Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-756/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı «İddiaçı” İB Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, iddiaçı «İddiaçı” İB-in nümayəndəsi X1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tаrixli, e-2(014)-595/2020 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «İddiaçı” İB Cavabdeh qarşı borc tələbi haqqında sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 534,53 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq «İddiaçı” İBnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tаrixli, e-2(014)-595/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 12,65 manat (on iki manat altmış beş qəpik) borc tutularaq «İddiaçı” İB-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 08 noyabr 2017-cı il tarixdə Ağdaş QİS-i ilə Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. Cavabdeh yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmiş və həmin ünvanda daha bir neçə ailə qaçqın statusunda qeydiyyata alınmışdır. Qaz sayğacı cavabdehin adına olmasına baxmayaraq daha bir neçə qaçqın statuslu ailə təbii qazdan istifadə etmişdir, cavabdehin ünvanına yalnız onun istifadəsi üçün nəzərdə tutulmuş ayrıca qaz sayğacı 2017-ci ildə qoyulmuşdur. İddiaçının tələb etdiyi 534,53 manat borcun 521,88 manatı sayğac quraşdırılana qədər yaranmış borcdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmiş və həmin ünvanda daha bir neçə ailə qaçqın statusunda qeydiyyata alınmışdır. Qaz sayğacı cavabdehin adına olmasına baxmayaraq, daha bir neçə qaçqın statuslu ailə təbii qazdan istifadə etmişdir, cavabdehin ünvanına yalnız onun istifadəsi üçün nəzərdə tutulmuş ayrıca qaz sayğacı 2017-ci ildə qoyulmuşdur. İddiaçının tələb etdiyi 534,53 manat borcun 521,88 manatı sayğac quraşdırılana qədər yaranmış borcdur. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsassız hesablanaraq cavabdehdən iddiaçının xeyrinə 12 , 65 manat borc tutulmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdeh məcburi köçkün olduğu üçün, həmçinin ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçının özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci, 560.2-ci, 560.3 və 560.3.5.2.-ci maddələri, Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsi, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci, 9.4-cü, 14.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırmadığından və iş materiallarına düzgün hüquqi qiymət vermədiyindən sonda yanlış nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin yanaşmasında göstərdiyi 3 nəfər qaçqın statuslu ailənin iddiaçı X2 yaşadığı ünvanda yaşayış qeydi yanlış olmuşdur. Göstərilən 3 nəfər ailə yox, iddiaçının evində qeydiyyatda olan onun özü də daxil olmaqla ailə üzvləridir. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi sənəd əsasında faktiki olaraq iddiaçının ünvanında 3 nəfər qaçqın statuslu ailə yaşamır. İddiaçı Cavabdeh yaşadığı ünvanda özündən başqa daha 3 nəfərə qaçqın statuslu ailələrin yaşamasını sübut edəcək sübut təqdim etməmiş və ya iş materiallarında belə bir sənəd mövcud deyildir. Digər tərəfdən birinci instansiya məhkəməsinin "iddiaçının ünvanına yalnız ayrıca onun istifadəsi üçün sayğac 01.03.2017-ci il tarixdə qoyulmuşdur" qənaəti də düzgün olmamışdır. Belə ki, iddiaçı Cavabdeh yaşadığı ünvanda sonuncu dəfə 02.10.2019-cu il tarixdə 10298915 saylı sayğac quraşdırılmışdır. Cavabdeh tərəf də iclasda verdiyi izahatda daim həmin ünvanda yaşadığını və təbii qazdan istifadə etdiyini heç bir halda təkzib etmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hər iki məsələyə aydınlıq gətirmədiyindən sonda "521.88 manat borc sayğac quraşdırılana qədər yaranmışdır" kimi qənaətə gələrək "İddiaçı" İB-nin xeyrinə olmayan qərar qəbul etmişdir. Halbuki iddia tələbində tələb edilən borc cavabdehin yaşadığı ünvanda istifadə etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən və ona ayrılmış limitdən artıq təbii qazdan istifadə etdiyindən illər üzrə tədricən yaranmışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi cavabdeh abonent saldosunda AGİS bazası üzrə 2011-ci ilin iyun ayından mənzildə təbii qazdan istifadə edir və həmin andan qaz paylayıcısı qarşısında öhdəliklər yaranmışdır. 01.01.2017-ci il tarixədək istehlakçı kimi qeydiyyatda olan bütün məcburi köçkün və qaçqınlara, həmçinin hazırkı iddiaçıya kommunal xidmət təşkilatları qaza görə istehlakçıların istifadə etdiyi müvafi: xidmətin haqqını sayğac göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirilir. Belə ki, iddiaçı Cavabdeh yaşadığı mənzildə iddianu qaldırıldığı 01.01.2020-24.02.2020-ci il ərzində 5.50 manat həcmində təbii qazdan istifadə edilib, 4 manat ödəniş edilib, 2019-ci il ərzində 44.20 manat həcmində təbii qazdan istifadə edilib, 43 manat ödəniş edil:n, 2018-ci il ərzində 38.85 manat həcmində təbii qazdan istifadə edilib, 32 manat ödəniş edilib, 2017ci il ərzini* 75.75 manat həcmində təbii qazdan istifadə edilib, 16 manat ödəniş edilib, 2016-ci il ərzində 160.49 mar.at həcmində təbii qazdan istifadə edilib, 126 manat isə limit hesablanıb, lakin istehlakçı ödəniş etməyib, 2015-4 il ərzində 385.56 manat həcmində təbii qazdan istifadə edilib və 126 manat isə limit hesablanıb, laka istehlakçı ödəniş etməyib, 2014-cü ildə 125.57 manat həcmində təbii qazdan istifadə edilib və 125.55 manat isə limit hesablanıb, 2013-ci ildə 119.50 manat həcmində təbii qazdan istifadə edilib, 119.51 manat isə linJ hesablanıb, 70.06 manat həcmində qaz əvəzləşdirilərək borcdan çıxılıb, lakin istehlakçı ödəniş etməyib, 20114 ci ildə 159.21 manat həcmində təbii qazdan istifadə edilib, 126 manat isə limit hesablanıb, lakin istehla ödəniş etməyib 2011-ci ildə 359.20 manat həcmində təbii qazdan istifadə edilib, 60 manat isə limit hesabla 90.83 manat həcmində qaz əvəzləşdirilərək borcdan çıxılıb, lakin istehlakçı ödəniş etməyib, Göründüyü İ iddiaçı il ərzində istifadə etdiyi təbii qazın həcmi ona ayrılmış limitdən dəfələrlə çox olmuş və 24.02.2020-ci il tarixə 534.53 manat borc yaranmışdır. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tut şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” 23.01.2017ci il tarixli 1206 saylı Fər ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci, müavinət, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarix hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli 11 nömrəli qərarı ilə "Məcburi köçkünlər və onlara bər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsi ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" təsdiq edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinət müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 23.01.2017-ci il tarixli 1206 fərmanında dəyişikliklər edilməsi barədə" 16.04.2018-ci il tarixli 1920 saylı Fərmanına əsasən vahid müavinətin həcmi 40 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabir 24.01.2017-ci il tarixli 11 nömrəli qərarı ilə "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid müavinətin ödənilməsi Qaydası"nın 4-cü bəndinə əsasən, Məcburi köçkünlərə və onlara bərabər şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş siyahılar əsasında ödənilir. Filial müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərin kartları vasitəsilə ödəyir. Beləliklə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün müavinət, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə müavinətlər hesabında fərdi və müstəqil şəkildə kommunal və digər xərclərini ödəyir. Lakin hazırda yuxarıda göstərilən vahid aylıq müavinəti alan şəxs statusuna malik şəxs olsa da,Cavabdeh oğlunun mənzilində istifadə etdiyi istifadə etdiyi təbii qazın dəyərini növbəti 534.53 manat borc yaranmışdır və həmin borc iddiaçı tərəfindən ödənilməlidir. Yuxarıda göstərildiyi kimi cavabdehin yaşadığı mənzildə sayğacla təbii qazdan istifadə edilməsi işin mübahisəsiz halıdır. Odur ki, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli e- 2(014)-595/2020 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, iddiaçı “İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı «İddiaçı” İB-nin nümayəndəsi X1 oğlu məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” 23.01.2017-ci il tarixli 1206 saylı Fərmanı: Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” 23.01.2017-ci il tarixli 1206 saylı Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” Azərbaycan Respublikası Prezidentinin 23.01.2017-ci il tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” 16.04.2018-ci il tarixli 1920 saylı Fərmanı: Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.01.2017-ci il tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” 16.04.2018-ci il tarixli 1920 saylı Fərmanına əsasən vahid aylıq müavinətin həcmi 40 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli e-2(104)-595/2020 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İslehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin iddia tələbinin təmin edilməyən hissələrində ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını qismən yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tаrixli, e-2(014)- 595/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 08 noyabr 2017-cı il tarixdə Ağdaş QİS-i ilə Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. Cavabdeh yaşadığı ünvan müvafiq qaydada təbii qazla təchiz edilmiş və həmin ünvanda daha bir neçə ailə qaçqın statusunda qeydiyyata alınmışdır. Qaz sayğacı cavabdehin adına olmasına baxmayaraq daha bir neçə qaçqın statuslu ailə təbii qazdan istifadə etmişdir, cavabdehin ünvanına yalnız onun istifadəsi üçün nəzərdə tutulmuş ayrıca qaz sayğacı 2017-ci ildə qoyulmuşdur. İddiaçının tələb etdiyi 534,53 manat borcun 521,88 manatı sayğac qurraşdırılana qədər yaranmış borcdur. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” 23.01.2017-ci il tarixli 1206 saylı Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.01.2017-ci il tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” 16.04.2018-ci il tarixli 1920 saylı Fərmanına əsasən vahid aylıq müavinətin həcmi 40 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, sayğacı 2017-ci ildə qoyulduğundan, iddiaçının tələb etdiyi 534,53 manat borcun 521,88 manatı sayğac quraşdırılana qədər yaranmış borcdur. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tаrixli, e-2(014)-746/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tаrixli, e-2(014)-595/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-756/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-756/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver