Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-75/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, barışıq sazişi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(033)-130/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cəmi borcu 6361.35 (altı min üç yüz altmış bir ABŞ dolları 35 sent) ABŞ dolları - bundan 2579.93 (iki min beş yüz yetmiş doqquz ABŞ dolları 93 sent) ABŞ dolları əsas, 690.56 (altı yüz doxsan ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 2712.86 (iki min yeddi yüz on iki ABŞ dolları 86 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378 (üç yüz yetmiş səkkiz) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 122.44 (bir yüz iyirmi iki manat 44 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(033)-130/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 2579.93 ABŞ dolları məbləğində əsas borc, 690.56 ABŞ dolları ona hesablanmış faiz borcu, 50 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 378 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3698.49 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilməməsi, Cavabdeh2 82.91 (səksən iki manat doxsan bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 39.53 (otuz doqquz manat əlli üç qəpik) manatın iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. İş üzrə qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən mübahisə üzrə barışıq sazişi imzalanmış, həmçinin həm İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, həm də Cavabdeh2 ayrı-ayrılıqda məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, aralarında bağlanmış 10 sentyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflərin barışıq sazişinin şərtləri aşağıdakı kimidir: 2.1 Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci it tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 2.579,93 (iki min beş yüz yetmiş doqquz ABŞ Dolları, 93 sent) ABŞ Dolları əsas, 690.56 (altı yüz doxsan ABŞ Dolları, 56 sent) ABŞ Dolları faiz, 2.220,57 (iki min iki yüz iyirmi ABŞ Dolları, 57 sent) ABŞ Dolları köçürülmüş faiz borcu, 492,29 (dörd yüz doxsan iki ABŞ Dolları, 29 sent) ABŞ Dolları cərimə olmaqla icra edilməmiş borc Öhdəliyi mövcuddur. 2.2 Tərəflər təsdiq edirlər ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 400 (dörd yüz) manat məbləğində Ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin Ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.715 (dörd min yeddi yüz on beş) manat məbləğində borcun 36 (otuz altı) ay müddətinə, yəni 2024-cü Hin oktyabr ayından başlayaraq, hər ay 130,97 (bir yüz otuz manat, 97 qəpik) manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3 İddiaçı bu Sazişin 2.2-ci bəndində gösterilən 4,715 (dörd min yeddi yüz on beş) manat borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 36 (otuz altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4 Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, bu Sazişin 2,2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X4q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(033)-130/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1 İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 təsdiq edirlər ki, Cavabdeh2 xx.xx.2015-ci it tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə BƏS-də 2.579,93 (iki min beş yüz yetmiş doqquz ABŞ Dolları, 93 sent) ABŞ Dolları əsas, 690.56 (altı yüz doxsan ABŞ Dolları, 56 sent) ABŞ Dolları faiz, 2.220,57 (iki min iki yüz iyirmi ABŞ Dolları, 57 sent) ABŞ Dolları köçürülmüş faiz borcu, 492,29 (dörd yüz doxsan iki ABŞ Dolları, 29 sent) ABŞ Dolları cərimə olmaqla icra edilməmiş borc Öhdəliyi mövcuddur. 2.2 İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 təsdiq edirlər ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 400 (dörd yüz) manat məbləğində Ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin Ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.715 (dörd min yeddi yüz on beş) manat məbləğində borcun 36 (otuz altı) ay müddətinə, yəni 2024-cü ilin oktyabr ayından başlayaraq, hər ay 130,97 (bir yüz otuz manat, 97 qəpik) manat ödənilməsi öhdəliyini Cavabdeh2 öz üzərinə götürür. 2.3 İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu Sazişin 2.2-ci bəndində gösterilən 4,715 (dörd min yeddi yüz on beş) manat borc məbləğinin Cavabdeh2 tərəfindən ödənilməsinə 36 (otuz altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4 Hər ay ödəniləcək məbləğin Cavabdeh2 tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh2 tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6 İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 razılaşırlar ki, bu Sazişin 2,2-ci bəndi Cavabdeh2 tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X4q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(033)-130/2024 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Ödənilmiş 122,44 manat dövlət rüsumu dövlət büdcəsindən ləğv prosesində olan İddiaçı ASC-nə qaytarılsın. Məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 50 manatı isə Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-75/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-75/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver