Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-752/2025 23.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(039)-500/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh xx.xx.2024-cü il tarixli qəbz yazaraq göstərmişdir: “Mən Cavabdeh İddiaçı 30.000 manat borca pul aldım, qaytarmaq şərti ilə. Mən o pulu qaytarmasam məni, polis, məhkəmə və digər orqanlara verə bilər.” İddiaçının nümayəndəsi olan atası Nümayəndə xx.xx.2024-cü il tarixli qəbz imzalayaraq göstərmişdir: “Mən Nümayəndə övladım Cavabdeh İddiaçı olan 27.000 (iyirmi yeddi min) manat borcundan 1000 (min) manatını xx.xx.2024-cü il tarixində qaytardım. Həmin qəbz İddiaçı tərəfindən də imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26000 manat borc məbləğinin habelə, 180 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbini müdafiə etdiyini, pulun alınması faktını təsdiq edən qəbzin əslini təqdim edərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, iddiada qeyd edilən borcun verilmədiyini, iddiada qeyd edilən borcun mövcud olmadığını bildirmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə izah etdi ki, iddia tam əsassızdır. İddiaçı tərəfindən oğlu Eldara yüksək faizlə pul verilmişdir. Həmin fakta görə də oğlu özünü öldürmə həddinə gəldiyinə görə rayon prokurorluğuna ərizəylə müraciət etmişdir. Sözügdən puldan çox qismi ödənmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçıya ödənilən pulu təsdiq edən sübut yoxdur. xx.xx.2024-cü il tarixdə 1000 manat pul onun tərəfindən ödənilmiş və buna dair müvafiq qəbz mövcuddur.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 30000 manatlıq borc vermiş, həmin borcdan ödənişlər edilmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası Nümayəndə) tərəfindən qalıq 27000 manat borcdan 1000 manat ödəniş edilmişdir. İş materiallarından da göründüyü kimi tərəflər borca görə yazılı razılğa gəlmişlər
6. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 26000 manat pul və ödənilmiş 180 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir.
7. Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(039)-500/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, Cavabdeh 26000 manat borc və 180 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 739 və 740-cı maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2024-cü il tarixli qəbz Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbz Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş sorğu əsasında toplanmış rədd materialı xx.xx.2024-cü il tarixli Yevlax Rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X2 icraatında olan toplanmış 225c-24 nömrəli material CD disk
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əvvəla iddiada qeyd edilən borc verilməmişdir, iddiada qeyd edilən borc mövcud deyildir, tələb yüksək faiz tələbidir. İkincisi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflərin arasında yazılı borc müqaviləsi yoxdur. İddiaçının sübut kimi təqdim etdiyi qəbz etibarsızdır. İddiaçının özünün səsindən fakt təsdiqini tapır ki, o faiz müqabilində pul verir (səs müvafiq elektron daşıyıcıda təqdim edilib).
12. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(039)- 500/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(039)- 500/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiada qeyd edilən borcun mövcud olmadığı, tələbin yüksək faiz tələbi olduğu barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından da görünür ki, Cavabdeh İddiaçı 27.000 manat borclu olduğunu etiraf etmişdir. Həmin Qərardan, həmçinin, görünür ki, İddiaçı cavabdehin ona 3.000 manat əlavə pul qaytarmasını istədiyini və cavabdehin bununla razılaşdığını bildirmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli qəbzdə cavabdehin 30.000 manat borclu olduğunu yazmaqla imza etməsi bu halı təsdiq edir. Bununla belə, iddiaçı cavabdehin atasının ona ödədiyi 1000 manat pulu həmin 30.000 manatdan deyil, cavabdehin etiraf etdiyi 27.000 manat borcdan çıxmaqla, qalan 26.000 manatı cavabdehdən tələb edir.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində tərəflərin arasında yazılı borc müqaviləsi olmadığı barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbindən görünür ki, predmeti üç min manatdan çox olan borc müqaviləsinin bağlanma forması yazılı forma göstərilmişdir. Yəni, müqavilənin bağlanma forması ilə bağlı əlavə heç bir şərt qoyulmamışdır. Hazırki halda da borcu sübut edən yazılı sənəd mövcuddur.
23. Cavabdeh apellyasiya şikayətində iddiaçının sübut kimi təqdim etdiyi qəbzin etibarsız olduğunu bildirsə də, qəbzin etibarsızlığı barədə heç bir sübut və ya dəlil təqdim etməmişdir.
24. Apellyasiya şikayətinin iddiaçının faiz müqabilində pul verməsi barədə dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin halla bağlı xüsusi qərardad qəbul edilmişdir. Lakin, bu hal cavabdehi borclu olduğu pulu qaytarma öhdəliyindən azad etmir.
25. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə borc müqaviləsi - qəbz xx.xx.2024-cü il tarixlidir. Yəni tərəflər arasında hazırki borc münasibətləri həmin vaxt yaranmışdır. 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəsli yeni redaksiyada verilmişdir. Həmin Qanun dərc edildikdən 6 ay sonra qüvvəyə minmişdir. Göründüyü kimi, hazırki hüquq münasibəti həmin dəyişikliklər qüvvəyə mindikdən sonra yarandığından Mülki Məcəllənin yeni redaksiyada 739-cu maddəsi hazırki işə tətbiq edilməli idi. Lakin, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 739-cu maddəsinin köhnə redaksiyası qətnamədə qeyd olunmuşdur. Kollegiya hesab edir ki, məhkəmə düzgün maddi normanı işə tətbiq etmiş, lakin maddəni yanlış redaksiyada göstərmişdir. Məhkəmənin gəldiyi nəticənin də qanuni və əsaslı olduğu nəzərə alınarsa, kollegiya hazırki qətnamənin bu əsasla ləğv edilməsinə zərurət görmür.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(039)-500/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(039)-500/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.