Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-740/2020 12.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh4 və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnaməsi iləİddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4, “xxxx” ASC-nə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiаsı qismən təmin edilərək cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-dən 1 metri 6 manat olmaqla 15 metr uzunluğunda 110 mm-lik dəmir boru, dəmir boru mövcud olmadıqda onun dəyəri olan 90 manat, 1 metri 0,70 manat olmaqla 250 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili, naqil mövcud olmadıqda onun dəyəri olan 175 manat, elektrik mütəxəssisi və fəhlələrə ödənilmiş 200 manat, dövlət rüsumu kimi ödənilmiş məbləğin 8 manatdan ibarət hissəsi və vəkilin göstərdiyi yardıma görə ödənilmiş məbləğin 100 manatdan ibarət hissəsi müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmiş, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş məbləğin 22 manatdan ibarət hissəsi və vəkilin göstərdiyi yardıma görə ödənilmiş məbləğin 100 manatdan ibarət hissəsi İddiaçı özünə aid edilmiş, iddia tələbi cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 münasibətdə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Abulfət Daşdəmirov, Cavabdeh3, Cavabdeh4) qarşı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi zərərə görə cəmi 2130 (iki min bir yüz otuz) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə başqa cavabdehin işə cəlb edilməsi barədə ərizə verərək bildirmişdir ki, “xxxx” ASC-nin də cavabdeh qismində işə cəlb edilməsini xahiş edir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə “xxxx” ASC də cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək 1 metri 30 manat olmaqla 15 metr uzunluğunda 110 mm-lik dəmir boru, dəmir boru mövcud olmadıqda onun dəyəri olan 450 manat, 1 metri 2,50 manat olmaqla 500 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili, naqil mövcud olmadıqda onun dəyəri olan 1250 manat, elektrik mütəxəssisi və fəhlələrə ödənilmiş 200 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında 2016-cı ildə dövlət tərəfindən Qarabağ əlilləri üçün inşa edilmiş yaşayış evi vardır. Həmin evin inşası başa çatanda evin yerləşdiyi əraziyə hələ elektrik xəttləri çəkilmədiyindən o, X6 rəhbərliyinin icazəsi ilə öz maddi vəsaiti hesabına, evin yerləşdiyi ərazidən xeyli uzaq məsafədən elektrik xətti çəkmişdir. Bunun üçün o, elektrik dirəyi kimi istifadə edilməsi üçün 1 metri 30 manat olmaqla 15 metr uzunluğunda 110 mm-lik dəmir boru, həmçinin, elektrik xəttini çəkmək üçün 1 metri 2,50 manat olmaqla 500 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili satın almış, həmin əşyalara 1700 manat vəsait sərf etmişdir. Bundan əlavə, elektrik xəttinin çəkilməsini təşkil etmək üçün elektrik mütəxəssisi və fəhlələrə 200 manat pul ödəmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, onun öz vəsaiti hesabına çəkdirdiyi elektrik naqilini və elektrik dirəyini X6 əməkdaşları olan Cavabdeh1, X1 və Cavabdeh3 X6 rəisi Cavabdeh4 göstərişi əsasında söküb götürmüşlər. Bununla əlaqədar o, hazırki iş üzrə cavabdehlərə müraciət edərək öz vəsaiti hesabına aldığı əmlakların ona qaytarılmasını tələb etmişdir. Cavabdehlər elektrik naqilini və elektrik dirəyini söküb götürdüklərini etiraf etsələr də, həmin əmlakları ona qaytarmaqdan imtina etmişlər. Cavabdehlər ona dəymiş maddi zərəri ödəmədiklərinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün isə vəkilə 200 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək öz vəsaiti hesabına əldə etdiyi, 1 metri 30 manat olmaqla 15 metr uzunluğunda 110 mm-lik dəmir boru, dəmir boru mövcud olmadıqda onun dəyəri olan 450 manat, 1 metri 2,50 manat olmaqla 500 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili, naqil mövcud olmadıqda onun dəyəri olan 1250 manat, elektrik mütəxəssisi və fəhlələrə ödənilmiş 200 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh1 izahatında ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, X7 işləyir. İddiaçıya məxsus fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi üçün istifadə edilmiş elektrik dirəyini və elektrik naqilini o, X1 və Cavabdeh3 X6 rəisi Cavabdeh4 göstərişi əsasında söküb götürərək başqa bir ərazidə quraşdırmışlar. Eyni zamanda, sökülüb götürülən elektrik naqilinin uzunluğu, iddiaçının iddia etdiyi kimi 500 metr deyil, 250 metr uzunluğunda olmuşdur. Həmçinin, 100 mm-lik və ya 110 mm-lik dəmir borunun dəyəri 1 metri 6 manat, 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqilinin dəyəri isə 1 metri 0,70 manat təşkil edir. Onlar elektrik dirəyini və elektrik naqilini söküb başqa yerə aparmış olsalar da, həmin işi müəssisə rəhbərinin göstərişi əsasında yerinə yetirmiş, bunun qanunsuz olmasını da bilməmişlər. Bu səbəbdən hesab edir ki, iddiaçıya bilavasitə onun tərəfindən hər hansı miqdarda maddi ziyan vurulmamışdır. Ona görə də iddiaçının ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Abülfət Daşdəmirov izahatında ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və Cavabdeh1 izahatının məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, o, 2016-cı ildə iddiaçıya məxsus yaşayış evinə elektrik xəttinin çəkilməsində X4 ilə birlikdə iştirak etmişdir. Yaşayış evinə elektrik xəttinin çəkilməsinə 15 metr uzunluğunda 110 mm-lik dəmir boru və 250 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili istifadə edilmişdir. Arif Hacıyev iddiaçıdan zəhmət haqqı kimi aldığı puldan 20 manatını ona vermişdir. Onun tərəfindən iddiaçıya hər hansı miqdarda maddi ziyan vurulmamışdır. Ona görə də iddiaçının ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X8 izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçıya məxsus yaşayış evinə elektrik xəttinin çəkilməsi üçün istifadə olunmuş elektrik dirəyi və elektrik naqili, həqiqətən də, sökülərək başqa yerə aparılıb quraşdırılmış, həmin əmlaklardan digər yerdə istifadə edilmişdir. Lakin sökülüb götürülən elektrik naqilinin uzunluğu, iddiaçının iddia etdiyi kimi 500 metr deyil, 250 metr uzunluğunda olmuşdur. Hazırda da həmin əmlaklar quraşdırıldığı ərazidədir və qeyd olunan əmlakların iddiaçıya qaytarılmasına cavabdeh “xxxx” ASC-nin etirazı yoxdur. Cavabdeh “xxxx” ASC iddiaçıya dəymiş maddi ziyanın aradan qaldırılması ilə bağlı onunla razılığa gəlmək istəyir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, 2016-cı ildə iddiaçıya məxsus yaşayış evinə elektrik xəttinin çəkilməsində Abulfət Daşdəmirovla birlikdə iştirak etmişdir. Yaşayış evinə elektrik xəttinin çəkilməsinə 15 metr uzunluğunda 110 mm-lik dəmir boru və 250 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili istifadə edilmişdir. Elektrik xəttinin çəkilməsi üçün iddiaçı ona zəhmət haqqı kimi 200 manat pul vermiş, o da aldığı puldan 20 manatını Abulfət Daşdəmirova vermişdir. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh4 və və “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış olan birinci instansiya məhkəməsi iş üzrə işin faktiki hallarını hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş əsas hüquq pozuntusu ondan ibarətdir ki,maddi hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir. İşə baxmış olan birinci instansiya məhkəməsi barəsində şikayət etdiyi qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən isə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. Lakin bildirir ki, heç bir varlanmadan söhbət gedə bilməz. Çünki, Cavabdeh5 ASC tərəfindən istehlakçılara elektrik enerjisinin təchizatının müasir standartlara cavab verən kabelləşdirmə və modernləşdirmə işləri həyata keçirilmiş, istehlakçılara elektrik enerjisinin verilməsi yeni quraşdırılmış avadanlıqlarla təmin edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, göstərilən işlərin icrası Cavabdeh5 ASC tərəfindən deyil, podratçı təşkilat tərəfindən həyata keçirilmişdir. Yəni iddiaçının elektrik təchizatı artıq özünün təmin etdiyi kustar üsulla deyil, Cavabdeh5 ASC tərəfindən təmin edilmiş standartlara cavab verən modern avadanlıqlarla təmin edilir və bu modernzasiya işlərinə görə bütün xərclər Cavabdeh5 ASC tərəfindən ödənilmişdir. Əgər bütün bu yuxarıda sadalanan işlərin dəyəri Cavabdeh5 ASC tərəfindən ödənilmişdirsə, deməli varlanma mövcud deyildir və işə baxmış olan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 10.2.4-cü bəndinə əsasən bu Qaydaların 9.14-cü bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsilə əlaqədar enerjitəchizatı müəssisəsi dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Lakin indiki halda iddiaçıya hansısa ziyan dəyməmiş, ona elektrik enerjisi daha modern və standartlara cavab verən avadanlıqlar vasitəsiylə həyata keçirilir. Sadalananlardan aydın olur ki, işə baxmış olan birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, iş üçün əhəmiyyət kəsb edən, yuxarıda sadalanan halları aydınlaşdırmamışdır. Ona görə də Oğuz rayon Məhkəməsinin 2(054)-491/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cı il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh4 və "xxxx” ASC-nə qarşı Oğuz Rayon Məhkəməsində “maddi zərərin ödənilməsi" tələbi ilə iddia qaldırması və məhkəmənin həmin iddianı qismən təmin etməsi tamamilə əsassız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prosesual hüquq normaları pozulmuşdur. Bildirirlər ki, “xxxx” ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır, onun hüquqi ünvanı ünvan 2 Cavabdeh4 qeydiyyat ünvanı isə ünvan 4 A-dır. Qeyd olunanlardan göründüyü kimi iddia Oğuz Rayon Məhkəməsində yox Bakı şəhərində cavabdehlərin qeydiyyatda olduqları ünvanlarda qaldırılmalı idi. Yəni, məhkəmə ərazi aidiyyət qaydasını pozmaqla işi icraata qəbul etmiş və işdə iştirak etməyə cəlb olunmamış şəxsi hüququnun pozulması ilə nəticələnmiş onun hüquq və vəzifələrinə dair məsələni həll etməklə qətnamə çıxarmışdır. Hazırkı iş üzrə qətnamənin qüvvədə qalması iddiaçının əsassız olaraq varlanmasına, “xxxx” ASC-nin və Cavabdeh4 hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də hesab edirlər ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-491/2019 saylı xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi iddia tələbinin qismən təmin olunmasına dair hissədə ləğv olunmalı və iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Abulfət Daşdəmirov qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, cavabdeh “xxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qəbzlərdən müəyyən edilir ki, 100 mm-lik dəmir borunun dəyəri 1 metri 6 manat, 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqilinin dəyəri isə 1 metri 0,70 manat təşkil edir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli 246032 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə 200 manat ödəmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1, X1 və Cavabdeh3 iddiaçıya məxsus əmlakların sökülərək başqa yerdə quraşdırılması nəticəsində əmlak əldə etməmiş, varlanmamış, habelə, hazırda, yəni əmlakın qaytarılması tələb olunduğu anda, daha onların varlı olmadıqları, iddiaçının hesabına hər hansı əmlak əldə etmədikləri müəyyən edilmişdir. Habelə, iddiaçıya məxsus əmlakların sökülərək başqa yerdə quraşdırılması zamanı həmin cavabdehlərin bunun üçün hüquqi əsasın olmadığını bildikləri istisna edilir və adı çəkilən cavabdehlər tabeçiliyində olduqları müəssisənin rəhbərinin tapşırığını yerinə yetirmişlər. Həmin əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 dair hissədə təmin edilməməlidir. Digər cavabdehlərdən Cavabdeh4 X6 rəhbəri kimi 2016-cı ildə iddiaçıya məxsus fərdi yaşayış evinə elektrik xəttinin iddiaçının öz vəsaiti hesabına və onun satın aldığı əmlaklarla çəkildiyini, həmin əmlakların müəssisənin balansında olmadığını bildiyi, bilməli olduğu halda, iddiaçı vəsaiti hesabına qoyulmuş elektrik dirəyinin və elektrik naqilinin sökülərək götürülməsi barədə rəhbəri olduğu müəssisənin əməkdaşlarına göstəriş vermiş və bu göstərişi icra etdirmişdir. Həmin faktlar məhkəmə işlasında iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapmış, Cavabdeh4 bu faktları təkzib edəcək hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh4 həmin hərəkətləri ilə iddiaçının özünə məxsus olan əmlak üzərində qanunla qorunan hüquqlarının pozulmasına, bununla da, iddiaçıya maddi ziyan vurulmasına səbəb olmuşdur. Eyni zamanda, cavabdeh “xxxx” ASC iddiaçıya məxsus elektrik dirəyi və elektrik naqilindən istifadə etməklə, həmin əmlakları müəssisənin əməkdaşları vasitəsilə digər ərazidə quraşdırmaqla iddiaçının hesabına əmlak əldə edərək əsassız varlanmışdır. Məhkəmə araşdırdığı faktlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh4 və “xxxx” ASC-nin maddi məsuliyyətinin dərəcəsindən və həddindən asılı olmayaraq iddiaçıya vurulmuş maddi zərərə görə onlar birlikdə məsuliyyət daşıyırlar. Ona görə də iddiaçıya dəymiş maddi zərər həmin cavabdehlər tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İşdən görünür ki, iddiaçı Qarabağ müharibəsinin veteranı və əlilidir. 2016-cı ildə iddiaçı öz vəsaiti hesabına dəmir boru və elektrik naqili alaraq Oğuz şəhərində yerləşən, özünə məxsus olan fərdi yaşayış evinə elektrik xətti çəkdirmişdir. Bir müddət sonra həmin elektrik dirəyi və elektrik naqili X6 əməkdaşları tərəfindən sökülüb götürülərək başqa bir ərazidə quraşdırılmışdır. Hazırda iddiaçı 1 metri 30 manat olmaqla 15 metr uzunluğunda 110 mm-lik dəmir boru, dəmir boru mövcud olmadıqda onun dəyəri olan 450 manat, 1 metri 2,50 manat olmaqla 500 metr uzunluğunda 2 x 16 ölçülü “Bayva” markalı elektrik naqili, naqil mövcud olmadıqda onun dəyəri olan 1250 manat, elektrik mütəxəssisi və fəhlələrə ödənilmiş 200 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Kollegiyaya görə, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X9 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X9 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayətləri təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh4 və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikаyətləri təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-491/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-740/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-740/2020
12.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver