Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-742/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Unibank” X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(051)-610/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı "Unibank” X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 452,65 ABŞ dolları əsas, 169,51 ABŞ dolları faiz, 42,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 665,10 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,71 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 4519nkMNG/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 28% ödəmək şərtilə 3600 ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öztələbinin məhkəmə yolu ilə həlledilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-610/2024 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iştirak etdiyi əvvəlki məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, onunla iddiaçı arasında bağlanmış 419nkMNG/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 28 faiz olmaqla 3600 ABŞ dolları məbləğində kredit verilmişdir. Onun banka olan borcu tam olaraq ödənilmişdir. Belə ki, problemli kreditlərin kompensasiyası barədə məlumat cədvəlində də qeyd olunmuşdur ki, ona cəmi 2984 manat kompensasiya hesablanmış və həmin məbləğ cavabdehin bank tərəfindən onun müəyyən edilmiş hesabına köçürülmüşdür. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
6. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(051)-610/2024 nömrəli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə), iddianın rədd edilməsi, iddiaçı "Unibank” X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 452,65 ABŞ dolları əsas, 169,51 ABŞ dolları faiz, 42,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 665,10 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 31.71 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə 28 faiz hesablanmaq şərtilə 3600 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2018ci il tarixinə olan borcu restruktrizasiya olunmuş və cavabdehə çatası 2984,91 manat kompensasiya məbləği hesablanmışdır. Bundan sonra bank tərəfindən Cavabdeh fərmanla bağlı 2984,91 manat kompensasiya ödənişi ödənilmişdir. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.
10. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı cavabdehə pul verməli, cavabdeh isə aldığı pulu razılaşdırılmış miqdarda qaytarmaq öhdəliyini yerinə yetirməməlidir. Bu şərtlər mövcud olduğu halda, iddiaçının cavabdehə qarşı öhdəliyin icarsını tələb etmək hüququ yaranır.
11. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2018-ci il tarixinə olan borcu restruktrizasiya olunması nəticəsində cavabdehin banka borcu qalmamış və cavabdehə 2984,91 manat kompensasiya məbləği hesablanmışdır. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmmişdir.
12. Məhkəmə hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş (ödənilmiş) borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir.
13. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 452,65 ABŞ dolları əsas, 169,51 ABŞ dolları faiz, 42,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 665,10 ABŞ dolları məbləğində kredit borcunun yaranması faktı öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fərmana və Qaydalara əsasən hesablanmış kompensasiya ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının (fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10-gündən çox gecikdirilmiş borclar) ödənilməsinə yönəldildikdən sonra qalan məbləğ həmin fiziki şəxslərin sərəncamına verilir.
17. Həmin vaxt cavabdehin “Unibank" KB ASC ilə xx.xx.2014 tarixdə bağladığı 4519nkMNG/14 saylı kredit müqaviləsi (bundan sonra Müqavilə) üzrə qalıq borcu bu tələbə uyğun olmadığı üçün hesablanmış 2984.91 manat kompensasiya məbləği cavabdehin sərəncamına verilmişdir.
18. Fərmana və Qaydalara görə kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borclarının cavab verməli olduğu tələblərdən biri də fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalı olmasıdır. xx.xx.2014 tarixli 4519nkMNG/14 saylı kredit müqaviləsi üzrə qalıq borc bu tələbə də cavab vermədiyi üçün həmin kredit müqaviləsi üzrə restrukturizasiya da nəzərdə tutulmamışdır.
19. Sonradan cavabdeh tərəfindən ödənişlərin aparılması dayandırılmış və həmin tarixdən sonra Müqavilə üzrə gecikmələr yaranmışdır.
20. Məhkəmə isə işə baxarkən göstərilən halları nəzərə almayaraq, kompensasiya məbləğinin hansı səbəbdən bütünlüklə cavabdehə ödənildiyini və qalıq borcun hansı səbəbdən restrukturizasiya olunmadığını, habelə qalıq borcun necə yarandığını araşdırmamışdır. Cavabdehin borcunun olmaması barədə necə nəticəyə gəldiyini, hansı sübuta əsaslandığını göstərməmişdir.
21. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası “Fziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nı hazırlayaraq xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq etmişdir.
22. Məhkəmə isə baxarkən həmin normativ aktlara ümumiyyətlə istinad etməmiş, onların tələblərini nəzərə almamışdır.
23. Məhkəmə nəzərə almamışdır ki, Qaydanın 4.3.1 bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir və Qaydanın 2.1.5 bəndində ödəniş müddəti keçmiş əsas kredit borcunun fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır.
24. Məhkəmə isə hesablanmış kompensasiya məbləğinin borca yönəldilməyərək şəxsin özünə verilməsini həmin şəxsin borcu olmaması kimi qəbul etmiş, kredit müqaviləsi üzrə həmin tarixə gecikdirilmiş borcunun olub-olmamasını, hansı səbəbdən kompensasiya məbləğinin cavabdehin borcundan silinməyərək özünə verilməsini aydınlaşdırmamışdır. Çünki, həm Fərmanın 7 və 8-ci bəndləri, həm də Qaydanın 6-cı bəndi restrukturizasiya olunacaq kreditin vaxtı keçmiş kredit borcları kateqoriyasına, yəni fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclardan olmasını tələbinə cavab verməlidir. Lakin məhkəmə qeyd olunan tələbləri nəzərə almayaraq xx.xx.2014 tarixli 4519nkMNG/14 saylı kredit müqaviləsi üzrə qalıq borcun hansı səbəbdən restrukturizasiya olunmadığını araşdırmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları, o cümlədən kredit borcunun qalıb- qalmamasını tam və hərtərəfli araşdırmamışdır. Heç bir sübut olmadığı halda cavabdehin borcunun olmaması barədə necə nəticəyə gəlinməsi əsaslandırılmamışdır.
25. Bütün qeyd olunanlardan başqa qeyd etmək istəyirlər ki, Məhkəmənin əsaslandırması bir-birinə ziddiyyətlidir. Belə ki, qətnamədə əvvəlcə “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2018-ci il tarixinə olan borcunun restrukturizasiya olunması nəticəsində cavabdehin banka borcunun qalmaması" qeyd edilsə də sonrakı cümlədə isə "həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanmasının təklif edilməməsi" qeyd olunmuşdur (qətnamənin 2-ci səhifəsinin sonuncu, 3-cü səhifəsinin 12-ci abzasları). Lakin bu barədə konkret sübutlara istinad edilməmişdir.
26. Odur ki, "xxxx" KB ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-610/2024 saylı qətnaməsini ləğv edərək iddiaçı "xxxx" KBASC-nin Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının tam təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.70 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(051)- 610/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Lakin cavabdeh məhkəmə kollegiyasına göndərdiyi ərizəsində üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
35. “X2rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Apellyasiya baxışının hədləri
36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. İddiaçı "xxxx" KB ASC qətnamənin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
43. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3600 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh 2984,91 manat kompensasiya ödənişi ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə, yəni 08 noyabr 2018-ci il tarixdə ödəniş aparıldıqdan sonrakı ödəniş, bundan 4 ildən də artıq bir müddətin keçməsindən sonra, yəni 13 fevral 2023-cü il tarixdə həyata keçirilmişdir. Həmçinin Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
46. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
47. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
48. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
49. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
50. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
51. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
52. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
53. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
54. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
55. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, tərəflər arasındakı münasibətlərin xarakteri maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirilməmişdir.
57. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;
58. Mülki iş materiallarında olan "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 28 % dərəcəsi ilə 3600 ABŞ dolları məbləğində kredit verilmişdir.
59. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə ‘‘Unibank” KB ASc-yə olan borcu 452,65 ABŞ dolları əsas, 169,51 ABŞ dolları faiz, 42,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 665,10 ABŞ dolları məbləğində təşkil edir.
60. İşdə olan "Unibank” KB ASC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş məlumatdan görünür ki, Fərmanla bağlı kompensasiya ödənişləri üçün avans hesabı Fərmana əsasən 2984,91 manat məbləğində vəsait Cavabdeh hesabına köçürülmüşdür.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin hesablanmış kompensasiya məbləğinin borca yönəldilməyərək şəxsin özünə verilməsini həmin şəxsin borcu olmaması kimi qəbul etməsi, kredit müqaviləsi üzrə həmin tarixə gecikdirilmiş borcunun olub-olmamasını, hansı səbəbdən kompensasiya məbləğinin cavabdehin borcundan silinməyərək özünə verilməsini aydınlaşdırmaması, xx.xx.2014 tarixli 4519nkMNG/14 saylı kredit müqaviləsi üzrə qalıq borcun hansı səbəbdən restrukturizasiya olunmadığını araşdırmadan yanlış nəticəyə gəlməsi, heç bir sübut olmadığı halda cavabdehin borcunun olmaması barədə necə nəticəyə gəlinməsinin əsaslandırılmamasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restruktrizasiya olunması nəticəsində cavabdehin banka borcunun qalmamasına dair mövqeyi əsassızdır.
62. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında göstərilmişdir;
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
63. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 2.1.10-cu bəndinə əsasən kompensasiya dedikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ başa düşülür.
64. Həmin Qaydaların 4.3.1-ci bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir.
65. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.
66. Yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Fərmanın və Qaydanın tələblərini səhv təfsir edərək, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun restrukturizasiya olunması nəticəsinə gəlmişdir. Belə ki, sadalanan normaların tələblərindən göründüyü kimi şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya verilməsi ilə kredit borcunun restrukturizasiya edilməsi fərqləndirilməlidir. Kompensasiya verilməsi üçün vacib olan hal şəxsin xarici valyutada olan kredit borcunun devalvasiya ilə bağlı manata nisbətdə artmasıdırsa, restrukturizasiya isə şəxsin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinmsəsindən sonra əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsini ehtiva edir. Bir sözlə kreditin devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya ödənilməsinə baxmayaraq, şəxsin 01 yanvar 2012-ci il tarixdən Fərmanın qüvvəyə mindiyi günədək kredit müqaviləsi üzrə əsas məbləğdə və (və ya) faiz borcunun ödənilməsində 360 gündən çox gecikdirilmə halı yoxdursa həmin müqavilə münasibəti üzrə restrukturizasiyanın tətbiqi əsası da mövcud olmur.
67. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının və Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının tələblərini səhv təfsir etməklə yanlış mövqedən çıxış etmişdir.
68. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
69. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 avqust 2024-cü il tarixli 9/5137 nömrəli ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" Kommersiya Bankı ASC qarşısında borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 451,99 ABŞ dolları, faiz borcu üzrə 1076,51 ABŞ dolları, cəmi 1528,60 ABŞ dolları borcu olması müəyyən edilmişdir.
70. Eyni zamanda sözügedən ekspert rəyindən xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün maliyyə arayışı müddətinə yəni xx.xx.2024-cü il tarixə Cavabdeh cərimə borcunun hesablanmadığı müəyyən edilmişdir.
71. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2024-cü il tarixli 9/5137 ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.
72. Beləliklə cavabdehin iddiaçıya kredit borcunun olmasını müəyyən edən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına istinadən rədd etməkdə yanlış mövqedən çıxış etmişdir.
73. Kollegiya həmçinin qeyd edir ki, işdə olan Cavabdeh 06 fevral 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, o, həmin ərizəsində iddiaçı bankın ona qarşı hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia müddətinin tətbiqini xahiş etmişdir.
74. Birinci instansiya məhkəməsinin iddia tələbini Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına istinadən rədd etməkdə yanlış mövqedən çıxış etməsi, cavabdehin iddiaçı bank qarşısında kredit öhdəliyinin olmasının işdə olan sübutlarla müəyyən edilməsi nəzərə alınaraq, məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi üzrə ərizəsinin əsaslılığının yoxlanılmasını vacib hesab etmişdir.
75. İşdə olan xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsindən göründüyü kimi həmin müqavilə 48 ay müddətinə bağlanmaqla müqavilə müddətinin başa çatdığı tarixin xx.xx.2018-ci il olması müəyyən edilmişdir.
76. Həmçinin işdə olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli 4519nkMNG/14 nömrəli kredit müqaviləsi üzrə sonuncu, yəni 08 noyabr 2018-ci il tarixdə ödənişin aparılmasından sonrakı dövrdə aparılmış ödəniş bundan 4 ildən də sonrakı tarixə, yəni 13 fevral 2023-cü ilə təsadüf edir.
77. Qeyd edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyinin olması müəyyən edilməsinə baxmayaraq, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tərəflər arasında mövcud müqavilə münasibəti üzrə iddia müddətinin tətbiqini istisna edən hallar deyildirlər.
79. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, “.....Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi).
80. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
81. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
82. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
83. Mülki iş materiallarına əlavə edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir.
84. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə tələblərindən irəli gələn iddia müddəti üç il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
85. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmasına baxmayaraq, bunu iddia müddətinin ötürülməsi ilə deyil, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli, 551 nömrəli Fərmanına əsasən silinməsi ilə əsaslandırmaqla maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(051)-610/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir.
86. İddia rədd edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 31,71 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) keçirilməlidir.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(051)-610/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 31,71 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.