Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-777/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli 2(039)-620/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə)xx xxxxx 2019-ci il tаrixli 2(039)- 620/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 2900 manat borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 2900 (iki min doqquz yüz) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı cavabdehi tanıdığından və onunla ünsiyyəti olduğundan çətinliyə düşməsi ilə əlaqədar özünün cərrahiyyə əməliyata cəlb edilməsini bildirərək bir neçə gün ərzində evinə gələrək ondan xahiş edərək 2900 manat pul istəmişdir. Cavabdeh həmin pulu götürərkən 4 ay ərzində qaytaracağını vəd etmişdir. Ancaq pulu almasından 4 ay keçsə də, şəxs pulunu bu günə kimi qaytarmamışdır. O, dəfələrlə ona müraciət etmiş, pulunun qaytarılmasını xahiş etmişdir. Ancaq bu günə kimi ondan götürülən pul qaytarılmamışdır. Cavabdeh götürdüyü pul məbləğini qaytarmaq istəmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh mübahisələndirdiyi pulu götürərkən ona rəsmi qəbz vermiş, həmin qəbzdə konkret olaraq 2900 manat məbləğində pul aldığını etiraf etməklə bərabər, həm də borcunu 4 ay ərzində qaytaracağını vəd etmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin ondan götürmüş olduğu 2900 manat məbləğində pulun alınıb ona qaytarılmasını istəyir. İddiasında qəti və israrlıdır. Tələbin təmin olunmasını istəyir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh İddiaçı pul götürdüyünü və qaytardığını bildirmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli 2(039)-620/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)- 777/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizаsıtəyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 4/415 nömrəli rəyi məhkəmə kollegiyasına daxil olmuş, kollegiyanın xx xxxxxxx 2020-ci il tarixli 2(107)- 777/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səhti yanaşmışdır. Məhkəmə işin həqiqi hallarını hərtərəfli araşdırmamışdır. O, İddiaçı 2900 manat borc pul məbləği almamışdır. Ondan yalnız 900 (doqquz yüz) manat borc pul almış və həmin borcunu qaytarmışdır. Qeyd edir ki, o, iddiaçıya pul borclu olmağına dair heç bir qəbz yazmamışdır. Qəbz onun adından saxta tərtib edilmişdir. Birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmiş və işin araşdırılması çəkişmə prinsipinə əməl edilmədən həyata keçirilmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Yevlax RPŞ-si tərəfindən xx xxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri İ.Dəmirov küçəsi mənzil 93-də yaşayır. İşdə olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı (iki min doqquz yüz) manat borc pul aldığını və borcunu 4 ay müddətinə qaytaracağını bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 4/415 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 6-cı vərəqində Cavabdeh adından olan 2900 manat pula dair qəbzdəki yazılar və “İmza.” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı bu barədə qəbz tərtib etməklə və borcu 4 ay ərzində qaytarmaq şərti ilə 2900 manat məbləğində borc pul almışdır. Lakin cavabdeh borcunu qaytarmamış və borc aldığı pulun qaytarılması ilə bağlı məhkəməyə hec bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 2900 manat, borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. İddiaçı cavabdehə borc pul verdiyini iddia edir və həmin məbləğin qaytarılmasını tələb edir. Belə olan halda iddia tələbinin qanuni əsasını Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddədə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə edir və həyаtа keçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 445-ci mаddəsinin tələbinə görə, icrаnı gecikdirmiş bоrclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditоr qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi iddiaçı cavabdehin borclu olduğu 2900 (iki min doqquz yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin əsasında Cavabdeh İddiaçı 2900 (iki min doqquz yüz) manat məbləğində borc pul alması barədə yazılmış qəbz dayanır. Cavabdeh apelyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında həmin qəbzin onun tərəfindən yazılmadığını, qəbzin saxta olduğunu bildirmiş və bunun sübut olunması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizаsıtəyin edilməsini xahiş etmişdir. O, İddiaçı 2900 manat borc pul məbləği almadığını, ondan yalnız 900 (doqquz yüz) manat məbləğində borc pul aldığını və həmin borcunu qaytardığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 4/415 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş mülki işin 6-cı vərəqində Cavabdeh adından olan 2900 (iki min doqquz yüz) manat pula dair qəbzdəki yazıların və “İmza.” sözünün qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Habelə Cavabdeh İddiaçı yalnız 900 (doqquz yüz) manat məbləğində borc pul almasına və həmin borcunu qaytarmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Bununla da, cavabdehin apelyasiya şikayətinin dəlillərinin əsassız olması təsdiq olunur. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 4/415 nömrəli ekspert rəyi işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul edir. MPM-in: 76.1-ci mаddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyasına görə iddiaçının tələbi iş materiallarında olan sübutlarla sübut olunduğuna görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X3 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X3 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli 2(039)-620/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 4/415 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli 2(039)-620/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 4/415 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-777/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-777/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver