Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-739/2022 14.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qızının Cavabdeh qarşı «uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən aylıq alimentin miqdarının artırılması» tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı «alimentin miqdarının azaldılması» tələbi ilə bağlı qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması, sabit pul məbləğində aliment, gəlirin hissəsi məbləğində aliment) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçı qızının və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı « uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən aylıq alimentin miqdarının artırılması» tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı «alimentin miqdarının azaldılması» tələbi ilə bağlı qarşılıqlı iddiasına dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)-534/2022 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı qızının Cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qızının xeyrinə hər uşaq üçün 120 manat cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 alimentinin miqdarının artırılması barədə tələbinin təmin edilməməsi, 2 uşağa görə alimentin qazancının üçdə bir hissəsi miqdarında tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il təvəlüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaqları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri cavabdehin təqsiri üzündən pisləşməyə başlamışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər uşaq üçün 120 manat cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Həmçinin qətnamə ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Müəyyən edilmiş alimentlə uşaqların tələbatını ödəməyə artıq gücü çatmır. Bi ana kimi öhdəsinə düşən bütün vəzifələri yerinə yetirsə də Cavabdeh bu vəzfələri yerinə yetirmir. Cavabdeh özü "xxxx" MMC- də 1 regional satış şöbəsində satış təmsilçisi vəzifəsində işləyir. Satış cədvəlinə uyğun olaraq əmək haqqı və əlavə olaraq hər ay 20000 manat planın müəyyən faizi bonus şəklində verilməklə aylıq qazancı orta hesabla 1300-1500 manat civarında olur. Cavabdehin qazancı yaxşı olduğu üçün bu yaxınlarda yeni bahalı avtomobil almışdır. Göründüyü kimi maddi vəziyyəti yaxşı olsa da o, könüllü olaraq övladlarına yardım göstərməyə cəhd etmir. Məhkəmə tərəfindən təyin edilmiş alimenti isə övladlarının tələbatını ödəməyə bəs etmir. Övladı xx.xx.2011-ci il təvəllüdlü Fidan onurğanın 1-ci dərəcəli skoliozu xəstəliyi ilə mütəmadi olaraq davamlı şəkildə müalicə masaj proseduru keçir. Bunlar da əlavə xərc tələb edir. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, nəzərə çatdırır ki, cavabdeh X5 ona qarşı Mingəçevir şəhər məhkəməsində «alimentin artırılması tələbinə dair» iddia qaldırmışdır. Cavabdehin Türkanə Abdullayevə ilə birgə nigahlarından xx.xx.2011 -ci il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibəti pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nigahları pozulmuş və uşaqlar Türkanənin himayəsinə verilmişdir. Həmçinin Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər uşağın saxlanması üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin uşağın 3 yaşınadək əlavə xərc də ondan tutulmuşdur. Bildirir ki, təyin olunmuş aliment və əlavə xərc məbləğini hər ay vaxtında vermiş və heç bir aliment borcu qalmayıb. Əmək haqqı az olsa da onun kiçik bir hissəsini özündə saxlamaqla çalışmışdır ki, əmək haqqı hesabına uşaqlarının alimentini verməklə bərabər, həm də onların digər xərclərini də ödəyir. Belə ki, hər ay uşaqlarla görüşən zaman onlara ərzaq, paltar, oyuncaq alıb vermişdir. Görünür ki, Cəlalın etdikləri Türkanəni qane etmir və çalışır ki, daha çox pul qopartsın. Türkanə Abdullayevə iddia ərizəsində göstərir ki, o "xxxx" MMC-də işləməklə yüksək əmək haqqı alır və qazancı böyükdür. İddiasında Göstərir ki, həqiqətən o, xx.xx.2013- cü il tarixdən "xxxx" MMC-də işləyir və hazırda satış təmsilçisi vəzifəsində çalışır. Aylıq əmək haqqı 525 manatdır. Bundan başqa heç bir gəliri və qazancı yoxdur. Hələ məhkəmənin alimentin hər uşaq üçün ayda sabit pul məbləği ilə 120 manat müəyyən etməsi işin faktiki halına, cavabdehin maddi vəziyyətinə uyğun deyildir. O, uşaqlar uçun aliment verməkdən imtina etmir. Lakin alimentin tutulması qət edilərkən onun maddi vəziyyəti nəzərə alınmamışdır. Göründüyü kimi qanunvericilik sabit pul məbləğində alimentin tutulması hallarını konkret olaraq göstərmişdir. Məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Cəlal "xxxx" MMC-də çalışır və əmək haqqısı ayda 525 manatdır. Bundan başqa onun heç bir qazancı və ya gəliri yoxdur. Nə qədər axtarsa da bundan gəlirli sahə tapa bilməmiş, sözsüz ki, daha gəlirli sahə tapsaydı həmin sahədə işləyərdi ki, həm özünün maddi vəziyyəti yaxşılaşsın, həm də uşaqlarına daha yaxşı baxsın. Cavabdeh ərizəsində göstərir ki, qazancı yaxşı olduğu üçün maşın almışdır. Bildirir ki, Cəlalın işi başqa ərazilərə gedib satışa nəzarət etməkdən ibarət olduğundan, ona maşın lazım olur. Hazırda aldığı avtomaşın atasının bankdan götürdüyü kredit hesabına alınmışdır və həmin krediti də atası ödəyir. Yəni maşın alınması onun qazancının yüksək olması ilə əlaqədar deyildir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 iddiaçının yanındadırlar. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Fidan və Murad adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Bundan əlavə iddiaçının yanında qalan xx.xx.2011-ci il təvəlüdlü X1 1-ci dərəcəli skoliozu xəstəliyi ilə diaqnozu xəstəliyindən əziyyət çəkir. Hal hazırda mövcud olan alimentlə isə iddiaçının öz övladının maddi və digər tələblərinin ödənilməsi üçün kifayət etmədiyi, həmçinin xəstəlikdən əziyyət çəkən övladının müalicə və müayinə xərclərinin ödənilməsində də kifayət qədər əziyyət çəkdiyini göstərir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbinə əsasən 2022-ci il yaşayış minimum uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşaqların alimentinin artırılaraq hər ay hər uşağa 175 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Məhkəmə Cavabdeh İddiaçı qızına qarşı «alimentin miqdarının artırılmaması və 2 uşağa görə alimentin qazancının üçdə bir hissəsi miqdarında tutulması» tələbinə dair qarşılıqlı iddiasına məhkəmə hüquqi qiymət verərək hesab edlir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün cavabdeh tərəfin möhtəbər sübutlar təqdim edilomədiyi üçün, həmçinin Ailə Məcəlləsinin 78-ci maddəsinin mənasından da görünür ki, həmin hüquq alimentim tələb edənə, yəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına məxsusdur. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-534/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı verilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)-534/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) ilk iddia qismən təmin olunmuş, Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-534/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 manat miqdarında müəyyən edilməsi və hər ay tutularaq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinin təmin edilməməsi, artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə və Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3, 5, 8 və 13-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-cu ilin avqust ayının 28 günündə 103 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş sürətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018- ci il təvəllüdlü X8 adlı uşaqların atası Cavabdeh anası isə İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1781/2019-cu il tarixli xx.xx.2019- cu il tarixli qətnməsindən görünür ki, Cavabdeh 13 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün 120 (bir yüz iyirmi) manat və 12 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment hər ay tutulub, ünvan 1 ünvanda yaşayan İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş “Yevlax rayon X11 Hüquqi Şəxsin” tərəfindən verilmiş Arayışdan görünür ki, X1 1-ci dərəcəli skoliozu xəstəliyi ilə diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-cui il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də işləyir və aylıq əmək haqqısı 525 manat təşkil edir. İşə əlavə edilmiş X13 İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən verilmiş xx.xx.2022-cui il tarixli arayışdan görünür ki, Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbində işləyir və aylıq əmək haqqısı 316 manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasın müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsaslardan heç birinin olmadığı halda alimentin sabit pul məbləğində müəyyən edir Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, cavabdehin müntəzəm iş yeri vardır, o, "xxxx" MMC-nin işçisidir və 552 manat əmək haqqı alır. Bununla yanaşı, birinci instansiya məhkəməsinin 2(051)-534\2022 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə hər bir uşaq üçün 120 manat, cəmi 240 manat alimentin alınması qət edilmiş və həmin tarixdən uzun müddət keçməməsinə baxmayaraq məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almadan qətnamə qəbul etmiş və bununla da plenumun göstərişlərinə əməl etməmişdir. Bu isə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə əsas yaratmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)- 534/2022 saylı qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi haqda yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)-534/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Konvensiya: «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun: Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən olunmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)-534/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, özünün vermiş olduğu təmin edilməmiş qarşılıqlı iddiaya dair hissəyə münasibət bildirməmiş, həmçinin ilk iddianın təmin olunmamış hissəsində qətnamənin nə üçün ləğv olunmalı olmasını əsaslandırmamışdır. Qeyd olunan halları və apellyasiya şikayətinin məzmununu nəzərə almaqla məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsaslılığını yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını nəzərə alaraq hesab edir ki, hazırki halda hər uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün 350 manat aliment müəyyən edilməsi ağlabatandır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)-534/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(051)-534/2022 saylı qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin olunmuş hər uşaq üçün təyin edilmiş 120 manat alimentin 55 manat artırılaraq 175 manat təyin edilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-739/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-739/2022
14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver