Məhkəmə qərarları › İş №2(107)-748/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-748/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-748/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X8 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyrat oğluna qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə iddiası rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərləri olan 395 (üç yüz doxsan beş) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək2214.99 ABŞ dolları əsas və 1116.38 ABŞ dolları faiz borcunun, cəmi 3331.37 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 15 ay müddətinə, illik 31% olmaqla 6000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh2 isə onun öhdəliklərinə zamin durmuşdur. Borclu borcu ödəməkdən yayınır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən 2214.99 ABŞ dolları əsas və 1116.38 ABŞ dolları faiz borcunun, cəmi 3331.37 ABŞ dolları məbləğinin məhkəmə əmrinin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqlaborc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh1 məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərəktəmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, banka olan borcunu tamamilə ödəyib qurtarmışdır. Onun banka hər hansı borcu yoxdur. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı ASC-nin nümayəndəsi X10 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsində maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, ekspetiza rəylərində hesablamaların düzgün aparılmaması qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsi üçün əsasdır. Belə ki, Cavabdeh1 tərəfindən ümumilikdə 6200,64 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödəniş üzrə 3785,25 ABŞ dolları əsas borca, 1499,23 ABŞ doları faiz borcuna, 894,83 ABŞ dolları gecikmə günlərinə görə cərimə borcuna silinmiş və cavabdehin banka əsas borc üzrə 2214,99 ABŞ dollar borcu qalmışdır. AR Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli fərmanına əsasən Cavabdeh1 qızma 1395,60 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş və bundan sonra əsas borc üzrə 819,35 ABŞ dolları məbləğində və əsas borca nisbətdə faiz borcundan da silinməklə 410,77 ABŞ dolları faiz borcu qalmışdır. Cavabdeh ümumiyyətlə kredit borcunu nəinki, gecikmə ilə həyata keçirmiş, müqavilə müddətinin sonuna ümumilikdə 7317,59 ABŞ dolları məbləğində ödəməli olduğu təqdirdə 6200,64 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Burdan da görünür ki, Cavabdeh1 ödənişini tam həyata keçirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə-mühasibatlıq ekspertizasını həyata keçirən ekspert gecikən günlər üzrə hesablanmış cərimələrə dair heç bir münasibət bildirməyərək cəriməyə silinən məbləğləri qanunsuz olaraq əsas borca yönəltmişdir. Halbuki, bank tərəfindən təqdim edilən çıxarışlardan da görünür ki, cavabdeh tərəfindən müxtəlif tarixlərdə aparılan ödənişlər gecikmə ilə həyata keçirildiyindən 894.83 ABŞ dolları məbləğində cərimə üzrə borcuna tutulmalar olmuşdur. Rəylərin hər ikisinə də nəzər yetirdikdə ekspertin cərimə məsələsinə toxunmadığı açıq-aydın görsənir. Belə ki, X3 xx.xx.2015-ci il tarixdə 371,92 ABŞ dolları ödəniş etmiş həmin ödənişə əsasən 292,51 ABŞ dolları əsas borca 97,91 ABŞ dolları faiz borcuna və gecikməyə görə 11,50 ABŞ dolları cərimə borcuna silinmişdir. X3 tərəfindən xx.xx.2015-ci il tarixdə 371,92 ABŞ dolları məbləğində ödəniş olunduğu təqdirdə ekspert rəydə 373,41 ABŞ dolları qeyd etmiş, cəriməyə ödənilmiş 11.50 ABŞ dollarını isə əsas borca yönəltmişdir. Bu minvalla ekspert ayrı-yarı vaxtlarda ümumilikdə gecikməyə görə ödənilmiş 894,83 ABŞ dollarında cərimə məbləğini heç bir sübut olmadan əsas borca yönəldərək hesablamanı düzgün aparmamışdır. (Kredit sazişinə əlavə edilmiş kredit şərtlərinin 10-cu hissində cərimənin hesablama qaydası öz əksinin tapmışdır). Bundan başqa ekspert gecikən günlər üçün cavabdeh tərəfindən ödənilən faizlərin bir hissəsini belə əsas borca silmişdir. Beləliklə ekspert tərəfindən əsas borc süni şəkildə azaldılaraq rəydə borcun olmadığı qeyd edilmişdir. Bildirmək istəyirik ki, əgər ekspertin rəyində heç bir şübhə yox idisə nə üçün məhkəmə eksperti rəyin izahı ilə bağlı məhkəməyə dəvət edirdi?. Bu məsələ də bir daha sübut edir ki, ekspertin rəyində ciddi problemlər vardır. Bütün qeyd olunanları nəzərə alaraq Ağsu Rayon Məhkəməsində təkrar ekspertiza keçirilməsi barədə vəsatət versələr də, vəsatət əsassız şəkildə rədd edilmişdir. Ağsu Rayon Məhkəməsi işə baxarkən təqdim edilmiş sübutları, verilmiş vəsatəti nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozulması ilə müşaiyət edilmiş qətnamə qəbul etmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsini ləğv edərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 Seyrat oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2017-ci il tarixli arayışda, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 2214.99 ABŞ dolları məbləğində əsas borcu, 1116.38 ABŞ dolları məbləğində faiz borcununolduğugöstərilir. İşdə olan xx.xx.2020-ci il tarixli arayışda, Cavabdeh1 həmin tarixə banka 819.39 ABŞ dolları məbləğində əsas borcu, 410.77 ABŞ dolları məbləğində faiz borcu və 17.65 ABŞ dolları məbləğində məhkəmə xərci borcununolduğugöstərilir. İşdə olan Cavabdeh1 ünvanlanmış xx.xx.2017-ci il tarixli bildirişlə borcun ödənilməsi xahiş edilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12351 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Nəzifə Ocaqqulu qızı arasında bağlanmış xx.xx.2014-cü tarixli, MK/38550/44/10 №-li kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə ödənilməli olan borc məbləği əsas borc üzrə 1118.28 ABŞ dolları, faiz borcu üzrə 741.67 ABŞ dolları, cəmi 1.859,95 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 27056 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2017-ci il tarixə ödənilməli olan borc məbləği 1.280,37 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 1118.28 ABŞ dolları, faiz borcu üzrə 162,09 ABŞ dolları müəyyən edilir. Bundan başqa qeyd edilir ki, iş materiallarında kreditin kompensasiyası haqqında çıxarış öz əksini tapmışdır ki, həmin çıxarışda borcun azaldılmasına yönəldilən məbləğ 2372,52 manat göstərilmişdir. Bütün yuxarıda göstərilənlər nəzərə alınmaqla İddiaçı ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin kompensasiyası haqqında çıxarışda göstərilən tarixə borclu X5 tərəfindən banka ödənilməli olan borc məbləği müəyyən edilmir. O cümlədən:2372,52- 1280,37 (kredit borcu) x 1,7=195,89. Yəni İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK/38550/44/10 №-li kredit müqaviləsi üzrə X4 195.89 manat məbləğində pul vəsaitinin qaytarılmalı olması müəyyən edilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/1220 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli kredit şərtləri müqaviləsi, xx.xx.2014-cü il tarixli, MK/38550/44/10 nömrəli kredit sazişi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3., 399.4., 445. və 497-cu maddələrinin bəzi müddəlarının şərh edilməsinə” dair xx xxxxxx 2014-cü il tarixli qərarı nəzərə alınmaqla (kredit müqaviləsinin bitmə tarixindən illik 5% ilə faiz borcu hesablanmaqla) Cavabdeh1 xx.xx.2015-ci il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) banka olan borcu 1.202,93 ABŞ dolları məbləğində və xx.xx.2017-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu 1.314,45 ABŞ dolları məbləğində, o cümlədən faiz borcu üzrə7.21 ABŞdolları, əsas borc üzrə1195.72ABŞdolları, xx.xx.2017-ci il tarixə faiz borcu üzrə 118.72 ABŞ dolları, əsas borc üzrə 1195.72 ABŞ dolları müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış kredit sazişi üzrə təqdim eilmiş hesabdan çıxarış məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı X2 hesabına xx.xx.2019-cu il tarixdə 1.395,60 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin məbləğ bank tərəfindən əsas borca silinmişdir.Rəyin təsviri hissəsində göstərilən və hazırki tədqiqatla İddiaçı ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 1.314,45 ABŞ dolları məbləğində banka olan borcundan xx.xx.2019-cu il tarixdə Cavabdeh1 hesabına ödənilmiş 1.395,60 ABŞ dolları çıxıldıqda hal-hazıra kredit borcu tam ödənilmiş və 80,55 ABŞ dolları məbləğində artıq ödəmə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1, 107, 115.0.1 və 124.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit sazişinə əsasən bank borcluya 15 ay müddətinə, illik 31% olmaqla 6000 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh2 isə onun öhdəliklərinə zamin dayanmışdır. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı X2 hesabına xx.xx.2019-cu il tarixdə 1.395,60 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçı tələbini Cavabdeh1 iddia edilən məbləğdə borcunun olması, Cavabdeh2 isə onun öhdəliklərinə zamin durması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün kredit sazişini və xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixli arayışları təqdim etmişdir. Cavabdeh iddiaçıya borcunun qalmaması əsası ilə iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsi məlmatlarında ziddiyyət olan arayışları əsaslı şübhədən kənar sübut saymamışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 12351 saylı, xx.xx.2019-cu il tarixli rəyi iləcavabdehinxx.xx.2017-ci il tarixə borc məbləğinin əsas borc üzrə 1118.28 ABŞ dolları, faiz borcu üzrə 741.67 ABŞ dolları olmaqla cəmi 1.859,95 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Ekspertin rəyi əsassız olduğuna görə məhkəmə rəylə razılaşmamış təkrar ekspertiza təyin edilmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 27056 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə iddiaçı və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin kompensasiyası haqqında çıxarışda göstərilən tarixə Cavabdeh1tərəfindən banka ödənilməli olan borc məbləği müəyyən edilməmiş, əksinə ona 195.89 manat məbləğində pul vəsaitinin qaytarılmalı olması müəyyən edilmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/1220 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə də, Cavabdeh1 hal-hazıra kredit borcunun tam ödənildiyi və 80,55 ABŞ dolları məbləğində artıq ödəmə olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi, 27056 saylı, xx.xx.2020-ci il tarixli və 9/1220 saylı, xx.xx.2020-ci il tarixli rəylərin zəruri sənədlərə və qanunvericilik aktlarına əsaslanmaqla verildiklərini nəzərə alaraq həmin rəylərlə razılaşır və onun iddiaçıya borcunun qalmadığına dair cavabdehin qeyd edilən rəylərlə tamamlanan dəlillərini işin hallarına uyğun sayır. Birinci instansiya məhkəməsi eyni zamanda onu qeyd etməyi zəruri sayırki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan iddiaçı isə dəbbə pulu və ya cərimənin tutulmasını tələb etmədiyindən, eləcədə cavabdehin öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi təsdiq edilmədiyindən, ekspertlərin cərimə ilə bağlı fikir bildirməmələri bu rəylərin əsassızlığına səbəb ola bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən hazırda cavabdehin iddiaçıya olan borcu tamamilə ödənildiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri ümumilikdə 395 manat (145+50+200) məbləğində təşkil etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 395 (üç yüz doxsan beş) manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı ASC-nin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(016)-250/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı ASC-nin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar