Məhkəmə qərarları › İş №2(107)-783/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-783/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-783/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - X3 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-59/2019 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16.411,12 AZN borc və 3000 AZN cərimə borcu olmaqla, cəmi 19.411,12 AZN manat borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X9 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasını yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində və cavabdeh X9 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfin yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin Cavabdeh1 xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 AZN manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə təyin edilmiş qiymtləndirilmənin aparılmasına görə 800 AZN məbləğində pulun Cavabdeh1 alınaraq “xxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, X10 və X1 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 23177 manat əsas kredit borcu, 4479 manat faiz borcu və 5580 manat cərimə borcu olmaqla, cəmi 33236 (otuz üç min iki yüz otuz altı) manat borcun Cavabdeh1 alınaraq İddiaçı» ASC-nin xeyrinə ödənilməsini, xx xxxx 2013-cü il tarixli GYF- 8215 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X9 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-AğdaşQəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasını yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılmasına, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin 70300 manat məbləğində və cavabdeh X9 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1 -ci km-nin sol tərəfin yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 54800 manat məbləğin» müəyyənləşdirilməsinə, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 xx xxxx 2013-cü il tarixli GYF- 8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 33236 (otuz üç min iki yüz otuz altı) manat məbləğində borcunun ödənilməsinə, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılmasına və iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı X13 arasında xx xxxx 2013-cü il tarixdə GYF-8215 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə 48 ay müddətinə illik 19 % hesablanmaqla 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. Kredit məbləği xx xxxx 2013-cü il tarixdə Cavabdeh1 ödənilmişdir. xx xxxx 2013-cü il tarixdə bağlanmış, xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə Cavabdeh2 mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evini Cavabdeh1 xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 70300 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən, 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında qanunun 10.4-cü maddələrinə uyğun olaraq Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş fərdi yaşayış evinin dövlət qeydiyyatı aparılmış və həmin tarixdə DƏDRX tərəfindən bu barədə yüklülük Çıxarışı (Seriya: RX №0228046) təqdim edilmişdir. Bundan başqa cavabdeh X11 xx xxxx 2013-cü il tarixdə bağlanmış, xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya əsasən mülkiyyətində olan Ağdaş şəhəri Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 54800 manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış binasını digər Cavabdeh1 xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoymuşdur. İpoteka qoyan X2 bağladığı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən, 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipotekasaxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında qanununun 10.4-cü maddələrinə uyğun olaraq cavabdeh X11 tərəfindən ipoteka qoyulmuş qeyri-yaşayış binasının dövlət qeydiyyatı aparılmış və həmin tarixdə DƏDRX tərəfindən daşınmaz əmlakın yüklülüyünün qeydə alınması barədə RX seriyalı ******* nömrəli dövlət reyestrindən Çıxarış iddiaçıya təqdim edilmişdir. Cavabdeh1 ilə kredit müqaviləsi bağlandıqdan sonra, İddiaçı X13 həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 razılaşdırılmış ödəniş qrafiki üzrə 48 ay müddətində hər aym 26-sı tarixində (xx.xx.2013-xx.xx.2017) kredit borcunu ödəməli idi. Lakin Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri xx xxxxxx 2013-cü ildən başlayaraq hər ayın 26-da ödənilməsini öhdəsinə götürdüyü halda, yalnız faiz borcundan cüzi ödəmələr etmişdir. Bununla da cavabdehlər Bankla bağladıqları kredit və ipoteka müqavilələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, xx xxxx 2013-ci il tarixdə onunla İddiaçı ASC arasında İpoteka müqaviləsi bağlanmışdır. Ona məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evini Cavabdeh1 xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 70300 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit borcunu əvvələr ödəsədə son vaxtlar maddi vəziyətinin pis olması ilə əlaqədar ödəyə bilməmişdir. Məhkəmədən faizin silinməsini və borcu ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı ASC və Cavabdeh2 apelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddia tələbinin cərimə məbləğinə dair hissəsini qismən, yəni 3000 manat məbləğində təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir. Halbuki Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə iddia ərizəsi məhkəməyə verilən günə 23177 manat əsas kredit borcu, 4479 manat faiz borcu və 5580 manat cərimə borcu olmaqla, cəmi 33236 manat borcu yaranmışdır. Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri xx xxxxxx 2013-cü ildən başlayaraq hər ayın 26-da ödənilməsini öhdəsinə götürdüyü halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onunla bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinin tələblərinə əsasən hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə hesablanmışdır. Lakin məhkəmə cərimə məbləğini 3000 manat məbləğində müəyyən etməklə kreditorun pozulmuş əmlak mənafelərini nəzərə almamışdır. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyini sübut növü kimi nəzərə alan məhkəmə Cavabdeh1 banka olan 23177 manat əsas kredit və 4479 manat faiz borcunu azaldaraq cəmi 16.411,12 manat müəyyən etmişdir. Halbuki qeyd edilən rəydən görünür ki, ekspert kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilən 6600 manat ödənişi faiz və cərimə borcundan deyil, əsas borcdan silmişdir. Belə olduğu halda məhkəmə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnаməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Qətnamənin qismən ləğv edilməsi üçün əsas odur ki, birinci instansiya məhkəməsinin işin araşdırması nəticəsində müəyyən etdiyi hallarla iş üzrə gəldiyi nəticə uyğunsuzluq təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi, işin araşdırılması nəticəsində, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində alınmış ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdən əlavə dəbbə faizləri hissəsində iddia tələblərini əsassız olaraq təmin etmişdir və iş üzrə həmin hissədə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, cavabdehdən 3000 manat cərimə borcunun tutulması hissəsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bundan başqa qətnamə ilə kredit müqaviləsi üzrə cəmi borc 19.411,12 manat müəyyən edilmişdir. Belə olduğu halda, hər iki girovun ipoteka ilə yüklü edilməsinə ehtiyac qalmır. Çünki ən aşağı məbləğdə qiymətləndirilmiş Bakı-Ağdaş-Qəbələ yolunun l-ci kilometrliyinin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki qeyri- yaşayış sahəsinin ilkin satış qiyməti 55000 manatdır. Yəni ən kiçik girov əmlak borc məbləğindən təxminən üç dəfə çoxdur. Nəzərə alınsa ki, Cavabdeh2 məxsus fərdi yaşayış evində hal hazırda 2 ailə yaşayır, hazırkı kredit borcu üzrə Bakı-Ağdaş-Qəbələ yolunun l-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinin girov əmlak kimi saxlanılması kifayətdir. Bütün yuxarıda sadalanan hallar təsdiq edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsassızdır və bu səbəbdən də qətnamə həmin hissələrdə ləğv edilməli, qalan hissədə isə qüvvədə saxlanılmalıdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnаməsinin qismən, 3000 AZN cərimə borcunun "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi və borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması hissəsində ləğv edilərək, qalan hissədə qüvvəsdə saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnаməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)- 59/2019 saylı qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş RPŞ-si tərəfindən xx xxxxxx 2008-cı il tarixdə verilmiş AZE seriyalı 06470852 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx xxxxxx 1982-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, H.Hacıyev küçəsi-3 A-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdaş RPŞ-si tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZE seriyalı 02093864 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh2 xx xxxx 1945-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, ünvan 2-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından məlum olur ki, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı yaşayış sahəsi 163 kv.m yardımçı sahəsi 80.08 kv.m ümumi sahəsi 243.08 kv.m təşkil edən 24 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsindən məlum olur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 61000 (altmış bir min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli razılıq ərizəsinin surətindən məlum olur ki, Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı yaşayış sahəsi 163 kv.m yardımçı sahəsi 80.08 kv.m ümumi sahəsi 243.08 kv.m təşkil edən 24 nömrəli fərdi yaşayış evini ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə məhkəmə mübahisəsi yaranarsa evi qeyri şərtsiz tərk edəcək və bütün müsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə X11 arasında bağlanmış xx xxxx 2013cü il tarixli ipoteka müqaviləsindən məlum olur ki, X10 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsi 92.93 kv.m ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə X11 arasında bağlanmış xx xxxx 2013cü il tarixli ipoteka müqaviləsindən məlum olur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 53435 (əlli üç min dörd yüz otuz beş) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli razılıq ərizəsinin surətindən məlum olur ki, X10 məxsus Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsi 92.93 kv.m ipotekaya qoyulmasına etirza etmir, gələcəkdə məhkəmə mübahisəsi yaranarsa qeyd şərtsiz tərk edəcək və bütün müsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş 1112 saylı arayışın surətindən məlum olur ki, ünvan 4 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadır. Cavabdeh3, Cavabdeh4, X6və Cavabdeh3 Əlqadir qızı. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-cı il tarixli ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizəsinin surətindən məlum olur ki, İddiaçı ASC tutmanın Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində yerləşən mənzilin ipotekaya qoyulması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-cı il tarixli ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizəsinin surətindən məlum olur ki, İddiaçı ASC tutmanın X10 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsi 92.93 kv.m ipotekaya qoyulması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-1560/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 25694 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan, hesabdan çıxarış məlumatları və xx xxxx 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxx 2017-ci il tarixinə banka olan borcu 23.011.12 AZN məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 22.687,82 AZN, faiz borcu üzrə 232,30 AZN. İş materiallarına əlavə edilmiş ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxx 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi X7 tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək 6600 AZN məbləğində ödənişlər edilmişdir. 6600 AZN məbləğində ödənişlər nəzərə alındığı təqdirdə 16.411,12 (23.011,12-6.600) məbləğində borc qalacaqdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxx” MMCnin xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 72 000 (yetmiş iki min) manatdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, X10 məxsus Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 0.01 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti 55 000 (əlli beş min) manatdır. İddiaçı apelyasiya şikayətində iş üzrə aparılmış xx xxxxxx 2019-cu il tarixli 25694 saylı ekspert rəyində ekspertin gəldiyi nəticəni mübahisələndirmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxx 2020-ci il tarixli, 2(107)-783/2020 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1826 nömrəli rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən bank ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məldmatları və xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka olan borcu 23.011,12 AZN məbləğində müəyyən olunur. Eyni zamanda hazırkı iş üzrə aparılmış xx xxxxxx 2019-cu il tarixli 25694 saylı ekspert rəyində ekspertin gəldiyi nəticə hazırkı ekspertiza zamanı öz təsdiqini tapmışdır. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində o da qeyd edilmişdir ki, iş materiallarında bank tərəfindən xx xxxx 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadı. Hazırkı ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxx 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi X7 tərəfindən xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək 6600 AZN məbləğində ödənişlər edilmişdir. 6600 AZN məbləğində ödənişlər nəzərə alındığı təqdirdə 16.411,12 (23.011,12-6.600) məbləğində borc qalacaqdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı X13 arasında xx xxxx 2013-cü il tarixdə GYF-8215 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə 48 ay müddətinə illik 19 % hesablanmaqla 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. Kredit məbləği xx xxxx 2013-cü il tarixdə Cavabdeh1 ödənilmişdir. xx xxxx 2013-cü il tarixdə bağlanmış, xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə Cavabdeh2 mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evini Cavabdeh1 xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 70300 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa cavabdeh X11 xx xxxx 2013-cü il tarixdə bağlanmış, xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya əsasən mülkiyyətində olan Ağdaş şəhəri Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən 54800 manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış binasını digər Cavabdeh1 xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə bağladığı GYF-8215 № li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoymuşdur. Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri xx xxxxxx 2013cü ildən başlayaraq hər ayın 26-da ödənilməsini öhdəsinə götürdüyü halda öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçı hazırkı iddia əriszəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı və Cavabdeh2 apelyasiya şikayətləri vermişlər. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit, və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1.-ci mаddəsinə görə öhdəliyini icrа etməyən borclu kreditorа dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, onu qаytаrmаqdаn boyun qаçırmаqlа, onun ödənilməsini digər şəkildə gecikdirməklə və yа toplаmаqlа ondаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа onun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqununu digər iştiirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Həmin Məcəllənin 470-ci mаddəsinə əsаsən zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditoru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Sаdаlаnаn hüquq normаlаrınа əsаsən, iddiаçının borcаlаnа qаrşı əsаs borcun və fаiz borcunun ödənilməsi tələbi əsаslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16.411,12 manat məbləğində borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipooteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X9 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasını yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində və cavabdeh X9 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfin yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin Cavabdeh1 xx xxxx 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 2 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə təyin edilmiş qiymtləndirilmənin aparılmasına görə 800 AZN məbləğində pulun Cavabdeh1 alınaraq “xxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın dəbbə pulu (cərimə) hissəsində düzgün nəticəyə gəlməmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” x xxxx 2009-cu il tаrixli qərаrındа dа göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 3000 manat məbləğində müəyyən etməsi tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir. Məhkəmə kollegiyаsı, cavabdehlərin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onların əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnaməsi kredit müqaviləsinə əsasən hesablanmış 3000 manat cərimə hissəsində dəyişdirilməli, cərimə azaldılaraq 500 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-59/2019 saylı qətnaməsi kredit müqaviləsi üzrə hesablanmış 3000 manat cərimə borcu və ümümi məbləğ hissəsində dəyişdirilərək cərimə borcu 500 manat həddində və ümumi məbləğ 16911.12 manat müəyyən edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı ASC-dən tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamə qalan hissədə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar