Məhkəmə qərarları › İş №2(107)-754/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-754/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-754/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)- 19/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Oğuz rayon Söyüdlü kənd sakinləri olmaqla 1996-cı ildə torpaq islahatı zamanı pay almaq hüququna malik olan subyektlər olsalar da torpaq islahatı zamanı onların, (eləcə də həmin kənddə yaşayan digər 14 ailənin üzvlərinin) adları ilkin torpaq siyahısına daxil edilməmişdir. Oğuz rayonu Miçurin adına kolxoz X15 komissiyasının xx.xx.1999-cu il tarixli 2 nömrəli qərarı ilə onlara adambaşına 1,24 ha olmaqla torpaq sahəsi ayrılması və həmin qərarın təsdiq edilməsinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura iclasının xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə ünvan 2 X15 komissiyasının xx.xx.1999-cu il tarixli 02 nömrəli və xx.xx.2000-ci il tarixli 04 nömrəli qərarlarının təsdiq edilməsi, qərarda göstərilən vətəndaşlara torpaq payının Böyük Söyüdlü kənd ərazisində dövlət mülkiyyətində saxlanılan torpaq sahəsindən verilməsi qərara alınmışdır. Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Haşımova (İsmayılova) Günay Yavər qızı (iddiaçılar) cavabdehlər Oğuz rayon İcra Hakimiyyətinə və Cavabdeh2 (cavabdehlər) qarşı Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2021 -ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və Haşımova (İsmayılova) Günay Yavər qızı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, digər iddiaçılar ailə üzvləridir. Qızı Günay istisna olmaqla arvadı və oğlanları ilə birgə Oğuz rayon Böyük Söyüdlü kəndində yaşayırlar. 1996-cı ildə ölkədə torpaq islahatı keçirilərkən kənd sakinlərinə torpaq payı verilsə də, 15 ailənin (44 nəfər), o cümlədən onun ailəsinin torpaqdan pay almaq hüququ pozulmuşdur. Buna görə də, həmin vaxt aqrar islahat komissiyasına və yerli icra hakimiyyəti orqanına müraciət edilmişdir. X15 Komissiyasının 1999-cu il tarixli qərarına əsasən bütün ailələrə torpaq sahələri verilmişdir. Onlara əkin üçün 5,85 ha torpaq sahəsi düşmüşdür. Oğuz rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsasən Böyük Söyüdlü kənd X15 Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı və xx.xx.2000-ci il tarixli 04 saylı qərarları təsdiq edilmişdir. Həmin qərara əsasən onlara düşən torpaq paylarının dövlət mülkiyyətində saxlanılan torpaq sahələrindən verilməsi məqsədəuyğun sayılmış, veriləcək torpaq sahələrinin yerquruluşu planının hazırlanması o zaman fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinə tapşırılmış, müvafiq olaraq dövlət aktlarının hazırlanıb verilməsi Komitədən xahiş edilmişdir. Qərarın icrasına nəzarət rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinə tapşırılmışdır. Torpaq sahəsi yerində ayrılaraq onlara göstərilmişdir. Torpaq sahəsindən istifadə etmişlər, əkinçiliklə məşğul olmuşlar. Torpaqdan istifadə üçün onlara dəfələrlə subsidiya ayrılsa da, dövlət aktı verilməmişdir. Əslində xx.xx.2005-ci il tarixli qərarla məsələnin həll olunduğunu zənn edərək dövlət aktının verilməsi üçün müraciət etməmişlər. DTXK xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. 2020-ci ildə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək onlara ayrılmış torpaq sahəsinə çıxarış və plan-ölçünün verilməsini xahiş etmişlər. Müraciətə sadaladığı sənədlər, torpağın cizgi sxemi və arayışlar əlavə edilmişdir. İdarədən onlara təqdim edilmiş sənədlərin torpağın qeydiyyatı üçün əsas olmadığı, torpaq sahəsinin Oğuz rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verildiyi bildirilmiş, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. xx.xx.2021-ci il tarixdə Oğuz rayon İcra Hakimiyəti ilə Oğuz rayon Çaldaş kənd sakini Cavabdeh2 arasında 150 ha torpaq sahəsinin 30 il müddətə icarəyə verilməsi haqqında müqavilə imzalanmış, buna uyğun olaraq Farizin adına müvafiq çıxarışlar verilmişdir. 72,53 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi 15 ailəyə (44 nəfər), o cümlədən onun ailəsinə verilmiş 5,85 ha torpaq sahəsini əhatə edir. Farizlə qohumluq əlaqələri vardır, yəni o, torpaq sahəsinin faktiki olaraq onlara məxsus olduğunu bilmişdir. Əslində həmin torpaq sahəsi əvvəllər başqa şəxs tərəfindən icarəyə götürülsə də, onlara torpaq sahəsinin əkilib becərilməsinə mane olmamışlar. Fariz isə onlara torpaqdan istifadəyə əvvəlki kimi şərait yaratmır. Qeyd etdiyi digər ailələr onların məhkəməyə müraciətinin nəticəsində maraqlıdırlar. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinin tələblərini rəhbər tutmaqla iddia tələbinin təmin olunması, Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021 -ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adma verilmiş xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş digər iddiaçılar iddianın təmin edilməsini xahiş etmişlər.

6. Məhkəmə iclasında cavabdeh Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi, izahat verərək bildirdi ki, Oğuz rayon Böyük Söyüdlü kəndində torpaq islahatı aparılarkən iddiaçılar da daxil olmaqla 15 ailənin, yəni 44 nəfərin adı müvafiq adlı siyahıya daxil edilməmişdir. Həmin vətəndaşların müraciətləri əsasında Oğuz rayon Böyük Söyüdlü X15 Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı və xx.xx.2000-ci il tarixli, 04 saylı qərarları ilə kənd ərazisində dövlət mülkiyyətində saxlanılmış torpaq sahələrindən orta torpaq normasına uyğun olaraq adambaşına 1,24 ha pay torpağının verilməsi məqsədəmüvafıq sayılmışdır. Oğuz rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın xx.xx.2005-ci il tarixli tövsiyə xarakterli qərarı ilə qeyd edilən qərarlar təsdiq edilmiş, aidiyyəti orqanlardan sənədlərin hazırlanması və s.bu kimi müvafiq xahişlər edilmişdir. Torpaq sahələri yerində vətəndaşlara göstərilsə də onların adma sənəd hazırlanmamışdır. Böyük Söyüdlü kəndində dövlət mülkiyyətində olan 150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi məqsədilə İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, araşdırma aparıldıqdan sonra rəsmi razılıqla torpağın icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. Buna görə də, torpaq sahəsi Cavabdeh2 icarəyə verilməklə xx.xx.2021 -ci il tarixdə il müddətinə müqavilə imzalanmış, onun adına müvafiq çıxarışlar hazırlanaraq təqdim edilmişdir. İddiaçların mülkiyyətlərində hesab etdikləri torpaq sahəsi icarəyə verilmiş 150 ha torpaq sahəsinin hüdudları daxilində olsaydı, ƏMDX həmin torpaq sahəsinin icarəyə verilməsindən imtina edərdi. 150 ha, o cümlədən mübahisələndirilən 5,85 ha torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. xx.xx.2005-ci il tarixli, 18 saylı Şura qərarı verildiyi zaman qüvvədə olan torpaq qanunvericiliyinə əsasən (Torpaq Məcəlləsi 65.5-ci maddə) və hazırda da torpaqayırmanın icrası yerli icra hakimiyyəti orqanının səlahiyyətində olmamışdır. Oğuz rayon İcra Hakimiyyəti qeyd edilənlərə görə məsuliyyət daşımasa da çoxsaylı müraciətlərə əsasən xx.xx.2005-ci il tarixli, 18 saylı şura qərarının icra olunmadığını nəzərə alaraq xx.xx.2022-ci il tarixli məktubla vətəndaşlara torpaq sahələrinin ayrılması və mülkiyyətlərinə verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nzirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. İddiaçılar iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsaslanmaqla sözügedən icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Bu dəlillər də əsassızdır, çünki müqavilənin mübahisə edilməsi müqavilə tərəflərinin bir-birinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Halbuki iddiaçılar müqavilə üzrə tərəf olmadıqlarından qeyd edilən mübahisəni qaldırmaqda haqlı deyillər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdeh2 X2 izahatını təsdiq etdi, icarəyə götürdüyü torpaq sahəsini əkdiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar Oğuz rayon Söyüdlü kənd sakinləri olmaqla 1996-cı ildə torpaq islahatı zamanı pay almaq hüququna malik olan subyektlər olsalar da torpaq islahatı zamanı onların, (eləcə də həmin kənddə yaşayan digər 14 ailənin üzvlərinin) adları ilkin torpaq siyahısına daxil edilməmişdir. Oğuz rayonu Miçurin adına kolxoz X15 komissiyasının xx.xx.1999-cu il tarixli 2 nömrəli qərarı ilə onlara adambaşına 1,24 ha olmaqla torpaq sahəsi ayrılması və həmin qərarın təsdiq edilməsinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır, lakin həmin qərarın təsdiq edilməsi barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarı mövcud deyil. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura iclasının xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə ünvan 2 X15 komissiyasının xx.xx.1999-cu il tarixli 02 nömrəli və xx.xx.2000-ci il tarixli 04 nömrəli qərarlarının təsdiq edilməsi, qərarda göstərilən vətəndaşlara torpaq payının Böyük Söyüdlü kənd ərazisində dövlət mülkiyyətində saxlanılan torpaq sahəsindən verilməsi qərara alınmışdır. Lakin ayrılan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən hər hansı sxem tərtib edilməmişdir. Bu səbəbdən iddiaçılara hansı torpaq sahəsinin ayrılmasını müəyyən etmək mümkün deyil. İddiaçıların faktiki istifadə etdikləri və dövlət tərəfindən onlara verildiyini iddia etdikləri torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, qanuni əsaslarla icarəyə verilmişdir. Bu fakt Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş, həmin qərar qanuni qüvvəsini almışdır.

9. Mübahisələndirilən torpaq sahəsi növbəti dəfə Cavabdeh2 icarəyə verilmiş, torpaq sahəsi icarəyə verilərkən yenidən araşdırma aparılmış və torpaq sahəsinin dövlət mülkiyyətində olması təsdiq edilməklə icarə sənədlərinin hazırlanması məqsədəmüvafıq hesab edilmişdir.

10. Qüvvədə olan mülki qanunvericiliyə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə əqd formasında həyata keçirilən hərəkətlərin hüquqi fakt əlamətlərinə malik olmadığı nəzərdə tutulur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır.

11. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, mübahisələndirilən icarə müqaviləsi qanuni şəkildə bağlanmaqla müqavilə tərəflərinin müqavilənin etibarsızlığına dair hər hansı etirazı və digər qeyri-qanuni hallar aşkar edilməmişdir. Bundan əlavə müəyyən edildiyi kimi icarəyə verilmiş torpaq sahəsi dövlət mülkiyyətindədir. Deməli iddiaçıların həmin torpaq sahəsi ilə bağlı aparılmış əməliyyatların mübahisələndirilməsi üçün subyektiv hüququ yaranmamışdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi, yəni öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ ilə qiymətləndirilir. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün subyektiv hüququ yaranmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

13. İddia tələbinin ikinci hissəsi birinci hissəsi ilə bilavasitə əlaqədar olduğundan məhkəmə bildirir ki, iddiaçıların Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası da təmin olunmamalıdır.

14. Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Haşımova (İsmayılova) Günay Yavər qızının (iddiaçılar) cavabdehlər Oğuz rayon İcra Hakimiyyətinə və Cavabdeh2 (cavabdehlər) qarşı Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 324, 331, 337, 347, 354, 389, 390, 394 və 406-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

16. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1966-cı ildə Azərbaycan Respublikası Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Böyük Söyüdlü kəndidir.

17. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1970-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Böyük Söyüdlü kəndidir.

18. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Böyük Söyüdlü kəndidir.

19. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Astraxanovka kəndidir.

20. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Oğuz rayonu Astraxanovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Böyük Söyüdlü kəndidir.

21. Nigahın bağlanması haqqında İV-JQ 392771 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X8 xx.xx.1988-ci ildə nigah bağlamış, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd,soVetində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 sayla qeyd edilmiş, nigah bağlanandan sonra ər-arvada İsmayılov soyadı verilmişdir.

22. İşə əlavə edilmiş doğum haqqında XİV-JQ 347669 saylı, XV-JQ 449258 saylı və XX-JQ 275776 saylı şəhadətnamələrin surətindən görünür ki, 1989-cu il təvəllüdlü Ruhinin, 1991-ci il təvəllüdlü Günayın və 1994-cü il təvəllüdlü Pərvinin atası İddiaçı1, anası İddiaçı2dır.

23. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 003623 saylı şəhadətnamənin surətindən görünür ki, X9 və X4 xx.xx.2012-ci ildə nikah bağlamış, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 33 sayla qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Haşımov soyadı verilmişdir.

24. Cavabdeh1 başçısı yanında Şura iclasının işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 18 saylı qərarından çıxarışın surətindən görünür ki, ünvan 2ində torpaq islahatı aparılan zaman X15 Komissiyasının səhvi ucbatından 15 ailə-44 nəfər vətəndaşın adının siyahıya daxil edilmədiyi nəzərə alınmaqla Böyük Söyüdlü X15 Komissiyasının həmin kənd üzrə torpaq normasına uyğun olaraq dövlət mülkiyyətində saxlanılan torpaq sahələrindən torpağın verilməsi haqqında xx.xx.1999-cu il tarixli və xx.xx.2000-ci il tarixli qərarları təsdiq edilmiş, veriləcək torpaq sahəsinin yerquruluşu planının hazırlanması DTXK Oğuz rayon şöbəsinə tapşırılmış, vətəndaşlara torpağa mülkiyyət hüququna dair Dövlət aktının hazırlanıb verilməsi DTXK-dan xahiş edilmiş, qərarın icrasına nəzarət rayon İcra Hakimiyyəti Aqrar məsələlər şöbəsinə tapşırılmışdır.

25. İşə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 06 saylı müqavilənin surətindən görünür ki, Oğuz rayon İcra hakimiyyəti adından gələcəkdə icarəyəverən X3, gələcəkdə icarəçi Oğuz rayon Çaldaş kənd sakini Cavabdeh2 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixi, 92 saylı sərəncamına əsasən 150 ha torpaq sahəsini əkinçilik məqsədi ilə icarəçiyə 30 il müddətinə icarəyə vermiş, icarəçi hər il 6210 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.Müqavilədə tərəflərin hüquq və vəzifələri təsbit edilmişdir

26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Oğuz rayon İcra Hakimiyyətinə ünvanlanmış, işə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********71 saylı məktubundan görünür ki, təqdim olunan müraciətə və ona əlavə edilən sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında baxılaraq 2-ci keyfiyyət qrupuna aid bonitet balı 67 olan 150 ha torpaq sahəsinin əkinçiliyin inkişafı məqsədilə Cavabdeh2 məqsədli təyinatına uyğun icarəyə verilməsinə razılıq verilmişdir.

27. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin A 653451 saylı planı və ölçüsü sənədinin, ********** saylı çıxarışın, torpaq sahəsinin A 653453 saylı planı və ölçüsü sənədinin, ********** saylı çıxarışın, torpaq sahəsinin A 653456 saylı planı və ölçüsü sənədinin, ********** saylı çıxarışın, torpaq sahəsinin A 653455 saylı planı və ölçüsü sənədinin, ********** saylı çıxarışın, torpaq sahəsinin A 653452 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 72,53 ha, 32,04 ha, 8,29 ha, 13,56 ha və 23,58 ha (cəmi 150 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələri icarə hüququ ilə 30 il müddətinə, hər il üçün 6210 manat icarə haqqı ödənilməklə Cavabdeh2 adına müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 62, 60,63, 59 və 61 nömrəli vərəqlərində qeydiyyata alınmışdır.

28. Şəki İnzibati-İqtisadi Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 2- 1(84)- 68/2019 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İsmayılov Rd&ft Yavər oğlunun və Haşımova (İsmayılova) Günay Yavər qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ünvan 2ində yerləşən 5,85 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qərardan görünür ki, iddiaçıların ünvan 2ində torpaq payı almaq hüququ olsa da, torpaq islahatı zamanı adları ilkin torpaq siyahısına daxil edilməmişdir. Oğuz rayonu Miçurin adma kolxoz X15 komissiyasının xx.xx.1999- cu il tarixli 2 nömrəli qərarı ilə onlara adambaşına 1,24 ha olmaqla torpaq sahəsi ayrılması və həmin qərarın təsdiq edilməsinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. Lakin həmin qərarın təsdiq edilməsi barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarı mövcud deyil. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura iclasının xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə ünvan 2 X15 komissiyasının xx.xx.1999-cu il tarixli 02 nömrəli və xx.xx.2000-ci il tarixli 04 nömrəli qərarlarının təsdiq edilməsi, qərarda göstərilən vətəndaşlara torpaq payının Böyük Söyüdlü kənd ərazisində dövlət mülkiyyətində saxlanılan torpaq sahəsindən verilməsi qərara alınmışdır. Lakin ayrılan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən hər hansı sxem tərtib edilməmişdir. Bu səbəbdən iddiaçılara hansı torpaq sahəsinin ayrılmasını müəyyən etmək mümkün deyil. İddiaçıların faktiki istifadə etdikləri və dövlət tərəfindən onlara verildiyini iddia etdikləri torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 100 nömrəli sərəncamı və eyni tarixli icarə müqaviləsi ilə X5 adlı şəxsə 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi ilə üst-üstə düşür. X1 icarə hüququ JN- 8430 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" ilə rəsmiləşdirilmişdir. Torpaq sahələrinin üst-üstə düşməsi Oğuz Rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmiş sxemlə müəyyən olunur.

29. Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş 2-1(107)-418/2019 saylı, xx.xx.2019- cu il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Haşımova (İsmayılova) Günay Yavər qızının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-68/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

30. Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(107)- 418/2019 saylı (30/316) məktubundan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2- 1(107)- 418/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməmiş, inzibati iş xx.xx.2019-cu il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

31. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

32. İddiaçı1 apellyasiya şikayətini eynilə iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 birincinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

35. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X6 və digər Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

36. İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan yə qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsy£ sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq,/münasibətinin əmfelə gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitəljəfli *və ya çoxtərəfli İradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1 -ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354-cü maddəsinə əsasən: 354.1 əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasina başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən„digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. İddiaçı Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri təkrarlamaqla kifayətlənmiş, əlavə hər hansı sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 9-11-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür.

43. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

44. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar