Məhkəmə qərarları › İş №2(107)-770/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-770/2020

21.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-770/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1862/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1862/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli, 2-405/2007 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, Cavabdeh xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı Hümmət qızının xeyrinə tutulması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayan Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş uşaqları X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq hər ay sabit pul məbləğində 160 manat alimentin Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxx 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə Türkan adlı bir uşaqları olmuşdur və uşaq hazırda onun himayəsindədir. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən 2007-ci il tarixdə rəsmi məhkəmə qətnaməsi ilə ayrılmışlar və həmin vaxtdan o azyaşlı uşağıyla birlikdə öz valideynlərinə məxsus evdə yaşayır. Cavabdehlə ayrıldıqları vaxtdan uşağı ilə maraqlanmamış, onun saxlanılması üçün könüllü yardım etməmişdir. Cavabdeh uşaqla maraqlanmadığından və onun saxlanılması üçün yardım (aliment) etmədiyindən iddianın əsasında Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli 2-405/2007 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər say sabit pul məbləğində 20 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Lakin cavabdeh həmin vaxtdan bu günə kimi demək olar ki, azyaşlı uşağının saxlanılması üçün yardım etməmişdir. Lakin uşaq artıq böyüdüyü üçün məktəb xərcləri və digər xərcləri qarşılaya bilmir. Məhkəmə tərəfindən qət edilmiş alimentlə uşağın saxlanılmasında, yəni sağlam böyüdülməsində, qidalanmasında və vaxtlı-vaxtında müayinə və müalicə olunmağından bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq o məhkəmənin qət etdiyi 20 manat məbləğində alimenti belə ödəmir. Bununla da, o uşağın saxlanılmasında iştirak etməkdən və yuxarıda göstərilən üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədilə əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək artırılmasına zərurət yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1862/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Ruslan Səfərov apelyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1862/2019 nömrəli qətnaməsinin ləğv edilib alimentin miqdarının azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən bir uşağın saxlanması üçün 160 manat aliment qət edərkən onun sonrakı nikahdan olan uşaqlarını nəzərə almamış, onların hansı vəsait hesabına yaşamalarını, oxumalarını, gündəlik tələbatlarının hansı hesabdan ödənilməsini nəzərə almamışdır. Halbuki, onun sonrakı nikahdan olan uşaqlarının da əvvəlki nikahdan olan qızı kimi maddi yardıma, köməyə ehtiyacları var. Qətnamədə iddiaçının sözləri kimi qeyd edilmişdir ki, guya o işləməsə də fərdi əməklə məşğuldur, gəliri yaxşıdır. Bunlar hamısı yalandır. O, sadə kəndlidir. Özü 4 nəfərdən ibarət olan ailəsini çətinliklə dolandırır. Heç yerdə işləmir. Əgər məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada və vaxtında rəsmi məlumat verilsə idi, o məhkəmə zalında bütün bunları olduğu kimi deyərdi və məhkəmə yəqin ki, onun bu vəziyyətini nəzərə alardı. Təəssüf ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Ona görə də məhkəmə qətnaməsindən narazıdır və apelyasiya şikayəti verir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ağdaş RPŞ-si tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1988-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, Ağdaş rayonu Nehrəxəlil kəndində qeydiyyatdadır. Ağdaş RİHB-nin Nehrəxəlil kənd X15 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 152 saylı arayışdan məlum olur ki, İddiaçı 1988-ci ildə anadan olub, Nehrəxəlil kəndində yaşayır və qeydiyyatdadır. X19 Üzrə Dövlət Agentliyinin Ağdaş şəhər X16 tərəfindən verilmiş xx xxxxxxx 2019cu il tarixli 2526 saylı arayışından məlum olur ki, X7 xx xxxxxx 2006-cı il tarixdə anadan olmuşdur. Hal-hazırda hərtərəfli həkim müayinəsindən keçmişdir və sağlamdır. Ağdaş RİHB-nin Ləki qəsəbə İƏD-i tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli AZ-İİ № 286168 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx xxxxxx 2006-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2006-cı il tarixdə 32 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6r. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2-/014/-18/2007 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh ilə X2 arasında bağlanmış 18 saylı xx.xx.2006-cı il tarixli nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş Türkan adlı qızının iddiaçı X2 himayəsində saxlanılması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli 2-405/2007 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2006-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 20 manat məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. Ağdaş RİHB-nin Yuxarı Ləki kənd İƏD-si Nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Abdullayeva (Səmədova) Gözəl Məhəmmədiyə qızının arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli AZ-İİ № 618071 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Səmədova Gözəl Məhəmmədiyə qızıdır. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxx 2012-ci il tarixli AZ-İİ № 832547 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Səmədova Gözəl Məhəmmədiyə qızıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikahından xx xxxxxx 2006-ci il tarixdə Türkan adlı qızları dünyaya gəlmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli 2-405/2007 nömrəli qətnaməsinə əsasən hər ay uşaq üçün cavabdehdən 20 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı bəyan edir ki, hazırda 20 (iyirmi) manat məbləğində aliment uşağın tələbatlarını ödəmir. Ona görə də cavabdehdən tutulan alimentin məbləğinin hər ay 160 (bir yüz altmış) manat məbləğinə artırılmasını xahiş edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, alimentin miqdarının azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində ikinci dəfə ailə qurduğunu, ikinci ailəsindən iki azyaşlı övladalarının olmasını, heç yerdə işləməməsini, 4 nəfərdən ibarət olan ailəsini çətinliklə dolandırmasını əsas kimi göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X14” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X14 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. X4 xx xxxxxx 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. X14 Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və X14 BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X14” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İstinad olunan qanunvericilik normalarından və Ali Məhkəmənin Plenumunun qərarından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin borcudur, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsi üstün tutulmalıdır. Eyni zamanda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını nəzərə alaraq hesab edir ki, uşaqları saxlamaq valideyn kimi onun borcu olduğuna görə cavabdeh uşağın saxlanması üçün iddiaçıya aliment ödəməlidir. xx xxxxxx 2006-ci il tarixdə anadan olmuş Türkan iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın saxlanması üçün maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırkı iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin və başqa sabit gəlir mənbəyinin olmaması onu uşağı saxlamaq vəzifəsindən azad etmir. Eyni zamanda, məhkəmə hesab edir ki, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və onun həmin nikahdan xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X9 adlı övladları var. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləğinin hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi Cavabdeh maddi vəziyyətinə uyğun olmamaqla bir qədər yüksək məbləğdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunduğu kimi, Cavabdeh tutulan alimentin miqdarı xx.xx.2007-ci il tarixdə təyin edilmişdir. Həmin vaxtdan keçən müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik (artım) olması işin halları ilə müəyyən edilmir. İddiaçıda belə sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi bütün bunları, o cümlədən cavabdehin sonradan yeni nikaha daxil olmasını və həmin nikahdan iki nəfər uşaqlarının doğulmasını nəzərə almayaraq cavabdehdən tutulmalı olan alimentin miqdarını 160 manat məbləğində müəyyən etməklə səhv etmişdir. Kollegiya göstərilənləri, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx xxxxxx 2006-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı, ədalətli və həmin məbləğdə alimentin ödənilməsinin mümkünlüyünü daha ağlabatan hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X18 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı qeyd olunanları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1862/2019 nömrəli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməli, Cavabdeh tutulmalı olan alimentin məbləği azaldılaraq hər ay 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1862/2019 nömrəli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilsin. Cаvаbdeh Cavabdeh оğlundаn xx xxxxxx 2006-ci il tarixdə anadan olmuş X5 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün tutulmalı olan alimentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində, 130 (bir yüz otuz)manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar