Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-77/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Abdullayev Rövşən Abduləli oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada “xxxxxxxxx” ASC-nin xeyrinə 11565,44 ABŞ dolları əsas, 6263,94 ABŞ dolları faiz, 1833,62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19663 (on doqquz min altı yüz altmış üç) ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi, Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərci cavabdehlərdən alınaraq Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdehlər Cavabdeh3 və Abdullayev Rövşən Abduləli oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh3 apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, zaminlik müqaviləsinə sonradan əlavə və dəyişiklik edilmiş, lakin onun iştirakı təmin edilməmiş, yeni müqavilədən xəbərsiz olmuşdur. Müqavilədəki imza da ona məxsus deyildir. Bundan əlavə iddiaçı müddəti ötürmüşdür. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)- 32/2019 saylı qətnaməsi ona aid hissədə ləğv edilməli qanuni və ədalətli qətnamə qəbul edilməlidir. Abdullayev Rövşən Abduləli oğlu apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, əsas borc və faiz məbləği şişirdilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsi əsas borc və faiz hissədə ləğv edilməli qanuni və ədalətli qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Abdullayev Rövşən Abduləli oğlunun apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 apelyаsiyа şikаyəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnаməsi ona aid hissədə qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi Cavabdeh3 manasibətdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, xxxxxxxxx» ASC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Abdullayev Rövşən Abduləli oğluna kredit məbləği verilməsinə baxmayaraq sonuncu kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də «xxxxxxxxx» ASC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdeh Abdullayev Rövşən Abduləli oğlundan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası Abdullayev Rövşən Abduləli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator əsas və faiz borc məbləğlərinin şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarının 11-ci səhifəsində olan xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsindəki Cavabdeh3 adından olan imza Cavabdeh3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Belə olduğu təqdirdə Cavabdeh3 iş üzrə zamin qismində cavadeh ola bilməz. Ona görə də Cavabdeh3 apelyаsiyа şikаyəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh3 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun hesabına ödənilməsi, 145 manat ekspertiza xərcinin isə Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə Cavabdeh3 münasibətdə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Abdullayev Rövşən Abduləli oğlunun apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 apelyаsiyа şikаyəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnаməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi Cavabdeh3 manasibətdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Abdullayev Rövşən Abduləli oğlunun apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsi Abdullayev Rövşən Abduləli oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 apelyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(075)-32/2019 saylı qətnaməsi qismən yəni, Cavabdeh3 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi, 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun hesabına ödənilməsi, 145 manat ekspertiza xərcinin isə Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə yəni, cavabdehlər Abdullayev Rövşən Abduləli oğlu, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada 11565,44 ABŞ dolları məbləğində əsas borc, 6263,94 ABŞ dolları məbləğində faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17979,38 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun xeyrinə, 30 manat dövlət rüsumu tutularaq Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun hesabına, iddianın qalan hissəsi təmin edilməməsi, 145 manat ekspertiza xərci Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş xx xxxx 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manat pul “xxxxxxxxx” ASC-nin X1 Fondundan tutularaq Dövlət büdcəsinə- AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-77/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-77/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver