Məhkəmə qərarları › İş №2(107)-775/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-775/2021

14.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-775/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçı1, İddiaçı3 Kamil qızı, Əliyeva (Hacıyeva) Nailə Nazim qızı, İddiaçı2 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı3 Kamil qızı, Əliyeva (Hacıyeva) Nailə Nazim qızı, İddiaçı2 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-027B qeydiyyat nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə gələn suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh Bahadur oğlu tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsi ilə (hakim N.Əliyev) iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən su yolunun açılması, suvarma aparılması üçün maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat komissiyasının 14 avqust 1998-ci il Lxli 15 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd ərazisindən 0.27 ha fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı, JN-111A qeydiyyat nömrəli kod 90310018 olan şəhadətnamə ilə torpaq sahəsi verilmişdir. Həmin vaxtdan etibarəndə o ailə üzvləri ilə həmin torpaq sahəsində məskunlaşmışlar və yaşayırlar. Həmçinin uzun müddətdir ki, həmin torpaq sahələrində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğuldurlar. Torpaq sahəsi onlara verilən zamandan onların torpaq sahəsinə gələn suvarma arxı qonşuları Cavabdeh istifadə etdiyi topraq sahəsindən gəlmişdir. Bu günədək də suvarma arxı üçün ödənişləri vaxtı vaxtında ödəmişdir. Bugünədək də cavabdehlə heç bir problem yaşamamışlar. Çünki, kənd ərazisində demək olarki, bir çox qonşuları Suvarma idarəsi tərəfindən təşkil edilmiş suvarma arxları digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən keçir. Bir müddətdir ki, cavabdeh istifadə etdiyi topraq sahəsindən onların torpaq sahələrinə gələn suvarma arxının suyunu kəsmişdir. Nəticədə də əkinçilik və tərəvəzin bar verən yetişən bir dövrdə cavabdehin suvarma arxının suyunu kəsməsi nəticəsində onlara xeyli miqdarda maddi ziyanlıq dəymişdir. Dəfələrlə cavabdehə tutduğu əməlinin düzgün olmadığını, qonşu olduqları üçün də yaranmış problemi aralarında həll etməyi təklif etmişdir. Bütün bunlara baxmayaraq, tutduğu əməlindən əlçəkmir, cavabdehin qanunsuz hərəkətləri nəticəsində təsərrüfat və tərəvəzlərinə xeyli miqdarda ziyanlıq dəymişdir, cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin qərarı ilə razı deyildir. Ümummilli Lider Heydər Əliyevin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanın 4-cü, 5- ci, 6-cı və 7-cı bəndlərində olan Tapşırığı əsasında, Qanuni istifadədə olan yaşayış evlərinin həyətyanı torpaq sahələri əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinə (ev sahiblərinə) verildi və 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı aparılmış ayrı-ayrı qeydiyyat orqanları tərəfindən kəndlərdə Təsərrüfatbaşına uçot Kitablarında şəhərlərdə isə Qeydiyyat Vəsiqələrində Ümummilli X4 Tapşırığı kimi həmin evlərin mülkiyyətçilərinin (ev sahiblərinin) adlarına rəsmiləşdirilib rəsmi dövlət qeydiyyatına alındı. Həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş İddiaçı1 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin üzərindən aşağıda yerləşən qonşunun həyətinə gecə gündüz axan su onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə küllü miqdarda ziyan vurduğu üçün qonşuya gedən suyun qabağını kəsmiş, öz həyətindən aşağıdaki qonşusu Xəlilov Ülviyə "Torpaq mənim mülkiyyətimdədir" deyib su aparmağa icazə verməmiş və Xəlilov Ülvü həyətyanı torpaq sahəsinin yanından axan arxdan nov çəkib həyətyanı torpaq sahəsinə rahatlıqla su aparmışdır. Onun həyətindən gecə gündüz İddiaçı1 həyətinə axan su qonşusu Xəlilov Ülvünün nov çəkdiyi arxa axır. İddiaçı1 dəfələrlə xahiş etmişdir ki, imkan var, o da Xəlilov Ülvü kimi nov çəkərək, suyu həmin arxdan götürsün və onun həyətyanı torpaq sahəsinə ziyan vurmasın. İddiaçı1 bu xahişini rədd edir, deyir ki, “mən suyu sənin torpağınının üzərindən aparacam”. İddiaçı1 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus həyətyanı torpağına, həyətyanı torpaq sahəsi üzərində əkdiyi tərəvəzə ziyan vurmalıdır? Arxa gələn su birdən çox gəlir, xəbəri olmur, aşıb daşır bütün əkdiyi məhsulu məhv edir. Gözlərini həmin məhsula tikmişlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ dövlət tərəfindən müdafiə olunur, qanun tərəfindən qorunur. Qanuni əsas olmasa heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz. (Konstitusiyanın 13-cü və 29-cu maddələri). Şəxsi mülkiyyət hüququ əsasında ona məxsus həyətyanı torpaq sahəsindən onun icazəsi olmadan İddiaçı1 istifadə etmək hüququ var? Yoxdur. Göründüyü kimi, İddiaçı1 qonşusu Xəlilov Ülvü kimi həmin arxdan nov çəkib həyətyanı torpaq sahəsinə su aparmaq imkanı var. Məhkəmə mövcud vəziyyəti yerində araşdırıb yoxlamamış, səhv qərar qəbul etmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı onun mülkiyyətində olan torpaq sahəsindən keçsə də, o indi buna razı deyil. Çünki həmin arxdan gecə-gündüz su getməklə onun təsərrüfatına ciddi ziyan vurur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun qonşusu olmaqla, onun torpaq sahəsinə su arxı cavabdehin torpaq sahəsindən keçir. Həmin su arxı uzun illər mövcud olmasına baxmayaraq, son vaxtlar cavabdeh oradan suyun axıdılmasına imkan vermir. Həmin arxa gah çirkab suyu axıtmaqla, gah da ördəkləri buraxmaqla ona gələn suyu tamam çirkləndirir. Bundan əlavə cavabdeh özünə məxsus olan hamamın çirkab suyunu onunla sərhəd hissəyə axıdır ki, o da həmin iy-qoxudan həyətdə otura bilmir. Bir sözlə cavabdeh qonşuluğa riayət etmir. Bütün bunlara baxmyaraq əgər cavabdeh öz həyətindən su arxının keçməsinə etiraz edirsə, o öz xərci hesabına alternativ variantlardan (məsələn, qonşu bələdiyyə torpağından) istifadə etməklə həyətinə su apara bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquq məsələləri: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlər; Ağdaş rayon Qoşaqovaq kənd Bələdiyyəsi tərəfindən verilmiş 09 iyun 2020-ci il tarixli 11 saylı arayışdan məlum olur ki, İddiaçı1 içməli suyu uzun müddətdir ki, Cavabdeh məxsus həyətyanı sahəsindən keçir. Ağdaş rayon İHB-nın Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, 09 iyun 2020-ci il tarixli 131 saylı arayışdan məlum olur ki, İddiaçı1 1962-ci ildə anadan olub. Hal-hazırda Ağdaş rayon Qoşaqovaq kəndində yaşayır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-111A, (kod ********) saylı şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı3 Kamil qızı, İddiaçı2 və X2 Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 0.27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ağdaş rayon İHB-nın Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, 21 avqust 2020-ci il tarixli 164 saylı arayışdan məlum olur ki, 2(014)- 226/2019 saylı mülki işin baxılması ilə əlaqədar Ağdaş rayonun Qoşaqovaq kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən su yolu əvvəllərdə iddia olunan sahədən axıdılmışdır. Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli 63 saylı arayışdan məlum olur ki, həqiqətən uzun illər boyu İddiaçı1 həyətinə içməli və həyətin suvarılması üçün gələn su həqiqətən onun yuxarı tərəfində yaşayan qonşusu Cavabdeh Bahadır oğlunun şəxsi həyətyanı sahəsindən keçirdi. Lakin son vaxtlar aralarında yaranan şəxsi münasibətlər üzündən Cavabdeh İddiaçı1 şəxsi təsərrüfatına verilən suyu kəsmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellya siyaşikayətinin dəlilləri əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Əvvəla ona görə ki, məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşuluq münasibətində olmaqla, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı uzun illər cavabdehin həyətyanı torpaq sahəsindən keçmişdir. Lakin son vaxtlar iddiaçıya məxsus torpaq sahəsinin suvarılmasına cavabdeh tərəfindən maneələr yaradılır. Maneənin yaradılmasına da əsas səbəb kimi iddiaçı tərəfindən axıdılan suyun cavabdehin torpağına və təsərrüfatına ciddi ziyanın vurulmasıdır. Bu hal iş üzrə mütəxəssislər tərfindən də təsdiq olunur. İkincisi, kollegiyanın araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus olan torpaq sahəsindən suyun aparılmaması ilə, heç də alternativ variantlardan istifadə etməklə öz təsərrüfatına (torpaq sahəsinə) su arxının çəkilməsindən məhrum olmur. Əksinə həm iddiaçının özünün, həm də yerində baxış keçirmiş mütəxəssislərin mövqeyindən belə qənaətə gəlmək olur ki, JN-111 A, (kod 90310018 ) saylı şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı3 Kamil qızı, İddiaçı2, və X2 verilmiş Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsinə alternativ mənbələrdən su axıdılması ərazinin relyefi nəzərə alınmaqla yerinə yetirmək mümkündür. Bunun üçün cavabdehin üstün mülkiyyət hüuqunu nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, su arxının istiqamətinin relyefə uyğun alternativ olaraq dəyişdirilməsi daha məqsədə müvafiq hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(014)-1010/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1, İddiaçı3 Kamil qızı, Əliyeva (Hacıyeva) Nailə Nazim qızı, İddiaçı2 Cavabdeh qarşı “JN-027B qeydiyyat nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə gələn suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh Bahadur oğlu tərəfindən yaradılan süni manelərin aradan qaldırılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar