Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-776/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 qаrşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qаrşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan “Dəmirbank" ASC-in xeyrinə 2014-cü il 18 fevral tarixli, BK- 14/20-AZN Baş kredit müqaviləsi və ona bağlanmış 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsi üzrə 25970,88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcun və 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 479,36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 32389,37 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması; tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinə yönədilməsi, həmin evlərin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASCyə yönəldilməsi və boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 36%-dən çox olmamaq şərti ilə 72 ay müddətinə 200 000 manat və valyuta ekvivalenti məbləğində dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədi ilə kredit xətti ayrılmışdır. 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli, ZM-1-14/20 AZN saylı zaminlik müqaviləsi və 2014-cü il 18 fevral tarixli, İP-14/20-AZN saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli əlavə sazişinə uyğun olaraq İP-33/20 saylı 05.08.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanmış, və həmin ipoteka müqaviləsinə əsasən 2014-cü il 18 fevral tarixli BK-14/20- AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli zaminlik müqaviləsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış sahəsi 91,01 kv.m olan, 1mərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı-kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 19 % (faktiki faiz 20,28) şərtilə 24 ay müddətinə 100000 manat kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 38 faiz dərəcəsi ilə, aylıq isə 3,17 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 20% faiz (faktiki faiz 20,3) şərtilə 48 ay müddətinə 35000 ABŞ dolları kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz dərəcəsi ilə, aylıq isə 3,33 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli, 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc 1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.02.2020-ci il tarixinə qədər uzadılmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.08.2018-ci il tarixinə qədər uzadılmışdır. 2018-ci il iyul ayının 4-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 25970.88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcu vardır. 2018-ci il iyul ayının 4-dək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 479,36 ABŞ dolları cərimə olmaqla ümumilikdə 32389,37 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsi ilə (hakim N. Əliyev) iddia qismən təmin edilmişdir. Cavabdeh2 2014-cü il 18 fevral tarixli, BK-14/20- AZN Baş kredit müqaviləsi və ona bağlanmış 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 25970,88 manat, 4482,15 faiz borcun, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcun və 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 26295,55 ABŞ dollarının, 5614,46 ABŞ dolları faiz borcunun, 40 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 31950.01 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinə yönədilməsi, həmin evlərin açıq hərracdan satılması, satışdan sonra fərdi yaşayış evlərinin boşaldılması və satışından əldə olunan vəsaitin hesabına olan borc ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilməsi, ipoteka predmetinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 65000 manat və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 75 000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumunun, cəmi 60 manatın isə müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı DəmirBank” ASC-nin hesabına ödənilməsi, cаvаbdеh Cavabdeh2 700 manat qiymətləndirmə haqqının tutularaq Kodu 503314; VÖEN **********; Müxbir hesab AZ89NABZ********************; SFİFT BİK AMRAAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ40AMRA******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2014-cü il 18 fevral tarixli, BK- 14/20-AZN Baş kredit müqaviləsinə əsasən, Cavabdeh2 Ağdaş filialından illik 36%-dən çox olmamaq şərti ilə 72 ay müddətinə 200 000 manat və valyuta ekvivalenti məbləğində dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədi ilə kredit xətti ayrılmışdır. 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli, ZM-1- 14/20 AZN saylı zaminlik müqaviləsi və 2014-cü il 18 fevral tarixli, İP-14/20-AZN saylı İpoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli əlavə sazişə uyğun olaraq İP- 33/20 saylı, 05.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli zaminlik müqaviləsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yasayiş evi və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış sahəsi 91,01 kv.m olan, 1mərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı-kredit müqaviləsinə əsasən, Cavabdeh2 Ağdaş filialından illik 19 % (faktiki faiz 20,28) şərtilə 24 ay müddətinə 100000 manat kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli, 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc,1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.02.2020-ci il tarixinə qədər uzadılmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.08.2018-ci il tarixinə qədər uzadılmışdır. Məhkəmə iddia ərizəsində göstərilən 479,36 ABŞ dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaltmağı, 40 ABŞ dolları olmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, cavabdeh borcunu ödəməməmiş, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı-kredit müqaviləsinə əsasən, Cavabdeh2 Ağdaş filialından illik 19 % (faktiki faiz 20,28) şərtilə 24 ay müddətinə 100000 manat kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc, 1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.02.2020-ci il tarixinə qədər uzadılmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.08.2018-ci il tarixinə qədər uzadılmışdır. Məhkəmə iddia ərizəsində göstərilən 479,36 ABŞ dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaltmağı, 40 ABŞ dolları olmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq cavabdeh borcunu ödməməmiş, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Ona görə də Cavabdeh2 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 25970,88 manat əsas borc, 4482,15 faiz borcu, 1771,51 manat cərimə borcu olmaqla ümumilikdə 32224,54 manat məbləğində borcun və 05 avqust 2015-ci il tarixli 33/20 USD saylı kredit müqaviləsi üzrə 26295,55 ABŞ dolları əsas borc, 5614,46 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 31950.01 ABŞ dolları məbləğində borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, cəmi 60 manat isə müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, Tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evlərinə yönədilməsi, həmin evlərin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilməsi və boşaldılaraq banka təhvil verilməlidir. Cаvаbdеh Cavabdeh2, Cavabdeh3, və Cavabdeh1 700 manat qiymətləndirmə haqqı tutularaq Kodu 503314; VÖEN **********; Müxbir hesab AZ89NABZ********************; SFİFT BİK AMRAAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ40AMRA******************** hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 295-ci, 298.1-ci, 298.2-ci, 317.1-ci, 317.2-ci, 319.1-ci, 414-416-cı, 442-ci, 445.1-ci, 445.2.1-ci, 445.3-cü, 448.1-ci, 460.1-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 739.1 və 739.2-ciŞ741-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü, 34.1.2-ci, 39.3.3-cü, 41.1-ci, 59.1-ci, 59.3-cü, 59.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əmlakların ilkin satış qiymətlərinin 65000 və 75000 manat müəyyənləşdirilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv olunmalı və həmin hissədə yenidən ekspertiza keçirilməli və əmlakların likvid və ilkin satış qiymətlərinə dair yeni qətnamə qəbul edilməlidir. Bundan əlavə, ipoteka qoyulmuş əmlakın hazırki bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin satış qiymətindən dəfələrlə azdır və qətnamə üzrə müəyyən olunmuş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. İş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Odur ki, onlar Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsinin şikayət verilən hissələrdə ləğv edilməsini, əmlakın qiymətləndirilməsi hissəsində yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdehlərin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “Dəmirbank" ASC-dən qeyd edilən kredit müqavilələri üzrə kredit götürüldükdən bir müddət sonra manatın iki dəfə devolvasiyaya uğraması nəticəsində maddi imkanları da ağırlaşdığından götürülmüş kreditlərin ödəniş cədvəlinə uyğun qaytarılması mümkün olmamışdır. Problemli kreditlərin həlli istiqamətində prezidentin məlum fərmanı cavabdehlərə şamil edilmədiyindən, iki fərdi yaşayış evi ipoteka ilə yüklü olduğundan və kredit ödənilməsi mümkün olmadığına görə hərrac yolu ilə satılması iki ailənin onsuz da ağır olan maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Fərmandan sonra cavabdehlər iddiaçı banka müraciət edərək maddi vəziyyətləri ağır olduğuna görə kredit ödəyə bilmədiklərini iddiaçının nəzərinə çatdırmaqla güzəştli şərtlərlə onlarla yenidən müqavilə bağlanmasını xahiş etsələr də, iddiaçı tərəfindən müraciət qəbul edilməmişdir. İşə baxan məhkəmə bütün bu halları, həmçinin kreditə görə uyğunsuz məbləğdə (1771 manat) cərimə yazılmasını nəzərə almamış, iddiaçının mənafeyini müdafiə etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə Azərbaycan Respublikası Konstitusiyasının, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun, Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrinin, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının maddələrini pozmuşdur. Odur ki, apelyatorlar Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri İddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)- 39/2020 saylı qətnaməsinin şikayət verilən hissələrdə ləğv edilməsini, əmlakın qiymətləndirilməsi hissəsində yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətindən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)- 39/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Tələb qətnamənin tam ləğvinə yönəlsə də, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçı tərəfin apellyasiya şikayətini əmlakın qiymətləndirilməsi hissəsində, cavabdehlərin apellyasiya şikayətlərini isə Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti 45000 (qırx beş min) AZN, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti 50000 (əlli min) AZN müəyyənləşdirilməlidir. Eyni zamanda 1771,51 manat cərimə borcu hissəsi, 700 manat cərimə borcu şəklində dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2014-cü il 18 fevral tarixli, BK- 14/20-AZN Baş kredit müqaviləsinə əsasən Cavabdeh2 Ağdaş filialından illik 36%-dən çox olmamaq şərti ilə 72 ay müddətinə 200 000 manat və valyuta ekvivalenti məbləğində dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədi ilə kredit xətti ayrılmışdır. 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli, ZM-1- 14/20 AZN saylı zaminlik müqaviləsi və 2014-cü il 18 fevral tarixli, İP-14/20-AZN saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli əlavə sazişə uyğun olaraq İP- 33/20 saylı, 05.08.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanmış və həmin İpoteka müqaviləsinə əsasən 2014-cü il 18 fevral tarixli, BK-14/20-AZN Baş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış 2014-cü il 18 fevral tarixli zaminlik müqaviləsi, Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yasayiş evi və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış sahəsi 91,01 kv.m olan, 1 mərtəbəli. 4 otaqdan ibarət fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı-kredit müqaviləsinə əsasən, Cavabdeh2 Ağdaş filialından illik 19 % (faktiki faiz 20,28) şərtilə 24 ay müddətinə 100000 manat kredit verilmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 USD saylı kredit müqaviləsinin 2016-cı il 10 mart tarixli, 2 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 31501.22 ABŞ dolları təşkil etmiş və əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi 14 faiz dərəcəsi təşkil etmişdir. 2015-ci il 05 avqust tarixli, 33/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli 3 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 26295,55 ABŞ dolları əsas borc 1822,29 ABŞ dolları faiz borcu və 448,25 ABŞ dolları cərimə borcu təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 14 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.02.2020-ci il tarixinə qədər uzadılmışdır. 2015-ci il 05 avqust tarixli, 32/20 AZN saylı kredit müqaviləsinin 2017-ci il 07 avqust tarixli, 1 nömrəli əlavə sazişinə uyğun olaraq kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 25970,88 manat təşkil etmiş, əlavə saziş imzalandığı tarixdən etibarən faiz dərəcəsi illik 19 faiz dərəcəsi təşkil etmiş, kreditin müddəti 07.08.2018-ci il tarixinə qədər uzadılmışdır. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq cavabdeh borcunu ödməməmiş, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əmlakların ilkin satış qiymətlərinin 65000 və 75000 manat müəyyənləşdirilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv olunmalı və həmin hissədə yenidən ekspertiza keçirilməli və əmlakların likvid və ilkin satış qiymətlərinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq, qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. İddiaçı tərəf ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X1” MMC-nin 29 iyun, 067/LBC nömrəli rəyinə əsasən, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki dövrə olan likvid qiyməti 50000 (əlli min) AZN təşkil edir. Bundan əlavə “X1” MMC-nin 29 iyun, 068/LBC nömrəli rəyinə əsasən, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti 45000 (qırx beş min) AZN təşkil edir. Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıdı qeyd edilən qərardadını diqqətə alaraq hesab edir ki, apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə təmin edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti 45000 (qırx beş min) AZN, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti 50000 (əlli min) AZN müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, kreditə görə uyğunsuz məbləğdə (1771 manat) cərimə yazılmasını nəzərə almamış, iddiaçının mənafeyini müdafiə etmişdir. Məhkəmə kollegiyası həmin dəlilə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə qismən əsaslıdır. birinci instansiya məhkəməsinin qətnaməsinin 1771,51 manat cərimə borcu müəyyənləşdirilməsi hissəsi, 700 manat cərimə borcu şəklində dəyişdirilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditоrun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və aоnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır.” Məhkəmə kоllegiyаsı hesаb edir ki, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı azaldılmalıdır. Məhkəmə kollegiyası iddiaçı ilə yenidən müqavilə bağlanmağına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yəni iddiaçı tərəf yeni müqavilə bağlamaqda sərbəstdir. Mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmasına aid hissəyə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Həmin maddədən görünür ki, “mənzilin boşaldılması” ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun tərkib hissəsidir, mənzilin boşaldılması ilə həmin prosedur başa çatır. İpoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ ipotekasaxlayana məxsus olduğuna görə o, mənzilin boşaldılmasını da tələb etmək hüququna malikdir. 1. məhkəmə icraatından sonra; 2. məhkəmə icraatının həyata keçirilməsi (mənzilin hərracda almış şəxsin ipotekaqoyana və onunla birlikdə yaşayan ailə üzvlərinə və digər şəxslərə qarşı mənzildən çıxarılma barədə iddia irəli sürməsi, həmin iddiaya baxılması, qətnamə çıxarılması, qətnamədən şikayətlər verilməsi, qətnamənin qanuni qüvvəyə minməsi, qətnamənin icraya yönəldilməsi, könüllü icra üçün vaxt verilməsi, daha sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi və s.) məhkəmə icraatının prinsiplərində biri olan prosessual qənaət prinsipinə uyğun deyil. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunub: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə ... məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar”. Göründüyü kimi, mənzildən çıxarılmanın əsası “tutmanın yönəldilməsi barədə məhkəmə qərarı” kimi göstərilmişdir. Ona görə də həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış dəyərinə münasibətdə qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış dəyərinə münasibətdə dəyişdirilsin. Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m, yaşayış sahəsi 49,3 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti 45000 (qırx beş min) AZN, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,46 kv.m yaşayış 91.01 kv.m olan, 1 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiyməti 50000 (əlli min) AZN məbləğində müəyyən edilsin. Cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsinin 1771,51 manat cərimə borcuna aid hissədə dəyişdirilərək cərimə borcu 700 manat müəyyən edilsin. Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tаrixli, 2(014)-39/2020 saylı qətnaməsi apelyatorların apellyasiya şikayətləri üzrə mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə qiymətləndirmə xərcini təşkil edən 700 (yeddi yüz manat) iddiaçı ləğv prosesində olan İddiaçı ASC dən tutularaq, “Kapital Bank” ASC, kodu 201025, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, SWİFT kod AİİBAZ2XXXX, H/hesabı AZ48Aİİ400600C**********142 hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-776/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-776/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver