, Bakı şəhərində yaşayır, qaynatası isə Ucar rayonunda yaşayır. Aralarında böyük məsafə olduğundan onun həmin qətnamədən xəbəri olmamışdır, məhkəmənin bu yanaşması heç bir qanuna sığmır. Beləliklə, göründüyü kimi, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Odur ki, Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(063)-939/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)- 939/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Ucar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(063)-939/2021 qətnaməsi 27 oktyabr 2021-ci il tarixli məktubla tərəflərə rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehə göndərilmiş məhkəmə aktı (qətnamə)-poçt göndərişi poçt şöbəsi tərəfindən qohumuna-qaynatasına (onun razılığı ilə) 04 noyabr 2021-ci ildə verilmişdir, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəsi 09 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə,şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(063)-939/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-738/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-738/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver