Məhkəmə qərarları › İş №2(107)-748/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-748/2022

09.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-748/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "yol yerinin açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yolun açılması, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdehn, Cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(025)-23/2022 nömrəli qətnaməsindən Cavabdeh və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X6rşı "yol yerinin açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999cu il tarixli, 04 saylı qərarı və JN344F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə cavabdeh X12 tərəfindən törədilən manelərə son qoyulması, gediş-gəliş yolunun və cavabdeh tərəfindən tutulmuş yol yerinin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, X10 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə ailə üzvlərinə 0,42 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gedən yol yerini cavabdeh X12 zəbt etmiş və bağlamışdır, həmin torpaq sahəsinə gedən yolun açılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq yol yerinin açmayacağını bir daha bildirmişdir. Belə olan halda da onun öz torpağına gedən yol yeri bağlanmış sayılır. Bundan başqa onlar dəfələrlə bələdiyyəyə və digər idarə və təşkilatlara məlumat vermişlər və heç bir nəticəsi olmamışdır. Ona görə də onlar məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(025)-23/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 Qaraqinoviçin, X4, X3, X7, X8, X5 və X1 birgə mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolunun (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3 nəzərə alınmaqla) cavabdeh tərəfindən açılması və cavabdeh tərəfindən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 25 nömrəli qərarına əsasən JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin iddiçılar, həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. İddiaçılar həyətyanı torpaq sahələrinə gediş-gəliş yoluna cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını, cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasını tələb edirlər. Cavabdeh isə yol yerinin onun mülkiyyətində olduğunu, iddiaçılara heç bir maneəçilik törətmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırki iddia tələbi üzrə ekspert rəyi və mütəxəssis rəylərinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinə məxsus 0,42 ha həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Həmçinin iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və müəyyən edilən yol yeri cavabdehin mülkiyyətində deyil. Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh tərəfindən bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia etdikləri və mülkiyyətlərində olan 0,42 ha həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. İddiaçılar yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən iddiaçılar sözügedən yol yerindən istifadə edə bilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçılarının mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəylərinə və ekspert rəyinə əsasəniddiaçılara məxsus torpaq sahələrinə gedən yol yerinin cavabdehin faktiki istifadəsində olması və cavabdeh tərəfindən tutulmuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 Qaraqinoviçin, X4, X3, X7, X8, X5 və X1 birgə mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə gediş-gəliş yolu cavabdeh tərəfindən açılmalı və cavabdeh tərəfindən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2, 175.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə belə nəticəyə gəlmişdir ki, “Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. İddiaçılar yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır.” Qeyd edir ki, o, verilmiş mütəxəssis rəyləri ilə razı olmadığını, ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərək iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri isə məsələyə biganə yanaşmış, mübahisəli əraziyə baxış keçirməmiş, mütəxəssis rəylərini eynisi ilə ekspert rəyində göstərmişlər. Halbuki, ekspertin vəzifəsi mübahisəli ərazini yerində müayinə edərək müvafiq rəy tərtib etməkdən ibarətdir. Əgər ekspert rəyində mütəxəssis rəyində göstərilənlərə istinad edəsi idisə, o zaman bu ekspertizanın keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. O, mütəxəssislər tərəfindən verilən rəylərin qeyri-obyektivliyinə şübhə etdiyindən məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə isə ekspert rəyini əsas gətirərək qətnamə qəbul etmiş, ekspert tərəfindən işin faktiki araşdırılmamasını nəzərə almamışdır. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əlavə gediş-gəliş yolu olsa da, bu halda məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmişdir. İddiaçının mülkiyyətinə gedən torpaq sahəsinə gediş-gəliş yolunun 2 yerdən inandırıcı deyildir. X13 aparılan zaman hər kəsə bir yerdən gediş-gəliş yolu verilmişdir. İddiaçının məqsədi sadəcə olaraq onunla ədavət aparmaqdır və mütəxəssis rəylərini verən orqanlara əlaqəyə girərək bu məqsədinə nail olmaq istəyir. Bundan əlavə məhkəmə zamanı qeyd edir ki, o, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etsə də, ona oradan bildirdilər ki, Qəbələ rayonunun yeni uçot xəritələri hazırlanmışdır. Həmin hazırlamış xəritədə də yol yeri onun mülkiyyətində göstəriləsidir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi də ona eyni cavabı vermişdir. Nəticədə neçə illərdir onun mülkiyyətində olan torpaq sahələri ilə bağlı kobud surətdə onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən mülkiyyət hüquqları ilə bağlı qanun normalarına istinad etsə də, əksinə onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən, mütəxəssis rəylərini və ekspert rəylərini əsas gətirmişdir. Lakin təəssüflər olsun ki, ekspert tərəfindən işin araşdırılmamasını nəzərə almamış və yenidən ekspertiza təyin etməmişdir. Qeyd edir ki, iddia tələbini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun cavabdehə məxsus yol yerini bağlamağına dair heç bir sübut təqdim etməmişdir. Bu məsələni araşdırmaq üçün məhkəmə tərəfindən mütəxəssis rəyləri və ekspert rəyləri alınsa da, ekspert rəyinin obyektiv verilməməsi məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir bu səbəbdən ki, qətnamə göstərilmişdir ki, “ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinə məxsus 0,42 ha həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda həmin yo yeri cavabdeh tərəfindən istifadə olunur. Həmçinin iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və müəyyən edilən yol yeri cavabdehin mülkiyyətində deyil. Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, iddiaçıların həyətyanı torpaq sahələrinə gedən yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh tərəfindən bağlanmışdır.“ Göründüyü kimi məhkəmə bütövlükdə qətnaməni mütəxəssis və ekspert rəylərinə istinad etmiş, lakin mütəxəssis və ekspert rəyinin nə dərəcədə düzgün verilməsini aydınlaşdırmamışdır. Xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5992 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ekspert ümumiyyətlə mübahisəli əraziyə gəlməmiş, hadisə yerinə baxış keçirməmiş, xəritə məlumatlarına baxmamış, iddiaçının mülkiyyətinə gedən torpaq sahəsinə başqa gedişgəliş yolunun olmasını aydınlaşdırmamışdır. Ekspert rəyindəndən göründüyü kimi, ekspert rəy tərtib edərkən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi İlkin Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə” əsaslanıb rəy tərtib etmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qeyd edilən prosessual hüquq normalarını hazırki münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O isə mütəxəssis rəyini və ekspert rəyini “əsaslı sübhə yaradan” sübut kimi qəbul edir və bu halları yuxarıda sadalamışdır. Məhkəmə isə bu halları nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq onlar məhkəmə kollegiyasıdan Qəbələ Rayon Məhkəməsinin 2(025)-23/2022, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Yuriy apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-23/2022, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-23/2022, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirirlər. Qəbələ Rayon Məhkəməsinin 2(025)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(025)-23/2022 saylı qətnaməsi Cavabdehn və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 25 nömrəli qərarına əsasən JN-344F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin iddiçılar, həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. İddiaçılar həyətyanı torpaq sahələrinə gediş-gəliş yoluna cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını, cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasını tələb edirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə iş üzrə apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5992 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi İlkin Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarı ilə İddiaçı1 və 6 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-344F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0,42 hektar torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsinə nəzərdə tutulmuşdur və reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Nəzərdə tutulmuş gedişgəliş yerinə dair sahə və ölçülər tərtib edilmiş sxemdə öz əksini tapmışdır. (mütəxəssis rəyinə əlavə edilmiş sxem 3). Nəzərdə tutulmuş gediş-gəliş yeri cavabdehin istifadəsindədir. Həmin gediş-gəliş yeri (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ı nəzərə alınmaqla) cavabdehin mülkiyyətinə verilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyatorlar apellyasiya şikayətini dəlillərində iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehin ona məxsus yol yerini bağlamağına dair heç bir sübut təqdim etməmişdir. Bu məsələni araşdırmaq üçün məhkəmə tərəfindən mütəxəssis rəyləri və ekspert rəyləri alınsa da, ekspert rəyinin obyektiv verilməməsi məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilli ilə də razılaşmır və qeyd edir ki, apellyatorlar ekspert rəyinin obyektiv verilməməsinin məhkəmə tərəfindən araşdırılmadığnı bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini əsas götürərək, qətnamə qəbul etmişdir. Apellyatorlar ekspert rəyinin düzgün olmadığını bildirsələr də onlar məhkəmə kollegiyasına bunun əksini sübut edəcək hər hansı bir sübut təqdim etməmişlər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, məhkəmə öz qərarını yalnız tərəflərin müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Belə olduğu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə iddia tələbinin əsaslı olmadığını sübut edəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci madəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən isə Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, əlavə ekspertiza və təkrar ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Yuriy və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(025)-23/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Yuriy və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 09 mart 2022-ci il tаrixli, 2(025)-23/2022 saylı qətnaməsi Cavabdeh Yuriy və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar