Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-763/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, iddiaçı «xxxx» İKB ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, Şəki Rаyon Məhkəməsinin 14 may 2018-cı il tаrixli, 2(075)-1107/2018 sаylı qətnаməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı «xxxx» İKB ASC ərizə ilə Şəki Rаyon Məhkəməsinin mürаciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsаsən hesablanmış 8337.42 ABŞ dolları məbləğində əsаs kredit bоrcunun, kreditdən istifаdəyə görə hesаblаnmış 2931.59 ABŞ dolları məbləğində fаiz bоrcunun, 9198.99 ABŞ dolları məbləğində hesаblаnmış cərimə bоrcununcəmi 20468 ABŞ dolları məbləğində bоrcun və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 «xxxx» İKB ASC-nin xeyrinə ödənilməsi bаrədə məhkəmə əmri çıxarılmasını xаhiş etmişdir. Şəki Rаyon Məhkəməsinin 14 may 2018 tarixli, 2(075)-1107/2018 sаylı qətnаməsi ilə iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 8337,42 ABŞ dolları əsas borc, 2931,59 ABŞ dolları faiz borcu və 1198,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12468 ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 tərəfindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 477.04 maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit və zaminlik müqavilələri 04.09.2014-cü il tarixində bağlanmış, kredit 18 müddətinə verilmiş və son ödəniş 04.03.2016-cı il tarixində olmuşdur. İddiaçının məhkəməyə uzun müddət əvvəl müraciət etdiyi diqqətə alınaraq qətnamə uzun müddət sonra qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə 14.02.2018-ci il tairixində daxil olmuşdur. Buna görə də zaminliyin təmin etdiyi öhdəliyinin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam verilməlidir. Cavabdeh bildirişlərin ona çatmadığını bildirərək birinci instansiya məhkəməsinin iclasında iştirak edə bilmədiyindən iş üzrə qətnamənin 21.01.2021 tarixində əldə etdiyini bildirərək, Mülki Prosessual Məcəllənin 260-cı maddəsində müəyyən edilmiş apellyasiya şikayəti müddətinə ötürmədən apellyasiya şikayəti vermişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rаyon Məhkəməsinin 14 may 2018-cı il tаrixli, 2(075)-1107/2018 sаylı qətnаməsinin ona münasibətdə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin özünə münasibətdə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı «xxxx» İKB ASC-nin nümayəndəsi X2 izahatında birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər Cavabdeh1 heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rаyon Məhkəməsinin 14 may 2018-cı il tаrixli, 2(075)-1107/2018 sаylı qətnаməsi qismən, Cavabdeh2 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlərdən yalnız Cavabdeh2 aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bununla yanaşı, qətnamə iddiaçı bank və cavabdeh Cavabdeh1 tərəfindən mübahisələndirilmədiyindən, qətnamə iddianın təmin edilmədiyi, həmçinin cavabdeh Cavabdeh1 ilə bağlı hissədə yoxlanılmır. İşin materillarında olan 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 18 ay müddətinə illik 28 faizlə 19000 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarında olan zаminlik müqаviləsindən görünür ki, Cavabdeh2 adı həmin müqavilə üzrə zamin kimi qeyd edilmişdir. İşdə olan 04 sentyabr 2014-cü il tarixli iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən bank qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas vəsaitinin alınması məqsədi ilə 18 ay müddətinə illik 28 faizlə 19000 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 04 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bununla bağlı əsas borclu Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh həmin xəbərdarlıqlara məhəl qoymamışdır. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8337,42 ABŞ dolları əsas borc, 2931,59 ABŞ dolları faiz borcu və 9198,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20468 ABŞ dolları məbləğində borcu qaldığını əsas göstərərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zaminlə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Müqavilə üzrə öhdəlik iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı cavabdeh və onun zaminləri üçün də məcburi olmasına baxmayaraq cavabdeh və onun zamini müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə Cavabdeh2 münasibətdə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 477.04 maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit və zaminlik müqavilələri 04.09.2014-cü il tarixində bağlanmış, kredit 18 müddətinə verilmiş və son ödənmə tarixi 04.03.2016-cı il kimi göstərilmişdir. İddia ərizəsi isə məhkəməyə 14.02.2018-ci il tairixində daxil olmuşdur. Qnunvericiliyin tələbinə görə zaminliyin təmin etdiyi öhdəliyinin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam verilməlidir. Beləliklə kollegiya hesab edir ki, iddiaçı tərəf qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmədiyi üçün şikayətin dəlili əsaslı, iddia tələbi isə zaminə münasibətdə əsassızdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəki Rаyon Məhkəməsinin 14 may 2018-cı il tаrixli, 2(075)-1107/2018 sаylı qətnаməsi qismən, Cavabdeh2 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rаyon Məhkəməsinin 14 may 2018-cı il tаrixli, 2(075)-1107/2018 sаylı qətnаməsi qismən, Cavabdeh2 münasibətdə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-763/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-763/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver