Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-760/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)-361/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 150000 manat, maddi ziyan kimi 15000 manat, vəkilə ödənilən 300 manat pulun, cəmi 165300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)-361/2025 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi ziyana görə dövlət büdcəsinin vəsaiti hesabına 19000 (on doqquz min) manat və vəkilə ödədiyi 300 (üç yüz) manat, cəmi 19300 (on doqquz min üç yüz) manat məbləğində pulun ödənilməsi və iddianın qalan hissədə təmin edilməmə qət edilmişdir. Həmin qətnamədən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Mingəçevir Şəhər Məhkəməsinin hakimi X2 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)-361/2025 nömrəli qətnaməsindən hazırda cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verildiyindən mülki işin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(051)-361/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-760/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-760/2025
03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver