Məhkəmə qərarları › İş №2(107)-755/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-755/2020

10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-755/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiаçı - İddiaçı оğlunun və nümayəndəsi (vəkili) X2 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı (hakim Məhburə Kərimova) qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh 3290 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, 360 manat ekspertiza xərcinin Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı 3290 (üç min iki yez doxsan) manat dəymiş zərərin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə 21:00 radələrində Cavabdeh idarə etdiyi “X6” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Samux küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkət edərkən, iddiaçının hərəkət etdiyi zolağa çıxaraq idarə etdiyi “Ford Transit 350” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində iddiaçının sağlamlığına zərər dəymişdir. Həmçinin, qəza nəticəsində idarə etdiyi avtomobil əzildiyi üçün iddiaçıya maddi ziyan dəymişdir. Lakin iddiaçıya dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin barəsində inzibati protokol tərtib olunmaqla materiallar baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə verilmiş və məhkəmənin xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırlmışdır. İddiaçının idarə etdiyi avtomaşına dəymiş ziyanın müəyyən edilməsi üçün Mingəçevir “xxxx” TX MMC-yə müraciət edilmiş, “xxxx” MMC təfərindən iddiaçının idarə etdiyi “Fort Transit 350” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin sıradan çıxmış hissələrin köməkçi materiallarla birlikdə cəmi 8290 manat məbləğində ona ziyan dəymişdir. Sığorta Şirkəti tərəfindən idarə etdiyi “Fort Transit 350” markalı ** BL *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyandan iddiaçıya cəmi 5000 manat ödənilmişdir. İddiaçı dəymiş zərərin qalan hissəsinin ödənilməsini, zərərin ödənilməsi ilə bağlı razılığa gəlməsini dəfələrlə xahiş etsə də, cavabdeh heç bir əhəmiyyət verməmişdir. İddianın təmin olunmasını, qalan 3290 manat dəymiş zərərin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili X1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh idarə etdiyi “X6” markalı **- ZN-*** markalı maşınla İddiaçı idarə etdiyi “Ford Transit 350” markalı ** BL *** markalı maşınla ehtiyatsızlıqdan toqquşaraq qəza keçirmişdir. Cavabdehin özü də qəza nəticəsində xəsarət almış, maşını da tam yararsız hala düşmüşdür. İddiaçının maşınına dəyən ziyanı, cavabdehin maşını sığorta olunduğuna görə 5000 manatı sığorta ödəyib. İddiaçı yenidən iddia qaldıraraq cavabdehdən 3900 manat tələb edir. Hesab edir ki, dəymiş zərər şişirdilmişdir. İddia əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, xx xxxx 2018-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi “X7” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Samux küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkət edərkən ehtiyatsızlıqdan İddiaçı idarə etdiyi “Ford Transit 350” markalı ** BL *** markalı maşınla toqquşaraq qəza keçirmişdir. Qəza nəticəsində idarə etdiyi avtomobil tam yararsız hala düşmüş, özü isə qəza nəticəsində ciddi xəsarət almışdır. İddiaçının maşınına dəyən ziyan idarə etdiyi “X7” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşın sığorta olunduğuna görə sığorta şirkəti tərəfindən 5000 manat məbləğinə ödənilmişdir. Aralarında olan razılığa görə iddiaçı maşını qeyd edilən 5000 manat sığorta pulu ilə təmir etdirməli idi. Belə ki, o, iddiaçıdan xahiş etmişdir ki, avtomobili versin ona verilən sığorta pulu ilə təmir etdirib özünə qaytarsın. Lakin iddiaçı sığorta pulunu alıb özü təmir etdirəcəyi ilə razılığa gəlmişlər. Lakin bir müddət keçəndən sonra iddiaçı fikrini dəyişərək ondan əlavə ziyan pulu tələb etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı оğlunun və nümayəndəsi (vəkili) X4 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(051)-760/2018 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 10 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 3(107)-207/2018 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhəri “xxxx” TX MMC tərəfindən tərtib edilmiş nəqliyyat vasitəsinin təmirinə (bərpa edilməsinə) dair Smetadan görünür ki, “Ford Tranzit 350” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşının təmiri ilə əlaqədar dəyişilməli hissələrin qiyməti 6320 manat, təmir işlərinin qiyməti 1970 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxxx” TX MMC-nin, xx.xx.2018-ci il tarixli akt məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Ford Transit 350” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5134 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxxx” TX MMC-nin, xx.xx.2018-ci il tarixli akt məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Ford Transit 350” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5134 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxxx” TX MMC-nin, xx.xx.2018-ci il tarixli akt məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Ford Transit 350” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5551 manat müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cаvаbdeh Cavabdeh оğlunun təqsirli hərəkəti nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Ford Tranzit 350” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşına zərər dəymişdir. Dəymiş zərərin 5000 manatı sığorta təşkilatı tərəfindən ödənilmişdir. İddiaçı dəymiş zərərin tam ödənilməsini tələb edərək, iddiasını “xxxx” TX MMC tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsnə) dair smeta ilə əsaslandırılmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” TX MMC tərəfindən tərtib olunmuş smetadan görünür ki, qeyd edilən avtomobilin dəyişilməli hissələrin qiyməti 6320 manat, təmir-bərpa işlərinin qiyməti isə 1970 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasnın 34141 №-li xx xxxxxx 2019-cu il tarixli, 9403 №-li xx xxx 2019-cu il tarixli və 24752 №-li xx xxxxxxx 2019-cu il tarixli rəylərində göstərilmişdir ki, dəyişilməli hissələrin qiyməti 6320 manat, təmir-bərpa işlərinin qiyməti isə 1350 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, “...lakin ekspertiza rəyində təmir-bərpa işlərinin qiymətinin məhz 1350 manat olması lazımi qaydada əsaslandırılmamışdır. “xxxx” TX MMC isə faktiki olaraq təmir-xidmət fəaliyyəti ilə məşğuldur. Bundan başqa hər üç ekspertiza rəyində avtomaşının təmir-bərpası üçün dəyişilməli olan avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə vurulmuş zərər müəyyən edilmişdir. Halbuki, tərəflər arasında mübahisə avtomobilin real bazar qiyməti ilə deyil, vurulmuş zərərlə bağlı təmir-bərpası üçün istifadə olunacaq ayrı-ayrı ehtiyat hissəlrin və təmir-bərpa işlərinin qiyməti ilə əlaqədardır. Ona görə də, məhkəmə hesab edir ki, avtomobilin təmir-bərpası üçünavtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməsi əsassızdır. Bundan əlavə məhkəmə ekspertizasının 34141 №-li xx xxxxxx 2019cu il tarixli və 9403 №-li xx xxx 2019-ci il tarixli rəylərində illik 5 faiz aşınma nəzərə alınmaqla dəyişilməli hissələrin qalıq dəyəri 3784 manat, 24752 №-li xx xxxxxxx 2019-cu il tarixli rəydə isə illik 4 faiz aşınma nəzərə alınmaqla dəyişilməli hissələrin qalıq dəyəri 4201 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, rəylər arasındakı ziddiyyətlər mötəbər mənbələrə əsaslanmaması ilə əlaqədardır. ... Məhkəmə “xxxx” MMC tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetada, eləcə də həmin smetaya istinad edilmiş ekspertiza rəylərində avtomobildə dəyişilməli hissələrin qiymətinin 6320 manat müəyyən olunmasını, avtoehtiyyat hissələrinə köhnəlmə faizinin tətbiq olunmasının isə əsassız hesab edilməsini, təmir-bərpa işlərinin 1970 manat hesablanmasının inandırıcı olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, vurulmuş zərərin ödənilməmiş hissəsi olan 3290 manat... cavabdehdən alınıb iddiaçıya verilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsində isə deyilir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci mаddəsinə uyğun оlаrаq ətrаfdаkılаr üçün yüksək təhlükə ilə bаğlı fəаliyyət (nəqliyyаt vаsitələrindən, mexаnizmlərdən istifаdə edilməsi) nəticəsində mülki hüquq pоzuntusu törətmiş hüquqi və fiziki şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bоrcludurlаr. Həmin Məcəllənin 1118-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından göründüyü kimi, Cavabdeh ehtiyatsızlığı nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı maddi ziyan dəymişdir. Bu hadisənin baş verməsi, bunun nəticəsinə görə məsuliyyətə qiymət verilməsi Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(051)-760/2018 saylı inzibati xəta haqqında qərarı ilə müəyyən edilmiş, həmin qərar Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 3(107)- 207/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş qərar müəyyən edilmiş hallar, o cümlədən qanunsuz hərəkətin kim tərəfindən edilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə bunlar sübut edilməyə ehtiyacı olmayan hallar hesab edilir. Sözügedən qərara əsasən İddiaçı zərər vuranın Cavabdeh olması müəyyən edilmişdir. Buna görə ziyan vurulan şəxs qarşısında mülki hüquqi məsuliyyəti qeyd edilən cavabdeh şəxs daşıyır. Qanuni qüvvəyə minmiş qərara əsasən maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olduğu müəyyən edildiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 10 ay müddətinə məhdudlaşdırılması cəzаsı təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə də maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-219/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar