Məhkəmə qərarları › İş №2(107)-753/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-753/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-753/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı «İddiaçı” İB-nin Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, iddiaçı «İddiaçı” İB-in nümayəndəsi X1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsindən iddiaçı «İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «İddiaçı” İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 872,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 manat xidmət haqqının, cəmi 902,70 manat pulun tutularaq «İddiaçı” İB-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsi ilə iddia müddəti tətbiq edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdeh 90,80 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 111,20 manat (bir yüz on bir manat iyirmi qəpik) tutularaq «İddiaçı” İB-in xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdehnın yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmişdir. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 19 iyun 2019-cu il tarixdə Ağdaş QİS-ə ilə Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilə görə 872,30 manat borcu vardır. Borcun 781,50 manat hissəsi 2017-ci ilin may ayına qədər olan borcdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehnın yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmişdir, təbii qazdan istifadəyə görə yaranmış 872,30 manat borcun 781,50 manat hissəsi 2017-ci ilin may ayına qədər yaranmışdır. İddiaçı məhkəməyə 12 may 2020-ci ildə iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, belə olan halda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, təbii qazdan istifadəyə görə yaranmış borc məbləği olan 872,30 manat borcun 781,50 manat hissəsinə dair iddia müddəti tətbiq edilməli, 90,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 372.2ci, 375.1-ci, 375.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin13.7-ci maddəsi, 124.2-ci maddəsi, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən üç illik müddət tətbiq etməklə tələbi qismən rədd etməsi düzgün olmamışdır. Çünki iddia müddətinin tətbiq edilməsi üçün ilk öncə tərəf qarşı tərəfin tələbini qəbul və etiraf etməli və bundan sonra ərizə təqdim edərək müddətin tətbiq edilməsini xahiş etməli idi. Lakin cavabdeh tərəf nə iddia tələbini etiraf etmiş, nə də ərizəsində belə bir qeyd yoxdur. Belə bir vəziyyətdə isə məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəni təmin etməməli, iddia ərizəsinə ümumi qaydada hüquqi qiymət verməli idi. İşin mahiyyəti ondan ibarətdir ki, «İddiaçı” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Qaradağlı kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********03050 saylı qaz hesabında ödənilməmiş 872.30 manat borc vardır, həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 11236825 saylı qaz sayğacının 2631 m göstəricisi ilə 872.30 manat borc yaranmış və tələb olunan borc ödənilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, təbii qazın alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasından bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmi müqavilə üzrə öhdəliklərini pozur. Qeyd edilənlərə əsasən apelyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «İddiaçı” İB-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı təsdiq edilən "Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı təsdiq edilən "Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə edən istehlakı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1. bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacı müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız 872,30 manat borcun 781,50 manat hissəsinə dair iddia müddəti tətbiq edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 872,30 manat borcun 781,50 manat hissəsinin cavabdehin hesabından silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Qaradağlı kəndində yaşayan Cavabdeh ona məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh yaşadığı mənzilin **********03050 saylı qaz hesabında ödənilməmiş 872,30 manat borc vardır, həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Borcun 781,50 manat hissəsi 2017-ci ilin may ayına qədər olan borcdur. Cavabdeh 2017-ci il, 2018-ci və 2019-cu illərdə müqavilə üzrə qazdan istifadəyə görə ödənişlər etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlili ilə razılaşır. Apellyasiya şikayəti əsaslıdır. Belə ki, «İddiaçı” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Qaradağlı kəndində yaşayan Cavabdeh ona məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********03050 saylı qaz hesabında ödənilməmiş 872.30 manat borc vardır, həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 11236825 saylı qaz sayğacının 2631 m göstəricisi ilə 872.30 manat borc yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən üç illik müddət tətbiq etməklə tələbi qismən rədd etməsi düzgün olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş abonentə aid saldodan görünür cavabdeh 2017-ci il, 2018-ci və 2019-cu illərdə ödənişlər etmişdir. Cavabdeh tərəf borca görə ödənişlər etdiyindən iddia müddətinin axımı dayanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 872,30 manat borcun 781,50 manat hissəsinə dair iddia müddəti tətbiq edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası apelylasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 872,30 manat borcun 781,50 manat hissəsinə dair iddia müddəti tətbiq edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tаrixli, e-2(014)-744/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 872,30 manat borcun 781,50 manat hissəsinə dair iddia müddəti tətbiq edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 781,50 manat borc tutularaq iddiaçı «İddiaçı” İB-in hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar