Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-75/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızında ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(025)-550/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 km.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnаməsi qismən yəni, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 km.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağının cavabdehə qadağan edilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi qət etmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktabr 2020-ci il tarixli, 2(107)-86/2020 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin hаllаrı: İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gedişgəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış (ferma binasına) və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, 2017-ci ilin yaz aylarında dostu X5 ona telefonla zəng edərək Qəbələ rayonu Mirzəbəyli kəndində, Cavabdeh tərəfindən ferma kompleksinin satılması barədə məlumat vermişdir. Bundan sonra 2-3 dəfə özü və sonra da cavabdehin iştirakı ilə fermanın yerləşdiyi əraziyə gəlmiş, ferma binası və onun yerləşdiyi torpaq sahəsindən istifadə edilməsi üçün zəruri olan ayrıca giriş-çıxış yolunun, su çəninin, yaşayış tipli yardımçı tikilinin və ferma binası ilə birlikdə mövcud olduğunu yerində müəyyən etmişdir. Təklif olunan yeri bəyənmiş və satıcı Cavabdeh ilə sözügedən fermanın yardımçı sahələri ilə birlikdə ümumi satış qiyməti olaraq 35.000 manata razılaşmışlar. Satıcı Cavabdeh bu obyektin alqı-satqısından əvvəl ona bildirmişdir ki, ferma kompleksinə daxil olan ferma binası və onun yerdləşdiyi 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ ilə, orada mövcud olan digər yardımçı tikililər isə tərfindən uzun illər əvvəl tikilməklə sahiblik hüququ əsasında ona məxsusdur. Eyni zamanda o, fermanın ətrafında yerləşən Qəbələ rayonu, Mirzəbəyli Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsinin də hər il 11 aylıq qısa müddətli müqavilə əsasında onun icarəsində olduğunu, ferma binasının notarial alqı-satqısından sonra, gələcəkdə bu sahədən otlaq sahəsi kimi istifadə edilməsi üçün icarə müqaviləsinin də onunla bağlanacağını qeyd etmiş və söylədiklərinin təsdiqi olaraq göstərilən sahəyə dair Mirzəbəyli Bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsinin əslini ona təqdim etmişdir. Qeyd olunan razılaşmadan bir qədər sonra Cavabdeh mülkiyyətində olan ünvan 1ində 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 249 kv.m olan qeyri yaşayış binasının 03.05.2017-ci il tarixli, ******* nömrəli, AN-İ seriyalı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ona satmış və bu sahə üzərində mülkiyyət hüquqları, 23.05.2017-ci il tarixli ********** nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həm şifahi razılaşma, həm də də alqı-satqı müqaviləsi və onun 12-ci bəndində nəzərdə tutulan öhdəliyə uyğun olaraq satıcı Cavabdeh ferma binası, yaşayış evi, torpaq sahəsini yardımçı vasitələrlə birlikdə onun faktiki sahibliyinə vermişdir. Ferma ərazisində quşçuluq təsərrüfatının yaradılması üçün dəmir tor və turbalar (borular) vasitəsi ilə yüngül konstruksiyalı iri həcmli hin quraşdırılmış, 2017-ci ilin noyabr ayından həmin əraziyə 200 ədəd Hind Quşu, 30 ədəd qırqovul, 5 ədəd qaz, 6 ədəd ördək, 10 ədəd sisarquşu, o cümlədən 4 baş inək və bir baş at gətirmişdir. Təsərrüfata rəhbərliyi X1 tapşırmışdır. X8 və X9 təsərrüfatda çoban kimi fəaliyyət göstərmiş və onlar bir müddət fermaya aid yardımçı yaşayış təyinatlı tikilidə yaşamışlar. Beləliklə, 2017-ci ilin may ayından 2018-ci ilin may ayına qədər ferma binası, ona aid bütün yardımçı vasitələrlə birlikdə mübahisəsiz şəkildə onun sahibliyində və istifadəsində olmuşdur. Lakin 2018-ci ilin aprel ayından başlayaraq cavabdeh əsassız olaraq satdığı qeyri-yaşayış sahəsinə görə ondan əlavə pul tələb etməklə, ferma binasına məxsus yardımçı vasitələrdən istifadəyə bu və ya digər formada qanunsuz müdaxilələrə başlamışdır. Cavabdeh aralarında bağlanmış 03.05.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 17.05.2018-ci il tarixli, 2(025)-617/2018 saylı qətnaməsi ilə iddiası təmin olunmamışdır. Məhkəmədə irəli sürdüyü tələbin təmin olunmadığını görən cavabdeh ferma ərazisinə gələrək mülkiyyətində və sahibliyində olan ferma binası və ona aid digər yardımçı tikililərdən istifadəyə qadağa qoymuş, ərazi və digər yardımçı tikililəri satmadığını bildirərək özbaşınalıq yolu ilə yaşayış təyinatlı tikilidə yaşayan çobanları oradan çıxartmış, qapının qıfıllarını dəyişmiş, ərazini dəmir məftillə hasarlamış, taxta konstruksiyadan ibarət dəmir setka ilə bağlanmış, fermaya giriş-çıxış qapısını dəmir zəncir, özünəməxsus qıfılla bağlayaraq mülkiyyətindən istifadəyə davamlı şəkildə maneələr törətmiş və orada çalışan işçilərə işləmək imkanı verməmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən çəkindirməsinə dair onunla aparılmış danışıqlar heç bir nəticə verməmişdir. Məhkəmənin diqqətinə onu da çatdırır ki, ferma ərazisi üç tərəfdən ağac və kollardan ibarət meşə sahəsi ilə əhatə olunduğundan, fermaya yeganə bir giriş-çıxış yolu mövcuddur ki, o da cavabdeh tərəfindən bağlanmışdır. Göründüyü kimi, cavabdehin qeyd olunan hərəkətləri mülkiyyətindən istifadəyə açıq-aşkar, davamlı maneələr törətməklə müşayiət olunur və ona görə də bu hərəkətlərə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat vermiş və çıxışında da göstərmişdir ki, 2017-ci ildə Cavabdeh ferma binasını, ətrafındakı torpaq sahəsini və fermaya aid olan bütün ləvazimatlarını pulunu ödəməklə almışdır. Həmin ilin noyabr ayında fermaya heyvan alıb aparmışdır. Bir müddət keçdikdən sonra fermada heyvanlara nəzarətçi kimi təyin etdiyi çoban ona zəng edərək cavabdehin onları narahat etdiyini və fermaya buraxmadığını bildirmişdir. O, öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X13 çıxış edərək bildirmişdir ki, 2017-ci ildə Ramin Soltanov iddiaçıya zəng edərək satılan ferma binasının olduğunu bildirmişdir. Bundan sonra iddiaçı həmin şəxslə birlikdə ferma binasına baxmaq üçün sözügedən yerə gələrək ferma binasına baxmış, bütün ləvazimatları, yəni əlavə tikililəri ilə birlikdə ferma binasının cavabdeh tərəfindən satıldığını müəyyən etmiş və qiymətlərinə dair aralarında razılıq əldə olunmuşdur. Tərəflərin razılığı ilə onlar arasında ferma binasının və onun yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada müqavilə imzalanmışdır. 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel-may aylarına qədər iddiaçı orada heç bir mübahisə olmadan təsərrüfat işlərini aparmışdır. 2018-ci ilin aprel-may aylarından sonra cavabdeh ferma binasını 70.000 manata satdığını iddiaçıya bildirərək ferma binasına gəlmiş və oradan çobanları çıxararaq qapılarının açarlarını dəyişdirməklə əmlaka baxmağa başlamışdır. Ferma binasına bir yol mövcuddur ki, həmin yolu da cavabdeh bağlayaraq mülkiyyətdən istifadə olunmasında iddiaçıya açıq-aşkar maneələr törədir. Odur ki, iddiasını əsaslı hesab edrək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxaralmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək çıxışında göstərmişdir ki, fermanı 70.000 manata iddiaçıya satmışdır. Lakin İddiaçı ona cəmi 38.000 manat məbləğində pul ödəmişdir. Pulun qalan hissəsini sonra ödəyəcəyinə söz verdiyi üçün inanaraq torpaq sahəsinin və fermanın alqı-satqısına dair müqaviləni notariusda imzalamışdır. Budan sonra o, iddiaçıdan ödənilməmiş qalan pulun ödənilməsini tələb etmişdir. Sultanın ona pulun qalan hissəsini ödəməyəcəyini başa düşüb, fermaya görə ödənilmiş pulu ona qaytaracağını sonuncunun qohumu vasitəsi ilə bildirərək fermanın və torpaq sahəsinin boşaldılmasını istəmişdir. Buna baxmayaraq cavabdeh onun tələbi ilə razılaşmamışdır. Onu da məhkəməyə bildirir ki, mübahisəli torpaq sahəsi 1992-ci ildən onun şəxsi təsərrüfatındadır. Həmin ərazidə ona məxsus, mülkiyyət hüququna dair sənədləri olan evi də mövcuddur. Buna görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsinin nümayəndəsi X10 verdiyi çıxışında ferma binasının 0,10 ha torpaq sahəsi ilə cavabdehdən iddiaçının aldığını, fermanın yaxınlığında yerləşən torpaq sahəsinin əvəllər kənd təsərrüfatı məhsularının istehsalı məqsədi ilə cavabdehin icarəsinə verildiyini göstərmişdir. İş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. X5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, iddiaçının dostudur. Cavabdeh ona ferma binasının olduğunu və 38.000 manata satdığını demişdir. Bundan sonra İddiaçı bu barədə məlumat vermiş və onunla birlikdə binaya baxmağa getmişlər. Orada tək ferma binası deyil, eyni zamanda çobanların qalması üçün ev, böyük su çəni və anbar olduğunu görmüşlər. İlk əvvəl Sultan cavabdehə 3.000 manat məbləğində beh vermişdir. Bu zaman fermanın yerləşdii torpaq sahəsinin üzərində həbs olmuşdur. Cavabdeh 10 gün müddətində həmin həbsi götürərək fermada olan hər bir əmlakı - binanı, evləri, qaz və işıq sayğaclarını və s. ona verərək bir yerdə 38.000 manata satmışdır. X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, İddiaçı onu fermaya nəzarətçi kimi təyin etmişdir. Cavabdeh fermaya gələrək Sultana təkcə fermasını satdığını bildirmişdir. O, tez-tez fermaya gələrək onlara maneçiliklər yaratmışdır. Münaqişə və maneçilik olmasın deyə ona pul da təklif etmişlər. Lakin Reyhan onlardan polis orqanlarına şikayət etmişdir. Bundan sonra fermanı tərk etmişlər. Dayısı ilə birlikdə fermada quraşdırdıqları ləvazimatları sökərək aparmışdır. X8 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, İddiaçı fermasında çoban işləmişdir. Birinci dəfə onu fermaya Sultan və Elgün yerləşdirmişdir. Fermada saxlamaq üçün heyvan, qırqavul, qaz, dovşan və digər heyvanlar gətirmişlər. 2017-ci ilin dekabr ayında Cavabdeh əri ilə fermaya gələrək onlarla çay içmiş və fermanı 38.000 manata Sultana satdığını, fermada bütün ləvazimatların və əmlakın ona məxsus olduğunu bildirmişdir. Fermada işlədiyi dövrdə orada olan evlərin hər iksindən, tövlədən, evin arxasındakı anbardan və su çənindən istifadə etmişdir. Belə ki, iş materiallarında olan Qəbələ “ASAN xidmət” mərkəzində 4Ə-314 reyestr nömrəsi ilə qeydə alınmış, 03 may 2017-ci il tarixli AN-İ ******* nömrəli, «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 04.09.2010-cu il tarixdə verilmiş **********26-06301 reyestr nömrəli, ********** qeydiyat nişanlı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 249 kv.m qeyri yaşayış binasını və 0.1 ha torpaq sahəsini ümumi dəyəri 35000 manat 00 qəpik qiymətinə İddiaçı Əhmədiyyə oğluna satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 23.05.2017-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Əhmədiyyə oğlunun adına ünvan 1i ünvanda 249 kv.m ümumi sahəsi olan qeyri-yaşayış birnası və 0,10 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin İddiaçı adına 406-13/271 inventar nömrəsi ilə tərtib etdiyi «qeyriyaşayış binasının texniki pasport»un təsdiq olunmuş surətindən müəyyən edilir ki, 0,10 ha torpaq sahəsinin M 1:200 miqyasında, tikililərin isə M1:100 miqyasında ölçü planı göstərilmişdir. İş materiallarında olan 16 noyabr 2015-ci il tarixdə Qəbələ rayonu, Mirzəbəyli Bələdiyyəsi ilə Reyhan Şıxəliyeva arasında bağlanmış «Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə»nin surətindən görünür ki, həmin müqavilə ilə 3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün bələdiyyə tərəfindən on bir ay müddətinə R.Şıxəliyevanın icarəsinə verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(025)- 617/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 03.05.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 02 aprel 2019-cu il tarixli, **********09 nömrəli məktubunda Muxtarova (Şıxalıyeva) Reyhan Ağasəlim qızının adına ünvan 1ində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının (mini ferma) (qeydiyyat nömrəsi - **********, qeydiyat tarixi-04.09.2010) olduğu, lakin həmin əmlakın Qəbələ «ASAN xidmət» mərkəzində notariat kontorunun 03.05.2017-ci il tarixli 4Ə-314 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Əhməliyə oğluna (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-23.05.2017) satıldığı, hər iki şəxsin adına Qəbələ rayonu Mirzəbəyli kəndində digər əmlakın aşkar edilmədiyi göstərilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İş üzrə qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində "249 kv.m qeyri-yaşayış sahəsi və 0,10 ha torpaq sahəsi" kimi göstərdiyi ona məxsus olmuş və tərəfində iddiaçıya rəsmi alqı-satqı müqaviləsi əsasında satılmışdır. Cəmi 0,10 ha torpaq sahəsinin üzərində 249 kv.m ferma tikilisi mövcuddur, lakin məhkəmə bu faktı "249 kv.m qeyri-yaşayış sahəsi və 0,10 ha torpaq sahəsi" kimi göstərməsi işin tam araşdırılmamasına bariz sübutdur. Belə ki, ferma 0,10 ha torpaq sahəsinin üzərindədir. Eyni zamanda məhkəmə qətnamədə "fermada olan digər yardımçı sahələr" kimi göstərdiyi əşyalar və onun xüsusi mülkiyyətində olan yaşayış sahəsi və onun yanında olan ləvazimatlardır. Bundan əlavə "249 kv.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə yol açılsın" hissəsində, məhkəmə yolun haradan açılmasına, hansı ərazi hesabına və hansı əsaslarla açılmasına izah verməmişdir. Onun tərəfindən satılmış iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə yolun açılması iddiaçının istədiyi yerdən mümkündür. Amma ona məxsus ərazidən iddiaçıya yol verilməsi onun hüquqlarının pozulması deməkdir. Məhkəmə bu qənaətə gələrkən mütləq mütəxəssis və ekspert rəyindən istifadə etməli olduğu halda, bunu etməmiş, və onun konstitusion hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Belə ki, əgər mübahisəli əraziyə başqa üsulla giriş-çıxış mümkün olmazsa, o zaman ona məxsus ərazidən iddiaçıya yol verilə bilər və bunun əvəzində haqq ödənilməlidir. Zəruri keçidə ehtiyac varsa, qonşu torpaq sahəsinin sahibi buna hörmətlə yanaşmalıdır. İddiaçının heç bir qonşuya maneçilyi olmayan ərazidən giriş-çıxış yolu açmaq imkanı var. Sadəcə ora müəyyən xərc qoyub yol açmalıdır, iddiaçı isə bunu başqasının torpaq sahəsinə qanunsuz müdaxiləsi ilə asan yo!la əldə etmək istəyir. Yəni burada iddiaçının yol açılmasına zəruri ehtiyacı yoxdur. Burada qonşunun müxtəlif yollarla ona məzxsus, 30 il ərzində stifadəsində, sahibliyimdə və ən nəhayət mülkiyyətində olan əraziyə müdaxiləsi kimi qiymətləndirilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, İddiaçı Əhmədoyə oğlu Cavabdeh qarşı torpaqdan istifadəyə maneələrin son qoyulması yol verilməsi və digər tələblə bağlı məhkəməyə müraciət edib. Bələdiyyə torpaqlarının qanunsuz tutularaq istifadə edilməsi hallarının qarşısının alınması üçün bələdiyyələr tərəfindən dəfələrlə məsələ qaldırılsa da, bu problem öz həllini tam tapa bilmir. Bir çox şəxslər tərəfindən zəbt olunmuş torpaqların boşaldılması üçün tədbirlər görülsə də və bu sahədə əhali arasında izahat işi aparılsa da vətəndaşlar, özəl müəssisələr yenə də qanunsuz olaraq bələdiyyə torpaqlarını zəbt edirlər. Bu vətəndaşlardan biri Mirzəbəyli kənd sakini belə olmadan qanunsuz olaraq 1.7 ha torpaq sahəsini zəbt edən Cavabdehdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən **********26 reyestr nömrəli ÇİXARİŞ-a əsasən Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətində olan 1.7 ha torpaq sahəsində (kənd təsərrüfatı örüş torpaqları) Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin 1.7 ha torpaq sahəsi DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən **********26 reyestr nömrəli ÇİXARİŞ-a əsasən Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətindədir. Vətəndaş Cavabdeh ümumiyyətlə Qəbələ rayonunda doğulmayıb. Yaşayış yeri Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi ev 57-də qeydiyyatdadır və orda yaşayır. Bununla bağlı bildirmək istəyirik ki, Cavabdeh qanunsuz olaraq Mirzəbəyli Bələdiyyəsinin torpağını zəbt etməklə həm Bələdiyyəyə həmçinin də iddiaçı X2 mülkiyyətindən istifadəyə maneçilik törədir. Hazırda Cavabdeh qanunsuz istifadəsində olan torpaq sahəsi Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətidir. Bununla bağlı müvafiq sənədlər həm ekspertə həmçinin də məhkəməyə təqdim edilmişdir. Cavabdeh qanunsuz əməlləri ilə bağlı həmçinin Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə də müraciət olunmuşdur. Odur ki, iddianı qəbul edirik və iddianın təmin olunmasına etiraz etmirik. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli qərarında göstərişlər verilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsindən cavabdeh tərəfindən istifadənin qanuni olub-olmaması (hər hansı hüquqmüəyyənedici sənədlərin olması müəyyən edilməklə), maneənin qanuni olubolmaması, cavabdehin istifadəsində olan torpaq sahəsinin dövlət və ya bələdiyyə torpaq sahəsinə aid olması, bunların müəyyən olunmasında sonra isə həmin mülkiyyətçilərin formal deyil, qanuni əsaslara işə cəlb edilərək onların mübahisəyə münasibətinin öyrənilməsi təmin edilməli, mübahisənin düzgün həll olunması üçün mümkün olan suallar qoyulmaqla ekspertiza təyin olunması müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası yuxarda qeyd olunan göstərişləri yerinə yetirərək iş üzrə 29 iyul 2021-ci il tarixli, 2(107)-1350/2021 saylı qərardadı ilə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və 10 noyabr 2021-ci il tarixli, 10/5488 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı RX ********** saylı çıxarış mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və 249 kv.m qeyri yaşayış binasının hüdudlarından kənarda olan torpaq sahəsinin 1.70 hektar hissəsi **********6 reyestr nömrəli çıxarışa əsasən Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsi 1.56 hektar hissəsi Dövlət meşə fondu torpaqlarına aiddir. İddiaçı mülkiyyətində olan 0.10 hektar torpaq sahəsinin hüdudları ətarında olan torpaq sahələri Cavabdeh tərəfindən istifadə edilir (yerquruluşu planı 2,3,4). Cavabdeh tərəfindən sözügedən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı mülkiyyətində olan 0.10 hektar torpaq sahəsinə iddiaçı tərəfindən gediş-gəliş yolu olaraq göstərilən torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı yolun açılmasını tələb etdiyi 249 kv.m qeyri-yaşayış sahəsi və yardımçı sahələr Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX **********26 nömrəli çıxarışa və **********26-06301 texniki pasporta əsasən İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətindədir. (yerquruluşu planı 6). RX **********26 nömrəli çıxarışa və **********26-06301 texniki pasporta əsasən İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 249 kv.m qeyri-yaşayış sahəsi və həmin sahəyə bitişik 0.10 hektar yardımçı sahə İddiaçı Əhmədiyyə oğlunun istifadəsindədir. Üçümcü şəxs kimi işə cəlb edilmiş Mirzəbəyli bələdiyyəsi məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı Əhmədoyə oğlu Cavabdeh qarşı torpaqdan istifadəyə maneələrin son qoyulması yol verilməsi və digər tələblə bağlı məhkəməyə müraciət edib. Bələdiyyə torpaqlarının qanunsuz tutularaq istifadə edilməsi hallarının qarşısının alınması üçün bələdiyyələr tərəfindən dəfələrlə məsələ qaldırılsa da, bu problem öz həllini tam tapa bilmir. Bir çox şəxslər tərəfindən zəbt olunmuş torpaqların boşaldılması üçün tədbirlər görülsə də və bu sahədə əhali arasında izahat işi aparılsa da vətəndaşlar, özəl müəssisələr yenə də qanunsuz olaraq bələdiyyə torpaqlarını zəbt edirlər. Bu vətəndaşlardan biri Mirzəbəyli kənd sakini belə olmadan qanunsuz olaraq 1.7 ha torpaq sahəsini zəbt edən Cavabdehdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən **********26 reyestr nömrəli ÇİXARİŞ-a əsasən Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətində olan 1.7 ha torpaq sahəsində (kənd təsərrüfatı örüş torpaqları) Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin 1.7 ha torpaq sahəsi DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən **********26 reyestr nömrəli ÇİXARİŞ-a əsasən Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətindədir. Vətəndaş Cavabdeh ümumiyyətlə Qəbələ rayonunda doğulmayıb. Yaşayış yeri Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi ev 57-də qeydiyyatdadır və orda yaşayır. Bununla bağlı bildirmək istəyirik ki, Cavabdeh qanunsuz olaraq Mirzəbəyli Bələdiyyəsinin torpağını zəbt etməklə həm Bələdiyyəyə həmçinin də iddiaçı X2 mülkiyyətindən istifadəyə maneçilik törədir. Hazırda Cavabdeh qanunsuz istifadəsində olan torpaq sahəsi Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətidir. Bununla bağlı müvafiq sənədlər həm ekspertə həmçinin də məhkəməyə təqdim edilmişdir. Cavabdeh qanunsuz əməlləri ilə bağlı həmçinin Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə də müraciət olunmuşdur. Odur ki, iddianı qəbul edirik və iddianın təmin olunmasına etiraz etmirik. Məhkəmə kollegiyası təqdim edilmiş sübutları araşdırıb və işin faktiki hallarına qiymət verərək müəyyən etdi ki, Cavabdeh tam mülkiyyət üzrə 249 kv.m qeyri yaşayış binasını və 0.1 ha torpaq sahəsini ümumi dəyəri 35000 manat 00 qəpik qiymətinə İddiaçı Əhmədiyyə oğluna satmışdır. İddiaçı Əhmədiyyə oğlunun adına ünvan 1i ünvanda 249 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası və 0,10 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin Cavabdeh sonradan iddiaçıya məxsus 249 km.m sahəsi olan qeyri-yaşayış binası və 0,10 ha torpaq sahəsini əhatə edən torpaq sahəsindən heç bir hüquqmüəyyənedici sənədin olmadığı təqdirdə istifadə edir və iddiaçıya həmin ərazidən gediş-gəlişinə maneə yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ- subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Belə ki, Konstitusiyanın 13.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan müddalarına əsasən, mübahisələndirilən ferma binasının və 0,10 ha torpaq sahəsinin hazırda İddiaçı mülkiyyət hüququna dair sənədlə tam mülkiyyətində olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 km.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gedişgəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin sahələrə daxil olmasının cavabdehə qadağan edilməsi hissəsində əsaslıdır və buna görə də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə fermada olan digər yardımçı vasitələr (çobanların yaşaması üçün nəzərdə tutulmuş ev, su çəni, anbar və s.) rəsmi olaraq (müqavilə üzrə) iddiaçıya satılmadığından, iddia tələbi digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin sahələrə daxil olmasının cavabdehə qadağan olunması hissəsində əsassızdır və buna görə də düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları ilə müəyyən olunmuş subutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-75/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-75/2022
03.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver