Məhkəmə qərarları › İş №2(107)-740/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-740/2023

05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-740/2023 05.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmraslan qızının cavabdeh X1 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Əmraslan qızının cavabdeh X1 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(016)-988/2023 nömrəli qətnaməsindən İddiaçı Əmraslan qızı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Ağsu Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(016)-988/2023 nömrəli qərardadından İddiaçı Əmraslan qızı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(016)-988/2022 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş və məhkəmə xərcləri iddiaçı X4 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı X6 аpellyаsiyа şikаyəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(016)-988/2023 nömrəli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(016)-988/2022 saylı qətnaməsindən İddiaçı Əmraslan qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Əmraslan qızı həmin qərardaddan şiakyət vermişdir. Ağsu Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(016)-988/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X7 həvalə edilmişdir. Şikayət mümkün hesab edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması 12 iyun 2023-cü il tarixə təyin edilmişdir. Ağsu Rayon Məhkəməsinin sədri X12 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, İddiaçı Əmraslan qızı buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan ərizəyə baxılması üçün Ağsu Rayon Məhkəməsinin 2(016)-988/2022 saylı mülki işinin Ağsu Rayon Məhkəməsinə geri qaytarılmasına göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-740/2023 nömrəli mülki iş üzrə şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 25 may 2023-cü il tarixli qərardadı ləğv edilsin İş Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(016)-988/2023 nömrəli qətnaməsindən İddiaçı Əmraslan qızının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə baxılması məqsədilə Ağsu Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar