Məhkəmə qərarları › İş №2(107)-747/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-747/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-747/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 32.100 ABŞ dolları, 14.400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həsənov X2 Şahin Hüsü oğluna və maraqlı şəxs Bakı şəhəri 50 saylı notariat Kontoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında bağlanmış Bakı şəhəri, 50 saylı notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi Zərdab Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərardadına əsasən baxılmamış saxlanmışdır. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qətnaməsinə əsasən ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 28805,88 ABŞ dollarının, 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 vəsatət verərək, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qərardadı (hakim Tahir Qubadov) ilə Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)- 271/2019 saylı qərardadından şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-271/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 Ağsu rayonu, Lələağac kəndində qeydiyyatdadır. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qətnaməsi Cavabdeh2 qeydiyyatda olduğu Ağsu rayonu, Lələağac kəndindəki ünvanına poçt vasitəsilə göndərilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə sonuncunun ailə üzvü B.Həsənova tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2019-cu il tarixdə məhkəməyə şəxsən ərizə (ərizəyə qanunvericiliyin tələblərinə uyğun cavab verilmişdir) təqdim edərək sözügedən qətnamənin ona verilməsini xahiş etmişdir. O, həmin ərizəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtdığını qeyd etsə də, qətnamənin ailə üzvü olan B.Həsənova tərəfindən ona təqdim olunmamasını heç nə ilə izah etməmişdir. Bununla belə guya qətnamənin surətinin icra məmurundan götürdüyünü qeyd etməklə, qanunla müəyyən edilmiş 01 ay müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (Mülki Prosessual Məcəlləsinin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» xx xxxx 2003cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Mülki proses tərəflərinin məhkəmə aktlarından şikayət vermək hüququ olsa da, bu hüquq digər şəxslərin hüquqlarının pozmaqla həyata keçirilməməlidir. Heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Qanunvericiliyin tələblərinə əsasən şəxslə birgə yaşayan ailə üzvləri dedikdə-şəxsin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Qətnamənin olduğu zərfin təqdim edildiyi şəxs isə Cavabdeh2 ailə üzvü sayıldığından məhkəmə kollegiyasl həmin qətnamənin Cavabdeh2 xx xxxxxxxx 2019-cu il tarixdə çatmasını qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası, Cavabdeh2 qətnaməni almadığı barədə bağlı fikri ilə razılaşmır. Göründüyü kimi Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qətnaməsini aldığı gündən 1 (bir) ay müddətində apelyasiya şikayəti verməli olmasına baxmayaraq buna riayət etməmiş və qətnamədən apelyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi tələbi əsassızdır. Cavabdeh2 apelyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra vermiş və müddətin bərpası ilə bağlı əsaslı hallar yoxdur. Beləliklə, cavabdeh sözügedən qətnamədən xəbərdar olmaması barədə bəyanı həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq ötürülmüş prosessual müddəti bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. X5 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-271/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar