Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-78/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(035)-107/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 11793.18 ABŞ dolları məbləğində kredit borcunun, 7915.88 ABŞ dolları məbləğində faiz borcunun, 11781.14 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 31490.20 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə ahnmas ıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 31490.20 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə ahnmasıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nin xeyrinəödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması; ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən üsuşi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasmı xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(035)-107/2021 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 18.02.2015-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə əsas borca görə 11793.18 ABŞ dolları, faizə görə 5919.35 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə), iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin və açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiyməti fərdi yaşayış evinin 27000 manat məbləğində müəyyən edilməsi, tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli 26L000002009 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə təmin tədbiri kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bank arasında 13.11.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və onlar Cavabdeh1 öhdəliklərinin icrasına görə bank qarşısında birgə məsuliyyət daşıyacaqlarını öz üzərlərinə götürmüşlər. Həmin kredit xətti müqaviləsi üzrə Bankla Cavabdeh1 arasında bağlanmış 18.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında sonuncuya 48 ay müddətinə, aylıq 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə Bank arasında 16.02.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İddiaçı həmin borcun könüllü ödənişini tələb etsə də, Cavabdeh1 borcun könüllü ödənişini təmin etməmişdir. Hazırda cavabdehin iddiaçıya 18.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borcu 11793.18 ABŞ dolları, faiz borcu 7915.88 ABŞ dolları, cəriməyə görə borcu 11781.14 ABŞ dolları, cəmi borcu 31490.20 ABŞ dolları təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Krediti əldə etdiyi tarixdən etibarən müəyyən olunmuş qrafik əsasında ödənişlər həyata keçirməyə başlamışdır. Məlumat üçün qeyd edir ki, kredit müqaviləsinin bağlanılması müddəti dolların 78 manat müəyyən olunduğu dövrlərə təsadüf edirdi. Ümumilikdə kredit borcu üzrə sözü gedən banka 10000 (on min) manata yaxın pul ödəmişdir. Lakin məhkəmə iclası zamanı ödəniş qrafikləri əldə olunmamış və bunların məhkəməyə təqdim olunması öhdəliyi tərəflərin üzərinə qoyulmamışdır. Zərdab Rayon Məhkəməsinin 2 (035)-107/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsində də bu haqda heç bir fikir qeyd olunmamışdır. Bununla başa düşülür ki, Zərdab Rayon Məhkəməsinin qətnaməsində ödəmiş olduğu məbləğlər də silinməmişdir. Qeyd etdiyi faktlar onu sübut edir ki, məhkəmə prosesi formal şəkildə keçirilmişdir. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-107/2021 saylı mülki iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsində qeyd olunmuş əsas borcun yenidən hesablanması, faizə görə 5919.35 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dollarının silinməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Digər şəxslər isə gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını yalnız əsas, faiz və cərimə puluna münasibətdə mübahisələndirsə də, sonradan vəsatət verərək ipoteka predmeti olan əmlakın dəyəri ilə razılaşmadıqlarını bildirmiş, qətnaməni bu hissədə də mübahisələndirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(035)-107/2021 nömrəli qətnaməsi ipoteka predmetinin dəyərinə münasibətdə dəyişdirilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli 26L000002009 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 026S**********02 və 26S000003814 saylı 13.112013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və Bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla, 48 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. 16.02.2015-ci il tarixli, 026M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 öhəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı-nin Göyçay filialı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yäşayış;-58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərd yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin № 0593057RX seriyalı çıxarışdan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 120 ay müddətinə İddiaçı-nin Göyçay filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. 07.05.2018-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə ərizə verilmiş, həmin ərizə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində 03.05.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. 04.04.2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun könüllü şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/2800 saylı, 07.09.2020-ci il tarixli rəyindən görünür ki, 18.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 05.12.2019-cu il tarixə banka əsas borc üzrə 11880.94 ABŞ dolları, faiz borcu üzrə 5919.35 ABŞ dolları borcu olması müəyyən edilmişdir. “X2” MMC tərəfindən 21.08.2020-ci il tarixdə verilmiş 030/20 № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində ünvan 1 ünvanında Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 27000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qimətləndirmə fəaliyyətinin obyekti sayılır və hər bir şəxsin öz əmlakını qiymətləndirmək hüququ vardır. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməklə və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmış və yenidən əmlakların qiymətləndirilməsini təşkil etmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli LF 32 saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, beləliklə,aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh2 məxsus Zərdab şəhəri, Şəhriyar küçəsi, 2-ci döngədə yerləşən 4 saylı fərdi-yaşayış evinin 01 dekabr 2021-ci il tarixinə bazar dəyəri 40 000 (qırx min) manat, likvid dəyəri 33 000 (otuz üç min) manat təşkil edir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli 26L000002009 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə təmin tədbiri kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bank arasında 13.11.2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və onlar Cavabdeh1 öhdəliklərinin icrasına görə bank qarşısında birgə məsuliyyət daşıyacaqlarını öz üzərlərinə götürmüşlər. Həmin kredit xətti müqaviləsi üzrə Bankla Cavabdeh1 arasında bağlanmış 18.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında sonuncuya 48 ay müddətinə, aylıq 1.8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə də Bank arasında 16.02.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdehlər bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Borcun könüllü ödənişi tələb olunsa da, cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Apellyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli LF 32 saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh2 məxsus Zərdab şəhəri, Şəhriyar küçəsi, 2-ci döngədə yerləşən 4 saylı fərdi-yaşayış evinin 01 dekabr 2021-ci il tarixinə bazar dəyəri 40 000 (qırx min) manat, likvid dəyəri 33 000 (otuz üç min) manat təşkil edir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətində əmlakın dəyərinə münaibətdə mübahisələndirilən dəlillər əsaslı olduğundan qismən təmin olunmalıdır. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlillərinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf şikayətin dəlilləri ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(035)-107/2021 nömrəli qətnaməsi ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(035)-107/2021 nömrəli qətnaməsi “ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 27.000 (iyirmi yeddi min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 110 kv.m ümumi, 51.4 kv.m yaşayış, 58.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin hazırkı vəziyyətdə likvid dəyəri 33 000 (otuz üç min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-78/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-78/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver